Qaraciyər hüceyrələri 500 dəyişik əməliyyat reallaşdırma qabiliyyətinə sahib xüsusi hüceyrələrdir. Qaraciyərin bir qismi ziyan gördüyündə isə, Allahın əmri ilə hüceyrələrin yeni vəzifəsi artıq "çoxalmaqdır". |
Qaraciyər hüceyrələrinin hər biri təxminən 500-ə qədər müxtəlif kimyəvi əməliyyat reallaşdırmaq qabiliyyətinə malikdir. Bədənin qan dövranı, həzm, ifrazat kimi sistemlərində reallaşan bütün fəaliyyətlərdən xəbərdardırlar. Üzərinə götürdükləri bu vəzifələr səbəbiylə hüceyrələrin hər birində sıx bir hərəkətlilik vardır və bu hərəkətlilik dayanmadan davam edər.
Əgər hər hansı bir səbəblə, qaraciyərin bir qismi ziyan görər və ya götürülərsə, fəaliyyət birdən çeşidlənər. Artıq hüceyrələrin yeni fəaliyyətləri "çoxalma"dır. Hüceyrələr 500 ayrı vəzifəni yerinə yetirərkən, eyni zamanda çox yüksək bir sürətlə çoxalmağa da başlayarlar. Bunun məqsədi, ziyan görən qaraciyəri tamamlamaqdır. Qaraciyər, hüceyrələrin bu fövqəladə qabiliyyətləri səbəbiylə, bədəndə özünü yeniləyə bilən tək orqandır. Qaraciyər normal ölçüyə gəlib tamamlandığında, hüceyrələr eyni anda fəaliyyətlərini dayandırarlar.
Qaraciyər hüceyrələrinin, barmağınızın ucundakı bir millimetrlik qisimdəki hüceyrələrdən bir fərqi yoxdur. Qaraciyərinizdə olan hüceyrələr də, barmağınızdakılar da eyni məlumatı daşıyarlar. Onları fərqli edən, sahib olduqları məlumatın yalnız fərqli bir qismini istifadə etmələridir. Buradakı gözlə görülməyən tək bir hüceyrə, çoxalma əməliyyatının başlaması lazım olduğunu bilir və özünün surətini çıxara bilir. Sonra, qəflətən qaraciyəri tamamlama vəzifəsinin bitdiyini xəbər alır və fəaliyyətini digərləriylə birlikdə dayandırır. Heç bir hüceyrə, özbaşına olaraq istehsal prosesinə davam etməz. Heç bir hüceyrə çoxalma əsnasında digər vəzifələrini bir az gecikdirməsi lazım olduğuna qərar verib sistemin axsamasına səbəb olmaz. Surəti çıxarılan heç bir yeni hüceyrə, hansı vəzifələri yerinə yetirəcəyi mövzusunda öyrədilməz. Ancaq buna baxmayaraq, hər yeni hüceyrə tərəddüdsüz dərhal qaraciyərdəki fəaliyyətinə başlayır.
Bu əhatəli sistemin idarəsi insana aid deyil. Təkamülçülərin isə, bu kompleks sistemin təsadüflərlə meydana gəldiyi iddialarını müdafiə edə bilmələri üçün əvvəlcə qaraciyəri meydana gətirən tək bir hüceyrənin necə ortaya çıxdığını açıqlamaları lazımdır. Ancaq təkamülçülər üçün, həyatın təməlini əhatə edən belə əhəmiyyətli bir problemin açıqlaması yoxdur. Çünki şübhəsiz, bütün canlıları, onların sahib olduğu hər bir hüceyrəni yaradan, bunları hər an idarəsi və nəzarəti altında saxlayan, sonsuz elm sahibi olan Allahdır. Qaraciyərdə sərgilənmiş olan sistem də, varlığı heç dəyişməyən, hər şeyi bilən və hər şeyə gücü çatan Uca Allahın əsəridir.
Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. (Həcc surəsi, 5)
İnsan, ürəyinin döyüntüsünü idarə edə bilməz. Yemək yeyərkən tüpürcək vəzisinin fəaliyyətlərinin nəzarəti öz əlində deyildir. Öz idarəsinə buraxılsa, hər saniyə nəfəs alması lazım olduğunu davamlı olaraq xatırlaması olduqca çətindir. Bunun kimi saysız bədən funksiyası onun heç bir müdaxiləsi olmadan reallaşır. Ancaq öz bədənində öz nəzarəti olmamasına baxmayaraq, sahib olduğu bütün sistemlərdə qüsursuz bir işləmə vardır.
İnsanın xromosomlarının içində özüylə əlaqədar hər məlumat vardır. Nüvədəki 46 xromosomun hər biri, bir insan ilə əlaqədar bütün məlumatları daşıyan genlərə malikdir. İnsan bədənində olan bütün orqanlar, Allahın diləməsiylə hüceyrələrdə iştirak edən genlərin təsvir etdiyi bir plan çərçivəsində inşa edilərlər. Məsələn, bədəndəki dəri 2.559, beyin 29.930, göz 1.794, tüpürcək vəzisi 186, ürək 6.216, döş qəfəsi 4.001, ağciyər 11.581, qaraciyər 2.309, bağırsaq 3.838, skelet əzələsi 1.911 və qan hüceyrələri 22.092 gen tərəfindən nəzarət edilir.
İnsan hüceyrəsinin nüvəsində olan xromosomların hər biri, o insan ilə əlaqədar bütün məlumatları daşıyan genlərə malikdir. İnsan bədənində olan bütün orqanlar, Allahın diləməsiylə, hüceyrələrdə iştirak edən genlərin təsvir etdiyi bir plan çərçivəsində inşa edilirlər. Gözlə görülməyən bu möcüzələr, Allahın insanda yaratdığı qüsursuz incəliklərdən yalnız bir dənəsidir. |
Gözlə görülməyən bir hüceyrənin içində saxlanan saysız kiçik parçanın, nəhəng bir bədən sistemini idarəsi altında saxlaması böyük bir möcüzədir. Bu sistemdə heç bir əskikliyin ortaya çıxmaması, doğulan hər yeni insanda eyni genlərin eyni sistem və orqanları nəzarət etməsi fövqəladə bir vəziyyətdir.
Genlər şübhəsiz ki, ağıl sahibi varlıqlar deyildirlər; kor və şüursuz atomların bir araya gəlməsiylə meydana gələrlər. Bu səbəbdən, buradakı üstün ağıl və qüsursuz nəzarət onlara aid deyil. Heyranlıq oyandırıcı bir yaradılış möcüzəsi olan genlər, bənzərsiz olaraq möhtəşəm aləmlər yaradan Allahın əmrinə görə hərəkət edirlər. Əslində bu, kainatdakı kiçik-böyük hər təfərrüatda özünü açıq şəkildə göstərən bir həqiqətdir. Hər şey, Allahın üstün yaratmasının bir təcəllisidir. Genlər, Allah dilədiyi üçün "hər an" bədən sistemiylə əlaqədar "hər şeyi" idarə edə bilərlər. Bu üstün idarə, bütün bu sistemin əsl sahibi Cəlil (əzm, mərtəbəsi yüksək) olan Allaha aiddir.
Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)
İnsan suda həll olmuş oksigenlə tənəffüs edə bilməz, su altındakı təzyiqlərə dözə bilməz. Su, havadan təxminən 1.300 qat daha ağırdır və dərinlərə enildikcə təzyiq sürətlə yüksələr. Hər on metr dərinlikdə üzərimizə bir atmosferə bərabər təzyiq düşər. Su altında, 150 metr dərinliyə qədər enildiyində damarlar çökə bilər və ciyərlər sıxışaraq təxminən, bir qazlı su qutusunun ölçülərinə enə bilər.
Dünya üzərindəki həyat, insana yalnız quruda yaşamağa imkan verər. Suyun içində isə bizlər üçün həyat mümkün deyil.
İnsan, suyun təzyiqinə qarşı son dərəcə davamsızdır. Amma yer üzündə elə canlılar vardır ki, sahib olduqları xüsusi təchizatlar sayəsində insandan üstün xüsusiyyətlərə sahib olurlar. Məsələn, okeanın ən dərin nöqtəsi olan Sakit okeandakı Mariana çökəkliyi, krevetə bənzər şəffaf, bir növ qabıqlı olan amfobid koloniyalarının yuvasıdır. Bura, okean səthindən təxminən 11,3 kilometr aşağıdadır. Orta hesabla, 4 kilometrlik okean dərinliyində belə şiddətli olan təzyiq, bu fövqəladə dərinlikdə, sement yüklü on dörd yük maşınının ağırlığı altında əzilməklə eynidir. 1
Hansı şərtlərdə necə yaşadığını belə bilmədiyimiz bir canlı, bizdən çox daha üstün xüsusiyyətlərə sahib ola bilər və çox daha çətin şərtlər altında həyatını davam etdirə bilər. Bu canlının özü, okeanın onlarla kilometr dərinliklərində yaşadığının və insanın ölümünə səbəb ola biləcək bir təzyiq altında varlığını davam etdirə bildiyinin fərqində belə deyil. Bu canlının, bizim çata bilmədiyimiz dərinliklərdə həyatına davam etməsi, yerin və ya suyun dərinliklərində də olsa, göyün ən yüksəklərində də olsa bütün canlıların, Allahın üstün sənətiylə yaradılmış olduqlarını göstərən dəlillərdən biridir.
İnsan, tək bir nümunəyə baxaraq Allahın böyüklüyünü görə bilər, Onu təqdir edə bilər. Bütün nemətləri, bütün varlıqları, yerdə və göydə olan hər şeyi yaradanın Allah olduğunu anlayıb idrak edə bilər. Bunun üçün sahib olduğu tək bir xüsusiyyət, görüb araşdırdığı tək bir şey üzərində düşünməsi kifayətdir. İnsana düşən, özünə verilmiş dəlilləri mütləq görməsi və Allahın yerdə və göydə olan bütün varlıqlar üzərindəki hakimiyyətini təqdir etməsidir.
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 191)
1. Hemen Her Şeyin Kısa Tarihi, Bill Bryson, Boyner nəşrləri, 2003, səh. 209-210
Ətrafımızda gördüyümüz hər şey, öz bədənimiz də daxil olmaq üzrə, yalnız 109 atomun kombinasiyasından meydana gəlir. 109 ayrı atom bir araya gəlir və dağları, suları, bitkiləri, əşyaları, binaları, şirini-acını, zəhərlini-faydalını, gözəl qoxunu, gözəl rəngi və bir-birindən müxtəlif canlıları meydana gətirərlər. Bu, həqiqətən böyük bir möcüzədir.
Atomlar bir araya gəldiklərində, birləşərək xüsusi dizaynlar meydana gətirərlər. Yaranan xüsusi dizaynlar, yəni molekullar, bir-birindən fərqli maddi xüsusiyyətlərin ortaya çıxmasını təmin edər. Əlinizdə tutduğunuz qələm də, əliniz də, içdiyiniz su da bənzər atomların müxtəlif şəkillərdə birləşmələrinin bir nəticəsidir. Bəzən molekula tək bir atom əlavə olunar və içilən su bir zəhərə çevrilə bilər. Molekula əlavə olunan və ya molekuldan ayrılan tək bir atom, yeyilməz şeyi yeyilən hala, kəskin və çirkin bir qoxunu möhtəşəm gül qoxusuna çevirə bilər. Eyni atomların fərqli şəkillərdə bir-birlərinə bağlanmaları, molekulun rəngini dəyişdirə bilər, axıcı bir maddəni qatı edə bilər.
Əlinizdə tutduğunuz bu kitab da, əliniz də bənzər atomların müxtəlif şəkildə birləşmələri nəticəsində meydana gəlmişdir. Molekula əlavə olunan və ya molekuldan ayrılan tək bir atom, şirini acıya, bərk bir maddəni mayeyə, yenilməyən bir şeyi yenilən hala gətirə bilər. |
Yer üzündəki müxtəliflik fövqəladədir. Allah, molekullara müxtəlif xüsusiyyətlər verməklə üstün bir sənət sərgiləyər. Bir almanın şirin olması, daşın sərt, pambığın yumşaq olması, gözlə görülməyən atomlarda Allahın sərgilədiyi böyük bir möcüzədir. Allah, yer üzünü yoxdan yaratmış, bütün varlıqlara 99.99999 % -i boşluq olan atomları səbəb etmiş və bu gözlə görünməyən aləm içində də heyranlıq oyandırıcı bir sənət sərgiləmişdir.
İnsan, Allaha hər anında möhtackən, Onun diləməsi xaricində heç bir şeyə güc çatdıra bilməzkən, özünə təqdim edilmiş nemətləri çox yaxşı anlamalı və bunların sahibinin aləmlərin Rəbbi olan Allah olduğunu çox yaxşı düşünməlidir. O zaman, dünyada sahib olduğu nemətlər səbəbiylə imanın sevincini yaşayacaq, axirətdə isə bütün gözəlliklərin ən çoxuna qovuşacaqdır. Allah bir ayəsində belə buyurur:
109 atom bir araya gəlir və dağları, dənizləri, insanı, kosmosu, kəpənəkləri, çiçəyi, qısacası mövcud olan hər şeyi meydana gətirərlər. Yalnız 109 atomu səbəb edərək möcüzələr yaradan Allah, üstün qüdrətini və yaratma sənətini yer üzündəki bütün təfərrüatlarda sərgiləyir. |
Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır. Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Allaha üz tutan, Onun əmrinə riayət edən, Mərhəmətli Allahdan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür. Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür. Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı Allahı görmək vardır. (Qaf surəsi 31, 35)
Dünya üzərində həyatın mövcud olması üçün lazımlı olan ünsürlərin tarazlığının pozulması olduqca çətindir. Qəflətən karbonmonoksid tənəffüs etməyə başlamaz, cazibə qüvvəsinin azalması ilə oturduğunuz stuldan havalanıb kosmos boşluğuna doğru hərəkət etməzsiniz. Günəşdən gələn işıq qəflətən gözlərinə və dərinizə zərər verməz, və ya həddindən artıq oksigen ciyərlərinizi yandıracaq bir səviyyəyə heç bir zaman çatmaz.
Bunu təmin edən səbəblər, əlbəttə, çoxdur. Maraqlı olan, bütün bu səbəblərin kainatın bütün maddəsini içində saxlayan sıfır həcmə sahib tək bir nöqtənin partlaması ilə ortaya çıxmış olduğu həqiqətidir. Bu Böyük Partlayışdır (Big Bang) və hal-hazırda kosmosda olan bütün tarazlıqlar bu partlayış ilə yerlərini tapmışdır.
Kainatdakı həssas nisbəti sabit saxlaya bilmək üçün bir araya gəlmiş bir çox səbəb vardır. Məsələn, Böyük Partlayışın (Big Bang) ardınca reallaşan genişlənmə sürəti əgər milyard dəfə milyardda bir nisbətdə (1/1018) belə fərqli olsaydı, kainat yarana bilməzdi. Əgər kainat bir az belə daha yavaş genişlənsə cazibə qüvvəsi səbəbiylə içinə çökəcək, bir az daha sürətli genişlənsə kosmik material tamamilə dağılıb gedəcəkdi. Əgər partlayış sürətinin müəyyən bir nizama çatdığı zamanda, bu sürət üzərində bəhs etdiyimiz 1/1018-lik fərq meydana gəlsəydi, bu nisbət bəhs olunan tarazlığı yox etməyə kifayət edəcəkdi.
Saydığımız bu kiçik fərqliliklərdən yalnız birini belə baş versə, bütün kainat tamamilə yox olacaqdı.
Ətrafınıza bir baxın. Hər şey fövqəladə bir sabitlik, nizam və mükəmməllikdədir. Çünki yer üzündə mövcud olan heç bir şey təsadüfi deyil. Heç bir şey nəzarətsiz və şüursuz inkişaf etmir. Hər şey, qüsursuz və mükəmməl bir nisbətə və fövqəladə həssaslıqdakı tarazlıqlara bağlıdır. Çünki bütün bunların sahibi, tək bir partlayışı səbəb edərək qüsursuz bir sənət və möcüzə yaradan, böyüklük və kərəm sahibi olan Uca Allahdır.
Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi, 3-4)