İnsan, yalnız bir neçə dəqiqə ərzində üzərində yaşadığı dünyanı və özünə həyat verən şeyləri diqqətli şəkildə düşündüyündə heyrətə düşəcəkdir. Nəhəng boyda qalaktikaları saxlayan bir boşluqda, ucsuz-bucaqsız böyüklükdəki qalaktikalardan birinin içində olan, həyat üçün xüsusi olaraq var edilmiş bir planet üzərində yaşayır. Bu planet, yəni Dünya, ucsuz-bucaqsız boşluğun içində heç dayanmadan dönür, kainatdakı milyardlarla ulduzdan yalnız biri olan Günəş yenə eyni boşluq içində yer üzünə şüalar göndərir, bu şüalar sayəsində Dünya isinir, qida dövranı, su dövranı, azot dövranı reallaşır; insan, heyvan, bitki və mikroorqanizmlərlə birlikdə özünə təmin edilən saysız səbəb vəsiləsiylə yaşaya bilir. Milyonlarla, milyardlarla incəlik bir araya gətirilmiş, ən gözəl və ən qüsursuz şəkli ilə insana təqdim edilmişdir. Bəziləri insanın yaşaması üçün lazım olan ehtiyacları qarşılayarkən, bəziləri də bir gözəllik, bir nemət olaraq ona ikram edilmişdir. Bu incəliklərin hər biri bir sənətdir, bir yaradılış möcüzəsidir. Bəzən bu incəliklər o qədər həyatidir ki, olmadıqları təqdirdə həyat dayanar, Dünya ölü bir planet halını alar. İnsanın isə, bunların çox böyük bir hissəsini nəinki yoxdan var etməyə, bənzərlərini belə yaratmağa gücü çatmaz.