Allah İncelik Seneti 26-30

Heyranlıq Oyandıran Insan Gözündəki Mükəmməl Incəliklər

Əlinizdəki qələmə yalnız bir neçə saniyə baxarkən belə gözünüzdə yüz milyardlarla əməliyyat reallaşar. Gözünüzə gələn işıq şüaları buynuz qişadan, göz bəbəyindən və ardınca da mərcəkdən keçər. Buradakı işığa həssas hüceyrələr, işığı elektrik siqnallarına çevirər və sinir uclarına xəbərdarlıq göndərər. Retinaya çatan görünüş əslinə görə başıaşağı vəziyyətdə və tərs tərəfdədir. Ancaq beyin bunu yenidən şərh edərək görünüşün düz olmasını təmin edər. Hər iki gözdən də ayrı-ayrı görünüşlər, baxılan cismə aid bütün xüsusiyyətləri toplayar. Hər iki gözdən gələn bu görünüşləri beyin tək bir görünüş halında birləşdirər. Obyektin formasını, rəngini təyin edər və nə qədər uzaqlıqda olduğunu təyin edər. Bütün bu əməliyyatlar, saniyənin yalnız onda biri qədərlik qısa bir müddət içində reallaşar.

Siz kiçik bir nöqtəyə baxarkən də, böyük bir gəmini araşdırarkən də beyninizdə eyni əməliyyatlar reallaşır, baxdığınız cismin görünüşü retinadakı 1 mm-lik nöqtədə meydana gəlir. Nə əlinizdəki qələmin sizə yaxın olduğundan, nə də uzaqdakı bir gəminin qələmdən böyük olduğundan əmin ola bilməzsiniz. Hər birinin meydana gəldiyi yerin böyüklüyü eynidir. Amma baxdığınız hər şeydə bir məsafə hissi vardır. Siz, nəyin nə qədər uzaqlıqda olduğunu anlaya bilər, önünüzdəki masada dayanan stəkana tərəf uzanıb onu götürməkdə heç bir zaman çətinlik çəkməzsiniz. Göz kimi mükəmməl bir orqanı yaradan Allah, onu insanın təxəyyülü aşan incəliklərlə təchiz etmiş, beyinin qüsursuz mexanizmini də "bir obyekti olduğu yerdə, bütün təfərrüatlarıyla görə bilmək üçün" vəsilə etmişdir. Yer üzündəki bütün insanların sahib olduğu fövqəladə komplekslikdəki gözlər, Allahın üstün bir əsəridir.

Yer üzündəki heç bir texnologiya gözün bacardığı əməliyyatları bacara bilməmişdir. Bu mükəmməl orqanın sirlərini anlaya bilmək üçün işlər daima davam edir, bizə necə rəngli bir dünya təqdim etdiyi anlamağa çalışılır. Əlbəttə, nə bir neçə sm böyüklüyündəki gözün, nə də görünüşün meydana gəldiyi millimetrlik bölgənin öz-özünə insan üçün rəngli bir dünya meydana gətirə bilmə gücləri ola bilməz. Çöldə var olan maddəni görən və beyində yenidən şərh edən ruhdur. İnsana Öz ruhundan üfləyərək görmə, qəbul etmə, hiss edib şərh etmə kimi qabiliyyətlər verən və bütün bunları fövqəladə səbəblərə asılı edən Qadir olan Allahdır. Yaradılan görünüş də, onu görən heyranlıq oyandırıcı gözlər və buna bağlı saysız sistem də Allah dilədiyi üçün mövcuddurlar və Onun diləməsiylə yaradılmışlar.

Beyindəki Üstün Xüsusiyyətli Sinir Hüceyrələri

Bir insan beyni, içində 100 milyard neyron saxlayan möhtəşəm bir xəbərləşmə şəbəkəsinə malikdir. Bu mükəmməl sistemin ən kiçik parçasının belə ziyan görməsi, qəbul sistemimizdə ciddi itkilərə səbəb ola bilər. Belə mükəmməl bir quruluşun şüursuz təsadüflərlə meydana gəlməsi qeyri-mümkündür.

Etdiyiniz hər hərəkət, düşündüyünüz, danışdığınız, hiss etdiyiniz hər şey beyninizdə meydana gələr. Beyninizdə bunu təmin edən xəbərləşmə isə beyinə aid sinirlər, yəni neyronlar tərəfindən təmin edilir.

Bir neyronun orta hesabla, genişliyi 10 mikrondur. (Bir mikron millimetrin mində birinə bərabərdir). Neyronlar o qədər kiçikdirlər ki, orta ölçülər olan 50-si bu cümlənin sonundakı nöqtə işarəsinin içinə sığa bilər. Bir insan beynində orta hesabla 100 milyard neyron vardır. Əgər bu 100 milyard neyronu hər saniyə biri olmaq üzrə saymaq istəsəydik, o zaman bütün bu sayma əməliyyatı 3.171 il davam edərdi. Əgər bu 10 mikronluq 100 milyard neyronu tək bir xətt halına gətirə bilsəydik, bu uzunluq tam 1000 kilometr olardı. İnsanın bədən ağırlığının yalnız 2%-ni tutan bir orqanda belə uzun bir ünsiyyət şəbəkəsinin varlığı şübhəsiz xariqüladə bir möcüzədir. 1

Yer üzündəki süni xəbərləşmə şəbəkələrinin hamısını bir araya gətirsək, tək bir insan beyni içindəki qədər sistemli, kompleks, qüsursuz və sürətli bir sistemi əldə edə bilmərik. Etdiyimiz ən kiçik bir hərəkət üçün belə, bu xəbərləşmə şəbəkəsi müdhiş bir fəaliyyət göstərir. Gəlib-keçmiş, milyardlarla insanın hər biri, bu qüsursuz ünsiyyət şəbəkəsinə hələ ana bətnindəykən sahib olmuşdur. İnsan beynindəki bu üstün kompleks koordinasiyaya bənzər ola biləcək bir texnologiya yer üzündə yoxdur.

Bu mükəmməl sistemin yalnız kiçik bir parçası ziyan görsə, yalnız tək bir neyron yerinə yetirməsi lazım olan vəzifələri reallaşdıra bilməsə, bu vəziyyət beyində elektrik siqnalının zərər görməsinə və bu səbəbdən, duyğu və hiss itkilərinə yol aça bilər. Bu vəziyyətdə bu fövqəladə həssas sistemdə təsadüfi bir əməliyyatın reallaşması beyin funksiyalarının böyük bir qismini, hətta hamısını funksiyasız hala gətirəcək. Bu həqiqət göstərir ki, hələ sərhədləri aydın olmayan bu bənzərsiz xəbərləşmə şəbəkəsinin, təkamülçülərin iddia etdikləri kimi təsadüfən meydana gəlməsi qeyri-mümkündür. İnsanın sahib olduğu bu fövqəladə quruluş, yer üzündəki bütün canlı hüceyrələrini və onlara həyat verəcək vəsilələri yaradan, Cəlalət və Ululuq sahibi olan Allaha aiddir.

De: “Yer üzünü gəzib dolaşın və Allahın məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah ölüləri dirildəcəkdir. Allah hər şeyə qadirdir. (Ənkəbut surəsi, 20)

1. http://faculty.washington.edu/ chudler/what.html

Bütün Varlıqların Quruluş Daşı Olan Möcüzəvi Bir Incəlik: Atom

Atomlar, bir canlı öldüyündə dağılar və başqa bir şeyin parçası olarlar. Artıq bir ağacı, bir bakteriyanı və ya bir yağış damlasını meydana gətirmək üçün bir-birlərindən ayrılmışlar. Hər şeyin ən fundamental quruluş daşını meydana gətirən atomlar, olduqca kiçikdirlər. Yarım milyon atom üst-üstə gəlsə, ancaq təkcə bir tükün arxasına saxlana bilərlər. Buna əsasən, tək bir atomun böyüklüyünü xəyal edə bilmək demək olar ki, qeyri-mümkündür. Bunu anlaya bilmək üçün belə bir müqayisə edə bilərik:

Millimetr, bu uzunluqda bir xətdir: "-". Bu xəttin min bərabər parçaya bölündüyünü xəyal edək. Bu parçalardan hər biri bir mikrondur. Mikroorqanizmlər məhz bu böyüklükdədirlər. Tipik bir infuzor tərlik təxminən 2 mikron böyüklüyündədir. Yəni, həqiqətən, çox kiçikdir. Bir damla su içində bu canlını görmək istəsəniz damlanı böyüdərək diametrini, təxminən, 12 metr artırmaq məcburiyyətində qalarsınız. Amma eyni damladakı atomları görmək istədiyiniz təqdirdə damlanın diametrini 24 km-ə artırmanız lazımdır. Başqa sözlə atomlar, tam fərqli bir kiçiklik ölçüsündə olar. Atomların ölçüsünə enə bilmək üçün bu mikron dilimlərindən hər birini alıb qırparaq çox daha incə on min dilimə ayırmanız lazımdır. Atomun ölçüsü məhz budur: Bir mm-in on milyonda biri. Bu böyüklüyü də anlaya bilmək üçün bu müqayisəni edə bilərik: Bir atomun bir millimetrlik xəttə nisbəti, bir parça kağızın "qalınlığının" Amerikanın ən yüksək binalarından Empire Statenin yüksəkliyinə olan nisbətiylə birdir. 1

Mövcud olan hər şeyi, Allahın diləməsiylə, bu möhtəşəm kiçiklikdəki atomlar meydana gətirər. Bu fövqəladə kiçiklikdəki quruluş daşının isə 99.9999%-i boşluqdur. Atomların bir araya gəlib molekullar meydana gətirmələri üçün tək səbəb, 99.9999% boşluq xaricində qalan kütlə içində olduqca kiçik bir yer əhatə edən elektronlardır. Kainatın, günəşlərin, aslanların, dovşanların, dağların, göydələnlərin, təyyarələrin, insanın və digər hər şeyin meydana gəlmə səbəbi sadəcə budur.

Laboratoriyalarda öz hüceyrələrini, öz atomlarını araşdıran təkamülçü elm adamları üçün tək bir atomu meydana gətirə bilmə imkanı vardırmı? Əlbəttə, ola bilməz. Elm adamları hələ atomaltı parçaların incəliklərini kəşf etməkdən uzaqdırlar. Bu vəziyyətdə, təxminən hamısı boşluq olan bir millimetrin on milyonda biri böyüklüyündəki parçalardan milyardlarla kilometrlik qalaktikalar yaradan Allahın Uca qüdrəti və yaratma sənəti ağlını istifadə edən hər insan üçün açıqdır.

Uca Allah, varlıqları "Ol" əmri ilə var edən, onlara möcüzəvi incəlikləri səbəb edəndir. Atomun səbəb qılındığı hər varlıq, yəni bu kainatdakı hər şey, bu xüsusi yaradılışa ən böyük dəlillərdəndir.

Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!” - dediyi gün hər şey olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm yalnız Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Müdrikdir, hər şeydən Xəbərdardır. (Ənam surəsi, 73)

1. Hemen Her Şeyin Kısa Tarihi, Bill Bryson, Boyner Nəşrləri, 2003, səh.120

Yer Üzündəki Bitki Müxtəlifliyinin Səbəbi Olan Möcüzəvi Bir Incəlik: Toxum

Yukarda görülən kiçik üzüm çəyirdəkləri, asma budaqlarından sallanan bir-birindən ləzzətli üzümlərin səbəbidir. Allah torpağın altındakı kiçik bir toxumu səbəb edər və bir-birindən gözəl, bir-birindən ləzzətli və xoş qoxulu nemətləri yaradar. Bu, Allahın incəlik sənətidir.

Hər gün üzərinə basıb keçdiyimiz quru torpağın içindən müxtəlif gözəllikdə bitkilərin çıxması böyük bir möcüzədir. Bir bitkinin Günəşə doğru yönəlməsi, bütün güc və səyi ilə yuxarıya doğru uzanmağa çalışması, həmçinin, budaqlarının qalınlaşıb su və mineralları, cazibə qüvvəsinə baxmayaraq yuxarı daşıyacaq bir sistemə sahib olması heyranlıq oyandıran bir hadisədir. Bitkinin quru budaqlarından təzə yaşıl yarpaqların çıxmasında, yarpaqların arasından göz oxşayan rənglərdə və bənzərsiz qoxularda çiçəklərin meydana çıxmasında, bunun ardından dad, qoxu və fayda baxımından insan üçün xüsusi yaradılmış meyvələrin meydana gəlməsində həyəcan verici bir fövqəladəlik vardır. Öz içində saysız kompleks sistemə sahib bitkidə reallaşan bütün bu möcüzələr üçün isə 1-2 sm diametrindəki bir toxumun səbəb qılınmış olması üstün bir sənətdir.

Bir bitkiyə aid olan hər məlumat, onu meydana gətirən kiçik bir toxumun içində gizlidir. Toxumlar aid olduqları bitkinin hər budağına, hər yarpağına, görünüşlərinin necə olacağına, xarici qabığının hansı rəngdə və qalınlıqda olacağına, qida və su daşıyan borularının genişliyinə, sayına, bitkinin uzunluğuna, meyvə verib-verməyəcəyinə, verəcəksə bu meyvələrin dadlarına, qoxularına, görünüşlərinə, rənglərinə dair –qısacası, bir bitkiylə əlaqədar ola biləcək- bütün məlumatlara sahibdirlər. Bu, Allahın tək bir kiçik toxum içinə yerləşdirdiyi fövqəladə bir məlumatdır.

Təkamülçülər, yer üzündəki bütün canlı varlıqların xəyali təkamüllə meydana gəlməsi haqqında ssenari qurarlar. Allahın üstün sənətini və Uca qüdrətini təqdir edə bilməz və bir canlının Allahın diləməsiylə sahib olduğu və daha bir çox təfərrüatı tapılmamış kompleksliklər ehtiva etdiyini hesab etməzlər. İnsanın, sahib olduğu şüur və imkanlarla belə tək bir meyvəni, tək bir yarpağı, tək bir toxumu meydana gətirə bilməyəcəyini görməməzlikdən gəlməyə çalışarlar. Halbuki, bu açıq bir həqiqətdir. Təkamülçülər yer üzündəki bütün məlumat və texnologiyayla belə, bitkinin tək bir canlı hüceyrəsini meydana gətirə bilmirlər. Bu yaradılışı davamlı reallaşdıran, aləmlər yaradan və bunların içində sənətini sərgiləyən Uca Allahdır. Onun elmi və sənəti hər yeri əhatə etmişdir. Üstün və güclü olan Allahın bənzərsiz əsərləri qarşısında təkamülçülər, daima məğlub olarlar.

Əkdiyinizi gördünüzmü? Onu siz bitirirsiniz, yoxsa Biz? Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz. (Vaqiə surəsi, 63-65)

Elektriki Hiss Edə Bilən Canlılardakı Göz Oxşayan Təfərrüatlar

Canlıların istilik xaricində elektrik yayma xüsusiyyətləri də vardır. Bir canlıya yaxınlaşdığınızda yaydığı elektriki fərq edə bilməniz çətindir, çünki hava dielektrikdir. Bəhs olunan elektrikin hiss edilə bilməsi üçün keçirici bir mühit və bunu fərq edə biləcək xüsusi bir təchizat lazımdır. Təbii keçirici olan su və suda yaşayıb bədəndəki elektrik cərəyanından faydalanan bəzi canlılar buna bir nümunədir.

Suyun içində elektriki hiss edə bilən və bu hissə görə hərəkət edə bilən bir canlı çox təsirli bir duyğuya sahib olmuş olar. Köpək balıqları, bu əhəmiyyətli üstünlüyə sahibdirlər. Sudakı bütün titrəşmələri, suyun istiliyindəki dəyişmələri, duzluluq nisbətini və xüsusilə də hərəkət halındakı canlıların gətirib çıxardığı elektrik sahəsindəki kiçik dəyişiklikləri belə hiss edə bilərlər.

Köpək balıqlarının bədənlərində, içi jele dolu çoxlu sayda çuxur mövcuddur. "Lorenzo ampulaları" olaraq adlandırılan bu xüsusi orqanlar, mükəmməl bir elektrik qəbuledicisidirlər. Köpək balıqları və skatlar bu qəbuledicilərini istifadə edərək ovlarını taparlar. Belə ki, köpək balıqları, bir voltun 20 milyardda biri böyüklüyündəki axınları belə hiss edə bilərlər. Bu böyük bir gücdür. Evlərdə olan batareyaları düşünün. Yalnız 1.5 voltluq olan bu batareyalardan ikisini dənizin içində bir-birindən 3000 kilometr uzağa qoyduğumuzda köpək balıqları bu batareyaların yaydığı axını hiss edəcəklər. 1

Bir canlının, yaşadığı mühitə uyğun və özü üçün həyati olan son dərəcə xüsusi bir sistemlə təchiz edilməsi, ancaq onu var edən, ehtiyaclarını və olduğu mühiti bilən və bütün bunları bir canlıda yaratmağa qadir olan Uca Qüdrətin diləməsi ilə mümkündür. Bu üstün Gücün sahibi, Alim və Əziz olan Allahdır.

Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)

1. John Downer, Supernature, The Unseen Powers of Animals, Published by BBC Worldwide Mmm., London 1999, səh. 17

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allah İncelik Seneti 01-05
  • Allah İncelik Seneti 06-10
  • Allah İncelik Seneti 11-15
  • Allah İncelik Seneti 16-20
  • Allah İncelik Seneti 21-25
  • Allah İncelik Seneti 26-30
  • Allah İncelik Seneti 31-35
  • Allah İncelik Seneti 36-40
  • Allah İncelik Seneti 41-45
  • Allah İncelik Seneti 46-49
  • Nəticə
  • Təkamül Yalanı