Əvvəlki səhifələrdə möminlərlə digər insanlar arasındakı ən əhəmiyyətli fərqin, möminlərin Allahın sonsuz qüdrətinin dərk edilməsi olduğunu ifadə etmişdik. Həmçinin Allahın varlığına qəlbən iman edən möminin bütün həyatını necə qurduğunu və nizamlayacağını araşdırmışdıq.
Allahın gücünü təqdir edə bilən və bu səbəbdən həyatını Allah rizası üzərində quran insanın sahib olduğu ən əhəmiyyətli xüsusiyyətlərdən biri də, həyatının hər saniyəsində yalnız Allahın razılığını və rəhmətini düşünərək hərəkət etməsidir. O, həyatını Allahın razılığını qazanmaq, Ona “bəndə” olmağa çalışmaq üzərində qurduğuna görə, Allahın yaratdığını və nəzarət etdiyini qavradığı bütün kainata artıq fərqli gözlə baxacaq. Yalnız Allahı İlah olaraq tanıdığı üçün, saxta ilahlar artıq mömin üçün bir şey ifadə etməyəcək. Allah Quranda bu mövzunu, hz. İbrahim (ə.s)-ın dediyini bildirdiyi bu sözlərlə vurğulamışdır:
Kitabda İbrahimi də an! Həqiqətən, o, çox dürüst bir insan və peyğəmbər idi. Bir zaman o, atasına demişdi: “Atacan! Eşitməyən, görməyən və sənə heç bir fayda verə bilməyən şeylərə (bütlərə) nə üçün ibadət edirsən? (Məryəm surəsi, 41-42)
Mömin, yalnız Allahın rizasını axtardığı, yalnız Ona yalvardığı, yalnız Ondan istədiyi üçün yalnız Allaha yönələr. Allah xaricində heç kimi razı etmə ehtiyacı hiss etməz, Allahdan başqasından mədət ummaz. İnsanın həqiqi azadlığı, ancaq bu həqiqəti qavrayaraq Allaha yönəlməsi ilə olar.
Həqiqi imana sahib olmayanların həyatı isə, möminin tam tərsinə, saysız saxta ilahın boyunduruğu altındadır. Belə insanlar, həyatını saysız insanı razı etməyə həsr edərlər. İnsanlardan kömək istəyib mədət umarlar. Halbuki öz cahil məntiqlərinə görə ilahaşdırdıqları bu varlıqlar da eynilə özləri kimi aciz “bəndə”dir. Əlbəttə ki, bu varlıqlar onların istəklərinə cavab verə bilməzlər, onları xilas edə bilməzlər. Ölüm, bu saxta ilahların insana heç bir faydası olmadığını ortaya qoyan ən qəti həqiqətdir. Amma, bu xəyali ilahların xəyali olduqlarını anlamaq üçün ölümü gözləmək, çox gec qalmaq mənasını verər. Allah Quranda, bu insanların yaşadığı çıxılmaz vəziyyəti belə təsvir edir:
Onlar özlərinə yardım ediləcəyini umaraq Allahdan başqa ilahlar qəbul etdilər. (Bu bütlərin) onlara yardım etməyə gücləri çatmaz. Halbuki onlar özləri bütlər üçün hazır durmuş əsgərlərdir. (Yasin surəsi, 74-75)
Məhz mömin olmayanların həyatı bu cür səhv təməl üzərinə qurulmuşdur. Buna görə möminlərlə digər insanlar arasındakı başqa əhəmiyyətli fərq də ortaya çıxar: Möminlər özlərinə rəhbər olaraq, Allahın onlara verdiyi meyarları qəbul edər, haqq kitab olan Qurana və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə tabe olarlar. Onların dini, Allahın Quranda təsvir etdiyi və Peyğəmbərimiz (s.ə.v)-in nümunəvi həyatı ilə tanıtdığı İslamdır.
Allahdan xəbərsiz həyat yaşayan insanlar isə, əlbəttə özlərinə rəhbər olaraq, Allahın deyil, saxta ilahların meyarlarını qəbul edəcəklər. Haqq din olan İslama deyil, batil anlayışlara və inanclara sahib olan saxta dinə tabe olacaqlar. Onların dini, çox ilahlı azğın dindir. Bu insanlar, özlərinə meyar olaraq, yaşadıqları cəmiyyətin batil dəyərlərini qəbul etdikləri üçün, bir-birindən fərqli qayda və məqsədlərə sahib olarlar. Buna görə də, yaşadıqları çox ilahlı dinin müxtəlif növləri vardır. Ancaq bunu da ifadə etməkdə fayda vardır: Bir insanın yaşadığı cəmiyyətin nizamına uyğun gəlməsi, qanunlara və qaydalara tabe olması son dərəcə əhəmiyyətli və lazımlıdır. Burada nəzərdə tutulan doğrunu, gözəli, sevgini və hörməti təlqin edən və yaşadan ictimai qaydalar deyil, mənfəəti, eqoizmi, sevgisizliyi və mərhəmətsizliyi təlqin edən batil dəyərlərdir.
Bəzilərinin həyat məqsədi, pul və güc əldə etmək, bəzilərinki hörmət edilən və sözü qəbul edilən insan olmaqdır. Bəziləri həyatının məqsədini “yaxşı yoldaş” tapıb, “xoşbəxt yuva qurmaq” olaraq yönləndirər. Bunların hamısı bir möminin də həyatında olan ünsürlərdir. Amma saleh mömin heç birinə lazım olandan çox dəyər verməz. Daha da əhəmiyyətlisi bu mövzular haqqında Allahın Quranda bildirdiyi və Peyğəmbərimiz (s.ə.v)-in öyüdləri xaricində anlayışa, mühakiməyə sahib olmaz. Din əxlaqını yaşamayan insanların isə, məqsədindəki hər bir hədəf üçün din əxlaqına uyğun olmayan üsulları və yolları vardır. “Həyat tərzi” olaraq adlandırdıqları bu batil anlayışların hər biri əslində batil bir dindir və Allahın varlığını və sərhədlərini qavraya bilməmək təməli üzərinə qurulmuşdur.
Halbuki insanların yaradılışı, Allaha bəndə olma və Allaha güvənmə üzərinə quruludur. İnsan, sonsuz istək və ehtiyaclarını öz-özünə qarşılamaq imkanına sahib olmadığı üçün, yaradılışdan Allaha bağlanmağa möhtacdır. Buna görə də, insan fitrəti Allahı “Rəbb” (təlimatçı, yol göstərici, qayda qoyan) olaraq qəbul etməyə uyğundur:
Allahın insanları yaratdığı fitrət üzrə hənif olaraq üzünü dinə (İslama) çevir! Allahın (insanları fitrət üzrə) yaratmasında heç bir dəyişiklik yoxdur. Doğru din budur! Lakin insanların çoxu bunu bilmir. (Rum surəsi, 30)
Nəfsin pis arzularına qapılmayıb, Allaha iman edən mömin, bütün həyatı boyunca “nə etməsi lazım olduğunu” Onun kitabından və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsindən öyrənər, peyğəmbərləri özünə nümunə götürər. Möminin həyatı, inkar edənlərdən tamamilə fərqlidir. Hətta mömin, inkarçıların heç bilmədikləri bəzi həqiqətləri yenə Qurandan öyrənər. Məsələn, Allah Quranda Özündən qorxub pis əməllərdən çəkinənlərə hər cür vəziyyətdə mütləq bir çıxış yolu göstərəcəyini müjdələmişdir:
...Kim Allahdan qorxarsa, Allah onun üçün bir çıxış yolu yaradar. Və heç gözləmədiyi bir yerdən Allah ona ruzi yetirər. Kim Allaha təvəkkül edərsə, Allah ona yetər. Şübhəsiz ki, Allah istədiyini edəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)
Allahın qüdrətini dərk edən və Onu haqqı ilə tanıyan mömin, həyatını Allaha təslim edəcək. Çünki bilir ki, “kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər”. Bir ayədə hz. Yaqub (ə.s)-ın oğullarına bu mövzuda verdiyi öyüd-nəsihəti belə xəbər verir:
...Yenə də Allahdan gələn heç bir şeyi mən sizdən dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən Ona təvəkkül etmişəm. Qoy təvəkkül edənlər də yalnız Ona təvəkkül etsinlər!” (Yusif surəsi, 67)
Bu həqiqəti qavrayan mömin, həyatdakı vəzifəsinin Allahın hökmlərini tətbiq etməkdən başqa bir şey olmadığını görəcək. Onun vəzifəsi də, “peşəsi” də budur. Ancaq Allah yolunda cəhd etməklə məsuldur. Hər şeyi Allahdan istəyər, çünki ona hər şeyi verən Allahdır. Möminlərin bu gözəl əxlaqını Allah Quranda belə xəbər vermişdir:
Cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. Mən onlardan nə bir ruzi, nə də Məni yedirtmələrini istəyirəm. Şübhəsiz ki, ruzi verən, qüvvət sahibi və mətin olan Allahdır! (Zəriyət surəsi, 56-58)
Buna görə də, Quranda təsvir edilən əxlaqa sahib mömin üçün “gələcək qorxusu” deyə bir şey ola bilməz. Bu qorxu ancaq, həyatı bir-birindən müstəqil milyonlarla saxta ilahın arasındakı çəkişmə olaraq görənlərə xasdır. Hadisələrin Allahın idarəsində və təqdir etdiyi tale içində baş verdiyini bilməyən bu insan, “öz həyatını qurtarma” mübarizəsi etməsi lazım olduğunu zənn edir. “İmkanı”nı “daşdan çıxarması” lazım olduğu düşüncəsindədir. Belə düşündüyü üçün də, buna uyğun qarşılıq görər. Bədiüzzaman Səid Nursi, Allahı tanımayanların, insanın əsl vəzifəsinin qulluq olduğunu anlaya bilmədiklərini izah etdikdən sonra belə deyir:
...”Həyat bir cidal (qarşıdurmadır)” deyə əbləhanə (ağılsız) hökm etmişlər.
Məhz bu, “həyat bir qarşıdurmadır” məntiqindən doğan ruh halı, Quran əxlaqını yaşamayanların sahib olduğu dinin əsas xüsusiyyətlərindən biridir. Bəhs edilən yanlış məntiq səbəbi ilə bu insanlar, həmişə çətinlik və narahatlıqla dolu ruh halında yaşayarlar. Belə ki;
- Bu insanların əksəriyyəti, möminlərin tam əksinə eqoist, mənfəətçi, kiçik mənfəətlər arxasında qaçan, tək dərdi “mənfəətini gözləmək” olan insanlardır.
-
- Fədakarlıqdan, fədakarlığın gətirdiyi incəlikdən xəbərləri yoxdur. Sevgiləri mənfəətə əsaslanır: Bir insanı, o insanda olan gözəl xüsusiyyətlərə görə deyil, yalnız “mənfəət üçün” sevərlər.
-
- Təbii ki, özlərini sevdiklərini söyləyən başqa insanların da eyni şəkildə sevdiyini bilirlər. Buna görə də, heç bir zaman sədaqət və vəfa mühitində yaşaya bilməzlər. Həmişə “ya məndən daha zənginini, daha gözəlini, daha yaraşıqlısını taparaq məni tərk edərsə” narahatlığı yaşayarlar.
-
- Qısqancdırlar. Buna görə də, gözəllikdən və yaxşılıqdan zövq almağı bilməzlər. Məsələn, bir insanın gözəlliyinə baxıb, ondan zövq alacaq və “Allah nə gözəl yaratmış” deməyin rahatlığını yaşamalı halda, “niyə bu gözəllik məndə yox, onda vardır” düşüncəsi ilə özlərini yeyərlər.
-
- Allahın nemətinə şükür etməyi və özlərinə verilənlər ilə qane olmağı bilməzlər. Buna görə də, həmişə “daha çox”unu istəyərlər. Bu istək heç bir zaman təmin edilə bilməz və həmişə narahatlıq qaynağı olar.
-
- Aciz və zəif olduqlarını qəbul edib Allahdan kömək istəməzlər. Allaha təkəbbür göstərərək, Ondan kömək istəməyərək acizlik və zəifliyin yox olacağını zənn edərlər. Halbuki, belə etməklə acizlik və zəifliyi yox olacaq deyil. Bu dəfə insanlardan mədət umarlar. Amma qarşılarındakı da özləri kimi yalnız maraqlarını düşünən aciz biridir və həqiqi mənada şəfqət və mərhəmət göstərməkdən məhrumdur. Buna görə də, umduqlarına çata bilmədikləri üçün tez-tez “depressiya” keçirər, xarakter sarsıntısı yaşayarlar.
-
- Bağışlayıcı və anlayışlı olmaqdan məhrumdurlar. Buna görə də, aralarındakı ən kiçik anlaşılmazlıq, qarşıdurma və davaya çevrilə bilər. Hər iki tərəf də çox vaxt qarşı tərəfə keçməyi öz qüruruna yedirə bilməz. Buna görə də, tez-tez böyük münaqişələr edərlər.
-
- Allahın qoruması və idarəsi altındakı dünyada deyil, tək qaydanın “qalib gəlmək” olduğu vəhşi bir meşədə yaşadıqlarını düşünürlər. Öz azğın düşüncələrinə görə, bu “meşə”də yaşaya bilmək üçün sərt, təcavüzkar və eqoist olmaları lazımdır. Belə düşündükləri üçün də, bu cür “qarşılıq” görərlər: Ya cahil cəmiyyət sözü ilə, “kiçik balıq” olub udulurlar, ya da “böyük və zalım balıq” olub digərlərini udarlar.
-
Həqiqi imanı yaşamayan, təsvir edilən yanlış əxlaq anlayışına görə hərəkət edən insanların olduğu hər cəmiyyətin qaydaları yuxarıda sayılan kimidir. Rəbbimiz Quranda, bu cəmiyyətləri Özünün və axirətin fərqində olmadıqları üçün “cahil” cəmiyyət olaraq tanıtmışdır. Rəbbimizin Quranda bildirdiyi kimi heç vaxt ağıllanıb, Allaha təslim olmayan İsrail oğulları içindən bəziləri də, hz. Musa (ə.s) tərəfindən cahil olaraq adlandırılmışlar. Mövzu ilə əlaqədar ayələr belədir:
İsrail oğullarını dənizdən keçirtdik və onlar, özlərinə xas bütlərə sitayiş edən bir qövmlə rastlaşdılar. (İsrail oğulları) dedilər: “Ey Musa! Bizə də onların ilahları kimi bir ilah düzəlt!” Musa dedi: “Həqiqətən, siz cahil bir qövmsünüz. Şübhəsiz ki, bunların içində olduqları din çökmüşdür. Etdikləri işlər də batildir!” Musa dedi: “Allah sizi aləmlərə üstün etmiş ikən sizin üçün Allahdan başqa bir ilah istəyim?!” (Əraf surəsi, 138-140)
Amma bir az əvvəl də ifadə etdiyimiz kimi, “cahil cəmiyyət” tək bir bütün deyil. Belə bir cəmiyyətin içində, hamısı eyni “cahillik” xüsusiyyətlərinə malik deyil, bir-birindən fərqli kütlələr də ola bilər. Bu kütlələr ümumiyyətlə, “cahil cəmiyyətin” dəyər verdiyi etibarsız meyarlardır ki, ən əsası iqtisadi güc gəlir, əldə edən və etməyən deyə ikiyə ayrılırlar.
Cahil cəmiyyətdə insanlara verilən dəyərin ölçüsü
Saleh möminlər üçün, insanları dəyərləndirmənin ölçüsü “təqva”dır (Allahdan qorxub-çəkinmə ölçüsü, Allaha yaxınlıq). İman sahibi olmayanların meydana gətirdiyi cahil cəmiyyətdə isə, insanlar həm özlərini, həm də digər insanları böyük ölçüdə “pul” meyarına görə qiymətləndirərlər.
Vəziyyət belə olduqda, cahil cəmiyyətdə bir çox səhv məntiq ortaya çıxar;
- Zəngin, varlı olan biri, son dərəcə bəsit və əxlaqsız da olsa, “cahil” cəmiyyətdə hörmət görəcək.
-
- Cəmiyyətdə yaranan bu qaydaya görə, bəhsi keçən “pullu, amma əxlaqsız” adam da, özünü çox “hörmətli” adam olduğunu sanacaq.
-
- “Pul” bu cür əhəmiyyətli meyar olduqda, “pulsuz” olanlar da avtomatik olaraq, “pullu”ların tam tərsinə müəyyən bir əziklik və etibarsızlıq duyğusu yaşayacaqlar. Xüsusilə “pullu”ların yanında, “pulsuz” olanların bu rəftarı dərhal müəyyən olar. Maddi vəziyyəti pis olan adam, bəlkə qarşısındakı varlının son dərəcə əxlaqsız və sadə adam olduğunu, özünün ondan əxlaqi cəhətdən daha üstün olduğunu fərq edəcək, amma o da hələ “cahil cəmiyyətin” dəyərləri ilə mühakimə olunmağın təsirində olacaq: “Pulsuz” olmağın gətirdiyi əzikliyi asanlıqla həzm edə bilməyəcək.
-
- Pulun bu qədər əhəmiyyətli meyar olduğu cahil cəmiyyətdə, təbii olaraq böyük əxlaqi degenerasiya yaşanacaq. Rüşvət, korrupsiya, saxtakarlıq kimi anlayışlar gündəlik həyatın bir parçası halına gələcəkdir. Bu cahil insanlara görə ən böyük dəyər pul olduğu üçün, pulu əldə etməyə yarayan hər üsul, nə qədər əxlaqsız və ədalətsiz də olsa, qanunilik qazanacaq.
-
Qurandakı Qarun hekayəsi ilə, Allah, cahil cəmiyyətin “pul mərkəzli” olma xüsusiyyətini ən gözəl şəkildə belə izah edir:
Qarun Musanın qövmündən idi və onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, onun açarlarını daşımaq güclü adamlardan ibarət bir dəstəyə belə ağır gəlirdi. O zaman qövmü ona belə demişdi: “Qürrələnmə! Şübhəsiz ki, Allah qürrələnənləri sevməz. Allahın sənə verdikləri ilə (Allah yolunda infaq edərək) axirət yurdunu istə! Dünyadakı nəsibini də unutma! Allahın sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et və yer üzündə fitnə-fəsad törətməyi düşünmə! Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevməz”. Qarun dedi: “Bu sərvət mənə elmimə görə verilmişdir”. O, Allahın əvvəlki nəsillər içində ondan daha güclü və varlı kimsələri belə məhv etdiyini bilmirdimi?! Günahkarlardan günahları soruşulmaz. Beləliklə, (Qarun) öz ehtişamı ilə qövmünün qarşısına çıxdı. Dünya həyatını arzulayanlar: “Kaş Qaruna verilənlərin eynisi bizə də veriləydi. O, çox bəxtəvərdir”, - dedilər. Elm sahibi olanlar isə: “Vay halınıza! İman gətirib yaxşı işlər görən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna yalnız səbir edənlər qovuşa bilər”, - dedilər. Nəhayət, onu evi ilə birlikdə yerə batırdıq. Nə Allahdan başqa ona yardım edən adamları var idi, nə də o, özünü müdafiə edə bildi. Dünən onun yerində olmağı arzulayanlar belə deməyə başladılar: “Deməli, Allah bəndələrindən dilədiyinin ruzisini artırır, dilədiyinin ruzisini də azaldırmış. Əgər Allah bizə lütf etməsəydi, həqiqətən, bizi də yerə batıracaqdı. Deməli, kafirlər nicat tapa bilməzlər”. Biz axirət yurdunu (cənnəti) yer üzündə təkəbbürlənmək və fitnə-fəsad törətmək istəməyənlərə veririk. Gözəl aqibət təqva sahiblərinindir. (Qəsas surəsi, 76-83)
Ayələrdən aydın olduğu kimi, Qarun və onu nümunə götürənlər klassik cahil cəmiyyətdir. Bütün mülkün Allaha məxsus olduğunu və Allahın mülkü istədiyinə verdiyini qavraya bilməmişlər. Qarun, ona verilən mülkün “onda olan üstünlük səbəbi ilə” verildiyini zənn edir. Halbuki;
- Hər şeyin Yaradıcısı Allah olduğuna görə, hər şeyin həqiqi sahibi də Odur. İnsanlar, Allaha aid olan bu mülkə yalnız keçici müddət üçün “əmanət” dərəcəsində sahib ola bilərlər.
-
- İnsanlara verilmiş olan nemətlər, onlarda olan üstünlük və ya xüsusiyyətə görə deyil, yalnız bir nemət və imtahan olaraq verilmişdir. “Qürurlanmaq” üçün deyil, “şükür” etmək üçün verilmişdir. Əgər bunu dərk etməsələr, sahib olunan mülk, həm dünyada və həm də axirətdə insana xoşbəxtlik və qurtuluş gətirməyəcək.
-
- Mülk, xəsislik edərək “yığıb-toplamaq” üçün deyil, Allah rizası üçün istifadə edilmək üzrə verilir. Belə etməyənlərin sonunu Allah Quranda belə bildirir:
-
Allahın, Öz lütfündən verdiyi şeylərdə xəsislik edənlər elə zənn etməsinlər ki, bu onlar üçün xeyirlidir. Əksinə, bu onlar üçün zərərlidir. Onların xəsislik etdiyi şeylər, qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır. (Ali İmran surəsi, 180)
Mömin Allahın verdiyi mülkü, ağıllı şəkildə, Allah rizası üçün xərcləyərkən, bunun bitib-tükənəcəyindən də qorxmamalıdır. Rəbbimiz Quranda bu təhlükəyə diqqət çəkib, şeytanın insanı “yoxsulluqla qorxutduğu”nu (Bəqərə surəsi, 268) xatırlatmışdır və Öz yolunda xərclənən (infaq edilən) malın yerinə, bir başqasını verəcəyini də bildirmişdir. Mövzu ilə əlaqədar ayə belədir:
De: “Həqiqətən, Rəbbim qullarından istədiyinin ruzisini bol edər, istədiyinin ruzisini də azaldar. Siz nə infaq etsəniz, Allah onun yerinə başqasını verər. O, ruzi verənlərin ən xeyirlisidir”. (Səba surəsi, 39)
Yuxarıda bəhs etdiyimiz Qarun hekayəsi əslində cahil cəmiyyətin ümumi xarakterini ortaya qoyur. Ayələrdə xəbər verildiyi kimi, Qarun əslində “cahil” cəmiyyətdə olan xarakteri təmsil edir. Bu xarakter, cahil cəmiyyətin daxilində zənginliyi və etibarı ilə diqqəti çəkən bəzi insanlardır.
Ayələrdə həmçinin, Qarunu nümunə götürənlər izah edilir. Bunlar da Qarun ilə eyni cahil anlayışı paylaşır, mülkün sahibinin Allah olduğunu qavramırlar. Buna görə də, Qarunu və sahib olduqlarını gözlərində böyüdürlər.
Cahil cəmiyyətin təlqinindən xilas olanlarsa yalnız möminlərdir. Onlar;
- Meyarlarının pul deyil, iman olduğunu və mülkün həqiqi sahibinin Allah olduğunu qavradıqları üçün, Qarunun həsəd aparılacaq deyil, acınacaqlı vəziyyətdə olduğunu görə bilmişlər.
-
- Cahil cəmiyyətin üzvləri kimi, ancaq Qarunun mülkü yox olduqdan sonra “Demək ki, Allah Öz bəndələrindən istədiyinin ruzisini artırarmış və ya azaldarmış” deməyiblər, eyni həqiqəti əvvəlcədən görüb bilmişlər.
-
Bənzər bir vəziyyət, Allahın Kəhf surəsində izah etdiyi “bağça sahibləri”ndə də görünür. Bol nemət və mülk verilərək eyni Qarun kimi özünü bunların həqiqi sahibi sanan insanla, Allaha iman edən, Ondan qorxub-çəkinən mömin arasındakı fərqi Rəbbimiz ayələrdə belə izah edir:
Onlara iki adamı misal ver. Onlardan birinə iki üzüm bağı vermişdik və hər ikisini xurmalıqlarla əhatə edib aralarında da əkin bitirmişdik. Hər iki bağ öz məhsulunu vermiş və heç bir əskiklik olmamışdı. O ikisinin arasından bir çay axıtmışdıq. Onun başqa gəliri də var idi. Ona görə də yoldaşı ilə söhbət edərkən ona: “Mən, mal-mülk cəhətdən səndən daha zənginəm, (əşirətdəki) say etibarilə də səndən daha güclüyəm!” - dedi. O, özünə zülm edərək (küfrə düşmüş halda təkəbbürlənərək) bağına girib dedi: “Bunun yox olacağını əsla zənn etmirəm. Qiyamətin qopacağını da zənn etmirəm. Əgər Rəbbimə qaytarılsam, şübhəsiz, (orada) bundan da yaxşı bir məskən taparam”. Onunla söhbət edən yoldaşı ona dedi: “Səni torpaqdan, sonra nütfədən yaradan, sonra da səni insan surətinə salan Allahı inkarmı edirsən? O Allah mənim Rəbbimdir və mən heç kimi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman: “MaşaAllah! Qüvvət yalnız Allaha məxsusdur!” - deməli deyildinmi?! Əgər mal-mülk və övlad cəhətdən məni özündən aşağı görürsənsə, Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını verər, sənin bağına da göydən ildırımlar göndərər və beləcə, o, qupquru bir torpaq halına düşər. Yaxud oranın suyu çəkilər və onu əsla axtarıb tapa bilməzsən”. Beləcə, onun məhsulu tələf edildi. O, qoyduğu xərcə görə əllərini ovuşdurmağa başladı. (Bağın) talvarları da çökmüşdü. O isə: “Kaş heç kimi Rəbbimə şərik qoşmayaydım!” - deyirdi. Allahdan başqa ona yardım edə biləcək kimsələr olmadığı kimi, o (öz-özünə) kömək edə biləcək gücdə də deyildi. Burada himayədarlıq haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafatı da, ən yaxşı aqibəti də verən Odur. (Kəhf surəsi, 32-44)
Maddi dəyərlərə həddindən artıq əhəmiyyət verənlər
Quranın bir çox hekayəsində müsəlmanların qarşılaşdıqları, din əxlaqını onlara çatdırdıqları, çox vaxt mənfi hallara qarşı fikri mübarizə aparan bir qrup insandan bəhs edilir. Demək olar ki, bütün peyğəmbər hekayələrində bildirilən bu insanların xüsusiyyətləri də ayələrdə çox açıq şəkildə xəbər verilmişdir.
Rəbbimiz Quranda, bu qrupu, “qövmün qabaqcıl təkəbbürlüləri”, “rifah içində öyünənlər”, “günah etməkdə israr edənlər”, “haqsız yerə lovğalananlar” kimi ifadələrlə tanıtmışdır. Bu kəslərin ortaq xüsusiyyəti, onlara verilən güc və imkanları, Allaha üsyan və yer üzündə fitnə-fəsad törətməkdə istifadə etmələridir. Ayələrdə belə bildirilmişdir:
Biz hansı bir məmləkətə xəbərdar edən bir peyğəmbər göndərdiksə, oranın naz-nemət içində yaşayan başçıları: “Biz sizinlə göndərilənləri inkar edirik”, - dedilər. Onlar: “Biz mal-mülk və övlad cəhətdən daha çoxuq, əzaba düçar olası da deyilik”, – dedilər. (Səba surəsi, 34-35)
Ayələrdə xəbər verilən məlumatlar əsasında bəhsi keçən bu kütlənin xüsusiyyətlərini belə saya bilərik:
- Onlara verilən rifah, “mallar və oğullar”, bəhsi keçən kütlənin çox təkəbbürlənməsinə, Allahı inkar etməsinə, Ona baş qaldırmalarına (Allahı tənzih edirik) səbəb olar.
-
Ad qövmü yer üzündə haqsız yerə təkəbbürləndi və onlar: “Bizdən daha güclü kim var?” - dedilər. Onları yaradan Allahın özlərindən daha güclü olduğunu görmədilərmi? Onlar Bizim ayələrimizi inkar edirdilər. (Fussilət surəsi, 15)
Ancaq bunu da ifadə etməkdə fayda vardır: Geniş maddi imkanlara sahib olmaq mənfi xüsusiyyət deyil. Ancaq insanın bu imkanları ona verənin Uca Allah olduğunu dərk etməsi və sahib olduğu hər şey üçün Allaha şükür etməsi lazımdır. Səhv olan, insanların dünya həyatında onlara təqdim edilən imkanlara görə qürurlanmaları və bunun inkarına vəsilə olmasıdır. Necə ki, Quranda pis xüsusiyyətləri ibrət olaraq bildirilən kəslər də bu cür səhvə yönələn insanlardır.
- Möminlərin Quran əxlaqını təbliğ edərkən ən çox reaksiya aldıqları qrup da çox vaxt yenə bu “rifah içində yaşayan liderləri” yaradır. Bu qruplar Allaha təslim olmağı və əllərindəki imkanları Onun istədiyi şəkildə istifadə etməyi qəbul etmədiklərindən, möminlərə kin duyarlar. Məsələn, məkkəli müşriklər arasında bu qəzəbə görə sevimli Peyğəmbərimiz (s.ə.v)-i həbs etməyə, yaşadığı yerdən zorla çıxarmağa və öldürməyə belə cəhd etmişlər:
-
(Xatırla ki,) bir zamanlar səni bağlayıb həbs etmək və ya öldürmək, yaxud da səni (yurdundan) qovmaq üçün kafirlər sənə qarşı tələ qururdular. Onlar (sənə) tələ qurarkən Allah da (onlara) tələ qururdu. Allah tələ quranların ən güclüsüdür. (Ənfal surəsi, 30)
Quran ayələrində geniş formada xüsusiyyətləri bildirilən bu əxlaqda sahib qruparın bənzər nümunələrinə hal-hazırda da bəzi cəmiyyətlərdə rast gəlmək mümkündür. Dünyanın müxtəlif ölkələrində, degenerativ (korlanmış) həyat tərzi yaşayan, hər cür əxlaqi azğınlığı guya qanuni görən və maddi imkanları çox olduğu üçün cəmiyyətin üstün sinfini meydana gətirən bu insanlar, ictimai əxlaqi çöküntünü meydana gətirən təməl ünsürlərdəndir. Hər cür cinsi pozğunluğun yaşandığı, narkotika və spirt istehlakının çox yüksək səviyyədə olduğu azğın əyləncə anlayışına sahib bu qrupların səbəb olduğu mənəvi çöküntü, bəzi Cənubi Amerika, Cənubi Asiya və Qərb ölkələrində açıq şəkildə görünür.
Ancaq unudulmamalıdır ki, əxlaqsızlıq, saxtakarlıq, fırıldaqçılıq, haqsızlıq və ədalətsizlik üzərinə qurulan heç bir sistem daimi olmaz. Hər cür batil və degenerativ sistem yox olmağa məhkumdur. Bu həqiqət Quran ayəsində bu şəkildə xəbər verilmişdir:
Onlar yer üzündə təkəbbürlənir və pis işlər görürdülər. Pis iş yalnız öz sahibini bürüyər. Onlar əvvəlkilərin qanunundan (onlara tətbiq etdiyimizdən) başqasınımı gözləyirlər?! Allahın qanununda heç bir dəyişiklik tapa bilməzsən! Allahın qanununda heç bir dəyişiklik də görə bilməzsən! (Fatir surəsi, 43)
Göründüyü kimi, yer üzündə təkəbbürlü, sahib olduğu imkanlara görə öyünən, bu imkanları əxlaqsız həyat yaşamaq və yaşatmaq üçün istifadə edən hər qrupun məğlubiyyətə düçar olması Allahın hökmüdür. Amma bütün bu insanlar dünyada ikən tövbə edib, pis əməllərdən imtina etmək imkanına sahibdirlər. Belə bir sistemə daxil olan kəslər, Allahın hər zaman üçün bağışlayan olduğunu, bu yoldan dönüb iman edən, vətəninin və millətinin xeyri üçün işə başlayan, yaxşı və haqlı rəftar göstərən insanları bağışlayan olduğunu unutmamalıdırlar.
Kim doğru yolla gedərsə, əvvəlcə öz yaxşılığı üçün doğru yola tabe olmuş olar. Buna baxmayaraq, kim təkrar pisliyə və azğınlığa dönsə, şübhəsiz Rəbbimizin əzabı çox şiddətli olandır. Allah bir ayədə belə buyurur:
Kim doğru yolu seçərsə, yalnız özünə xeyir verər. Zəlalətə düşən də yalnız özünə zərər verər. Heç bir günahkar başqasının günahını daşımaz. Biz peyğəmbər göndərməmiş (heç kəsə) əzab verən deyilik. (İsra surəsi, 15)
Cahil cəmiyyətdə səhv əxlaq anlayışı
Quranda Allahın təsvir etdiyi möminlərin əxlaqı Allah qorxusu və rizası üzərində qurulmuşdur. “Cahil” cəmiyyətdə isə, dəyər mühakiməsi “təqva” üzərində qurulmadığı üçün, əxlaq anlayışı da səhvdir;
- “Cahil” cəmiyyəti, Allahın sonsuz qüdrətini dərk etmədiyi üçün, əxlaq anlayışını “insanlar nə deyər?” meyarına əsaslandırmışdır. Bu vəziyyətdə əxlaqdan kənar davranış, cəmiyyətin digər üzvlərinin görmədiyi və bilmədiyi bir mühitdə rahatca edilə bilər. Ya da bu əxlaqdan kənar anlayışa, cəmiyyətin digər üzvlərinin bu davranışı qanuni görməsini təmin edəcək yeni ad və şəkillər tapılar.
-
Məsələn, zinanın əxlaqdan kənar davranış olduğunu “cahil” cəmiyyətdə də bir çox adam qəbul edər. Buna görə də, bu cəmiyyətin üzvlərinin bir hissəsi zina etsə də “mən zina edirəm” deyə açıq şəkildə söyləməz. Amma kimsənin görmədiyi və bilmədiyi bir şəkildə bu hərəkəti rahatlıqla edə bilər.
Bunu, cahil cəmiyyətin insanlarının bir çoxunun həyatının hər anında izləmək, günün hər saatında müxtəlif nümunələri ilə görmək mümkündür.
Sonsuza qədər yaşamaq istəyi
De: “Qaçdığınız ölüm, əlbəttə, sizi yaxalayacaqdır. Sonra gizli olanı da, aşkar olanı da bilən Allaha qaytarılacaqsınız. O da etdiyiniz əməlləri sizə xəbər verəcəkdir. (Cümə surəsi, 8)
Allahın və axirətin varlığına qəti iman etməyən “cahil” cəmiyyətin mənsublarının ən diqqətə çarpan xüsusiyyətlərindən biri, “heç ölməyəcəkmiş kimi” yaşamalarıdır. Bu cəmiyyətdə ölüm, hər kəsin bildiyi amma qəti şəkildə danışmadığı, adını ağzına almadığı bir mövzudur. Bütün planlar ölüm yox sayılaraq edilər. Sanki “bu dünya”da sonsuza qədər yaşayacaqmış kimi sərvət yığarlar. Bütün planlar, ölüm nəzərə alınmadan edildiyi üçün, bu qaçınılmaz sondan bəhs etmək “boşboğazlıq, kobudluq” olaraq qəbul edilir.
Məhz cahil cəmiyyətin insanlarının yanlış məntiq üzrə yaşadıqlarının ən açıq göstəricilərindən biri də budur. Hər insan, “hər kəs ölümü dadacaqdır” (Ali İmran surəsi, 185) hökmü gərəyi mütləq öləcəyinə görə, ölüm həqiqəti nəzərə alınmadan qurulan həyat əlbəttə, boş təməl üzərinə qurulmuş olar. Halbuki, insan mütləq ağlını və vicdanını istifadə etməlidir;
- Ona sonsuz həyat istəyi verildiyinə görə, nə üçün orta hesabla 60-70 il kimi qısa müddət yaşadılıb, sonra da həyatına son verildiyini oturub düşünməlidir.
-
- Ölümü düşünməyərək heç bir şəkildə ölümdən qaça bilmədiyini, ancaq ovçudan qaçmaq üçün başını quma basdıran dəvəquşu kimi ağılsızlıq etdiyini dərk etməlidir.
-
- Özünü ən mükəmməl şəkildə, bir spermadan yaradan Allahın, onu yenidən dirildib yaşatma gücünə sahib olduğunu qavramalıdır.
-
- Və onu öldükdən sonra yenidən dirildib yaşadacağını yüzlərlə ayədə vəd edən və xəbər verən Allahın, bu sözünü əlbəttə tutacağını bilməlidir.
-
O zaman ölümün yox olmaq deyil, axirətə keçid qapısı olduğunu qavramağa başlaya bilər.
Bu vəziyyətdə ölümdən qorxmağın bir mənası olmadığını anlaya bilər. Onsuz da ölümdən qorxmağın faydası yoxdur, çünki ölüm qaçınılmazdır. Hər kəs taleyində təyin olunan zamanda öləcək. Ölüm qorxusuna düşənlər barədə, Allah Quranda belə xəbərdar etmişdir:
...Onlar, sənə açıqdan demədiklərini içlərində gizlədərək belə deyirlər: “Əgər qərar verilərkən bizim də fikrimiz alınsaydı, elə buradaca öldürülməzdik”. De: “Evlərinizdə olsaydınız belə, (alınlarına) ölüm yazılmış kimsələr (öldürülüb) düşəcəkləri yerlərə gedərdilər. Allah sizin qəlbinizdə olanları yoxlamaq və qəlbinizdəkini (niyyətlərinizi) təmizləmək (üçün belə etdi). Allah qəlbdə olanları biləndir!” (Ali İmran surəsi, 154)
Amma axirətə keçid qapısı olan ölüm, ancaq həyatını Allah rizasına uyğun olaraq dəyərləndirənlər üçün xoşbəxtlik və qurtuluşa açılır. Allahdan üz çevirmiş olanlar üçünsə, ölüm qəti olaraq məhv olmaq və fəlakətin başlanğıcıdır. Heç ölməyəcəkmiş kimi yaşayaraq Allahı unudanlar, ölüm gəldiyində hiss edəcəkləri peşmanlığın bir şey ifadə etməyəcəyini Rəbbimiz Quranda xəbər vermişdir:
Yoxsa günah işlər görməyə davam edib və nəhayət ölümü çatdığı zaman: “Mən indi tövbə etdim”, - deyən kimsələrin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Onlar üçün şiddətli bir əzab hazırlamışıq. (Nisa surəsi, 18)
Nəhayət, onlardan (müşriklərdən) birinə ölüm gəlib çatdığı zaman belə deyər: “Ey Rəbbim! Məni (dünyaya) geri qaytar! Ola bilsin ki, tərk etdiyim o yerdə yaxşı bir iş görüm”. Xeyr, onun dediyi boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər davam edən maneə (bərzəx) vardır. (Muminun surəsi, 99-100)
Özünü Allaha həsr etməyən hər kəs, Allahın diləməsi xaricində bu peşmançılığı yaşayacaqdır. Elə isə, madam həyat çox qısadır, bu həyatdan sonra sonsuz həqiqi həyat vardır və madam o sonsuz həyat, bu dünyada Allahın razılığını axtararaq qazanılacaqsa, o zaman vəziyyətdə;
- İnsanın buradakı qısa və dəyərsiz həyatından çox, ölümdən sonra başlayacaq həqiqi həyatını düşünməsi lazımdır. Bu həqiqəti qavramış olan möminlər “sırf (axirəti əsl) yurdu düşünüb - anan ixlas sahibləri”dirlər. (Sad surəsi, 46)
-
- Dünyada əldə ediləcək sərvət və imkanlara ehtirasla bağlanmağın bir mənası yoxdur. Heç kim nə malını, nə gözəlliyini, nə gücünü, nə ailəsini, nə də şöhrətini axirətə apara bilməz. Bunların heç biri məzardakı insana yoldaşlıq edə bilməz. Məzara girən yalnız kəfənə sarılı bir bədəndir; o da qısa bir müddət içində qurdlanıb çürüməyə başlayacaqdır.
-
- Bu dünyadan axirətə aparılacaq tək şey Allah rizası üçün edilmiş olan saleh əməl və ibadətlərdir. O zaman bu dünyada qısa bir müddət üçün insana verilmiş olan nemətlər (sağlamlıq, gözəllik, sərvət və s.), axirətdə əbədi olaraq və çox daha gözəli ilə yenidən insana veriləcəkdir.
-
- Bu həqiqəti qavramayaraq malını və bədənini Allah rizası üçün sərf etməkdən çəkinib “xəsislik” edən, öz axirətini məhv etməklə əslində özünə xəsislik edir. Mövzu ilə əlaqədar ayə belədir:
-
Budur, siz Allah yolunda infaq etməyə dəvət olunursunuz. Ancaq içinizdə xəsislik edənlər var. Kim xəsislik edərsə, ancaq öz əleyhinə xəsislik etmiş olar. Allah zəngindir, siz isə yoxsulsunuz. Əgər (haqdan) üz döndərsəniz, O sizin yerinizə başqalarını gətirər. Onlar isə sizin kimi olmazlar. (Məhəmməd surəsi, 38)
Bunları qavraya bilməyən və dünyaya böyük sevgi ilə bağlanmış olanlar, özlərini guya “ölümsüz”ləşdirməyə çalışarlar. “Özündən sonra adını davam etdirəcək bir şey qoymaq” istəyi bu səbəbdəndir. Bunun müxtəlif formaları vardır:
- Bəziləri arxalarında “adlarını davam etdirəcək” əsərlər qoymağa çalışar. Allah Quranda bu rəftarı belə xəbər verir:
-
Siz hər yüksək yerə bir əlamət quraraq (hündür binalar tikərək) əylənirsinizmi? Əbədi qalacağınızı umaraq möhkəm qalalar tikirsiniz. (Şuəra surəsi, 128-129)
- Bu psixologiyanın ən diqqətə çarpan nümunələrindən biri də “uşaq böyütməyə” qarşı olan həddindən artıq istəkdir. Axirəti ümid etməyənlər, ümumiyyətlə arxalarında adlarını xatırlayıb, davam etdirəcək uşaq qoymağa çalışırlar. Xüsusilə oğlan uşağı istənilməsinin də səbəbi budur. “Uşaq sahibi olma” ehtirasının dünya həyatının keçici bəzəyi olduğunu Rəbbimiz bir ayədə belə xəbər verir:
-
Bilin ki, dünya həyatı yalnız oyun-əyləncə, bər-bəzək, bir-birinizə qarşı öyünmək, bir də mal-mülk və övlad çoxaltmaq yarışından ibarətdir. O (dünya həyatı) elə bir yağışa bənzəyir ki, onun (torpaqdan) bitirdikləri kafirlərin xoşuna gələr. Sonra o quruyar, sən də onun saraldığını görərsən. Sonra da çör-çöp olar. Axirətdə həm şiddətli bir əzab, həm də Allahdan məğfirət və razılıq vardır. Dünya həyatı aldadıcı zövqdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)
Əlbəttə, insanın gözəl əxlaqlı, xeyirli insanlar yetişdirmək istəməsi məqbuldur. Ancaq cahilliyin yanlış sistemində insanların bu istəyinin səbəbi Allahın razı olması deyil, öz eqoizmlərini təmin etmək, öz ağıllarına görə dünyada qalıcı bir ad qoymaqdır.
Halbuki Qurana baxdığımızda möminlərin uşaq sahibi olmağı, ancaq Allahın razılığı üçün istədiklərini və uşaqlarını da Allah rizasına uyğun olaraq böyütdüklərini görərik. Peyğəmbərlərin çoxu, yaşadıqları dövr və mühitdə belə bir imkanları olmadığı üçün uzun müddət uşaq sahibi olmamış, ancaq yaşlandıqları zaman özlərindən sonra din əxlaqını təbliğ edərək, müdafiə etməyə davam etməsi üçün Allahdan uşaq istəmişlər.
Cahil cəmiyyətdəki din anlayışı
İndiyə qədər xüsusiyyətlərini saydığımız, Allahı lazımı kimi təqdir edə bilməyən, buna görə də, “cahil” olma xüsusiyyətini daşıyan cəmiyyət quruluşu, dini də öz yanlış məntiq və inancları formasında izah etmişdir. Bunun nəticəsində ortaya çıxmış olan din anlayışı, Quranda Allahın əmr etdiyi həqiqi dindən çox fərqlidir. Rəbbimiz Quranda hz. Məhəmməd (s.ə.v)-ə vəhy edilən dini, “...insanların “ağır yüklərini, üzərlərindəki zəncirləri endirən... “(Əraf surəsi, 157), “içində heç bir çətinlik olmayan” bir din olaraq bildirir:
...O sizi seçdi və atanız İbrahimin dinindəki kimi, din barəsində sizə də heç bir çətinlik vermədi. Peyğəmbərin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün O, həm daha əvvəl (gələn kitablarda), həm də bunda (Quranda) sizi “müsəlmanlar” adlandırdı... (Həcc surəsi, 78)
Quranda insanlar düşünməyə, tabe olduqları səhv inanc və yolları dərk edərək Allahın istədiyi şəkildə həyat tərzinə çağırılırlar.
Cahil cəmiyyət isə Quranın çox dəqiq və aydın mesajını görməzlikdən gələrək, İslam adına qatı mühafizəkar bir din yaratmışlar. Cahilliyin meydana gətirdiyi bu yanlış din anlayışının bəzi xüsusiyyətlərini belə saya bilərik:
- Quranda Allahın bildirdiyi din, yalnız Allaha bəndə olmağı və Ondan başqa varlıqları ilah etməməyi əmr edər. Buna görə insan yalnız Allahın razılığını axtarmaqla məsuldur, başqalarının məmnuniyyətini axtarmaq kimi məcburiyyəti yoxdur. Cahil isə, dini Allahın razılığını axtarmaq üçün bir yol kimi görmür. Cahil cəmiyyətin bu səhv anlayışına görə ortaya çıxan din, “insanlar nə deyər?” qorxusuna əsaslanan və həqiqi din əxlaqından tamamilə ayrı bir formadır.
-
- Quran əxlaqını bilməyən və anlamayan cahilin din anlayışı, bir sıra batil etiqadlara əsaslanır. Müxtəlif yerli adət və inanclar dinə əlavə olunmuş, dindar olmaq, atalardan gələn batil bəzi inanclara bağlı olmaqla eyni şey halına gətirilmişdir. Halbuki, Quranda Allahın təsvir etdiyi və Peyğəmbərimiz (s.ə.v)-in həyatında ən gözəl nümunələrini gördüyümüz dinin bunlarla heç bir əlaqəsi yoxdur. Quranda Rəbbimiz, yalnız Öz sərhədlərini və Peyğəmbər (s.ə.v)-in sünnəsini ölçü almağı əmr edir. Tarix boyunca peyğəmbərlər haqqın qarşısına atalarından öyrəndikləri batil inanclarla çıxmağa cəhd edənlərlə mübarizə aparmışdırlar. Onların bu əxlaqını Allah ayədə belə xəbər vermişdir:
-
Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyiləndə onlar: “Xeyr, biz atalarımızın yolunu izləyirik!” - deyərlər. Bəs, əgər ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə?! (Bəqərə surəsi, 170)
Eyni mövzu, Maidə surəsi, 104; Ənam surəsi, 91; Əraf surəsi, 28 və daha bir çox ayədə təkrarlanır.
- Dini bu səhv anlayışla qiymətləndirən cahil cəmiyyətin bəzi insanları, bu rəftarın təbii nəticəsi olaraq dinin ağıldan ayrı olduğu səhvinə düşmüşlər. Halbuki, Allahın Quranda bildirdiyinə görə ağıl, mömin olmanın əsasıdır. Möminlər daima düşünməyə, araşdırmağa və Allahın ayələrini bu yolla görüb tanımağa dəvət edilərlər. İman və ağıl bir-biri ilə əlaqəlidir; ağlı istifadə etməyin nəticəsi olaraq iman edilir, ağıldan istifadə olunduqca imanı daha da güclənər.
-
- Cahil cəmiyyətin düşüncəsi dində olmayan bəzi qaydaları varmış kimi göstərir, halalı haram etməkdə qorxu görmür. Quranda, bir çox insanın çətinlik çəkdiyi bu məntiqin səhv olduğu belə bildirilmişdir:
-
De: “Allahın qulları üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etdi?” De: “Bunlar dünya həyatında, xüsusilə də qiyamət günündə möminlərə məxsusdur”. Biz anlayan bir qövm üçün ayələri belə bəyan edirik. De: “Rəbbim ancaq açıq və gizli edilən pis işləri, günahı, haqsız yerə həddi aşmağı, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Allaha şərik qoşmağınızı və Allah haqqında bilmədiyiniz şeylər söyləməyinizi haram etmişdir. (Əraf surəsi, 32-33)
Sizə nə olub ki, üstündə Allahın adı çəkilərək kəsilənlərdən yemirsiniz? Halbuki məcbur qaldığınız vaxt (yeyə biləcəyiniz şeylər) istisna olmaqla, sizə haram etdiklərini O sizin üçün bəyan etmişdir. Həqiqətən, bir çoxları arzularına uyaraq bilmədən (insanları) haqq yoldan azdırarlar. Şübhəsiz ki, Rəbbin həddi aşanları ən yaxşı biləndir. (Ənam surəsi, 119)
Ey iman gətirənlər! Allahın sizə halal etdiyi yaxşı və təmiz nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın! Şübhəsiz, Allah həddi aşanları sevməz. (Maidə surəsi, 87)
- Cahilliyin yaratdığı batil anlayışa görə İslam, bəzi insanlar tərəfindən olduğundan çox fərqli tanıdılmaq istənmişdir. Halbuki İslam, ağlın, gözəlliyin, sevginin, anlayışın, mehribanlığın, mərhəmətin, təmizliyin, incəsənətin, keyfiyyətin, nəcibliyin hakim olduğu haqq dindir. Peyğəmbərlər, yaşadıqları dövrün ən mədəni insanlarıdır. Son dərəcə mədəni və estetik dəyərlərə sahib insanlardır. Peyğəmbərimiz (s.ə.v.) nəzakətli, estetik zövqünün keyfiyyəti ilə, gözəlliyi ilə, təmizliyi ilə və üstün ağlı ilə bütün möminlərə ən gözəl nümunədir. Hz. Süleyman (ə.s) da bu həqiqətin ən açıq nümunələrindən biridir. Sarayı arxitektura möcüzələri ilə, estetik məkanlarla dolu idi.
-
Müsəlman olmaq Allaha bədnə olmaq və Onun verdiyi nemətləri Ona şükür edərək istifadə etməkdir. Allahı tanımanın və həqiqətən üstün əxlaqlı insan ola bilməyin səyidir. Həqiqi müsəlman, onu yaradan sonsuz qüdrət sahibi Allahın razılığını axtaran, Onun razılığından başqa heç bir maddi və ya mənəvi qarşılıq gözləməyən adamdır. Məhz müsəlmanlığın xüsusiyyətindən biri budur.