• Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı Allahı görmək vardır. (Qaf surəsi, 35)
  •  
  •  İnsanın zövq aldığı və istədiyi hər şey və daha artığı vardır. (Qaf surəsi, 35; Zuxruf surəsi, 71; Ənbiya surəsi, 102)
  •  
  • Böyük bir mülk vardır. (İnsan surəsi, 20)
  •  
  • Hər yanı nemətlərlə doldurulmuşdur. (Saffat surəsi, 43; İnsan surəsi, 20)
  •  
  • Ölüm dadılmaz. (Duxan surəsi, 56)
  •  
  • Əbədi yurddur. (Bəqərə surəsi, 25)
  •  
  • Yorğunluq və ya sıxıntı duyulmaz. (Fatir surəsi, 35)
  •  
  • Sonsuz xoşbəxtlik vardır. (Yasin surəsi, 55)
  •  
  • Tam bir rahatlıq vardır. (Vaqiə surəsi, 89)
  •  
  • Olduqca genişdir. (Hədid surəsi, 21)
  •  
  • Xoş bir həyat vardır. (Haqqə surəsi, 21)
  •  
  • Hüzn və qorxu yoxdur. (Bəqərə surəsi, 62; Ali İmran surəsi, 170; Fatir surəsi, 34; Əraf surəsi, 35)
  •  
  • Geniş ehtiram görülər. (Saffat surəsi, 42)
  •  
  • Qüsursuz bir şəkildə yeni yaradılışla yaradılmış, bakirə, tərtəmiz, hamar bədənli, iri gözlü və baxışları yalnız yoldaşlarına çevirmiş qadınlar vardır. (Bəqərə surəsi, 25; Saffat surəsi, 49; Zuxruf surəsi, 70; Saffat surəsi, 48; Duxan surəsi, 54; Vaqiə surəsi, 22-23, 36-37; Rəhman surəsi, 56, 58, 70, 72; Nəbə surəsi, 33; Vaqiə surəsi, 35)
  •  
  • Yüksək köşklər və gözəl məskənlər vardır. (Furqan surəsi, 10, 75; Ənkəbut surəsi, 58; Saff surəsi, 12)
  •  
  • Narahat edici isti və ya soyuq yoxdur. Daima kölgəlikləri vardır. (İnsan surəsi, 13; Rad surəsi, 35; Mursəlat surəsi, 41; Nisa surəsi, 57)
  •  
  • İçindən çaylar axar. (Bəqərə surəsi, 25)
  •  
  • Süddən və baldan bulaqlar vardır. (Məhəmməd surəsi, 15)
  •  
  • Yüksəklərdə qurulmuş döşək, ləl-cəvahiratlarla işlənmiş taxtlar vardır. (Vaqiə surəsi, 15, 34; Ğaşiyə surəsi, 13; Saffat surəsi, 44)
  •  
  • Sıra-sıra yastıqlar, sərilmiş döşəkcələr, parlaq gözəllikdə döşəklər vardır. (Ğaşiyə surəsi, 15-16; Rəhman surəsi, 76, Vaqiə surəsi, 30)
  •  
  • Bitib tükənməyən, hesabsız bir ruzi vardır. (Sad surəsi, 54; Mömin surəsi, 40)
  •  
  • İçindəki nemətlər azalmaz. (İnsan surəsi, 13; Vaqiə surəsi, 33)
  •  
  • Rahatlıqla əldə edilən növbənöv meyvələr vardır. (Vaqiə surəsi, 28-29, 32; Nəbə surəsi, 32; Haqqə surəsi, 23; Rəhman surəsi, 68; İnsan surəsi, 14)
  •  
  • Tərtəmiz su qaynaqları vardır. (Mutaffifin surəsi, 28; Ğaşiyə surəsi, 12; Rəhman surəsi, 50; İnsan surəsi, 6, 18)
  •  
  • Müxtəlif incəliklər və gözəlliklər vardır. (Rəhman surəsi, 48)
  •  
  • Atlasdan olan ağır işləməli yastıqlar vardır. (Rəhman surəsi, 54)
  •  
  • Xidmət edən, tərtəmiz xidmətçilər vardır. (Tur surəsi, 24)
  •  
  • Saçılmış inci kimi ölümsüz vildanlar vardır. (İnsan surəsi, 19)
  •  
  • İçənlərə sərxoşluq verməyən dümağ, qatqısız bir şərab var. (Mutaffifin surəsi, 25, 26; İnsan surəsi, 5; Saffat surəsi, 46-47; Vaqiə surəsi, 19; Tur surəsi, 23)
  •  
  • İpəkdən və ağır işlənmiş atlasdan olan paltarlar, qızıl, gümüş və mirvaridən bəzək əşyaları vardır. (İnsan surəsi, 21; Həcc surəsi, 23)
  •  
  • Yemək və içkilər qızıl və gümüşdən sinilər və səhənglərdə təqdim edilir. (Zuxruf surəsi, 71; İnsan surəsi, 15-16)
  •  
  • İçindəki yeməklərin dadları dünyadakılara bənzəyir. (Bəqərə surəsi, 25)
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • MÖMİNLƏRİN HƏYATININ MƏQSƏDİ: ALLAH RİZASI
  • ALLAH RİZASININ ƏN ÇOXUNU AXTARMAQ
  • MÖMİN XÜSUSİYYƏTLƏRİ
  • CAHİL CƏMİYYƏTDƏ HƏYAT
  • ALLAHDAN BAŞQA İLAHLAR QƏBUL EDƏNLƏRİN ƏBƏDİ MƏKANI: CƏHƏNNƏM
  • YALNIZ ALLAHIN RİZASINI AXTARANLARIN ƏBƏDİ MƏKANI: CƏNNƏT