Allah İncelik Seneti 01-05

Möhtəşəm Bir Yaradılış Möcüzəsi: DNT

Orta hesabla 100 trilyon hüceyrəyə sahibik. Sahib olduğumuz hər hüceyrədə bir DNT molekulu vardır. Bunlardan "yalnız birinin" içində 3 milyard fərqli mövzuda məlumat olur. Bu məlumatlar cəmi 1 milyon səhifəlik bir ardıcıl kitab meydana gətirə bilərlər. 1 milyon səhifəlik kitab təxminən 1000 cilddir. Bu 1000 cildlik əsərin səhifələrini yan-yana uzada bilsək, uzunluğu Şimal qütbündən Ekvatora qədər uzana bilər. Bu 1000 cildlik əsər 24 saat heç dayanmadan oxunularsa, əsərin tamamlanması 100 il davam edər. Bu möhtəşəm məlumat, tək bir dırnağımızda, saçımızın tək bir telində və ya qolumuzun üzərindəki hər hansı bir tükdə olan "tək bir DNT"-ə aiddir.

1000 cildlik bir kitabxana, necə gözlə görə bilmədiyimiz tək bir tükcüyün içində saxlanmış ola bilər? Necə o tükcüyü meydana gətirən bütün hüceyrələrdə ayrı-ayrı qablaşdırıla bilər, necə bizləri meydana gətirən "bütün digər hüceyrələrin" içinə sığdırılmış ola bilər? Təkcə yaddaşımızda saxlamağımız mümkün olmayan 1000 kitaba sığacaq məlumat, necə 100 trilyon dəfə bədənimizə yerləşdirilmişdir? Bunu insan istəsə, öz-özünə bacara bilərmi? Bunu bacara biləcək hər hansı bir texnologiya vardırmı? Bu böyük məlumatın təsadüf əsəri olan hüceyrələrin içinə yerləşmiş olması mümkündürmü?

Nə təsadüfi hadisələrin, nə insanın, nə də texnologiyanın, bu heyranlıq oyandırıcı əsəri meydana gətirəcək gücü olmadığı açıqdır. Bu, elmi olaraq da sübut olunmuş bir həqiqətdir. Bədənimizdə daşıdığımız bu heyranlıq oyandırıcı əsər, hər şeyi dilədiyi kimi etməyə gücü çatan Allaha aiddir.

İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun. (İnsan surəsi 2, 3)

Mükəmməl Qoruyucu: Atmosfer

Bir canlının Dünya üzərində yaşaya bilməsi üçün günəşə müəyyən bir uzaqlıq, müəyyən aralıqlarda istilik, karbon, ozon və su dövranı, mikroorqanizmlərin ortaya çıxardığı minerallar, fotosintez, Dünyanın xüsusi meylliyi, cazibə qüvvəsi, atom parçalarını bir yerdə tutan qüvvələr və bunun kimi bir çox əhəmiyyətli təfərrüatlar lazımdır. Yer üzü, bu şərtlərin hamısını bir yerdə tutacaq şəkildə qorunmuşdur. Bu möcüzəvi planeti əhatə edən və bütün bu tarazlıqları qoruyan atmosferi ortadan qaldırsanız, həyat sona çatar.

İnsanların Dünya üzərində yaşamasını təmin edən müəyyən bir istilik və işıq aralığı vardır. Kosmosdakı qovurucu istiliklər, dondurucu soyuqlar, öldürücü şüalar arasından atmosfer bizə yalnız bizi yaşadacaq olan miqdarları çatdırar. Günəşdə meydana gələn tək bir partlayışın ortaya çıxardığı enerji olduqca böyükdür. Tək bir partlayış, Hiroşimaya atılanın bənzəri olan 100 milyard ton atom bombasının gücünə bərabərdir. Bu yandırıcı təsir də atmosfer vasitəsilə dünyaya ən ideal şəkliylə çatır. Əgər yer səthinə, hal-hazırda yer üzünə çatandan bir az daha çox miqdarda qırmızı və ultrabənövşəyi şüa, qamma və mikrodalğalı şüa çatsa, bütün canlılar yox olacaqlar.

1. Ekzosfer
2. Termosfer
3. Ozon təbəqəsi Günəşdən gələn ultrabənövşəyi şüaları udar.
4. Mezosfer
5. Stratosfer
6. Traposfer
7.Günəş şüalarının 7 %-i atmosfer tərəfindən geri əks etdirilər.
8. Günəş şüalarının 24%-i buludlar tərəfindən geri əks etdirilər.
9. Günəş şüalarının 4%-i okeanlar və quru tərəfindən geri əks etdirilər.
10. Kosmosdan gələn Günəş şüaları
11. Günəş şüalarının 14%-i atmosfer tərəfindən udular.
12. Udulan istiliyin bir qismi atmosfer tərəfindən təkrar yayılar.
13. Günəş şüalarının 51%-i yer üzü tərəfindən udulur.
14. Udulan istiliyin bir qismi buludlar tərəfindən təkrar yayılar.

Bir-birindən fərqli tarazlıqları içində saxlayan planetimizi əhatələyən atmosfer Dünyada həyatın davamının ən böyük səbəblərindəndir. Atmosfer Dünyaya canlı həyatı üçün xüsusi olaraq təyin olunmuş miqdarlarda istilik və işıq çatdıracaq şəkildə yaradılmışdır. Bu mükəmməl quruluş, Allahın üstün sənətinin bir təcəllisidir.

Yer üzü milyonlarla ildir eyni qorunmuş tavan ilə mühafizə olunur. Milyonlarla ildir, eyni şüalar yer üzünə gəlib çatır və həyata imkan verir. Bir gün atmosfer, öz funksiyasını yerinə yetirə bilməsə, Dünya üçün, onun yerini əvəz edəcək başqa bir qoruyucu tavan meydana gətirmək mümkündürmü? İnsanı, sürətlə özünə çatan öldürücü şüalardan və qovurucu istidən qoruyacaq bir üsul vardırmı? Şübhəsiz, belə bir şeyə nə insanın gücü çata bilər, nə də buna güc çatdıra biləcək bir texnologiya vardır. Belə bir vəziyyət qarşısında, təsadüflər nəticəsində yeni bir atmosfer meydana gəlməsini gözləmək məntiqlidirmi?

Əlbəttə, bu son dərəcə məntiqsizdir. Bu qüsursuz əsərin təsadüflərlə meydana gəlməsinə ağıl və iradə sahibi olan heç bir insan, əlbəttə, ehtimal verməyəcəkdir. Qaldı ki, belə bir gözləmə müddəti də olmayacaq, həyat daha ilk anda sona çatacaq. Atmosferin bu mükəmməl quruluşu, hər an, hər hadisədə böyüklüyünü göstərən, qüvvət sahibi olan Uca Allahın möhtəşəm bir sənətidir.

Yerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar istədikləri yerə gedə bilsinlər deyə, orada geniş yollar saldıq. Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər. (Ənbiya surəsi 31, 32)

Çiçek bahçesi

Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə vaxt üçün hesablama ölçüsü etdi. Bu, Qüdrətli və Bilən Allahın müəyyən etdiyi hökmdür.
(Ənam surəsi, 96)

Bütün Həyati Fəaliyyətlərə Vəsilə Olan Bir Incəlik: Fermentlər

Fermentlər hüceyrə içindəki reaksiyaları 10 milyard dəfə sürətləndirə bilərlər. Etdiyiniz hər iş, fermentlərin bəhs edilən fəaliyyətlərinə bağlıdır.

Fermentlər, həyatın davamını təmin edən səbəblərdən biri, mükəmməl bir incəlik, heyranlıq oyandırıcı bir yaradılış möcüzəsidir.

Tək bir cümləni oxumaq yalnız bir neçə saniyə davam edər. Halbuki, insan bədənindəki fermentlərdən yalnız biri vəzifəsini yerinə yetirməsə, bu cümləni oxumaq 1500 il davam edəcəkdir. Fermentlər, hüceyrələri hərəkətləndirib reaksiyaları başlatmaq və sürətləndirməklə vəzifəlidirlər. Bir ferment bir reaksiyanı 1010 dəfə yəni, 10 milyard dəfə sürətləndirə bilər. Əgər fermentlər öz vəzifələrini yerinə yetirməsələr, siz bu cümləni oxuyana qədər sizi yaşadan bir çox reaksiya da dövrəyə girməyi gözləyəcək və bir-birindən xəbərsiz və hərəkətsiz hüceyrələr tək-tək ölməyə başlayacaq və bu cümləni bitirməyə ömrünüz çatmayacaq.

Hüceyrə içində reaksiyaların hamısı fermentlər tərəfindən reallaşır. Əgər bir insanın bədənindəki fermentlər bir anda vəzifələrini yerinə yetirməzlərsə, onları təkrar paralel və sürətli bir şəkildə hərəkətə gətirmək çox çətindir. Günümüzdə inkişaf etmiş tibb elminə və üstün texnologiyaya baxmayaraq, 100 trilyon hüceyrəyə çata biləcək ferment sisteminin bənzərini meydana gətirmək mümkün olmamışdır. Təkamülçülər belə üstün bir mexanizmin təsadüflərlə meydana gəldiyini iddia edərlər. Halbuki, insan bütün bilik və imkanlarına baxmayaraq, sahib olduğu mövcud sistemin surətini çıxarıb onun bir bənzərini yaratma mövzusunda çarəsizdir. Fermentlər qədər sürətli reaksiyaları reallaşdıran tək bir model belə meydana gətirə bilməmişdir. Bu həqiqət göstərir ki, bədənin içində bütün kimyəvi reaksiyaları başladacaq və sürətləndirəcək, istehsal, nəzarət, surət çıxarma kimi saysız həyati əməliyyatı səhvsiz yerinə yetirəcək bu möcüzəvi zülalların şüursuz hadisələr nəticəsində, öz-özlərinə meydana gəlmiş olmaları qeyri-mümkündür.

Bu vəziyyətdə bütün kainatın və onun içindəki bütün incəliklərin sahibinin, insanı və insan bədənindəki fermentləri də yaradanın Allah olduğu həqiqətinin üzərində düşünülməsi lazımdır.

Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdiyini görmürsünüzmü? İnsanlar arasında eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edir. (Loğman surəsi, 20)

Allahın Bir Ağcaqanadda Yaratdığı Mükəmməl Incəlik: Pətək Gözlər

Ağcaqanad saniyədə 500 dəfə çırpdığı qanadları və möhtəşəm uçma qabiliyyəti ilə bir yaradılış möcüzəsidir. Onu əhəmiyyətli edən bir başqa xüsusiyyəti isə, möhtəşəm komplekslikdə minlərlə mərcəyi olan gözləridir. Bir ağcaqanad, başının sağ və sol tərəflərində 4000 ayrı bölmə olan, cəmi 8000 bölməli pətək gözlərə malikdir. Bu 8000 bölmənin hər birində, görünüşü fərqli bucaqlardan görən bir mərcək vardır. Ağcaqanad bir çiçəyə baxdığında çiçəyin bütün görüntüsü, ağcaqanadın sahib olduğu 8000 mərcəkdə ayrı-ayrı görüntülənir. Ağcaqanadın beyninə çatan bu fərqli görünüşlər, bir pazl (puzzle) oyunundakı parçaların birləşməsi kimi birləşərlər. Bu minlərlə fərqli parçanın birləşməsi nəticəsində isə ağcaqanad üçün mənalı bir çiçək görünüşü meydana gələr. 1

Ağcaqanad son dərəcə kiçik bir canlıdır. Gözlərində minlərlə mərcək olması, gördüklərini mənalı hala gətirəcək bir beyin sisteminə sahib olması fövqəladə bir vəziyyətdir. Bizlər ancaq bu canlını araşdırdığımızda bu məlumata sahib olarıq. Halbuki, yer üzündəki bütün ağcaqanadlar, yaradıldıqları ilk andan etibarən bu mükəmməl quruluşa sahibdirlər. Çünki onlar da, yer üzündəki bütün canlılar kimi, Allahın yaratdığı bir möcüzədirlər; araşdırdıqca insanı heyrətə salan bənzərsiz yaradılış möcüzələridir.

Bir ağcaqanad, saniyədə 500 dəfə çırpdığı qanadları və sahib olduğu 8000 ayrı mərcəkdən ibarət möhtəşəm pətək gözləri ilə, Allahın yaradıb sərgilədiyi qüsursuz bir yaradılış möcüzəsidir.

Yalnız bir neçə millimetrlik bir sahə içinə 8000 mərcək yerləşdirə biləcək və bunların hər birinə görmə qabiliyyəti verə biləcək məlumat və texnologiya indiki zamanda mövcud deyil. Bunların işığı qəbul etməsini təmin edəcək və bu qəbulu mükəmməl bir şəkildə görünüşlər halına gətirəcək bir sinir sistemini meydana gətirmək isə qeyri-mümkündür. Üstün məlumat və təcrübəyə baxmayaraq insanın bənzərini meydana gətirə bilmədiyi bu qüsursuz quruluşun təsadüflərlə ortaya çıxdığı iddiasının inandırıcı bir tərəfi ola bilərmi?

Əlbəttə, belə bir şey mümkün ola bilməz. Təsadüflər, bu canlının sahib olduğu 8000 mərcəkdən yalnız birini, hətta bu mərcəkləri meydana gətirən saysız hüceyrənin tək bir zülalını belə meydana gətirə bilməzlər. Hər varlığı mükəmməl incəliklərlə yaradan, kiçik bir ağcaqanadda fövqəladə bir təchizat var edən və insanlara bunları anlayıb düşünmələri üçün ağıl və vicdan verən, varlıqların hamısını hər an görən və hər an izləyən Uca Allahdır.

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)

1.How Come? Planet Earth, Kathy Wollard, Workman Publishing, New York, 1999, sf. 116

İnsana Aid Möhtəşəm Bir İncəlik: İybilmə Möcüzəsi

O, yeri məxluqat üçün döşədi. Orada meyvələr və salxımlı xurma ağacları vardır. Həmçinin, saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
(Rəhman surəsi, 10-13)

Bir qərənfil sizin üçün hər zaman eyni qoxunu verər. Bir ətiri ikinci dəfə iylədiyinizdə isə bunun dərhal tanış bir qoxu olduğunu xatırlayarsınız. Çünki bir şeyi həyatınız boyunca bir dəfə belə iyləsəniz, o qoxu, yaddaşınızdakı yerini almışdır.

İnsan burnunda 1000-ə yaxın fərqli qoxu reseptoru vardır. İnsan, 1000 fərqli reseptorun kombinasiyalarıyla 10.000-dən çox fərqli qoxunu qavraya bilər. Qərənfili iylədiyinizdə o qoxunu qəbul etmənizi təmin edən molekullar qoxu reseptorları ilə birləşər və qərənfilə aid kodu meydana gətirər. Yaddaşınızda çoxdan mövcud olan bu kod, iylədiyiniz şeyin qərənfil olduğunu sizə təkrar xatırladar.

Bu sistem olmasaydı nə olardı?

Dadbilmə funksiyası iybilmə duyğusuyla əlaqəli olduğundan, xarab olmuş bir yeməyi fərq edib dərhal ağzınızdan çölə atmanızın səbəbi çox vaxt qoxusudur. Əgər iybilmə sisteminiz funksiyasını itirsəydi, yediyiniz şeyin dadını da tam olaraq bilməyəcək və ehtimalla bu təhlükəni fərq edə bilməyəcəkdiniz. Evinizdə başlayan yanğını, tüstünü görmədən fərq edə bilməyəcək, ətrafı əhatə edən yanıq qoxusunu əsla anlaya bilməyəcəkdiniz.

Qoxu yaddaşınızda yerləşən yalnız məlumat molekullarıdır. Heç kimin yaddaşınıza minlərlə qoxunu yerləşdirə bilmə gücü və imkanı yoxdur. Heç kimin molekullara qoxu vermə və onları beyninizdəki əlaqədar hissələrə uyğun hala gətirmə ehtimalı yoxdur. Bütün bunları meydana gətirən, qoxunu, iybilmə sistemini və mükəmməl xüsusiyyətləriylə yaddaşı yaradan, bütün varlıqların sahibi olan Allahdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allah İncelik Seneti 01-05
  • Allah İncelik Seneti 06-10
  • Allah İncelik Seneti 11-15
  • Allah İncelik Seneti 16-20
  • Allah İncelik Seneti 21-25
  • Allah İncelik Seneti 26-30
  • Allah İncelik Seneti 31-35
  • Allah İncelik Seneti 36-40
  • Allah İncelik Seneti 41-45
  • Allah İncelik Seneti 46-49
  • Nəticə
  • Təkamül Yalanı