İnsan dərisindəki alıcılar, müəyyən bir müddət sonra beyinə, dəriyə təmas edən maddə ilə əlaqədar xəbərdarlıq göndərməyi dayandırarlar. Bu səbəblə, dərimizlə davamlı təmas halındakı geyimləri və ya qolumuzda daşıdığımız saatı davamlı olaraq hiss etmərik. Bu, Allahın yaratdığı böyük bir nemətdir. |
İnsanın geyimləri davamlı olaraq dərisiylə təmasdadır. Amma onları hər an hiss etməz. Gecə yatarkən üzərinə çəkdiyi yorğanın, qoluna taxdığı saatın ya da oturduğu stulun özüylə təmas halında olduğunu da düşünmür. Bunun əhəmiyyətli bir səbəbi vardır. İnsan dərisindəki alıcılar müəyyən bir müddət sonra beyinə, dəriyə təmas edən maddə ilə əlaqədar siqnalları göndərməyi dayandırarlar. İnsan dərisi, özüylə təmas halında olan maddəyə öyrəşər və onunla əlaqədar hiss siqnallarını zamanla çatdırmamağa başlayar.
Bu, möcüzə bir sistem və mükəmməl bir incəlikdir. İnsan, çox vaxt belə bir incəliyin fərqində belə deyildir. Amma rahatlıqla yaşaması, bu mükəmməl sistemin qüsursuz şəkildə işləməsi ilə mümkün olar.
Bədəndəki bu "öyrəşmə" mexanizmi olmasaydı, geyinmək kimi sıravi bir hadisə insan üçün böyük bir çətinlik halına gələrdi. İnsanın üzərindəki geyimləri davamlı olaraq hiss etməsi bir əziyyətə çevrilər, ayrıca toxunduğu digər şeylərdən gələn siqnalları almaqda da çətinlik çəkərdi. Diqqəti davamlı, geydiyi corabın ayağını nə qədər sıxdığını, saatın davamlı biləyində hərəkət etdiyini düşünmək kimi mövzularda ola bilərdi. Bu səbəblə, insan rahat yata bilməz, dincələ bilməzdi. Həyatı bu çətinlik verici təfərrüatlardan ötəri olduqca çətinləşərdi.
Hiss etmənin bir nemət olması kimi, hissin zamanla itməsi də insana təqdim edilmiş böyük bir nemətdir. Tək bir incəlik, bir insan həyatını asanlaşdırır, onun rahat yaşamasına vəsilə olur. Təkamülçülərin xəyali mexanizmlərinin, bir insan bədəninin nə vaxt hiss etməsi, nə vaxt hissə öyrəşməsi lazım olduğunu təyin edəcək bir şüuru yoxdur. Bu neməti insana təqdim edən, varlığı bütün varlıqların bütün ehtiyaclarına çatan, Kafi olan Uca Allahdır.
Sizə verilən nemətlərin hamısı Allahdandır. Sonra sizə bəla gəldiyi zaman ancaq Ona yalvarırsınız. (Nəhl surəsi, 53)
Kəsər balığı, yuxarı baxan iri gözləri səbəbiylə yuxarıdakı təhlükələrin daim fərqindədir. Amma eyni şəkildə aşağıdan gələcək təhlükələrə qarşı da hazırlıqlı olmalıdır. Bu səbəblə canlı, qarın qismində olan fotofor hüceyrələri ilə təchiz edilmişdir. İşıq çıxaran bu hüceyrələr, yuxarıdan gələn işığın rəngini təqlid edər və canlı bunun sayəsində, dərinlərdə olan ovçular tərəfindən fərq edilməmiş olar. |
Böyük bir yaradılış möcüzəsi olan Kəsər balığı, okeanların 1000 m dərinliklərində yaşayır. Okeanın dərinliklərində yaşayan balıqların əksəriyyətində olduğu kimi bu balıq da yaxşı görməsini təmin edən iri gözlərə malikdir. Və bu gözlər yuxarı baxacaq şəkildə yerləşdirilmişdir. Bunun səbəbi, bu dərinlikdə yaşayan balıqların ümumiyyətlə, üstlərindən keçən balıqları ovlamalarıdır.
Amma bu canlılar, bir tərəfdən də yuxarıdan gələ biləcək təhlükələrə qarşı görünməz olmaq məcburiyyətindədirlər. Sahib olduqları bədənin üstün dizaynı, canlıya təhlükələrdən qorunma xüsusiyyəti verir. Kəsər balığının bədəni yastıdır. Bədəninin rəngi isə gümüş rəngidir, bu səbəblə, qaranlıqda rahatlıqla kamuflyaj ola bilər.
Yaxşı, bu canlı aşağıdan gələ biləcək təhlükələrə qarşı necə qorunur? Əlbəttə, ondan daha dərində yaşayan balıqlar da iri gözləri sayəsində onun üçün bir ovçudurlar. Ancaq kəsər balığı, qarnında olan və "fotofor" adı verilən hüceyrələr sayəsində ovçulara qarşı müdhiş bir yanıltma xüsusiyyətinə malikdir. Bu hüceyrələr işıq yayarlar. Bu, bioloji bir işıqdır. Fərqli iki kimyəvi maddə bir araya gəlir və bir kimyəvi reaksiya başladaraq bu işığı meydana gətirərlər. Bu fövqəladə hüceyrələr, yuxarıdan süzülən işığın dəyişən rəngini olduğu kimi təqlid edər və tamamilə eyni rəngdə işıq meydana gətirərlər. Bu mükəmməl mexanizm sayəsində kəsər balığının kölgəsinin aşağıdakı ovçular tərəfindən fərq edilməsi mümkün olmaz.
Kəsər balığının varlığından bəlkə də heç bir zaman xəbəriniz olmadı. Onun nəyə bənzədiyini, necə yaşadığını bəlkə də heç bir zaman bilmədiniz. İndiyə qədər adını belə eşitməmiş olduğunuz və bəlkə də heç yaxından görməyəcəyiniz bir heyvanın bu müdhiş xüsusiyyətlərə sahib olduğunu bilməyinizin sizə necə bir faydası ola bilər? Allah diləsə, bu canlını saydığımız funksiyalarla yaratmaz və ya saysız xüsusiyyəti yaşamasına səbəb etməzdi. O halda qarşımızdakı bu müdhiş incəliklərdən necə bir fayda əldə edərik?
İnsana təqdim edilən incəliklər, insanların bütün həyatını və dünya görüşünü dəyişdirə bilər, onları dünyəvi ehtiraslar dalınca düşən narahat və hüzursuz insanlar ikən, xoşbəxt, gözütox və axirəti gözləyən inanclı insanlar halına gətirə bilər. Bunun üçün qarşılaşılan hər şeyin Allahın yaratdığı nemətlər olduğunu görmək və Allahın mütləq varlığını düşünmək kifayətdir. Qarşımıza çıxan hər gözəllik və hər incəlik, bütün bunları bizə fasiləsiz təqdim edən Allaha aiddir. Bir ayədə belə buyurulur:
Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 4)
Həyatımızın ən əhəmiyyətli ehtiyaclarından biri olan suyun meydana gələ bilməsi üçün hidrogen və oksigen atomlarının toqquşmaları lazımdır. Yer üzü, bu toqquşmaya mkan verəcək istilik və enerji səviyyəsinə sahib deyil. Ancaq su, Dünyanın meydana gəlməsi əsnasında bir dəfə olaraq meydana gəlmişdir və eyni su təmizlənmiş halı ilə bizə davamlı olaraq təqdim edilir. |
Allah insana bir çox mövzuda məlumat və imkan vermişdir. Məsələn, günümüzdəki texnologiya sayəsində, bir çox şeyin meydana gəlməsi laboratoriya mühitində izlənilə bilər. Ancaq elə təməl hadisələr vardır ki, bunların meydana gəlməsini insanlar nə laboratoriyalarda izləyə bilər, nə də bunu təmin edə bilərlər. Bu böyük nemət, dünyanın böyük bir hissəsini örtən və ən fundamental ehtiyaclarımızdan biri olan "su"dur. Su, dünyanın meydana gəlməsi əsnasında bir dəfəyə yaranmış, ardından yaranması sona çatmışdır.
Havada sərbəst halda gəzən iki molekul olan hidrogen və oksigen qazının bir araya gələrək suyu meydana gətirə bilmələri üçün atomlarının toqquşmaları lazımdır. Toqquşma əsnasında hidrogen və oksigen molekullarını meydana gətirən əlaqələr zəifləyər və bu molekulları meydana gətirən atomlar yeni bir molekul olan suyu (H2O) meydana gətirmək üzrə birləşərlər. Bu toqquşma ancaq çox yüksək bir istilikdə və yüksək bir enerji səviyyəsində meydana gəlir. Hal-hazırda yer üzündə suyun meydana gəlməsinə imkan verəcək qədər yüksək bir istilik yoxdur. Bu səbəblə, suyun meydana gəlməsi qeyri-mümkündür. Dünyada mövcud olan su, dünyanın meydana gəlməsi ərəfəsindəki yüksək istilik nəticəsində yaranan sudur.
Bu suyun miqdarında heç bir zaman bir dəyişmə olmaz. İçdiyimiz, istifadə etdiyimiz, həyatımızın bir parçası olan su hər zaman eyni sudur. Yer üzündəki su dövranı səbəbiylə buxarlanan sular, yeni təzələnmiş olaraq buludlardan bizə geri dönərlər. Allah bu həqiqəti ayələriylə xəbər vermişdir:
İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz? (Vaqiə surəsi 68, 69)
Əgər Allah yer üzündə hazır olaraq yaratdığı suyu qurutsa, onu geri gətirməyə güc çatdıra biləcək heç bir varlıq yoxdur. Əgər Allah buludlara çəkdiyi suyu bir daha endirməsə, onu yer üzünə geri endirə biləcək bir güc yoxdur. Nemətlərin hamısı Allahdandır. İnsana davamlı olaraq ikram edib təqdim edən, yoxdan var edən, üstün güc sahibi olan Uca Allahdır.
Biz göydən lazımi qədər su endirib onu yerdə saxladıq. Şübhəsiz ki, Biz onu yox edə də bilərik. (Muminun surəsi, 18)
Əlinizə tək bir yarpaq alın və ona diqqətli şəkildə baxın. Bu yarpaq, müdhiş geniş kimyəvi əməliyyatlar nəticəsində "fotosintez" edər. Bir başqa sözlə, insanların indiki vaxtda laboratoriyalarda bacara bilmədikləri bir əməliyyatı saniyələr içində bacarır. Kiçik bir yarpağın böyük bir sükunətlə reallaşdırdığı bu kimyəvi əməliyyat, insanın yer üzündə həyatını davam etdirə bilməsinin başlıca səbəblərindən biridir.
Bu yarpağın yalnız 1 kvadrat millimetrində 500 min ədəd xlorofil olur. Başqa bir sözlə, fotosintez üçün lazım olan və yenə insanların heç bir şəkildə laboratoriyalarda əldə edə bilmədikləri möhtəşəm molekul, bu yarpağın içində milyonlarladır. Əgər xlorofil molekulunu araşdıra bilmə imkanı olsaydı, daha çox incəlik qarşımıza çıxardı. Xlorofilin içindəki əməliyyatın sürəti saniyənin on milyonda biri qədərdir. Yəni, yarpaqdakı suya çatan işığın, atom altı parçacıqları hərəkətə keçirməsi və onların orbitlərini dəyişdirmələrini təmin etməsi kimi kompleks bir əməliyyat, hər saniyə on milyon dəfə təkrarlanır. Üstəlik, bu əməliyyat hər xlorofil molekulunda ayrı-ayrı reallaşır.
Yarpaq, müdhiş əhatəli əməliyyatlar nəticəsində "fotosintez" edər. Bunu edə bilməsi üçün yarpağın hər kvadrat millimetri 500000 ədəd xlorofil molekulu ilə təchiz edilmişdir. Hələ laboratoriyalarda reallaşdırıla bilməmiş olan bu xüsusi əməliyyat, Allahın diləməsiylə tək bir yarpağın hər millimetr kvadratında qüsursuz bir şəkildə reallaşır. |
Bir gün Allahın diləməsiylə xlorofil molekulları, bu əməliyyatları etməyi dayandırsalar və ya bitkiyə çatan işığın dalğa uzunluğu fotosintez etməyə uyğun olmasa, yer üzünə oksigen təmin edə biləcək başqa bir qaynaq tapa bilmə imkanı yoxdur. Bitkilər fotosintez etməsə, insan və heyvanların tənəffüsündən ötəri ortaya çıxan həddindən artıq karbondioksidi təkrar oksigenə çevirəcək başqa bir yol yoxdur. Yer üzündəki həyatı davam etdirə bilmək üçün bir xlorofil molekulunun təsadüflər sırasında meydana gəlib havanı təmizləməsini və qida meydana gətirməsini gözləmək şübhəsiz məntiqsiz olacaq. Çünki belə bir kompleks bir sistemin təsadüflərlə meydana gəlməsi qeyri-mümkündür.
Bir bitkinin karbondioksidi alıb, oksigen buraxma bilməsi kimi üstün bir qabiliyyətə sahib olması böyük bir möcüzədir. Bu fövqəladə sistem, aləmlərin Rəbbi olan Allahın böyük bir neməti, heyranlıq oyandırıcı bir əsəridir.
Yaxşı torpaqda bitkilər Rəbbinin izni ilə çox asanlıqla bitər, pis torpaqda isə onlar yalnız çox çətinliklə yetişər. Biz ayələri şükür edən bir qövmə beləcə izah edirik. (Əraf surəsi, 58)
Tam olaraq 109 dərəcə 28 dəqiqəlik bir-birinə bitişik altıbucaqlı düzəltmək lazım olduğunda, bu fiqurları bildirilən bucaqda, qüsursuz olaraq edə bilmək üçün müxtəlif bucaq ölçənlərə və düzlüyü təmin edə bilmək üçün cədvəllərə ehtiyac vardır. Bir insan üçün bu şəkilləri çəkərkən arada səhv etmə ehtimalı çox böyükdür. Ayrıca, müxtəlif düzəltmələr etmək, lazım olsa bəzi altıbucaqlıları əvvəldən çəkmək və buna böyük ehtimalla olduqca uzun bir vaxt ayırmaq lazım olacaq. Təəccüblü olan, insan, ağıllı və şüurlu bir varlıq olaraq bütün bunlarla məşğul olarkən, eyni işi bal arılarının heç bir bucaq ölçmədən və ya cədvəl istifadə etmədən səhvsiz və aralıqsız şəkildə reallaşdırmalarıdır. Bal arıları, dünyanın hər yerində bu qüsursuz bucağı istifadə edərək pətəklər düzəldərlər. Şan ətrafında yüzlərlə arı olmasına baxmayaraq bunların tək birinin belə səhv etməsi mümkün deyil. Bu canlılar, pətəklərini inşa edərkən tam olaraq 109 dərəcə 28 dəqiqə və 70 dərəcə 32 dəqiqəlik iki bucaq istifadə edərlər. Hesabda ən kiçik bir əyrilik olmaz. Pətəklərin uclarını isə 13 dərəcə yüksəldərək inşa edərlər. Bu əhəmiyyətlidir, çünki bu meyillilik sayəsində bal pətəkdən çölə axmaz.
Hər bir bal arısı pətəyi bir çox fərdin əməkdaşlığı ilə hazırlanar və bazadan yuxarı doğru inşa edilər. Kənarları bərabər dördbucaqlı şəklindəki hissə ilk edilən baza hissəsidir (1), bunu bir-birinə bitişik iki pətək divarı izləyər (2), ikinci kənarları bərabər dördbucaqlı bazaya əlavə olunar (3) və iki pətək daha yaradılar (4). Üçüncü kənarları bərabər dördbucaqlı hissə (5) və iki divar (6) altıbucaqlısını tamamlayar. Bal arısı pətəkləri şaquli olaraq asılar, hər iki tərəfdəki pətəklər də ortadan bir divar ilə ayrılarlar. İşçilər daha bal mumunu yoğurar və yumşaldarlar və bunu, qalınlıqları 0.02 mm-dən daha qalın olmayacaq şəkildə müxtəlif qalınlıqlarda divarlara yerləşdirərlər. Arıların inşasındakı bu mükəmməllik Rəbbimizin incəlik sənətinin təcəllilərindəndir. |
Bir pətəyin yaxınlarında dayansanız oradan-oraya uçuşan arılardan başqa bir şey görməzsiniz. Halbuki, uçan hər arı, daşıdığı bal mumunu hansı bucaqla pətəyin harasına yapışdırması lazım olduğunu bilən üstün bir riyaziyyatçıdır. Bir arının belə bir usta və qabiliyyətli olması mümkündürmü? Bir arı, insandan daha yaxşı hesablama qabiliyyətinə sahibdirmi? Əlbəttə, arı nə riyaziyyat elminə, nə də üstün qabiliyyətlərə malikdir. Yaxşı, bu qüsursuz pətəyi meydana gətirməyi təsadüfənmi öyrənmişdir? Milyonlarla ildir, hər bal arısı, təsadüfən bu qabiliyyətlə doğulmuş ola bilərmi? Şübhəsiz, insanın sahib olmadığı bu qabiliyyətə, bir arının təsadüfən sahib olması mümkün deyil. Bu canlıları üstün xüsusiyyətləri ilə birlikdə meydana gətirən, canlılara Öz fəzlindən elm verən, sonsuz qüdrət və güc sahibi Uca Allahdır.
Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)