İman edənlərlə digər insanlar arasındakı fərq nədir? Bu suala səmimi olaraq iman etməyənlərdən fərqli cavablar gələ bilər. Onlar, möminlərlə aralarında mədəni və əxlaqi bəzi ayrılıqlar olduğunu söyləyə bilərlər. Saleh möminlərin “dünya görüşü”nün fərqli olduğunu, onların bəzi “dəyər”lərə inandıqlarını, özlərinin isə bu “dəyər”ləri qəbul etmədiklərini irəli sürə bilərlər. Müsəlmanların özlərindən fərqli fikirlər daşıdıqlarını göstərə bilərlər.
Amma əslində bu söylədikləri, yalnız təməl bir fərqliliyin nəticələri olaraq ortaya çıxmışdır və yalnız gözlə görünən bəzi fərqlərdir. Onlar, saleh möminlərin reallıqda özlərindən hansı yöndən fərqli olduqlarını əsasən anlaya bilməzlər (Onsuz da bu fərqi anlamamış olduqları üçün mömin deyildirlər). Müsəlman, Allahın, dininə bağlananlara verdiyi bir addır. Quranda təsvir edilən müsəlmanları digər insanlardan ayıran əsas fərq, bu insanların Allahın sonsuz qüdrətinin tam mənası ilə fərqində olmalarıdır. Allahın sonsuz qüdrətinin fərqində olmaq isə, sadəcə, Yaradanımız Uca Allahın var olduğunu təsdiq etmək demək deyil. Allah Quranda bu həqiqəti belə bildirir:
Ayədə sual verilən adam, Allahın varlığına inandığını deyən və Onun sifətlərini qəbul edən, amma bütün bunlara baxmayaraq, “Allahdan qorxub çəkinmək” xüsusiyyətindən məhrum olan və Allahdan üz çevirmiş biridir. Quranda xəbər verildiyi kimi, şeytan da Allahın varlığına inandığını, Rəbbimizdən qorxduğunu deyir, buna baxmayaraq ağılsızlıq edir, üsyankar davranır və çox çirkin əxlaq göstərir.
Allahın böyüklüyünü qavramaq bu açıq həqiqəti yalnız sözlə dilə gətirməkdən ibarət deyil. Müsəlmanlar Allahın varlığının və böyüklüyünün fərqinə varan, Onu çox sevən, Ondan “qorxub çəkinən” və bu böyük həqiqətə görə həyatını nizamlayan insanlardır. Digərləri isə, ya Allahı inkar edənlər və ya Allahın varlığını yuxarıdakı ayədə təsvir edilən insana bənzər tərzdə qəbul etməsinə baxmayaraq Allahdan “qorxub çəkinməyənlər”dir.
Bu xüsusiyyətdəki insanların həyatı, onları yaratmış olan Allahın dərk etmədən yaşadıqları həyatdır. Bu insanlar, böyük ağılsızlıqla, həyatının kim tərəfindən, necə və niyə başladıldığını gözardı edərlər. Öz ağıllarına görə, zehinlərində, Allaha və Onun dininə yer olmayan yeni həyat qurmağa çalışırlar. Quranda isə, belə bir həyatın boş və çürük təmələ əsaslandığını, məhvə məhkum olduğunu Rəbbimiz bu hikmətli bənzətmə ilə izah edir:
Allahın ayədə də xəbər verdiyi kimi, Quranda təsvir edilən şəkildə imana sahib olmayanların həyatı, “yıxılacaq uçurum”ların kənarlarında quruludur. Onların həyatdakı tək məqsədi “bu dünya”da xoşbəxtliyi və rahatlığı əldə etməkdir. Bu insanların bəzisi, özünə “zəngin olmaq” kimi hədəf müəyyən edər. Bu hədəfinə çatmaq üçün əlindən gələni edəcək, bütün fiziki və zehni gücünü zəngin olmaq üçün istifadə edəcək. Bəzisi də, həyatdakı məqsədini “etibar sahibi və məşhur insan olmaq” olaraq hədəf seçər. Bunu əldə etmək üçün də əlindən gələn hər şeyi edər. Hər cür çətinliyə dözər, müxtəlif fədakarlıqlar edər. Amma bunların hamısı, ölümlə birlikdə yox olan, yalnız dünya həyatına dair hədəflərdir. Hətta bir çoxu hələ həyatda ikən də itirilə bilər. Bundan başqa, bəhsi keçən kəslər bu hədəflərinə çatsalar, həyatı boyunca buna sahib olsalar, hətta planladıqlarından daha çoxunu əldə etsələr belə heç bir zaman əldə etdikləri onları mənəvi olaraq təmin etməyəcək, axtardıqları hüzur, xoşbəxtlik, sevgi və rahatlığı əldə edə bilməyəcəklər. Çünki həqiqi xoşbəxtlik, dərin sevgi və qəlb rahatlığı ancaq səmimi imanla qazanılan bir nemətdir.
Halbuki mömin, Allahın varlığının və gücünün fərqindədir. Allahın onu nə üçün yaratdığını və ondan nələr istədiyini bilir. Buna görə də, dünyadakı əsl məqsədi Allahın razı olduğu bəndə olmaq üçün çalışmaqdır. Özünü məqsədinə çatdıracaq hər yolu sınayar, bunun üçün ciddi səy göstərər. Bunun sayəsində (digər insanlar üçün məhvdən başqa bir şey olmayan) ölümün də həqiqi mənasını bilir: Ölüm əsla yoxluq, yox olmaq deyil, əsl həyata keçid mərhələsidir.
Mömin olmayanların bəziləri, böyük ağılsızlıq nümunəsi olaraq həyatının təsadüfən və “öz-özünə” meydana gəldiyini sandıqları kimi, həyatını bitirən ölümün də “öz-özünə” olan “qəza” olduğunu düşünürlər. Halbuki həyatı yaradan da, ölümü yaradan da Allahdır. Əsla təsadüf ya da qəza olmayan ölüm, Allahın xüsusi olaraq yaratdığı, vaxtı və yeri təyin olunmuş bir hadisədir.
Məhz mömin də, Allahın hər şeyə hakim olduğunu bilən və ölümün bir son deyil, əsl həyata (axirət) keçid mərhələsi olduğunu qavrayan insandır. Bu həqiqəti dərk edən, əlbəttə digərləri kimi həyatını “yıxılacaq bir uçurumun kənarına” qurmaz. Özünü və bütün kainatı Yaradanın Uca Rəbbimiz olduğunu, həyatın, ölümün və ölümdən sonrakı həqiqi həyatın əsl sahibinin Allah olduğunu bildiyi üçün, Allaha yönələr. Pulun, vəzifə və mövqenin, fiziki gözəlliyin Allahın yaratdığı və hər an yaratmağa davam etdiyi bu nizam içində əsl qurtuluş yolu olmadığını görər. Bunlar ancaq, Allahın qoyduğu qaydalar sayəsində qısa müddət məqbul olan “səbəb”lərdir. Allahın yaratmış olduğu nizamın təməli isə Allahın razılığıdır. Çünki Allah yalnız razılığına uyanları doğru yola müvəffəq edəcəkdir:
Mömin, Allahın razılığını axtardığı üçün mömindir. Məhz mömini, digərlərindən ayıran ən əhəmiyyətli fərq buradadır. Möminlər, dinin Allahın razılığını qazanmaq üçün izləniləcək haqq yol olduğunu bilərkən, bir çoxlarının cahil düşüncələrinə görə din, bəzi inancları ehtiva edən qaydaların cəmidir və həyatında əhəmiyyətli bir yeri yoxdur. Heç şübhəsiz, bu insanlar səhvlərinin əzabını dünyada hər tərəfli yaşayırlar, axirətdə qarşılaşacaqları son isə daha böyükdür.
Onsuz da həqiqi möminlərlə, mömin təqlidi edən ikiüzlülər (münafiqlər) arasındakı fərq də burada ortaya çıxar. Möminlər, dini Allahın rizası üçün şövqlə, istəklə və coşğuyla yaşayarkən, münafiqlər öz ağıllarına görə bəzi mənfəətlər əldə etmək üçün yalnız təqlidi hərəkətlər edərlər. Səmimi olaraq dinə inanmadıqları və din əxlaqını yaşamadıqları halda, inanırmış və yaşayırmış kimi rəftar edərlər. Möminlər 5 vaxtda namazlarını “huşu” (Allaha qarşı hörmət dolu qorxu) içində qılarkən (Muminun surəsi, 1-2), münafiqlərin namazı insanlara “göstəriş” olsun deyə (Maun surəsi, 6) qılmaları da bundandır. Eyni şəkildə münafiqlər, Allah yolunda edilən xərcləri (infaq) də əslində Allah rizası üçün deyil, yenə insanlara nümayiş olsun deyə edərlər:
Bəzi insanlar tək hədəfləri olan dünya nemətlərini əldə etmək üçün çox böyük səy göstərərlər. Zəngin olmaq, ad-san qazanmaq və ya başqa mənfəətlər üçün əllərindən gələn hər şeyi edirlər. Çox qısa müddət ərzində tamamilə əllərindən gedəcək olan “az bir dəyər” (Tövbə surəsi, 9) üçün böyük yarışa girərlər. Onlarınkından daha böyük dəyərə, əldə etdikləri ilə müqayisəsi əsla mümkün olmayan ən böyük nemətə, Allahın razılığına və cənnətinə talib olan möminlər də bu hədəfləri üçün ciddi səy göstərərlər. Allah, Quranda, möminin bu xüsusiyyətini belə təsvir edir:
Mömin Allah rizası və axirət üçün “ciddi səy göstərərək” çalışar. Tövbə surəsinin 111-ci ayəsində bildirildiyi kimi, mömin malını və canını Allah üçün “satmışdır.”
Allaha “malını və canını satmış” olan bir insan, Allah rizası üçün qarşılaşacağı heç bir çətinlikdən təsirlənməyəcəkdir. Allah rizası xaricində heç bir şeyə yönəlməyəcəkdir. Bədəni və sahib olduğu mallar “onun” deyil ki, bu barədə öz nəfsinin eqoist ehtiraslarına tabe olsun. Bədəninin və sahib olduğu hər şeyin sahibi Allahdır, bütün bunları Onun istədiyi şəkildə istifadə edəcək.
Bununla yanaşı, göstərəcəyi səyin həqiqətən ciddi olub-olmadığı da yoxlanılacaqdır. Allah yolunda heç bir şeydən çəkinməməlidir. Çünki münafiqlər də, əgər özləri üçün “fayda” görsələr, ətrafda Allah rizasına uyğun olan bir işə, Allahın razılığını deyil, bu “fayda”nı əldə edə bilmək üçün başlaya bilərlər:
Bu səbəbdən, mömin olmağın meyarlarından biri, Allah rizasına qarşı daxili istək hiss etmək və lazım olduğunda bu yolda fədakarlıq göstərməkdən çəkinməməkdir. Möminlər, “Şübhəsiz ki, Biz onları axirət yurdunu düşünən ixlaslı kimsələr etdik” (Sad surəsi, 46). Mömin, Allahın rizası ilə yanaşı başqa mənfəətlər güdməz. Allahdan razılığını, rəhmətini və cənnətini ümid edər, çünki ayədə bildirildiyi üzrə, “Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.” (Nisa surəsi, 124)
Göründüyü kimi Allahın Quranda təsvir etdiyi mömin modeli son dərəcə açıq və aydındır. Cənnət, Allaha və axirətə “qətiyyətlə” (Loğman surəsi, 4) iman gətirib, sonra da Allah yolunda “ciddi səy” göstərənlərin yurdudur. Allaha ancaq “yalandan ibadət” edib, Allahın razılığının yanında öz bəsit dünyəvi mənfəətlərini qorumağa çalışanların vəziyyətini isə, Rəbbimiz Quranda belə açıqlayır:
Mömin öz maraqlarını nəzərə almadan yalnız Allah rizasını axtararaq Allahın Quranda bildirdiyi, Peyğəmbərimizin (s.ə.v) hökm etdiyi sərhədləri diqqətlə qoruyar, bu mövzuda səbirli və təmkinli davranar. Allahın sərhədlərini qorumaq mövzusunda heç bir şey onu zəifliyə sürükləməz. Hər anında Allahın ondan razı olacağı şəkildə davranmaq üçün diqqət göstərər.
Möminin əsl hədəfi axirətdir. Allah möminə axirətdə sonsuz gözəl həyat vəd edir. Rəbbimiz mömin qullarına dünyada da gözəl həyat verəcəyini vəd etmişdir, amma bu onun dünyada heç bir çətinlik və sıxıntı ilə qarşılaşmayacağı mənasına gəlməz. Qarşılaşacağı çətinliklər isə, onun sınanması və yetkinləşməsi üçündür.
Möminin qarşılaşacağı çətinliklər, əslində kənərdan çətin kimi görünən, lakin tam təslimiyyətlə baxdıqda, Allahın asanlaşdırdığı hadisələrdir. Məsələn, hz. İbrahim (ə.s) imanına görə alova atılmaq istəyəndə müsəlman kimi cavab vermiş, inancından və Allahın əmrlərindən geri addım atmayaraq atəşə atılmağı gözə almışdır. Alova atılmaq, kənardan baxan və imanın dərinliyini qavramamış biri üçün bir insanın dünyada başına gələ biləcək ən böyük fiziki işgəncədir. Lakin Allahın bu sınağını ən gözəl, ən təslimiyyətli şəkildə qarşılayan hz. İbrahim (ə.s), kənardan çətin görünən bu hadisədən Allahın köməyi ilə heç bir zərər görmədən xilas olmuşdur. Necə ki, Allah, Öz razılığı üçün sahib olduqları hər şeyi ortaya qoyanların heç bir zərər görmədən, maddi və mənəvi qazancla geri döndüklərini ayələrində belə xəbər verir:
Nəticədə Allahın razılığını axtaran mömin üçün heç bir çətinlik, sıxıntı və kədər yoxdur. Yalnız, Allahın dünyada imtahan olaraq yaratdığı və möminin təvəkkül, səbir və təslimiyyətinin sınadığı hadisələr vardır. Bunlar, kənardan baxıldıqda çətinlik və sıxıntı kimi görünən, içinə girdikdə isə Allahın mütləq rəhməti ilə qarşılaşılan hadisələrdir. Allah Quranda, mömin bəndələrinə daşıya biləcəklərindən daha çox yük yükləməyəcəyini də bildirmişdir. Allah gərəyi kimi qulluq edən möminlər üçün hər iki həyatda da gözəllik olduğunu belə bildirmişdir:
Allahdan xəbərdarlıq olaraq, Allahın rizasını axtarmayan, Allaha tam təslim olmayan, öz nəfsini ön planda tutanlara, səhv hərəkətlərini dəyişdirib islah etmədikcə, onlara əzab, çətinlik və sıxıntı üz verəcəkdir. Möminlər səhv etdiklərində, onlara edilən xəbərdarlıqlardan dərs alıb, tövbə edər və davranışlarını düzəldərlər. İnkarçılar isə, dünyada yaşadıqları müddət boyunca Allahın uğratdığı çətinlik və sıxıntılardan, bəlalardan ibrət almaz və axirətdəki böyük sonsuz əzaba layiq olacaq vəziyyətə gəlirlər.
Allahın Quranda, insan haqqında verdiyi əhəmiyyətli məlumatlardan biri də onun “nəfs sahibi” olmasıdır. Ərəb dilində “insanın özü” mənasını verən nəfs, mənlik sözüylə də təyin oluna bilər.
Rəbbimiz Quranda, insan nəfsinin iki tərəfi olduğunu bildirmişdir. Buna görə insanın içində pisliyi əmr edən bir tərəf və o pis əməldən çəkinməyi əmr edən digər bir tərəf var. Bu mövzu ilə əlaqədar ayələr belədir:
Ayələrdən də aydın olduğu kimi, pis əməl hər insanın nəfsində vardır. Ancaq hər insan bu pis əməllərdən çəkinməyi və qorunmağı da bilir. Nəfsini pis əməllərdən təmizləyən xilas olacaq. Möminlər nəfsindəki pis əməllərə təslim olmaz, Allahın ilham etdiyi şəkildə ondan çəkinərlər. Hz. Yusifin (ə.s) söylədiyi bir sözü xəbər verən, “Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs adama pis işləri əmr edər…” (Yusif surəsi, 53) ayəsi, möminlərin düşünmə formasını da göstərir.
Nəfs “var gücüylə pisliyi əmr edən” olduğuna görə, mömin həmişə nəfsinə qarşı oyanıq olmaq məcburiyyətindədir. Nəfs həmişə ona Allahın razılığından başqa seçimləri də təqdim edir və bu seçimləri bəzəkli göstərər. Lakin mömin, Allaha olan səmimi sevgisi və Allah qorxusu sayəsində, nəfsin bu “azdırıcı” xüsusiyyətinə aldanmaz. Həmişə Allahın razılığına uyğun həyat yaşamaq üçün doğrulara yönələr.
Şirk, qısaca desək, Allah ilə yanaşı Ondan başqa bəzi varlıqları da ilah qəbul etməkdir (Allahı tənzih edirik). Bu tərifdən sonra, bəzi insanlar, əslində şirk etmələrinə baxmayaraq “biz Allahdan başqa heç bir ilah tanımırıq” deyə bilər. Bu, onların “şirk”in nə olduğunu anlamamış olduqlarından qaynaqlanır. Onsuz da, Allahın Quranda bildirdiyinə görə, Allaha ortaq qoşub şirk edənlərin bəziləri, bunu qəbul etmirlər. Allah bu insanların vəziyyətini belə xəbər verir:
Buna görə də, kimsə bu mövzuda özündən əmin olmamalı, şirk etməkdən Allaha sığınmalıdır. Çünki şirk, çox böyük günahdır. Allah digər günah və səhvləri bağışlayar, amma şirki əsla bağışlamayacağını Quranda belə bildirmişdir:
Bu qədər böyük “günah və böhtan” olan şirk, insanın Allaha aid olan xüsusiyyətləri öz zehnində başqa varlıqlara verməsi ilə başlayar. Halbuki, varlıqlarda olan xüsusiyyətlər (güc, gözəllik, zəka və s.) onlara “aid deyil”; Allah bunları onlara, müvəqqəti və müəyyən bir müddət üçün vermişdir. Bu xüsusiyyətləri, bu varlıqlara “aid” saymaq, onları da Allah kimi varlığı özündən olan bir ilah saymaq deməkdir. Bu isə, bəhsi keçən varlıqları Allahın ortaqları sanıb, Allaha şərik qoşmaqla təyin olunar və çox böyük bir cəhalətdir. Allah, Zatının bir və tək olma xüsusiyyətini Quranda belə xəbər verir:
Yuxarıdakı ayələrdən də göründüyü kimi, Allah heç bir şeyə möhtac deyil, amma hər şey Ona möhtacdır. Və heç bir şey Onun tayı deyil. Bu həqiqət rədd edilib, bəzi varlıqların Allaha möhtac olmadığı düşünüldüyü anda isə “şirk” başlayır. O zaman, hər şeyin Allahın idarəsində olduğu unudular, Ona möhtac olmayan bəzi varlıqların mövcud olduğu və bunların Ondan müstəqil olaraq hərəkət edə bildiyi kimi həqiqətdən kənar və azğın inanc doğular. Belə varlıqların olduğu zənn edildikdə, Allahdan başqa bir də onlardan kömək istənilməyə, onların razılığı axtarılmağa, onların qaydaları qəbul edilməyə başlanar.
Halbuki, Allaha şirk qoşmayan möminlər, bütün gücün Onun əlində olduğunu bildiklərindən yalnız Ona yönələrlər. Allah möminlərin söylədiklərini Quranda belə xəbər vermişdir:
Müşriklər isə əslində onlara köməyə gücləri olmayan varlıqlara yönəlirlər. Çünki öz ağıllarına görə ilah olaraq qəbul etdikləri də özləri kimi aciz qullardır. Ayələrdə Rəbbimiz belə buyurub:
Buna görə də, şirk həm böyük böhtan, həm böyük aldanma, həm də böyük bir ağılsızlıqdır. Ayələrdə şirk qoşanların nə qədər böyük ağılsızlıq etdiklərini, bütün kainatın sahibi olan Rəbbimiz belə bildirir:
Şirk, fərqli şəkillərdə ortaya çıxar. Allahdan başqa varlıqları ilah olaraq qəbul etmə azğınlığına düşüldüyü üçün, onların razılığı axtarılmağa başlanar. Onlardan mədət umular və onların hökmləri qəbul edilər. Beləcə insan, özünü öz əli ilə milyonlarla xəyali ilahın əmri altına salmış olar. Eynilə özü kimi aciz varlıqlardan mədət umar. Halbuki, şirk qoşan insan həm çıxılmaz vəziyyətdə, həm də “zülm” edər. Allah bu həqiqəti Quran ayəsində belə xəbər vermişdir:
Amma bunu da qeyd etmək lazımdır ki, bu cür insanlar, özlərinə zülm edir. Çünki ayədə bildirildiyi kimi, “Şübhəsiz ki, Allah insanlara əsla zülm etməz, ancaq insanlar özləri özlərinə zülm edərlər.” (Yunis surəsi, 44)