Dərin bir nəfəs aldığınızda, bu nəfəs ilə birlikdə çox müxtəlif şeylərin qoxularını da eyni anda hiss edərsiniz. İçdiyiniz qəhvənin, içəridə bişən yeməyin, vazada olan çiçəyin və çöldəki dumanlı havanın qoxusunu eyni anda qəbul edər, amma hamısını ayrı-ayrı hiss edərsiniz. Bunun səbəbi, burnunuzun qəbul etdiyi qoxuları 30 saniyə içində analiz edib qiymətləndirməsi və bunun sayəsində təxminən 3000 qoxunu bir-birindən ayırd edəcək qədər mükəmməl bir tutuma sahib olmasıdır.
Dəqiqələr içində milyardlarla qoxu hüceyrəsindən gələn mesajlar, burunda olan on minlərlə hüceyrəyə köçürülər. Buradakı sürət fövqəladədir. Milyonlarla məlumat saniyənin mində biri kimi zaman aralığında "heç bir səhv etmədən" bir hüceyrədən digərinə hərəkət edib dayanar. Bu əməliyyatlar qısa bir müddət içində burnunuza gələn saysız qoxunu ayırd edə bilmənizi təmin edər. Eyni zamanda, buruna gələn məlumatların tanınması və təşkil edilməsi qoxu həssaslığını da artırar. Gələn qoxuların hər birinin ayırd edilməsi və tanınması, burundakı qoxu hissetmə həssaslığını da olduqca artırmışdır. 1
Buradakı səhvsiz informasiyanın fövqəladəliyini belə açıqlaya bilərik: Müəyyən bir məlumatın bir milyon telefon xəttiylə daşındığını və bu xətlərin sayının bir stansiyada qəflətən minə endirildiyini fərz edək. Belə bir keçid vəziyyətində, nə qədər inkişaf etmiş bir texnologiya istifadə edilərsə edilsin, yüksək ehtimalla ilkin məlumatlarda bir itki və ya səhv olacaq. Buna qarşı, qoxu hüceyrələri eyni vəzifəni, yaşadığımız müddət boyunca qüsursuz olaraq etməyə davam edərlər. Eyni anda çoxlu sayda qoxu ilə təmasda olmağımız, bu qoxuları bir-birindən ayırd etməyimizə maneə törətməz; sayı nə qədər artarsa artsın, bütün qoxuları bir-birindən çətinlik çəkmədən ayırd edə bilərik.
Bir insanın, dəqiqələr içində özünə çatan minlərlə qoxunu səhvsiz qəbul edəcək bir sistemə sahib olması bəlkə də onu həyatı boyunca heç təəccübləndirməmişdir. İnsan, gülü iylədiyində tanış gülün qoxusunu, qəhvəni iylədiyində tanış qəhvənin qoxusunu qəbul etdiyini yadırğamaz. Bir meyvənin qoxusunun hansı mərhələlərlə özünə zamanla tanış hala gəldiyini bəlkə də heç düşünməmişdir. Halbuki, həyatının hər anında burunun qoxu hiss etmə hissəsində bunu təmin edən kompleks əməliyyatlar davam edir. Bütün insanların sahib olduğu bu xüsusi sistem ancaq Allahın diləməsiylə mövcuddur, Onun idarəsi ilə qüsursuz şəkildə işləyər. İnsana təqdim edilmiş digər bütün nemətlər kimi bu xüsusi nemət də Allahın bir ikramıdır.
Qeybi və aşkarı Bilən, Qüdrətli və Rəhmli olan Odur. Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmişdir (Səcdə surəsi, 6-7)
1. Tim Jacob, "Olfaction", 2001, http://www.cf.ac.uk/biosi/staff/jacob/teaching/sensory/olfact1.html
Bakteriyalar olmadan yer üzündə həyatın davam etməsi mümkün deyil. Torpağa atıb, çürüyüb-parçalanacağından əmin olduğumuz bütün tullantılar, bakteriyaların fəaliyyətləri nəticəsində yox olarlar. Onlar, yer üzündəki bütün tullantı maddələri işlənə bilən və yenidən istifadə edilə bilən hala gətirirlər. Ölü bir maddə, onların vəsiləsiylə çürüyər. Bakteriyalar, bu maddənin hər parçasını kiçik minerallara ayırar və bunların qida olaraq canlılara təqdim edilməsini təmin edərlər. Suyumuzu onlar təmizləyər, torpaqlarımızın səmərəsini onlar artırarlar. Bədənimizdə də əhəmiyyətli işlər bakteriyalar tərəfindən reallaşdırılar. Bakteriyalar, bağırsaqlarımızdakı vitaminləri sintez edər, yediklərimizi faydalı şəkərlərə və polisaxaritlərə (bir karbonhidrat qrupuna) çevirərlər. Yeməklərlə aldığımız xarici mikroblara qarşı mübarizəni də həyata keçirərlər.
Yer üzü üçün böyük əhəmiyyətə sahib azot dövranı, tamamilə bakteriyalardan asılıdır. Bakteriyalar havadan nitrogeni (azot) alar və onu elementlərimiz olan nükleotidlərə və amin turşularına çevirərlər. Bu, yer üzündə, insan da daxil olmaqla, başqa heç bir canlının reallaşdıra bilməyəcəyi həqiqi mənada heyranlıq oyandıran bir prosesdir. Bakteriyalar, sənaye üsulları ilə 5000C-də və 300 misli qədər təzyiq altında reallaşdıran bir prosesi, saniyələr içində problemsiz olaraq yerinə yetirirlər.
1. Atmosferdəki Azot Ehtiyatı | 6. Heyvani Tullantılar |
Bunlardan ən əhəmiyyətlisi, bakteriyalar bizə tənəffüs etdiyimiz oksigeni çatdırarlar. Yer kürəsinin tənəffüs edilə bilən oksigeninin böyük bir qismi fotosintez üsulu ilə mikroorqanizmlər tərəfindən təmin edilir. Göy-yaşıl yosunlar, yosunlar və dənizləri dolduran digər kiçik orqanizmlər havaya hər il təxminən 150 milyard kq oksigen buraxarlar. 1
Dünyada həyatın varlığına vəsilə olan saysız səbəbdən yalnız biri olan bakteriyalar, Darvinin təkamül nəzəriyyəsini tamamilə ortadan qaldırmışdır. Darvin bu canlıların primitiv olduqlarını fərz etmiş və bütün nəzəriyyəsini bu fərziyyə üzərində şəkilləndirmişdir. Ancaq 21-ci əsrin elmi bu canlıların heç də primitiv olmadıqlarını açıqca ortaya qoymuşdur. Sahib olduqları xüsusiyyətlər və reallaşdırdıqları möcüzələr, təsadüflərlə əsla meydana gələ bilməyəcək mükəmməl varlıqlar olduqlarını göstərər. Bir bakteriya, öz-özünə meydana gələ bilməyəcək, öz-özünə bəhsi keçən qabiliyyətləri əldə edə bilməyəcək qədər kompleksdir və təkamül nəzəriyyəsi tək bir bakteriyanın guya təsadüfən ortaya çıxışını heç bir şəkildə açıqlaya bilmir.
Bütün bunlar, müdhiş komplekslikləri, mükəmməl strukturları, qüsursuz prosesləri reallaşdırma qabiliyyətini bir yerdə yaradıb yer üzünün hər yanında var edən Allahın sənətinin təcəlliləridir. Bu nümunə ilə Allah, "ən sadə” adlandırılan ən kiçik tək hüceyrəli canlının belə nə dərəcə kompleks və üstün xüsusiyyətlərə sahib ola biləcəyinin dəlillərini təqdim etmişdir. Allah, insana, tək hüceyrəli bir canlıya möhtac olaraq yaşadığını xatırlatmışdır. Bundan öyüd alanlar, Allahın razılığı və cənnəti üçün çalışanlar və Allahı gərəyi kimi təqdir edənlər olacaqdır. Çünki Allah, yerdə və göydə olanları boşuna yaratmamış, onlarda, hər insanın öyüd alıb Allaha yönəlməsi üçün dəlillər yaratmışdır.
Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)
1. Hemen Her Şeyin Kısa Tarihi, Bill Bryson, Boyner Nəşrləri, 2003, səh. 264
Kainatdakı böyüklüklər və uzaqlıqlar, insanın təxəyyülündən çox kənardır. Dünya şərtlərindəki bizim üçün böyük olan rəqəmlər, kainatın hamısı düşünüldüyündə əslində olduqca kiçikdirlər. Məsələn, kainatda 300 milyard qalaktika olduğu hesablanmışdır. Bu qalaktikalardan yalnız biri olan içində olduğumuz Samanyolu qalaktikasında 250 milyard ulduz vardır. Bu ulduzlardan yalnız biri olan orta böyüklükdəki Günəşin diametri, Dünyanın diametrinin 103 misli qədərdir. Günəşə ən yaxın olan ulduz Alpha Centaurinin Günəşdən uzaqlığı belə 78.000 kilometr kimi böyük bir uzaqlıqdır.
Hələ sirri həll edilə bilməmiş olan kosmos və onun içindəki milyardlarla qalaktika, öz orbitlərində özləri üçün təyin olunmuş bir istiqamətdə hərəkət edir və nəhəng cazibə qüvvələri ilə bir-birlərinə təsir edirlər. Bu əzəmətli kainatda nəhəng böyüklükləri ilə bütün ulduzlar, bunları izləyən peyklər hətta bunların üzərindəki tək bir buz və ya toz dənəsi, qısacası, kainatdakı hər şey özləri üçün təyin olunmuş bir qədər daxilində hərəkət edər. Hər birinin hərəkəti, fırlanma sürəti, istilikləri, uzaqlıqları Allahın Qatında təyin olunmuşdur. Yerin dərinliklərindəki gözlə görünməyən kiçik bir canlını yaradan, onun üçün bir qədər təyin edən Allah, kainatdakı nəhəng ulduzları da ən mükəmməl şəkli ilə yaradandır və digər hər şey kimi onları da davamlı olaraq Öz idarəsi altında tutur. Kəbir olan Allah, böyüklüyünü və qüdrətini, torpağın altında yaşayan bir canlıda da, kainatın dərin qaranlıqlarındakı nəhəng qalaktikalarda da açıqca sərgiləyib göstərəndir.
İnsan, yerdə və göydə olan hər nəyi araşdırırsa araşdırsın, mütləq Allahın üstün və qüsursuz sənəti ilə qarşılaşacaq. Varlıqların heç biri, təsadüfən bir xüsusiyyət qazana bilməz, təsadüfən mövcud nizam və tarazlıqlarını qoruya bilməzlər. Bunların hamısı, üstün və sonsuz bir ağılın idarəsində və hakimiyyətindədir. Hər yerdə varlığını göstərən bu üstün ağıl, aləmlərin Rəbbi olan Uca Allaha aiddir.
Kainatda 300 milyard qalaktika olduğu güman edilir. Bunlardan yalnız biri olan Samanyolu qalaktikası içində Günəş, 250 milyard ulduz arasından yalnız biridir və Dünyanın 103 misli qədər böyükdür. Ucsuz-bucaqsız kainatı əhatə edən bütün nəhəng ulduzlar da, bunlara aid tək bir toz dənəsi də Allahın idarəsindədir. |
Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: |
Kiçik bir qarışqa təxminən 500.000 sinir hüceyrəsinə sahib böyük bir iman həqiqətidir. Demək olar ki, bütün məqsədi qida yığaraq həyatını davam etdirmək olan belə bir canlıda da Allah, kompleks quruluşu və üstün əlaqə sistemi ilə möcüzəvi bir sinir şəbəkəsi var etmişdir.
Bu fövqəladə sistem sayəsində qarışqalar olduqca dəyişik əlaqələrdən istifadə edə bilərlər. Ovlarını tapmaqdan bir-birlərini izləməyə, yuvalarını qurmaqdan düşmənləriylə döyüşməyə qədər bir çox fəaliyyəti sahib olduqları bu xüsusi sinir şəbəkəsinin vəsiləsiylə reallaşdıra bilirlər. Allahın özlərinə təqdim etmiş olduğu üstün təchizat sayəsində heç bir köməyə ehtiyac duymadan mükəmməl şəkildə həyatlarını davam etdirə bilərlər.
Halbuki, bir qarışqanın, sahib olduğu 500.000 sinir hüceyrəsindən xəbəri belə yoxdur. Bir qarışqanın yaşaması üçün bu əhatəli təchizatı nə bir insan ona təmin edə bilər, nə elm adamları, nə də təsadüfü hadisələr... Darvinin nəzərdə tutduğu təsadüfi mutasiyalar, tək bir qarışqadakı bu möhtəşəm sistemin tək bir hüceyrəsini belə ortaya çıxara bilməzlər. Təsadüflər, bir canlının haradan nə hiss etməsi lazım olduğunu bilə bilməz, buna görə yeni bir bədən sistemi meydana gətirə bilməzlər. Təkamülçülərin qarşıya qoyduqları təkamül mexanizmləri, bu mövcud kompleks sistemə yalnız zərər gətirərlər. Bu xüsusi sistemin səbəbinin, şüursuz təsadüflər olması mümkün deyil.
Qarışqalar, öz bədənlərindəki əhatəli sinir şəbəkəsinə yaradıldıqları andan etibarən sahibdirlər. Çünki hər canlı kimi onlar da, hər incəlikdə və hər hadisədə böyüklüyünü göstərən Rəbbimizin əsəridir və hər an Onun idarəsindədirlər. Bütün varlıqlara can verən, onları dirildən və yaşadan Muhyi olan Allahdır və Uca sənəti, tək bir qarışqada belə ən mükəmməl şəkli ilə sərgilənmişdir.
Səmada bürclər qoyan və orada günəş və nurlu bir ay yaradan Allah nə qədər xeyirxahdır. Yada salmaq və şükür etmək istəyənlər üçün gecə ilə gündüzü bir-birinin ardınca gətirən Odur. (Furqan surəsi, 61-62)
İnsan davamlı olaraq cazibə qüvvəsinə qarşı müqavimət göstərər. Olduqca qərarlı bu həssas cazibə qüvvəsinin səbəbi, Dünyanın böyüklüyüdür. Dünyanın böyüklüyü, Allahın diləməsiylə, üzərində canlılığın meydana gələ bilməsinə imkan verəcək şəkildə xüsusi olaraq təyin olunmuşdur. |
İnsan, ayağa qalxıb yeriməyə başladığında, üzərində nə yuxarı, nə də yerə doğru bir təzyiq hiss etməz. Oturmaq, getmək, qaçmaq son dərəcə normal hərəkətlərdir. Halbuki, ayağa qalxıb getdiyində, hətta kürsüsündə rahat oturarkən belə olduqca güclü cazibə qüvvəsinə qarşı müqavimət göstərər. Bu qüvvə elə bir nisbətə malikdir ki, insan, gündəlik həyatında göstərdiyi bu müqavimətin fərqində belə deyil.
Bunun ən əhəmiyyətli səbəbi Dünyann böyüklüyüdür. Yer kürəsi əgər bir az daha kiçik olsaydı cazibə qüvvəsi çox zəifləyəcək və atmosfer Yerin çevrəsində saxlanıla bilinməyəcəkdi, dağılacaqdı. Biz də eynilə atmosfer kimi yer üzündə heç cür sabit dayana bilməyəcəkdik. Əgər Yer kürəsi daha böyük olsaydı, bu dəfə də cazibə qüvvəsi çox artacaq və bəzi zəhərli qazları da saxlayan atmosfer öldürücü hala gələcəkdi. Bizlər, bu zəhərli qazlardan qorunmağı bacarsaq belə, oturduğumuz yerdə ağırlaşacaq və hərəkət edə bilməyəcəkdik.
Ancaq belə bir problem heç bir zaman olmamışdır. Çünki Yer kürəsinin böyüklüyü, üzərində bizim yaşaya bilməyimizə imkan verəcək şəkildə olduqca xüsusi təyin olunmuş bir nisbətə malikdir.
İnsanın yaşaya bilməsi üçün bir araya gələn səbəblər, elə böyük bir həssaslığa malikdir ki, bunlardan birinin belə təsadüfən meydana gəlmiş olması mümkün deyil. Elm adamları Dünyadakı həyata əlverişli olan şərtlərin meydana gəlmə ehtimalını hesablamışlar və bunun 10 üstü 123 (10123)-də bir ehtimal olduğunu təyin etmişlər. 1 Bu rəqəm, 10-un yanına 123 sıfırın gəlməsiylə olar və Yer həyata əlverişli bir mühitin təsadüfən meydana gəlməsinin qeyri-mümkünlüyünü açıqca elan edər.
Əlbəttə, Allah diləsə, yaratdığı bütün ulduz və planetləri həyata əlverişli edə bilərdi. Allah diləsə, yaratdığı insanların nə su içməyə, nə yemək yeməyə, nə müəyyən nisbətdəki xüsusi qazları tənəffüs etməyə, nə cazibə qüvvəsinə, nə də Günəşə ehtiyacı qalmazdı. Hər birini ayrı-ayrı yaradan Allah, diləsə heç birini bir-birindən asılı etməyə bilərdi. Ancaq yalnız həyat üçün belə saysız səbəb bir araya gəlmiş və bunlar bizləri heyrətə salan incəliklərə sahib olmuşlar. Bütün bunlar, hər şeyi Allahın yaratdığı və hər an idarəsi altında tutduğu həqiqətini bir daha xatırladır, bizlərə Uca Allahın qüdrətini bir daha təqdir edib Ona yönəlmə imkanı verir.
Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi, 2)