Qurana görə yaşayan bir insan, sevgisini də Qurana görə yaşayanlara, yəni möminlərə yönəldəcək. Möminlərin, onları sevilməyə layiq edən və Allaha iman etmələrindən doğan bəzi xüsusiyyətləri vardır. Mömin, digər möminlərdə bu xüsusiyyətləri axtaracaq, bunları gördüyü üçün onları sevəcək. Bu xüsusiyyətlər bir insanda nə qədər çox ortaya çıxarsa, ona olan sevgisi də o qədər artacaq.
Allahın Quranda bildirdiyi mömin xüsusiyyətlərinin bəzilərini bu cür maddələrə bölə bilərik:
- Möminlər ancaq Allaha qulluq edərlər. Ondan başqa ilahlaşdırdıqları heç bir varlıq yoxdur. (Fatihə surəsi, 1-7; Nisa surəsi, 36)
-
- Allahdan qorxub çəkinərlər. Allahın qadağan etdiyi və ya razılığına zidd olan bir şeyi etməkdən çox çəkinirlər. (Ali İmran surəsi, 102; Yasin surəsi, 11; Təğabun surəsi, 15-16; Zumər surəsi, 23)
-
- Yalnız Allaha güvənərlər. (Bəqərə surəsi, 249; Tövbə surəsi, 25-26)
-
- Allahdan başqa heç kimdən qorxmazlar. (Əhzab surəsi, 39)
-
- Allaha şükür edərlər. Buna görə də, iqtisadi cəhətdən qıtlıq ya da bolluq içində olmaları onlara hər hansı kədər, yaxud da təkəbbür hissi verməz. (Bəqərə surəsi, 172; İsra surəsi, 3; İbrahim surəsi, 7)
-
- Qəti şəkildə iman etmişlər. Allahın razılığını qazanmaqdan dönmək kimi bir düşüncəyə əsla qapılmazlar. Hər gün daha şövqlü və həyəcanlı şəkildə xidmətlərini davam etdirərlər. (Hucurat surəsi, 15; Bəqərə surəsi, 4)
-
- Qurana qüvvətlə bağlıdırlar. Bütün əməllərini Qurana görə nizamlayarlar. Qurana görə səhv olduğunu gördükləri əməldən dərhal imtina edərlər. (Əraf surəsi, 170; Maidə surəsi, 49; Bəqərə surəsi, 121)
-
- Daima Allahı xatırlayarlar. Allahın hər şeyi görən və eşidən olduğunu bilir, həmişə Allahın sonsuz qüdrətini ağlında tutarlar. (Ali İmran surəsi, 191; Rad surəsi, 28; Nur surəsi, 37; Əraf surəsi, 205; Ənkəbut surəsi, 45)
-
- Allah qarşısında acizliyini bilirlər. Təvazökardırlar (Ancaq bu, insanlara qarşı aciz görünmək demək deyil). (Bəqərə surəsi, 286; Əraf surəsi, 188)
-
- Hər şeyin Allahdan olduğunu bilirlər. Buna görə də, heç bir hadisə qarşısında təlaşa qapılmaz, hər zaman soyuqqanlı və təvəkküllü davranarlar. (Tövbə surəsi, 51; Təğabün surəsi, 11; Yunis surəsi, 49; Hədid surəsi, 22)
-
- Axirətə yönəlmişlər, əsas hədəf olaraq axirəti müəyyənləşdirmişlər. Ancaq dünya nemətlərindən də faydalanar, dünyada da cənnət mühitinin bir bənzərini yaratmağa çalışarlar. (Nisa surəsi, 74; Sad surəsi, 46; Əraf surəsi, 31-32)
-
- Yalnız Allahı və möminləri dost və sirdaş edərlər. (Maidə surəsi, 55-56; Mücadilə surəsi, 22)
-
- Ağıl sahibidirlər. Hər an Allaha xidmət etməyi düşündükləri üçün həmişə diqqətli və oyanıqdırlar. Daima möminlərin və dinin lehinə ağıllı xidmətlər edərlər. (Mömin surəsi, 54; Zumər surəsi, 18)
-
- Bütün gücləri ilə Allah adına inkarçılara, xüsusilə inkarçıların rəhbərlərinə qarşı böyük fikri (elmi) mübarizə apararlar. Heç vaxt qorxmadan və yorulmadan mübarizələrini davam etdirərlər. (Ənfal surəsi, 39; Həcc surəsi, 78; Hucurat surəsi, 15; Tövbə surəsi, 12)
-
- Haqqı deməkdən çəkinməzlər. İnsanlardan çəkinmədiklərinə görə həqiqəti deməkdən çəkinmirlər. İnkar edənlərin onlar haqqında dediklərinə, lağ etməsinə və hücum etmələrinə məhəl qoymazlar, qınayıcının qınamasından qorxmazlar. (Maidə surəsi, 54, 67; Əraf surəsi, 2)
-
- Allahın dinini təbliğ etmək üçün hər yolu sınayar, müxtəlif formalarda insanları Allahın dininə dəvət edərlər. (Nuh surəsi, 5-9)
-
- Təzyiq edən deyildirlər. Mərhəmətli və yumşaq xasiyyətlidirlər. (Nəhl surəsi, 125; Tövbə surəsi, 128; Hud surəsi, 75)
-
- Qəzəblərinə qapılmazlar, anlayışlı və bağışlayıcıdırlar. (Ali İmran surəsi, 134; Əraf surəsi, 199; Şura surəsi, 40-43)
-
- Etibarlı insanlardır. Son dərəcə güclü şəxsiyyət göstərər, ətrafına da təhlükəsizlik təlqin edərlər. (Duxan surəsi, 17-18; Təkvir surəsi, 19-21; Maidə surəsi, 12; Nəhl surəsi, 120)
-
- Sehrbazlıq və dəliliklə günahlandırılarlar. (Əraf surəsi, 132; Yunis surəsi, 2; Sad surəsi, 4; Hicr surəsi, 6; Qəmər surəsi, 9)
-
- Təzyiq və zülm görərlər. (Şuəra surəsi, 49, 167; Ənkəbut surəsi, 24; Yasin surəsi, 18; İbrahim surəsi, 6; Nəml surəsi, 49, 56; Hud surəsi, 91 )
-
- Çətinliklərə qatlanarlar. (Ənkəbut surəsi, 2-3; Bəqərə surəsi, 156, 214; Ali İmran surəsi, 142, 146, 195; Əhzab surəsi, 48; Məhəmməd surəsi, 31; Ənam surəsi, 34)
-
- Zülmdən və öldürülməkdən qorxmazlar. (Tövbə surəsi, 111; Ali İmran surəsi, 156-158, 169-171, 173; Şüəra surəsi, 49-50; Saffat surəsi, 97-99; Nisa surəsi, 74)
-
- İnkarçıların hücum və tələləri ilə qarşılaşar, lağ edilərlər. (Bəqərə surəsi, 14, 212)
-
- Allahın qoruması altındadırlar. Əleyhində qurulan bütün tələlər boşa çıxar. Allah, onları bütün böhtan və tələlərə qarşı qoruyaraq, onları üstün edər. (Ali İmran surəsi, 110-111, 120; İbrahim surəsi, 46; Ənfal surəsi, 30; Nəhl surəsi, 26; Yusif surəsi, 34; Həcc surəsi, 38; Maidə surəsi, 42, 105; Nisa surəsi, 141)
-
- İnkarçılara qarşı tədbirlidir. (Nisa surəsi, 71, 102; Yusif surəsi, 67)
-
- Şeytanı və dostlarını düşmən hesab etmişlər. (Fatir surəsi, 6; Zuxruf surəsi, 62; Mumtəhənə surəsi, 1; Nisa surəsi, 101; Maidə surəsi, 82)
-
- Münafiqlərə qarşı fikri mübarizə aparar, münafiq xarakteri daşıyanlarla birlikdə olmazlar. (Tövbə surəsi, 83, 9, 123)
-
- İnkarçıların zorakılıqlarına fikirlə mane olarlar. (Əhzab surəsi, 60-62; Həşr surəsi, 6; Tövbə surəsi, 14-15, 52)
-
- Bir-birləri ilə məsləhətləşərək (müşavirə ilə) hərəkət edərlər. (Şura surəsi, 38)
-
- İman etməyənlərin mənasız dəbdəbəli həyatına həsəd aparmazlar. (Kəhf surəsi, 28; Tövbə surəsi, 55; Taha surəsi, 131)
-
- Zənginlik və vəzifədən təsirlənməzlər. (Həcc surəsi, 41; Qəsas surəsi, 79-80; Nəhl surəsi, 123)
-
- İbadətdə dəqiq olar, namazlarını qılar, oruc və bənzəri ibadətləri diqqətlə yerinə yetirərlər. (Bəqərə surəsi, 238; Ənfal surəsi, 3; Muminun surəsi, 1-2)
-
- Çoxluğa deyil, Allahın verdiyi meyarlara uyarlar. (Ənam surəsi, 116)
-
- Allaha yaxınlaşmaq, nümunəvi mömin olmaq üçün səy göstərərlər. (Maidə surəsi, 35; Fatir surəsi, 32; Vaqiə surəsi, 10-14; Furqan surəsi, 74)
-
- Şeytanın təsirinə düşməzlər. (Əraf surəsi, 201; Hicr surəsi, 39-42; Nəhl surəsi, 98-99)
-
- Atalarına kor-koranə tabe olmazlar. Qurana və sünnəyə görə hərəkət edərlər. (İbrahim surəsi, 10; Hud surəsi, 62, 109)
-
- Qadınların əzilməsinə göz yummazlar. (Nur surəsi, 4; Talaq surəsi, 6; Bəqərə surəsi, 231, 241; Nisa surəsi, 19)
-
- İsraf etməkdən çəkinərlər. (Ənam surəsi, 141; Furqan surəsi, 67)
-
- Namuslu davranarlar və Allahın istədiyi şəkildə evlənərlər. (Muminun surəsi, 5-6; Nur surəsi, 3, 26, 30; Bəqərə surəsi, 221; Maidə surəsi, 5; Mumtəhənə surəsi, 10)
-
- Dində ifrata getməzlər. (Bəqərə surəsi, 143; Nisa surəsi, 171)
-
- Fədakardırlar. (İnsan surəsi, 8; Ali İmran surəsi, 92, 134; Tövbə surəsi, 92)
-
- Təmizliyə diqqət edərlər. (Bəqərə surəsi, 125, 168; Müdəssir surəsi, 1-5)
-
- Estetikaya və incəsənətə əhəmiyyət verərlər. (Səba surəsi, 13; Nəml surəsi, 44)
-
- Möminlərin arxasından danışmaz, qüsurlarını araşdırmazlar. (Hucurat surəsi, 12)
-
- Həsəd etməkdən çəkinərlər. (Nisa surəsi, 128)
-
- Allahdan bağışlanma diləyən kimsələrdir. (Bəqərə surəsi, 286; Ali İmran surəsi, 16-17, 147, 193; Həşr surəsi, 10; Nuh surəsi, 28)
Möminlərə edilən təzyiqlər
Yuxarıdakı mömin xüsusiyyətlərində əslində iki ayrı mövzu vardır:
Birincisi; Allaha xidmət etmək, fədakarlıq, təvazökarlıq kimi möminlərin sahib olduğu gözəl xüsusiyyətlər.
İkincisi; inkar edənlərin onlarla lağ etməsi, onlara tələ qurması kimi öz əllərində olmayan xüsusiyyətlər.
Əslində bu ikinci xüsusiyyətlər səmimi mömini tanımaqda son dərəcə əhəmiyyətlidir. Çünki birinci növün əhəmiyyətli hissəsi “təqlid edilə bilən” xüsusiyyətlərdir. Məsələn, bir münafiq də, mənfəətinə uyğun olduğu üçün namaz qıla bilər, bəzi fədakarlıqlar edə bilər. Amma ikinci xüsusiyyətlər “təqlid edilə bilməz” xüsusiyyətlərdir. İnkar edənlər, ancaq həqiqi möminə təzyiq etməyə çalışırlar.
Buna görə də, möminləri qiymətləndirərkən bu ikinci növ xüsusiyyətlərə də çox əhəmiyyət vermək lazımdır. Bir birliyin doğrudan da, saleh mömin birliyi olub-olmadığını anlamaq üçün Quranda Allahın dəyişməz qanunu olaraq bildirilən bu meyarlara baxılmalıdır.
Müsəlmanlara edilən şifahi təzyiq və böhtanları dəyərləndirərkən, əvvəlki müsəlmanların başına gələnlər, əsas istinad qaynağımız olmalıdır. Çünki Allah Quranda, əvvəlki möminlərin qarşılaşdıqları çətinlikləri və məruz qaldıqları böhtanları təfərrüatlı olaraq izah etmiş və belə bildirmişdir:
Yoxsa sizdən əvvəl gəlib-keçənlərin halı başınıza gəlmədən cənnətə girəcəyinizimi sandınız?.. (Bəqərə surəsi, 214)
Quranda “əvvəlkilərin başına gələnlər”in geniş şəkildə izah edildiyi ayələrdə isə, olduqca diqqət çəkici bir məqamla qarşılaşarıq. Görərik ki, peyğəmbərlərə və ya möminlərə düşmən olanlar, onlara hücum edənlər ümumiyyətlə, “Bu insanlar Allaha iman edirlər, Onun razılığını axtarırlar” ya da “Bu insanlar bizim kimi əxlaqsız deyillər, yüksək əxlaqa sahibdirlər” kimi sözlər demirlər. Tam tərsinə möminlərə, öz ağıllarına görə böhtan atmağa çalışır, onları ən pis günahlarla ittiham edirlər.
Əlbəttə “Biz Allaha qarşı gəldik, heç bir əxlaqi sərhədi tanımırıq və maraqlarımıza zidd düşən bu insanları əzmək istəyirik” deməyəcəklər. “Bunlar Allahın hökmlərini tətbiq edən vicdanlı insanlardır, biz isə sərhədi aşmış zalımlarıq” kimi etiraflar da etməyəcəklər. Tam tərsinə özlərini “gözəl əxlaqlı və ağıllı” ideal insanlar olaraq göstərib, möminləri qaralayaraq, öz ağıllarına görə hücumlarına qanuni zəmin hazırlamağa çalışacaqlar. Quranda “əvvəlkilərin başına gələnlər”in izah edildiyi hekayələrdə, inkar edənlərin həmişə bu metodu izlədiklərini görərik.
Məsələn, hz. Nuh (ə.s), göndərildiyi cəmiyyəti bütün peyğəmbərlər kimi yalnız Allaha qulluq etməyə çağırmışdı. Yalnız Allaha ibadət üzərinə inşa edilmiş bir nizam isə, əlbəttə batil sistem sayəsində güc və status əldə etmiş olan qövmünün “başında olanların” maraqlarına əks düşmüşdü. Amma bu qabaqcıllar əlbəttə, “bu adamın istədikləri maraqlarımıza əksdir” deməmişlər. Tam tərsinə, hz. Nuh (ə.s)-a böyük böhtan ataraq, mənfəət güdməklə, “mövqe və məqam” qazanmağa çalışmaqla günahlandırdılar. Rəbbimiz bu vəziyyəti ayədə belə xəbər vermişdir:
Həqiqətən, Nuhu öz qövmünə elçi göndərdik. O: “Ey qövmüm! Allaha ibadət edin! Ondan başqa sizin heç bir ilahınız yoxdur! Elə isə, Allahdan çəkinmirsinizmi?” - demişdi. Qövmünün kafir öndərləri isə (öz qövmlərinə) belə dedilər: “Bu da sizin kimi bir insandır. O sizə böyüklük etmək istəyir... (Muminun surəsi, 23-24)
Eyni ağılsız hərəkət hz. Musa (ə.s) və hz. Harun (ə.s)-a da edilmişdir. Ayədə xəbər verildiyi kimi, Firon və ətrafı onlara; “... Onlar dedilər: “Gəlmisiniz ki, bizi atalarımızın tutduğu yoldan döndərəsiniz və yer üzündə böyüklük etmək ikinizə qalsın? Biz sizə iman gətirən deyilik”. (Yunis surəsi, 78) demişlər.
Möminlərə atılan böhtanlar daha fərqli ölçülərə də gələ bilər. Tarix boyunca Allahın elçiləri, ətrafındakı möminləri “ovsunlayıb-aldatmaqla” günahlandırmışlar:
(Sehrbazlar) dedilər: “Həqiqətən, bu ikisi sehrləri vasitəsilə sizi yurdunuzdan çıxartmaq və sizin nümunəvi yolunuzu yox etmək istəyən sehrbazlardır. (Taha surəsi, 63)
...kafirlər dedilər: “Bu, yalançı bir sehrbazdır! (Sad surəsi, 4)
Müsəlmanları qaralamağa çalışanlar, öz xüsusiyyətlərini möminlərə aid imiş kimi göstərməyə çalışırlar. Belə ki, hz. Nuh (ə.s) kimi mübarək bir insan üçün “Xeyr, o, yalançıdır, lovğadır!” (Qəmər surəsi, 25) deyərək, əslində özlərinin yalançı olduqlarını sübut etmişdilər.
Tez-tez gündəmə gətirilən bir başqa böhtan isə “dəlilik” ilə ittiham edilmədir. Əslində bu ittihamın arxasında yatan əhəmiyyətli anlayış əskikliyi vardır. İnkar edənlər, “Allahın razılığını qazanmaq” kimi bir anlayışa sahib olmadıqlarından, möminlərin yalnız bu məqsədə yönəlmiş olaraq hərəkət etdiklərini qavramaqda çətinlik çəkərlər. Həqiqətdə heç bir mənfəət güdmədiklərini bildikləri möminlərin, bütün həyatını Allahın razılığı uğrunda yaşamalarına, özlərinin səhv dünyagörüşləri səbəbiylə məna verə bilməzlər. Onların batil düşüncə qruluşuna görə, belə idealist rəftar ancaq “dəlilik”dir. Necə ki, bu böhtanı keçmişdə tez-tez istifadə etmişlər. Ayələrdə xəbər verildiyi kimi, Firon, hz. Musa (ə.s) üçün, “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!” (Şüəra surəsi, 27) demiş; qövmü, hz. Nuh (ə.s)-ı yalanlayarkən o bir “dəlidir” (Qəmər surəsi, 9) böhtanı atmışlar.
Möminlər bunlarla yanaşı zina böhtanı ilə də günahlandırılmışdır. Hz. Yusif (ə.s) və bütün mömin qadınlara nümunə olaraq göstərilən hz. Məryəm (ə.s), bu böhtanla qarşılaşmış mübarək insanlardandır. Əksər peyğəmbər “azmış insan” (Əraf surəsi, 60) iftirasına məruz qalmışdır.
Bütün bunların “əvvəlkilərin başına gəlmiş” və bitmiş hadisələr olduğunu düşünmək əlbəttə son dərəcə səhv olar. Allah Quranda eyni şeylərin digər möminlərin başına gələ biləcəyini də xəbər vermişdir. Buna görə də, eyni ittiham və qaralamalarla, haqq dini müdafiə edən və beləliklə, din əxlaqından uzaq kütlələri narahat edən hər mömin qarşılaşa bilər.
Müsəlmanlar haqqında deyilənlərin, hər zaman bu cür qaralama kampaniyasının parçası ola biləcəyini düşünməli və Rəbbimizin aşağıdakı ayəsində əmr etdiyi kimi, “fasiq” (doğru yoldan azmış)ların gətirəcəyi bu cür xəbərlərə “dəqiq araşdırmadan” etibar edilməməlidir. Mövzuyla əlaqədar ayə belədir:
Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirərsə, dərhal (onun doğru olub-olmadığını) araşdırın! Yoxsa, bilmədən bəzi insanlara pislik etmiş olarsınız və etdiyiniz əmələ görə peşmançılıq çəkərsiniz. (Hucurat surəsi, 6)