Tənəffüs prosesi, insanda bir refleks olaraq həyata keçər. Bəzi canlıların isə refleks olaraq nəfəs almağa ehtiyacları yoxdur. Məsələn, delfinlər üçün bu, şüurlu bir hərəkətdir. Bizim yeriməyə qərar verdiyimiz kimi, onlar da nəfəs almağa qərar verərlər. Nəfəs almaq üçün səthə çıxdıqlarında ciyərlərinin 80-90%-ini hava ilə doldurarlar. Bu miqdar, uzun müddət ehtiyaclarını qarşılayır. Yatarkən havaya ehtiyac duymaları isə onlar üçün bir problem deyil. Delfinlər, beyinlərinin sağ və sol yarımkürələrini 15 dəqiqəlik periodlar olaraq alternativ istifadə edərlər. Yarımkürələrdən biri yatarkən, səthə çıxıb hava ala bilmək üçün beyinlərinin digər yarımkürəsi vəzifə başındadır.
İnsan yer üzündə kompleks xüsusiyyətlərə sahib tək canlı deyil. Araşdırdığınız hər yer, göydə uçan və ya dənizin dərinliklərində yaşayan, bir-birindən kompleks və fərqli canlılarla doludur. Bunların, bizlərdən və bir-birlərindən fərqli yaradılmaları, fərqli aləmlərdə, fərqli gözəlliklər və əsərlər yaradan Allahın hikmətidir. İnsan, bir canlını suda nəfəs ala bilmə qabiliyyəti ilə təchiz edə bilməz, havanı ciyərlərinə müəyyən bir nisbətdə almasını təmin edə bilməz. Gecə yatarkən ona beyin yarımkürələrini nəzarət etmə qabiliyyətini verə bilməz. Yatarkən ölməməsi üçün istifadə etməsi lazım olan sistemi ona öyrədə bilməz. Yer üzündəki heç bir canlıya, yaşadığı mühitə ən uyğun həyat imkanlarını və xüsusiyyətlərini verə bilməz. İnsan bunu, özü üçün belə edə bilməz.
Şüurlu bir varlıq olaraq insanın reallaşdıra bilmədiklərini isə şüursuz təsadüflərin reallaşdırması şübhəsiz qeyri-mümkündür. Təsadüfləri ilahlaşdıran, bütün varlıqların təsadüfi meydana gəldiyini müdafiə edən təkamül nəzəriyyəsi, hər keçən gün ortaya çıxan kompleks strukturlar qarşısında tamamilə çökməyə məhkum bir nəzəriyyədir.
İnsana və yer üzündəki bütün varlıqlara can verən, hər birinə yaşamaları üçün müxtəlif imkanları nemət olaraq təqdim edən və bunun üçün müxtəlif təchizatlar var edən Uca Allahdır. Bu nemətlərlə davamlı qarşılaşan insanın etməli olduğu şey isə, Rəbbimizin üzərimizdəki rəhmətini və nemətini düşünüb Ona yönəlməkdir.
Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır. |
İnsan heç bir yeni gündə, əvvəlki bədəninin eynisinə sahib deyil. Bədəndəki hüceyrələrin bir qismi yenilənmişdir. İnsanın "mənim bədənim" deyərək sahibləndiyi bədənini meydana gətirən hüceyrələrin bir qismi ölmüşdür. "Mənim" deyən şey ruhdur, bədənin özü dəyişir. Bu elmi bir həqiqətdir. İnsan bədənini meydana gətirən toxumalar davamlı olaraq yenilənər. Bunu təmin etmək üçün bədəndə hər dəqiqə 200 milyon hüceyrə doğular və ölmüş hüceyrələrlə yer dəyişdirər. Bu mükəmməl hadisənin nəzarəti isə, Allahın diləməsiylə, troksin deyilən tək bir hormona verilmişdir.
Troksin hormonu bədənə nəzarət edər, ömrünü tamamlayan hüceyrələri təyin edər və buna görə yeni birinin istehsal edilməsi əmrini əlaqədar bölmələrə çatdırar. Bədənin yenilənməsi əslində bu hormonun fəaliyyətinə bağlıdır. Əgər troksin hormonu, azalan hüceyrələrin sayını hesablaya bilməsə və ehtiyacdan daha çox və ya daha az istehsal etsə, bədəndə olduqca qarışıq bir vəziyyət meydana gələr. Hüceyrələr lazımi miqdarda yenilənmədiyi üçün xarici görünüşdə yaşlanma meydana gələrkən, orqanlar funksiyasını edə bilməyəcək hala gələcək. Çox istehsal nəticəsində isə, idarəsiz böyüyən orqanlar və yaranan şişlər, qısa müddətdə ölümə səbəb ola bilər. Belə təhlükəli riskləri olan bir istehsalın, təkamülçülərin iddia etdiyi kimi guya şüursuz şəkildə hərəkət edən və təsadüfən funksiya yerinə yetirən tək bir hormonun idarəsində olması məntiqlidirmi? Yenə təkamülçülərin iddia etdiyi kimi təsadüfən meydana gəlmiş (bu qeyri-mümkündür) və tamamilə şüursuz hərəkət edən tək bir hormonun bədəndə nə qədər hüceyrənin ölmüş olduğunu hesablaya bilməsi, meydana gələn əskikliyə uyğun olaraq yeni bir istehsal etməsi mümkündürmü?
Bir hormonun təsadüfən meydana gələrək və öz-özünə qərarlar verərək bədəndəki bir istehsalı istiqamətləndirməsi əlbəttə, mümkün deyil. İnsan, bədənindəki mükəmməl tarazlığın, təsadüfən meydana gəlmiş, təsadüfi hərəkət edən tək bir hormona aid olduğunu zənn etsə, həyatını böyük narahatlıqlarla keçirmək məcburiyyətində qalar. (Onsuz da təsadüfən bir hormonun meydana gələ bilməsi də, təsadüfü müdaxilələrlə bir insan bədəninin canlı qala bilməsi də mümkün deyil. Darvinin qarşıya qoyduğu təsadüfi mərhələlər, tək bir bakteriya hüceyrəsinin tək bir zülalının meydana gəlməsini belə açıqlaya bilmir.) Bir insan bədənində, tək bir təsadüfi hadisəyə belə icazə verməyəcək qədər kompleks və təfərrüatlı sistemlər vardır. Bütün bu sistemlərin Yaradıcısı, onları hər an idarəsi altında tutan, yerdə və göydə hər şeyin hakimi olan Allahdır.
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)
Kainatda bir ulduz nə qədər böyükdürsə, o qədər sürətlə yanar. Bizi isidən, bizə qida və həyat təmin edən Günəş, əgər hal-hazırda olduğundan on qat daha böyük olsaydı, meydana gəlməsindən on milyard il sonra deyil, on milyon il sonra sönəcəkdi və bizlər hal-hazırda burada ola bilməyəcəkdik. Əgər Günəşə çox yaxın bir orbitdə olsaydıq, yer kürəsi üzərindəki hər şey buxarlanıb yox olardı. Çox uzaq bir orbitdə olsaydıq, bu vəziyyətdə də hər yeri buzlar örtəcəkdi.
Günəş, Yer kürəsinə həyat təmin edə bilmək üçün ən uyğun böyüklükdə və yerə ən uyğun uzaqlıqdadır.
Yer kürəsi əgər Günəşdən yalnız 1% nisbətində uzaq, ya da ona 5% nisbətində yaxın olsaydı, üzərində yaşanılamaz bir planet olardı. Bəhsi keçən faizlər, kainatdakı böyük ədədlər diqqətə alındığında əslində olduqca kiçik məsafə vahidləridir. Bunu anlaya bilmək üçün Veneranı nümunə verə bilərik. Yerdən əvvəlki planet olan Veneraya Günəşin istiliyi bizdən yalnız iki dəqiqə əvvəl çatar. Böyüklük və quruluş baxımından Venera Yer kürəsinə olduqca bənzərdir, lakin orbit üzrə məsafədəki kiçik bir fərq, bu iki planet arasındakı "həyat" fərqinin meydana gəlməsinin səbəbidir. Bu iki dəqiqəlik fərqin nəticəsində Veneranın səth istiliyi 470 0C-ə çatar. Bu istilik, qurğuşunu belə əridə biləcək qədər yüksəkdir. Səthindəki atmosfer təzyiqi isə Dünyadakının 90 qatıdır. Belə bir təzyiq altında, insan həyatı mümkün deyil. 1
Əlbəttə ki, Allah, kosmosda mövcud olan bütün planetlər üzərində həyat yarada bilərdi. Ancaq Allah, həyatı yalnız Yer kürəsi üzərində var etmişdir. Bunun üçün çoxsaylı amilləri incə tarazlıqlardan asılı etmişdir. Bunlardan yalnız birinin tarazlığının pozulması, Yer üzərindəki həyatı sona çatdırmağa kifayətdir. Yer kürəsi üzərindəki həyat, onun sahib olduğu qüsursuz tarazlıq və bunların asılı olduğu səbəblər, bütün bunları yaradan Allahın nəzarəti altındadır. Yaradılan hər şey kimi üzərində yaşadığımız Yer kürəsi də, Uca Allahın qüsursuz sənətinə malikdir.
Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə vaxt üçün hesablama ölçüsü etdi. Bu, Qüdrətli və Bilən Allahın müəyyən etdiyi hökmdür. (Ənam surəsi, 96)
1. Hemen Her Şeyin Kısa Tarihi, Bill Bryson, Boyner Nəşrləri, 2003, səh. 216-217
Dünyada eyni anda yüz milyonlarla telefon söhbəti edilə bilər. Dünya səviyyəsindəki bu şəbəkə, olduqca üstün və əhatəli bir şəbəkədir. Bu həqiqətə qarşı bu böyük şəbəkə, tək bir insan beyni ilə müqayisə edildiyində olduqca adi qalar. Tək bir insanın beyninin içində orta hesabla 100.000.000.000 (yüz milyard) neyron (sinir hüceyrəsi) var. Bu mükəmməl şəbəkəni daha yaxşı anlamaq üçün bu nümunəni verə bilərik: Beyindəki bu neyronlar, sahib olduqları uzadılmalardan uc-uca əlavə olunacaq olsa, uzunluqları bir neçə yüz min kilometrə çatır. Elm adamlarının beyni, "kainatdakı ən böyük sirlərdən biri" olaraq tanınmasına səbəb olan ən əhəmiyyətli ünsürlərdən biri, bu fövqəladə şəbəkənin varlığıdır.
İnsan beynində təxminən 100 trilyon sinaps var. Sinapslar, sinir hüceyrələrində kimyəvi keçidin reallaşdığı yerlərdir. Bədəndəki hər hansı bir hüceyrə, sinapslar yoluyla, 1000 ayrı beyin hüceyrəsi ilə əlaqə qura bilir. Bu fövqəladə şəbəkə sayəsində meydana gələn məlumat əməliyyat sürəti, həqiqi mənada heyrətamizdir. Tək bir bitlik məlumat, bir anda tam 100.000 neyrona çata bilir. Bu xüsusiyyəti ilə beyin, bilinən ən sürətli kompüterdən yüz minlərlə qat daha sürətlidir. Belə mükəmməl bir əsərin, eyni sürət və eyni xüsusiyyətlərə sahib bir bənzərinin hazırlanması, IBM-in texnologiya müdiri Dr. Kerry Bernsteinin ifadəsiylə, mümkün deyildir. 1
Belə əhatəli bir şəbəkəni, kiçik bir sahəyə sığdırmaq və onun trilyonlarca əlaqə qurmasını və bunu salisələr (saniyənin altmışda biri) içində bacarmasını təmin etmək əlbəttə qeyri-mümkündür. Dünyadakı gəlib-keçmiş bütün insanların sahib olduğu bu möhtəşəm sistemi yoxdan var etmək üçün insanın edə biləcəyi heç bir şey yoxdur. Beyin, insanların bu həqiqəti görə bilməsi üçün çox əhatəli və təfərrüatlı yaradılmış bir möcüzədir. İnsanlara hədiyyə edilmiş bu qiymətli hədiyyənin sahibi, növbənöv nemətləri qarşılıqsız bağışlayan Uca Allahdır. Üstün yaradılış möcüzəsi beyinin varlığı, Uca Rəbbimizin böyüklüyünü və qüdrətini bir daha sərgiləyir.
Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır! (Muminun surəsi, 14)
1. "Brain Teaches Computers A Lesson", MSNBC.com, 6 Avqust 2002
(Bit: Bir kompüterdəki ən kiçik məlumat hissəsinə bit adı verilir.)
Ağcaqanad, qanadlarını "saniyədə" təxminən, "500 dəfə" çırpar. İnsanın qollarıyla olduqca məhdud sayda reallaşdıra bildiyi bir əməliyyatı, o yalnız tək bir saniyədə 500 dəfə reallaşdırır.
Saniyədə 500 dəfə davamlı olaraq hərəkət edən belə güclü bir mexanizm, süni olaraq inkişaf etdirilə bilmir. Müxtəlif vəsaitlər ilə inkişaf etdirilən buna bənzər bir mexanizm, sürtünmənin şiddətindən qısa bir müddət sonra yanacaqdır. Amma bir ağcaqanad, həyatı boyunca uçduğu hər saniyə, qanadlarını bu sıxlıqla çırpır və heç bir problem yaşamır. Üstəlik, bu üstün xüsusiyyətli qanadlar ona, yüksək bir sürətdə, dilədiyi istiqamətə, dilədiyi uzunluqda uçma imkanı verərkən, eyni zamanda manevr və eniş qabiliyyətlərini də ən mükəmməl şəkildə reallaşdırmasını təmin edər.
Qanadlarını bu sürətdə çırpa bilmək üçün ağcaqanadın çox miqdarda oksigenə ehtiyacı vardır. Bu səbəblə, ağcaqanad, dərhal hər hüceyrəsinə çatan xüsusi bir tənəffüs borusuna malikdir. Bu boru, birbaşa çöldəki havaya bağlı olduğundan, hüceyrələr oksigen tənəffüsünü vasitəçi bir maddə olmadan edərlər. Bu xüsusi sistemin nəticəsi olaraq da dəqiqədə minlərlə dəfə qanad çırpan ağcaqanad heç yorulmaz.
Böyüklüyü 1 sm belə olmayan bir canlıda, saniyədə yüzlərlə dəfə çırpacaq bir qanad və bunu mümkün edəcək bir tənəffüs sistemi var etmək Allahın heyranlıq oyandıran bir sənətidir. Heç bir təsadüf, belə kompleks bir canlıda, bu mükəmməllikdə bir mexanizm meydana gətirib onu hər bir fərddə mükəmməl işlək halına gətirə bilməz. Heç bir təsadüf, eyni zamanda hərəkət edən bir cüt qanada saniyədə 500 dəfə çırpma imkanı verə bilməz. Bu qüsursuz canlının da, onun sahib olduğu heyranlıq oyandırıcı qanadlarının da Darvinin irəli sürdüyü kimi təsadüfi mərhələlərlə meydana gəlməsi qeyri-mümkündür. Bu əsər, Sani (sənətkar) olan Allaha aiddir.
Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər? Onlar yalnız zənnə uyur və ancaq yalan uydururlar. (Yunis surəsi, 66)
İnsan, qollarını mümkün olan ən sürətli şəkildə çırpmaq istədiyində bunu saniyələr içində olduqca məhdud ədəddə reallaşdıra biləcək. Ancaq bir ağcaqanad, qanadlarını saniyədə 500 dəfə çırpa biləcək bir qabiliyyətə malikdir. Bu, Allahın bu kiçik canlıya verdiyi üstün bir qabiliyyət, ayrıntıda sərgilədiyi bir yaradılış dəlilidir. |