Hipofiz vəzi, 0.5 qr ağırlığında göy noxud böyüklüyündə bir ət parçasıdır. Bədəndə saysız hormona vəzifələr paylayan, heç bir axsama olmadan hər birini nəzarət edən bu yaradılış möcüzəsi, Allahın insan bədənini nəzarət etmək üzrə yaradıb vəzifələndirdiyi bir nemətdir. |
İnsan beynində təxminən 0.5 qram ağırlığında, göy noxud böyüklüyündə bir ət parçası var. Bu kiçik ət parçasına, Allahın diləməsiylə, bədəni idarə etmə və nəzarət etmə vəzifəsi verilmişdir. "Hipofiz vəzi" adı verilən bu orqan, yer üzünün ən kompleks, səhvsiz və ən həyati idarəçisi olaraq yaradılmışdır. Saysız hormona vəzifələr paylayar, heç bir axsama olmadan hər birinə nəzarət edər və mütləq hər biri üçün təyin olunmuş bir işi vardır.
Eyni anda başımızı və qollarımızı hərəkət etdirər, eşidər, görər, gülümsəyər, danışar və toxunarıq. Bizimlə danışılanları anlayar, zehnimizdə müxtəlif şərhlər edərik. Bizə gələn bütün hisslər və etdiyimiz bütün hərəkətlər, hormonların vəsiləsiylə reallaşır. Bərabər zamanda reallaşan yüzlərlə iş, əskiksiz və möhlətsiz olaraq hipofiz vəzinin idarəsi ilə yerinə yetirilər. Bir insan bədənində hormonların bəzilərinin gec hərəkət etməsi, bəzilərinin də aldıqları mesajı çatdırmağı bacara bilmədikləri bir vəziyyət mümkün deyil. Qarşımızdakı adamın bizimlə danışdığını görərkən, ondan gələn səsi dəqiqələr sonra eşitdiyimiz və ya əlimiz qaynar su ilə yanarkən, yanma hissinin bizə heç bir zaman çatmadığı, bu səbəbdən biz bunu fərq edənə qədər əlimizdə ciddi bir yanıq meydana gəldiyi bir vəziyyət, xüsusi xəstəlik vəziyyətləri istisna olmaqla, ehtimalla heç zaman mümkün olmamışdır. Çünki özü də zülal, su və yağdan ibarət olan 0.5 qram ağırlığındakı bir ət parçası olan hipofiz vəzi, bütün xəbərləşmələri qüsursuz reallaşdırmaq üçün vəzifələndirilmişdir. Onun yaradılması da, etdiyi işlərin idarəsi də aləmlərin Rəbbi olan Allaha aiddir.
Yer üzündəki hər varlığın hər etdiyi iş, ancaq Allahın diləməsiylədir. Heç bir varlığın özünə aid, Allahdan müstəqil bir gücü yoxdur. Allah dilədiyi təqdirdə, yaratdığı hər varlıqda Öz qüdrətini, gücünü və ucalığını dilədiyi şəkildə təcəlli etdirər. Həm bədənimizdə, həm də ətrafımızda gördüyümüz, görə bilməyib də məlumatına sahib olduğumuz hər şey, Allahın Uca varlığının bir təcəllisidir.
Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, hər şeydən Xəbərdardır. De: “Rəbbinizdən sizə göz qabağında olan dəlillər gəlmişdir. Kim onları görsə, xeyri onun özünə, kim kor olsa zərəri onun öz əleyhinə olar. Mən sizin üstünüzdə gözətçi deyiləm”. (Ənam surəsi, 102-104)
İnsan bədənində fövqəladə sistemlər vardır. Necə işlədikləri, necə davamlı hərəkət etdikləri, problemlər qarşısında necə "tədbirlər" ala bildikləri və necə səhv etmədikləri həqiqi mənada heyranvericidir. Ancaq bu üstünlük yalnız insana verilmiş bir üstünlük deyil. Yer üzündəki bütün canlılar, nəhəng balinalardan qarışqalara, tək hüceyrəli evqlenalardan pələnglərə qədər hər biri, bir-birindən kiçik ya da böyük fərqlərə sahibdirlər, amma bənzər dərəcədə heyranlıq oyandıran təchizatlara sahibdirlər. Yer üzündəki bu fövqəladəliyə şahid olan bir insanın, Allahın əsərlərini inkar edə bilməsi həqiqi mənada bir möcüzə, ayədə ifadə edildiyi kimi böyük bir cahillik xüsusiyyətidir:
Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu bunu bilmir. (Ənam surəsi, 111)
Məsələn, qütb ayıları bütün təchizatlarıyla buzlaqlarla örtülü soyuq mühitdə yaşamaq üçün yaradılmışlar. Bir qütb ayısı, ayaq barmaqlarının arasındakı oyuqlar sayəsində buz səthini vakuum təsiriylə asanlıqla qavrayar. Beləliklə, buz üzərində uzun məsafələri sürüşmədən rahatca gedə bilər. Barmaqlarının arasındakı ağa bənzər quruluş sayəsində isə, saatda 10 km sürətlə üzə bilər və 100 km kimi bir məsafəni heç dincəlmədən qət edə bilər. Sahib olduğu 5 cm qalınlığındakı xüsusi kürkünün ağ görünən tükləri əslində şəffafdır. Fiberoptik xüsusiyyətdəki bu tüklər istilik itkisinin qarşısını alarkən, günəş şüalarının istisini altdakı qara rəngli tükə qədər çatdırar. Kürkünün dərhal altında isə, yenə soyuqdan qoruyucu xüsusiyyətdə 10 cm qalınlığında bir yağ təbəqəsi vardır. Qütb ayısının kürkü üzməyə də əlverişlidir. Suyun içində tüklər bir-birinə yapışaraq qoruyucu bir qalxan meydana gətirər və su keçirməz bir dalğıc paltarı funksiyası yerinə yetirər. Bütün bu xüsusiyyətlər sayəsində qütb ayısı, 37 dərəcəlik bədən istiliyini suyun içində və ya buzun üzərində mütləq qoruyar.
Saydığımız bütün bu xüsusiyyətlər, yer üzündəki bir canlının həyatını davam etdirə bilməsi üçün çox böyük əhəmiyyətə sahibdirlər. Yer üzündəki varlıqların çox təfərrüatlı və qüsursuz strukturları, bunların təsadüfən meydana gələ bilməyəcəkləri, hətta bütün bunlara insanın belə güc çatdıra bilməyəcəyi həqiqətini açıq şəkildə ortaya qoyar. Hər şeyi qüsursuz yaradan Allahdır. Qütb ayısının soyuqdan qorunma sistemində də bu həqiqət açıqdır. Bu canlını buzlaqların içinə yerləşdirən də, onu bu şərtlərə görə qoruyucu təchizatlarda yaradan da Allahdır. Bu həqiqət insana davamlı olaraq, bütün varlıqların vəziyyətlərini və davranışlarını mütləq iradəsiylə təqdir edən, Müqtədir olan Allahın böyüklüyünü xatırladır.
Göylərdə və yerdə olanların hamısını O, sizin xidmətinizə vermişdir. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Casiyə surəsi, 13)
Bu sətirlərə baxdığınız anda gözünüzdən beyninizə saatda 500 km sürətlə bir elektrik cərəyanı irəliləməyə başlayar. Bu axın, 600 min sinir arasından hər hansı biri ilə beyinə çatdırılar. Axın çatdırıldığında, siz də qarşınızdakı sətirləri oxumağa başlayarsınız.
Göz, 600 min sinirlə beyinə bağlanır. Eyni anda 1.5 milyon mesaj alıb bunları nizamlayar və saatda 500 km-lik sürətlə beyinə göndərər. Tək bir nöqtəyə baxdığınızda, əslində bir-birindən fərqli yüzlərlə təfərrüat görərsiniz. Göz, bunların hamısından gələn mesajları ayırd edər, hamısını qiymətləndirər və hər birini beyinə çatdırar. Əlinizdəki kitab sizə olduqca yaxınkən, eyni anda arxa planda gördüyünüz mənzərə olduqca uzaqdır. Amma hər birini eyni dəqiqlikdə görərsiniz. Baxdığınız yerdəki tək bir təfərrüat belə diqqətdən qaçmaz, tək bir nöqtə belə bulanıq deyil. Qarşınızdakı mənzərə nə qədər çox təfərrüat ehtiva edərsə etsin, o mənzərə içində hərəkət edən kiçik bir qarışqanın belə görünüşü beyninizə mütləq çatar.
Heç bir kamera, heç bir televiziya bu dəqiqliyi təmin edə bilməmişdir. Heç bir texnologiya ilə göz vəsiləsiylə təmin edilən mükəmməlliyi və görüş sürətini əldə etmək mümkün deyil. İnsan, özünə doğuşdan verilmiş olan bu nemətdən məhrum qalsa, ətrafını təkrar görə bilmək üçün yenə bu qüsursuz sistemə ehtiyac duyacaq. Bu da, ancaq Allahın diləməsiylədir.
İnsan üçün, hələ ana bətnində kiçik bir embrion ikən yaradılmış bu xüsusi nemət, Saməd olan yəni Özünə hər an ehtiyac duyulan və Özündən hər an kömək gözlənilən Allahın bir ikramıdır.
De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!” (Mülk surəsi, 23)
Göz 600 min sinirlə beyinə bağlanar. Eyni anda 1.5 milyon mesaj alıb bunları nizamlayar və saatda 500 km-lik bir sürətlə beyinə göndərər. Göz, Allahın üstün qüdrətinin və gücünün ən əhəmiyyətli təcəllilərindəndir. |
Günlər içində yenilənən dilimizdəki dad hüceyrələri, keçmişdəki hüceyrələrin məlumatıyla təchiz edilərlər. Bu səbəblə, 10 gün əvvəl yediyimiz yeməyin dadı bizə hələ tanışdır. Çünki hər bir hüceyrəni və onun içindəki məlumatları üstün qüdrəti ilə yaradan Uca Rəbbimizdir. |
10 gün əvvəl dadıb bəyəndiyimiz bir yeməyin dadını xatırlaya bilərik. Bu yeməyi təkrar yesək, daha əvvəl aldığımız eyni dadı alar və eyni zövqü duyarıq. Çünki yeməyin dadı bizə tanışdır. Ancaq maraqlı olan, dilimizdə olan dad hüceyrələrinin 10 gün əvvəlkilərlə eyni olmamasıdır.
Dad hüceyrələri, bədən istiliyindən olduqca çox və ya az qidalarla, turşulu qidalarla hər gün təmasda olarlar. İsti bir çay, buzlu bir meyvə şirəsi, tünd bir qəhvə və ya turş bir qreyfurt suyu onları müəyyən ölçüdə köhnəldər. Köhnələn və zamanla vəzifələrini tamamlayan dad hüceyrələrinin yerini almaq üçün dad tumurcuğunda yeni hüceyrələr yetkinləşər və köhnələrinin yerini alarlar.
İnsanın fərqində belə olmadığı bu əməliyyatlar o qədər sürətli reallaşar ki, bəzən axşam yeməyində istifadə etdiyimiz dad hüceyrələri nahardakılardan fərqlidir. Amma yenə də süfrədə yediyimiz yeməklərin dadlarını ilk dəfəki kimi qəbul etmərik. Heç bir zaman bir almanın ləzzətinə təəccüblənmərik. Çünki yeni yaranan hər hüceyrə, keçmişdəki hüceyrələrin sahib olduğu məlumatla təchiz edilər.
Bədənimizdəki bütün digər hüceyrələr də davamlı yenilənər, amma heç bir zaman burnumuzun görünüşü və ya saçımızın rəngində bir dəyişmə olmaz. Yeni hüceyrələr yerləşmələri lazım olan yeri səhvən bədənin hər hansı başqa bir yerində görünüş pozuntusuna səbəb olmazlar.
Ömrünü tamamlayan dad hüceyrələri əgər yenilənməsə, dad ala bilmək üçün edilə biləcək çox bir şey olmazdı. Yediyimiz şeyin ləzzətli bir yemək və ya bir taxta parçası olması bir şeyi dəyişdirməzdi. "Şirin"in nəyə bənzədiyini unudar, zəhərli və ya xarab bir yeməyin fərqində belə olmazdıq. Çünki bu üstün funksiyaya və bu gözəl nemətə vəsilə olan, xüsusi olaraq yaradılmış dad hüceyrələridir. Onları mükəmməl bir yaddaş və üstün bir yenilənmə sistemi ilə yaradan isə, bütün varlıqların Yaradıcısı və hakimi olan Uca Allahdır. Bu və bunun kimi minlərlə nemət, qullarına qarşı yaxşılığı bol olan Allahın bir ikramıdır. Allah, qarşılıqsız bağışlayan və rəhməti bol olandır.
Göylərdəkilərin və yerdəkilərin hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də həmd Ona məxsusdur. O, Müdrikdir, Xəbərdardır. (Səba surəsi, 1)
Yer üzünün 3/4-ünü, insan bədəninin isə təxminən 70%-ni su meydana gətirir. Su, insanın sahib olduğu hər hüceyrəyə girər, içindəki hər damarda gəzə bilər. 100 trilyon hüceyrənin hər birinə qida daşıyar, oksigen və enerji verər. Su, həyat üçün bənzəri olmayan bir nemətdir.
Bədənin həyatda qala bilməsi üçün bədənin hər yerini gəzə bilmə qabiliyyətindəki su, əgər hal-hazırda olduğundan daha axıcı olsaydı, canlıların strukturları suyun korlayıcı təsiri ilə qarşılaşacaq və buna çox uzun bir müddət dözə bilməyəcəkdilər. Həssas molekulyar strukturların su tərəfindən dəstəklənilməsi mümkün olmayacaq, canlı hüceyrəsinin son dərəcə narın olan quruluşu həyatını davam etdirə bilməyəcəkdi. Əgər su indikindən daha az axıcı olsaydı, zülal və fermentlər kimi makromolekulların və kiçik orqonoidlərin nizamlı hərəkətləri sona çatacaq, hüceyrə bölünməsi qeyri-mümkün hala gələcəkdi. Hüceyrənin bütün həyati fəaliyyətləri faktiki olaraq donacaqdı. Hüceyrələr bir-bir öləcək və nəticədə orqanizm üçün də ölüm qaçınılmaz olacaqdı.
Ən kiçik bir molekuldan okeanlardakı balinalara qədər yer üzündəki hər şey suya möhtac olaraq yaradılmışdır. Su isə, bütün yer üzü, canlılar, canlı bədəni və bədənin içindəki ən kiçik molekula qədər hər şeyə fayda gətirə bilmək üçün çox xüsusi bir axıcılıq dəyəri ilə var edilmişdir. İnsan bədənindəki hüceyrələrə çata biləcək eyni xüsusiyyətlərdə bir başqa mayeni çıxarmaq günümüzdəki texnologiya ilə mümkün olmamışdır.
Allah, insanın yaratmağa gücünün çatmayacağı möhtəşəm təfərrüatları, insan üçün böyük bir ehtiyac halına gətirmiş və bolluq içində ona ikram etmişdir. Bunun hikmətlərindən biri, düşünüb qavraya bilən insanlara Allahın qüdrətini xatırlatmaq və verdiyi nemətlərə şükür etmələrini təmin etməkdir. İnsanı yaşadan ünsürlərdən yalnız birinin üzərində düşünmək, bütün varlıqlar üzərinə hakim olan Allahın böyüklüyünü təqdir edə bilmək üçün xüsusi vəsilədir.
Su, bir insan bədənini canlı tuta bilmək üçün xüsusi olaraq yaradılmışdır. Bədənin hər nöqtəsini gəzə bilər, 100 trilyon hüceyrənin hər birinə qida daşıyar, oksigen və enerji verər. Suyun sahib olduğu axıcılıq dəyəri, bütün bunları reallaşdıra bilmək üçün xüsusi olaraq təyin olunmuşdur. Bu xüsusi yaradılış, Allahın üstün incəlik sənətidir. | |
Allah göydən yağmur yağdırıb onunla ölmüş yeri diriltdi. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır. |