Beyin, sönmüş bir lampanı işıqlandıracaq qədər enerji istifadə edir. Beyində yaddaşa yazılan hər an 100 milyard sinirin saatda 400 km sürətlə etdiyi 1000-500.000 arasındakı əlaqə vəsiləsiylədir. Bu müdhiş ünsiyyət bunların hamısını yaradan Allahın nəzarətindədir. |
Beyin, təxminən, 80% su, 10% yağ və 8% zülallardan meydana gəlir. Yerdə qalan hissəsini isə, karbonhidrat, duz və digər minerallar meydana gətirir. Beyindəki hər sinir, elektrokimyəvi siqnallar alaraq işləyər. Sinir şəbəkələri, çox saydakı əlaqələrini zəiflədərək və ya gücləndirərək xatirələri saxlayarlar. Və bunun nəticəsində də yaddaş meydana gələr. Öyrəşmədiyi vəziyyətlərlə qarşılaşılması, məsələn, ilk dəfə baxılan bir portret, hüceyrələrin öz aralarında fərqli tənzimləmələrə girmələrinə səbəb olar. Əlaqədar sinirlər birdən əlaqələrini gücləndirər və qarşılaşılan vəziyyəti təyin etməyə çalışarlar. Yazılan məlumatlar, ikinci təcrübədə, əməliyyatın daha sürətli reallaşmasını təmin edər. Bu səbəbdən, eyni portretə ikinci dəfə baxıldığında portret artıq tanış gələcəkdir. Həyat boyu təkrarlanan proseslər, ümumi bir görünüş olaraq beyində saxlanar. Beyində yaddaşa yazılan hər an, 100 milyard sinirin saatda 400 km sürətlə etdiyi 1000-500.000 arasındakı əlaqə vəsiləsiylədir.
Bu müdhiş həcmə sahib olan beyin, sönmüş bir lampanı işıqlandıra biləcək qədər enerji istifadə edir. Bədən ağırlığının yalnız 1/50-i olan beyin, bədənin bütün oksigen və qlikoza ehtiyacının 1/5-ni istehlak edir. Beyin elə əhəmiyyətlidir ki, ürəkdən çıxan ilk qan ona göndərilir, hər hansı bir səbəblə bədəndə qalan az miqdarda qan isə, əvvəlcə onu həyatda tutmağa çalışır. Ürək, damarlar və bütün digər orqanlar, sanki bu həqiqəti bilirlər.
Beyində meydana gələ biləcək ən kiçik bir zədə, insanı şikəst buraxa bilər və ya öldürə bilər. Beyin elə həssasdır ki, elektrik siqnallarının tək bir sinirə çata bilməməsi, insana xarici dünyanı hiss etdirən duyğularından birini itirdə bilər. Beyindəki tək bir nöqtə belə təsadüfən meydana gələ bilməyəcək, təsadüfən dəyişə bilməyəcək qədər qüsursuz bir təchizat və təşkilata malikdir.
İnsan beynindəki bu mükəmməllik insana verilmiş böyük bir nemətdir. Bu böyük nemət, qullarına qarşı yaxşılığı çox olan (Bərr), qüsursuzca var edən (Bari) və qüdrət sahiblərinin üzərində olan (Mutəkəbbir) Allahın üstün yaratma sənətidir.
Sizə Öz dəlillərini göstərən və göydən ruzi nazil edən məhz Odur. Bundan ancaq Allaha üz tutanlar ibrət alarlar! (Mömin surəsi, 13)
Atom, nüvəsində bir-biri ilə yapışıq haldakı proton və neytronlar ilə nüvənin ətrafında sürətlə dönən elektronlardan meydana gəlir. Nüvə, neytronun yüksüz olması və protonun müsbət yüklü olması səbəbiylə müsbət yüklüdür. Elektron isə, protonun daşıdığı müsbət yük nisbətində mənfi yük daşıyır.
Əgər proton və elektronun elektrik yükləri bərabər olmasaydı kainatdakı bütün atomlar, protondakı çoxlu müsbət elektrik səbəbiylə, müsbət yüklü hala gələcək və bir-birlərini itələyəcəkdilər. Bunun nəticəsində isə insanlar da daxil olmaq üzrə yer üzündəki hər şey, bütün dənizlər, dağlar, Günəş sistemindəki bütün planetlər və kainatdakı bütün göy cisimləri eyni anda saysız parçaya ayrılıb yox olacaqdı.
İnsan sakit həyatı boyunca, nə bir-birini çəkməkdə olan atomaltı parçacıqlarının, nə nüvə ətrafında sürətlə dönən elektronların, nə də bunların içindəki həssas tarazlıq və güclərin fərqindədir. Bir atomun, ayrılan ən kiçik parçasında belə elə nəfəs kəsici təfərrüatlar vardır ki, bütün bunları insandan, insanın bildiyi hər cür dünyəvi gücdən çox daha böyük bir gücün, mütləq iradə sahibi olan Allahın var edib yaratdığı açıqdır.
İnsan, olduqca həssas və incəliklərlə dolu bir sistemin içində yaşamasına baxmayaraq, heç bir zaman çətinlik və narahatlıq içində deyil, çünki bu həssas sistem qüsursuz şəkildə yaradılmışdır. Buna baxmayaraq, insanların əksəriyyəti sahib olduğu bu nemətlərin fərqində deyil. Əgər bu nemətlərdən biri əlindən alınsa, insan o zaman nə qədər aciz olduğunu və o günə qədər böyük bir rəhmətlə əhatə edildiyini anlaya bilər. Ancaq imtahan olaraq yaradılan dünya həyatında əhəmiyyətli olan, insanın nemət və rəhmət içindəykən şüküredici olması, Allaha yönəlməsidir. Bu dünya həyatının yaradılma məqsədlərindən biri, hansı insanların nemətləri haqqıyla təqdir edə biləcəyini, hansılarının qəflət içində nankorluq edəcəyini təyin etmək üçündür. Ağlını istifadə edən və iman edən bir insan, bütün bu nemətləri Uca Allahın xaricində bir gücün verə bilməyəcəyini bilməsi və bunu davamlı olaraq təfəkkür etməsi lazımdır.
Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar? (Ənbiya surəsi, 30)
Ətrafda bir canlının varlığını anlaya bilmək üçün o canlının istilik yayması ağcaqanadlar üçün kifayətdir. Çünki ağcaqanadlar olduqca həssas istilik reseptorlarına sahibdirlər. Ətraflarındakı hər şeyi istiliklərinə görə fərqli rənglərdə qəbul edərlər. Bu qəbuletmə işığa bağlı olmadığı üçün bir ağcaqanad üçün qaranlıq bir otaqda qan damarlarını seçə bilmək heç də çətin deyil. Ağcaqanadın istilik reseptorları 0.05 C dərəcə qədər kiçiklikdəki istilik fərqliliklərini belə hiss edə biləcək qədər həssasdır. 1
İnsan, belə bir qabiliyyətə sahib deyil. Allah bu üstün qabiliyyəti, insandan dəfələrlə kiçik bir ağcaqanada vermiş və bununla istiqamət tapmasını, özünə yemək təmin etməsini və təhlükələrdən qorunmasını təmin etmişdir. Böyüklüyü 1 smi belə olmayan bir canlıda bu üstün qəbuletmə sistemini var edəcək Allahdan başqa heç bir güc yoxdur. Yer üzündə, istiliyə görə hərəkət edə biləcək belə kiçik və qüsursuz bir mexanizm meydana gətirib sonra ona can verə biləcək heç bir iradə yoxdur. Bunun, kor təsadüflərin bir əsəri olaraq öz-özünə inkişaf etmiş olduğunu iddia etmək isə şübhəsiz son dərəcə məntiqsizdir.
Qərəzsiz düşünə bilən məntiqli hər insan, hər hansı bir təsadüfü hadisənin nəinki mükəmməl quruluşdakı kompleks sistemləri meydana gətirmək, əksinə onu məhv edib dağıdacağını bilər. Bu həqiqət açıq-aşkar ortadadır. Ağcaqanadda üstün xüsusiyyətli istilik qəbuletmə sistemini yaradan, hər şeyə şəkil və surət verən, onları hər an idarəsi altında tutub nəzarət edən, aləmlərin Rəbbi olan Uca Allahdır.
Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı buyurduq. Əgər Allaha küfr etsəniz, bilin ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir. (Nisa surəsi, 131)
1. http://www.colostate.edu/Depts/Entomology/courses/en507/papers_1997/roachell.html
Bu zamana qədər təsbit edilmiş yaddaşı ən güclü quş, suvaq quşudur. Bu quş, Şimali Amerikada böyük qayalıq dağların ətrafında və Böyük Kanyonda yaşayır. Qida maddəsi isə şam fıstığıdır. Ancaq bu fıstıqlar, yalnız sentyabr ayının bir neçə həftəsində yeyilməli vəziyyətdədirlər. Bu səbəbdən, quşun digər zamanlar üçün fıstıqları saxlaması lazımdır. Bunun üçün yer təyin edər. Şam ağacları ilə quşun fıstıqları saxlamaq üçün təyin etdiyi yer arasında bəzən 20 km-i aşan uzaqlıqlar olur. Suvaq quşu, şamlardan yığdığı fıstıqları, saxlamaq məqsədiylə təyin etdiyi yerlərə basdırmağa başlayar. Fıstığı tək hərəkətlə sərt torpağın içinə soxar və bəzən də işarə üçün üzərinə bir daş buraxar. Hərəkətli keçən 3 həftə boyunca suvaq quşu davamlı olaraq fıstıq toplayar. Uçduğu sırada yerin şəkillərini, baş çəkdiyi ağacları, qaya yamaclarını möcüzəvi şəkildə xatırlayar və bunları başında canlandırdığı xəritəyə əlavə edər. Suvaq quşunun, bu qısa və məhsuldar dövr boyunca Böyük Kanyonun yüzlərlə kilometrlik sahəsinə paylayaraq basdırdığı 100 min fıstığın yerini əzbərləməsi lazımdır.
Suvaq quşu, önündəki aylar boyunca bəslənə bilmək üçün əzbərlədiyi xəritəyə ehtiyac duyacaq. Əgər basdırdığı fıstıqların harada olduğunu xatırlaya bilməzsə, həyatda qala bilməz. İşarələri bir fotoşəkil şəklində xatırlaması da çətindir, çünki qar mənzərəni dəyişdirmişdir. Bu səbəbdən, buraxdığı işarələr də yox olmuşdur. Amma bu vəziyyət, quşu çaşdırmaz. Basdırdığı təxminən 100 min fıstığın 90%-ni tapar. 1
Bir quşun, yeməsi lazım olan qidanın ilin müəyyən bir dövründə sona çatacağını, bu səbəblə, həyatda qalması üçün bunları saxlaması lazım olduğunu bilməsi, şübhəsiz, qeyri-mümkündür. Ona, qida maddəsini, qış üçün müəyyən yerlərə basdırması lazım olduğu öyrədilməmişdir. 100 min fıstığı basdırdığı yerləri tək-tək ağlında saxlaması lazım olduğunu bilməsi mümkün deyil. Ancaq bu canlı, bunların hamısını mükəmməl şəkildə edər. Çünki yer üzündəki hər varlıq kimi o da Allahın ilhamıyla hərəkət edər. Bir il boyunca, haqqında heç bir əlamət olmayan minlərlə fıstığı heç çətinlik çəkmədən tapa bilməsi üçün ona bütün bunları etməsini ilham edən, onu yaradıb var edən Allahın qorumasına və köməyinə ehtiyacı vardır.
Yaratdığı varlıqlar üzərində qoruyucu olan və onlara sərhədsiz olaraq, hesabsızca və bilinə bilməyəcək yerlərdən davamlı olaraq ruzi verən Allahın yaratması gözlər önündədir. Kiçik bir quşda sərgilənən bu incəlik, Allahın böyüklüyünü və Ucalığını bir daha da ən gözəl şəkli ilə sərgiləmişdir.
Neçə-neçə canlılar vardır ki, ruzisini öz yanında daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir. (Ənkəbut surəsi, 60)
1. http://en.wikipedia.org/wiki/Clark's_Nutcracker
Bizə düzgün bir görünüş verən, bədənimizin içində baş verən fövqəladə hərəkətliliyi gizləyən və xarici dünya ilə əlaqəmizi təmin edən ən əhəmiyyətli duyğulardan birini, "hiss etməyi" təmin edən qüsursuz bir örtükdür dəri. İçində qəbuledici sinirlər, qan dövranı kanalları, ventilyasiya sistemləri, istilik və nəm nizamlayıcıları kimi saysız faktor vəzifə yerinə yetirər. Dəri; həm möhkəm, həm də elastikdir. Başqa sözlə, bir yerdə olması demək olar ki, mümkün olmayan iki xüsusiyyətə eyni zamanda sahibdir.
Dəri, bədəndə 2 m2-lik bir sahəni örtər və ağırlığı 3 kq-dır. Dəri hüceyrələri orta hesabla, bir həftə yaşayarlar. Sonra ölər və yenilənərlər. İnsanın həyatı boyunca 20 kq dəri hüceyrəsi istehsal edilər. Dərinin hər sm2-də təmasları qəbul etməyi təmin edən və olduqları yerə görə müxtəlif vəzifələr boynuna götürən duyğu hüceyrələri var. Məsələn, qaynar suya əliniz dəydiyində, qəbuledicilər dövrəyə girər və ilk olaraq istini sonra da ağrını hiss etməyinizi təmin edərlər. Dərinin üzərindəki qəbuledicilərin 30.000-ü istiliyi hiss edərkən, 3.500.000-ü də ağrını hiss edər.
Dəri, bir insanı bütünlüklə əhatə edən mükəmməl bir örtükdür.
Xarici faktorlardan mənfi təsirlənməyən, müdhiş bir elastikliyə sahib olan, hər mm2-sindən bədəndəki sinirlərə, oradan da beyinə məlumat çatdıra bilən, davamlı olaraq yenilənən, sinir və damar şəbəkəsindən yaranan bir insanın surətini mükəmməl edən bu xüsusi əsər, açıq şəkildə bir möcüzədir. Allah bu möcüzəni hər insanda yaradar. Allah, bu möcüzənin ən kiçik parçasına belə hiss verər. Allah bu möcüzəni o qədər qüsursuz yaratmışdır ki, günümüzdəki texnologiya ilə bu cür bənzərinin yaradılması qeyri-mümkündür.
Allah yaratdığı bu qüsursuz örtük ilə bizləri qoruyar, bizlərə toxunma nemətini verər və bizlərə gözəl surətlər bağışlayar. Bu mükəmməl nemət və qüsursuz incəlik, Allahın üstün elmi ilə insanda xüsusi olaraq yaradılmış və ikram edilmişdir.
Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! (Mömin surəsi, 64)