Mömin, şirkdən, Allahdan başqa xəyali ilahlardan mədət ummaqdan, onların razılığını axtarmaqdan və onların əmri altına girməkdən təmizlənmişdir. O, yalnız Allaha ibadət edər. Allahın razılığını axtarar. Bunu, daha əvvəl də bildirdiyimiz kimi, “Allah yolunda ciddi səy göstərərək” edəcəkdir.
Allah yolunda “ciddi səy” göstərməyin yolu, Allah rizasının ən çoxunu axtarmaqdır. Mömin, qarşısında olan bir neçə seçim birdən gördüyündə, ona Allahın razılığını ən çox qazandıracağını ümid etdiyini seçməlidir.
Allah rizasının ən çoxunu axtarmağı qısaca belə müəyyən edə bilərik:
Bununla əlaqədar olaraq “infaq” (Allah yolunda xərcləmək) mövzusu yaxşı nümunə ola bilər. Mömin, “malını və canını” Allaha satmışdır. Əlindəki imkanları Onun razılığına uyğun şəkildə qiymətləndirməlidir. Amma bunu edərkən qarşısına dəyişik seçimlər çıxa bilər. Məsələn, əlində külli miqdarda pul olduğunu düşünək. Bununla özünə yeni geyim ala bilər. Bu halal və çox qanuni hərəkətdir; özünə baxması, təmiz və gözəl görünüşdə olması Allahın razılığına uyğundur. Amma bu pulu istifadə edə və Allahın razılığını daha da çox qazanmağa vəsilə ola biləcək başqa bir yer ola bilər. Məsələn, bu pulu özündən daha çox ehtiyacı olan bir kasıba verməklə, Allahın razılığı daha çox ola bilər. Bu, yaşadığı mühitə və şərtlərə görə insanın öz vicdanı ilə, vacib olanı müəyyən edə biləcəyi bir vəziyyətdir.
Bir başqa nümunə də verə bilərik: Mömin “yaxşılığı əmr edib, pis əməldən məhrum etməklə”, Allahın dinini izah etməklə, yer üzündəki qəddarlığa qarşı fikri mübarizə etməklə məsuldur. Allahın razılığını, bu böyük məsuliyyəti qəbul etməklə qazana bilər. Bu məsuliyyət hər zaman üçün bəzi vacib xidmətlər ortaya çıxarar. Bu cür böyük məsuliyyət tələb edən bir çox iş varkən, Allahın halal saydığı bir başqa işi daha vacib saymaq səhv olacaq. Məsələn, kişi ailəsinə baxmaqla məsuldur. Onların təhlükəsizliyini, dolanışığını təmin etmə vəzifəsi ona verilmişdir. Amma bunu bəhanə edərək digər insanlara yaxşılığı əmr edib, pis əməldən məhrum etmə məsuliyyətini üzərinə almamağı əlbəttə ki, möminə yaraşan davranış olmayacaq.
Əslində bir az düşündüyümüzdə dəyəri az olan şeyi seçim etməkdə “nəfs”in təsirli olduğunu görərik. Allah Qatında dəyəri az olan şeyi çox olana seçim etmək, insanın nəfsinə də bir “pay” ayırmasından qaynaqlanar. Halbuki, bir mövzuda ediləcək olan, nəfsinə ən kiçik pay ayırmadan, yüz faiz Allahın razılığına diqqət etməkdir. Bir işdə 99% Allahın razılığı, bir faiz də nəfsinin istəkləri varsa, o 99% də Allah qatında qəbul edilməyə bilər. Çünki bu, insanın, nəfsini Allaha şirk qoşması deməkdir. Şirkin isə 1%-i belə geri qalan əməli etibarsız etmək üçün kifayət edər. Bir işdə, Alla ilə yanaşı başqa bir varlığa, bir kimsəyə pay ayıranların vəziyyətini, Rəbbimiz belə bir örnəklə xəbər vermişdir:
Öz evi, ailəsi təhlükədə ikən canı bahasına bunları müdafiə edən bir insan, mövzu digər möminlərə zülm, təzyiq və böhtan olduqda, yerində oturub saymazyana başqa işlərlə məşğul olursa, burada Allah rizasının olduğundan söz etmək çox çətindir. Belə bir davranış, insanın nəfsinin nəzərdə tutduğu şəkildə davrandığını, nəfsinə tabe olduğunu göstərir ki, bu İslamın təməli olan “yalnız Allaha qulluq etmək” məqsədinə tamamilə ziddir. Həmçinin, Allah Quranda nəfsin arzularına görə hərəkət etməyi, Özünə şirk qoşmaq olaraq müəyyən etmişdir:
Mömin isə, bütün varlığını, malını, canını, həyatını və ölümünü, qısacası hər şeyini Allaha həsr etmişdir. Allah, iman edən insanların bu üstün xüsusiyyətini Quranda belə xəbər verir:
Quranda Allahın rizasının ən çoxunu axtarmaq ilə əlaqədar olaraq izah edilən hadisələrdən biri, möminlərin Peyğəmbərimiz (s.ə.v.) dövründəki müharibədə göstərdikləri münasibətdir. O dövrdə möminlərdən bəziləri qarşı-qarşıya olduqları iki ayrı düşmən birliyindən daha gücsüz olanla döyüşmək istəmişlər. Halbuki, Allahın rizası, ən çətinə talib olub, düşmənin güclüsü ilə döyüşməyi tələb edirdi. Allah keçmişdə yaşanmış bu hadisələri ayədə belə xəbər verir:
Nəticədə Allah, möminləri güclü olan birliklə qarşılaşdırdı. Möminləri, Öz rizasının ən çoxuna yönəltmiş oldu. Və Allahın köməyi ilə möminlər qalib gəldilər.
Yuxarıda bəhs etdiyimiz nümunə keçmişdə, Peyğəmbərimiz (s.ə.v) dövründə yaşamış möminlərin, o dövrün şərtləri daxilində qarşılaşdıqları bir hadisədir. Amma hər dövrdə müsəlmanlar fərqli hadisələrlə sınana bilərlər. Məsələn, indiki vaxtda müsəlmanların, Quranı və yaradılışı inkar edənlərə, cəmiyyət içində əxlaqsızlıqların yayılması üçün çalışanlara qarşı fikri mübarizə aparmaları lazımdır. Möminlər hər zaman üçün məsuliyyət daşıdıqları bu fikri mübarizə üçün nəyin “ən xeyirli” olduğunu təsbit edib, onu tətbiq etməlidirlər. Çünki belə bir əmanəti daşıyacaq gücə sahib olub, sırf nəfsi üçün vacib olmayan işlərlə məşğul olmaq Allahın razılığından üz çevirmək mənasını verər ki, hər möminin belə bir vəziyyətə düşməkdən qəti şəkildə çəkinməsi lazımdır.
Möminin vicdanı onsuz da belə bir şeyi qəbul etməz. O, Allahın seçib iman verdiyi bir adamdır, yer üzündə sülh və hüzur mühitinin olması, Allahın dininin yaşanması ona əmanət edilmişdir. Zalımların əzib, zülm etdiyi və “...Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir vəli (qoruyucu sahib) göndər, bizə Öz tərəfindən bir kömək edən göndər...” (Nisa surəsi, 75) deyən kişilər, qadınlar və uşaqlardan zəif olanlar üçün səy göstərməklə məsuldur.
Allahın razılığının ən çoxu yalnız fikri mübarizə mövzusunda keçərli deyil. Mömin, həyatı boyunca etdiyi bütün ibadətlərdə, gündəlik həyatında qarşısına çıxan kiçik-böyük bütün hadisələrdə bu dünyagörüşünü göz önündə saxlamaq məcburiyyətindədir.
Bu arada bunu da xatırlatmaq lazımdır: Əslində “Allah rizasının ən çoxu” ifadəsini, mövzunu açıqlamaq üçün istifadə edirik. Allah rizasının ən çoxundan üz çevirib, ikinci dərəcəli bir işlə maraqlanmaq, əslində Allahın razılığına ziddir. Buna görə də, onsuz da Allahın razılığının ancaq ən çoxu, Allahın razı olduğudur. Allahın daha az razı olması kimi bir şey yoxdur.
Allahın razılığının ən çoxunu axtarmayıb, azı ilə qane olmaqsa, əslində insanın axirətlə bağlı səhv düşüncəsindən qaynaqlanar. Özünü qəti olaraq “cənnətə layiq” saymasından doğar. Halbuki, heç bir insan özünü qeyd-şərtsiz “cənnətə layiq” olaraq görəcək vəziyyətdə deyil. Quranda Allah Peyğəmbərimizə (s.ə.v.) “...əgər Allah istəsə, sənin də qəlbinə möhür vurar...” (Şura surəsi, 24) xəbərdarlığını etmişdi. Vəziyyət belə ikən kimsənin özünü təmizə çıxaracaq bir halı olmadığı ortadadır.
Onsuz da Allahın Quranda təsvir etdiyi səmimi mömin, özünü əsla cənnətə qəti olaraq layiq olduğunu görməz, belə səhv düşüncəyə qapılmaz. Möminin xüsusiyyətlərindən biri, Allaha “qorxu və ümid” (Əraf surəsi, 56) bəsləyərək dua etməkdir.
Həqiqi iman sahibi olmayan insanlar isə, Allahdan gərəyi kimi qorxmadıqları və yaxşı işlər etdiklərini sandıqları üçün, özlərinin qəti olaraq cənnətə gedəcəklərini düşünürlər. Allahın bağışlayıcılığını, “necə olsa bağışlanacağıq” kimi səhv məntiq çıxarmaq üçün istifadə edərlər. Bu, Allahdan gərəyi kimi qorxub çəkinməyən insanların vəziyyətidir. Allah bu kəslərin vəziyyətini bir ayədə belə bildirmişdir:
Bundan əlavə də, dünyada onlara geniş imkanlar verilməsinə aldanaraq, Allaha könüldən iman edib saleh əməllər etmədikləri halda, Allahın onları sevdiyini düşünənlə və varlığını qəti şəkildə qəbul etməsələr də, cənnət ilə mükafat alacaqlarını zənn edənlər var. Bu kəslərlə əlaqədar Allahın Quranda verdiyi nümunələrdən biri belədir:
Mömin isə, yuxarıdakı zehniyyətdəki insanların əksinə “iman etdikdən sonra doğru yoldan çıxmaq”dan qorxar. Quranda möminlərin bununla əlaqədar duasını Rəbbimiz belə bildirmişdir:
Ancaq bunu da qeyd etmək lazımdır ki, bu qorxu mömin üçün narahatlıq yaradacaq qorxu deyil. Əksinə, Allah qorxusu mömini hərəkətə keçirən, cənnətə layiq bəndə olma mövzusunda böyük şövq qazandıran, dünya həyatını ən gözəl şəkildə qiymətləndirməsini təmin edən duyğudur.
Mömin müvəqqəti və qısa yurd olan dünyada Allahın razılığını qazanmağı məqsəd edər. Tək düşüncəsi qarşı-qarşıya olduğu böyük hadisədir: Qəti olaraq bir gün öləcək və Allahın hüzurunda hesab verəcək. Bu hesab onu əbədi məhvə ya da qurtuluşa aparacaq. Bu cür böyük hadisə ilə qarşı-qarşıya ikən başqa işlər arxasınca qaçmaq, ya da laqeyd davranmaq əlbəttə, məntiqə uyğun deyil.
Mömin, qurtuluşu üçün “Allahın rizasının ən çoxu”nu axtarmaqla məsuldur. Allahın razılığının ən çoxunu axtarmamaq, təhlükənin böyüklüyünü dərk etməmək deməkdir. Cəhənnəm və Allah Qatında alçaldılma təhlükəsindən xilas olmaq üçün əlbəttə, insanın əlindən gələnin ən çoxunu etmək üçün səy göstərməsi lazımdır.
Dünyada qarşılaşıla biləcək təhlükələrə qarşı göstərəcəyimiz rəftar və səylə əlaqədar bir neçə nümunə, Allah rizasının ən çoxunu axtarmanın necə olacağının daha yaxşı başa düşüməyə kömək edəcək:
Verdiyimiz nümunələrdən aydın olacağı kimi insan təhlükə ilə qarşı-qarşıya qaldığında dərhal hərəkətə keçir, əlindəki bütün imkanları təhlükədən xilas olmaq üçün səfərbər edə bilir. Cəhənnəm isə insan üçün ən böyük təhlükədir. Əlbəttə ki, Allah rizasının ən çoxunu axtaran insanın ən əhəmiyyətli məqsədlərindən biri bu təhlükədən uzaq qalma istəyidir. İndi məhşər günü hər kəsin mütləq ətrafında toplanacağı bildirilən cəhənnəmin kənarında olduğunuzu, cəhənnəmi bütün dəhşəti ilə gördüyünüzü düşünün... Belə bir vəziyyətdə bəzi seçimlərlə qarşılaşsanız, heç tərəddüd etmədən Allahın razılığının ən çoxunu seçməzsiniz? Cəhənnəmin yanına gəldikdən sonra seçmək imkanı olmayacağına, yalnız daha öncə edilənlərin hesabı veriləcəyinə görə, indidən eyni məntiqlə hərəkət etmək lazımdır. Necə ki, mömin hər an axirət həyatına keçəcəkmiş kimi, cəhənnəmin yaxınlığını düşünərək hərəkət edər. Çünki Allah, axirətdəki peşmanlığın fayda gətirməyəcəyini Quranda bir çox ayəsi ilə ifadə etmişdir. Bu mövzudakı ayələrdən biri belədir:
Digər tərəfdən, insan təhlükədən uzaqlaşmaq üçün bu qədər çalışdığı kimi, neməti əldə etmək üçün də səy göstərməlidir. Cənnətin azına razı olmaq da ağıllı hərəkət deyil. Qızıl dolu bir adadan gəmi ilə ayrılarkən, imkanınız olsa götürə biləcəyinizin hamısını götürməzsiniz? Mömin də, axirətə getdiyində “kaş ki, bunu da etsəydim”, “bu savabı da qazansaydım” deyəcək vəziyyətdə olmamalıdır. Bunun üçün dünyada ikən bütün imkanlarını istifadə edərək, Allah rizasının ən çoxunu seçməlidir.
İnkar edənlər, “az bir faydalanma” dan (Ali İmran surəsi, 197) başqa bir şey olmayan dünyanı əldə etmək üçün əllərindən gələnin “ən çoxunu” edərlər. Sonu hüsranla bitəcək olan bu “az bir faydalanma” ilə yanaşı, möminlər üçün Allahın razılığı, rəhməti və cənnəti vardır. Bunlara talib olan möminin edəcəyi isə əlindən gələnin “ən çoxunu” etməkdir.
Mömin, həyatının hər mərhələsində, qarşısındakı seçimlər ilə Allah rizasının ən çoxunu seçmək məcburiyətindədir. Allah rizasının ən çox hansı seçimdə olduğunu təsbit etmək üçün əlində olan ən böyük meyar vicdanıdır.
Möminləri digər insanlardan ayıran fərqlərin ən əhəmiyyətlisindən biri, möminlərin vicdanına, inkarçıların isə nəfsinin əmr etdiyi pis əməllərə tabe olmalarıdır. Buna görə də, möminin təbii halı, vicdanı ilə düşündüyü halıdır.
Amma bu, nəfsin möminin üzərində təsiri olmadığı mənasını verməz. Ayədə hz. Yusifin (ə.s) dediyinin bizə bildirdiyi kimi, “...həqiqətən nəfs, Rəbbimin rəhmi xaricində, var gücüylə pisliyi əmr edəndir...” (Yusif surəsi, 53). Və möminə də Allahın razılığına uyğun olmayan seçimləri əmr edəcəkdir.
Məhz mömin, nəfsin bu oyunlarından vicdanı ilə xilas olar. Möminin bu vəziyyətdə ümumiyyətlə ilk düşünüb, yönəldiyi seçim, Allahın rizasının ən çoxudur. Bunun ardınca nəfs dövrəyə girərək digər seçimləri bəzəkli göstərməyə, bəzi “təvil”lərlə (bəhanə tərzi şərhlərlə) bu alternativləri qanuniləşdirməyə çalışacaq. Mömin, bu şərhlərə diqqət etmədən, vicdanının ona göstərdiyi ilk və ən doğru olanın tətbiq etməlidir.
Mömin həyatının tamamını Allaha həsr etmişdir. Allah üçün yaşayar, Allah üçün çalışar və Allah üçün sevər.
“Allah üçün sevmə”nin nə olduğu, İslamı həqiqi mənada tanımayan biri üçün ilk əvvəl başa düşülməyə bilər. Həyatı boyunca Allaha yad olmuş, Onu tanımamış bir insan, sevgisini Allaha yönəltməyi də bilməyəcək.
Amma Allahı tanıyan və Onun böyük rəhmətini görən, Onun sayəsində var olduğunu, Allahın rəhməti sayəsində yaşadığını və sevib xoşladığı hər şeyin Allahdan gəldiyini fərq edən mömin, əlbəttə Allah sevgisinin və Allah üçün sevməyin üstünlüyünə çatar. Quranda, möminlər ilə digər insanlar arasında sevgi baxımdan mövcud olan böyük fərqi Allah belə bildirmişdir:
Ayədə görüldüyü kimi, Allaha ortaq qoşub, Ona aid olan xüsusiyyətləri öz zehinlərində başqa varlıqlara verənlər, bu varlıqları Allahı sevdiyi kimi sevirlər. Bu sevgi, Allaha şərik qoşma (şirk) üzərinə qurulan bir sevgidir.
Var olan hər şeyin Allaha aid olduğunu və Ondan gəldiyini bilən möminlər isə ən çox Allahı sevərlər. Möminlərin, Allahı bir və tək olaraq tanıdıqlarından doğan bu böyük fərq, onların sevgi anlayışını digər insanlardan tamamilə fərqli edər. Quranda ortaq qoşanların, Allahın “bir və tək” olaraq xatırlanmasına dözə bilmədiklərini Rəbbimiz belə bildirir:
Ancaq bunu da ifadə etməliyik ki, şərik qoşanlar, yanında öz bütləri varkən Allahın xatırlanmasından narahat olmaya bilərlər. Məsələn, “Həm müsəlmanıq, həm də həyatımızı yaşayırıq” məntiqini sevərək qəbul edərlər. Möminin dərk etdiyi həqiqət isə budur:
Vəziyyət belə ikən mömin, qarşılaşdığı bütün gözəllikləri, bunların Allaha aid olduğunu və “əsli”nin axirətdə olduğunu bilərək sevər. Buna görə də, əsl sevgisi, sevdiyi hər şeyi ona verən və onların həqiqi sahibi olan Allaha yönələr.
Möminin sahib olduğu və Allaha iman üzərinə qurulu olan bu sevginin tam tərsi mömin olmayanlar malikdir. Onların sevgisi, Allaha şərik qoşma (şirk) təməli üzərinə quruludur. Allah Quranda hz. İbrahimin (ə.s) dediyini sözlərlə sevgini bu cür izah edir:
Bədiüzzaman Səid Nursi də bu cür sevgiyə sahib olanları gözəl örnəklə izah edir. Ona görə bu insanlar, əlindəki güzgülərin köməyi ilə Günəşə baxan bir adama bənzəyər. Əlindəki güzgünün qırılaraq, Günəşdən əks olunan işıq kəsiləndə, adam işığı itirməyin qorxusuyla özünü “yeyib bitirər”. Amma ağılsızlıq edir: Güzgüdəki işıq, güzgüyə aid deyil ki, o qırılınca işıq da yox olsun. İşıq Günəşə aiddir, güzgülər onu yalnız əks etdirir.
Mömin də bütün sevgisini Allaha yönəltməlidir. Allahı sevmək isə (necə Günəşə güzgülərlə baxılırsa), Allahın sifətlərinin əks olunduğu varlıqları, bu adların Ona aid olduğunu bilərək sevməkdir.
Buna görə də, mömin Allaha olan sevgisini, Allahın sifətlərini üzərində “təcəlli” etdirən və Allahın bəyəndiyi əxlaqa yiyələnmiş möminləri sevərək göstərəcək. Bu sevgi soy, irq kimi yaxınlığa ya da hər hansı mənfəətə əsaslanan deyil. Yalnız Allahı sevməyin nəticəsində, Allahı sevənləri sevməkdən qaynaqlanar. Quranda, bütün möminlər arasında yaşandığı kimi, Peyğəmbərimiz (s.ə.v) dövründə də səhabələr arasında yaşanan bu sevgini Rəbbimiz belə təsvir edər:
Allah, möminlər arasındakı bu sevgini, onlara xüsusi olaraq verdiyini də ayələrdə belə xəbər vermişdir:
Möminlər, ancaq Allahı və Allaha iman gətirənləri səmimi və qəlbdən sevərlər. Bu səbəblə, Allaha qarşı baş qaldıranlara qarşı heç bir sevgi duymazlar. Allah Quran ayələrində bu mövzunu belə xatırladar:
Ayələrdən də aydın olduğu kimi, möminin sevgisi “Allah üçün sevmək”dən başqa heç bir meyara bağlı deyil. Sevgisi soy yaxınlığı, maddi zənginlik kimi meyarlara deyil, imana, əxlaq gözəlliyinə bağlıdır. Pul, vəzifə, şöhrət kimi mənasız dəyərlərin sahiblərini deyil, təmiz iman sahiblərini, yəni möminləri sevər.
Sevgisini Allah sevgisi xaricindəki meyarlardan təmizlədiyinə görə, ən çox sevəcəyi adam da Allahın razılığını ən çox axtaran, ən “təqva” (Allahdan qorxub çəkinən) sahibi olan insandır. Kim mömin xüsusiyyətlərini üzərində daha çox daşıyırsa, ən çox onu sevəcək. Qurana baxdığımızda, möminlərin ən çox, Allaha ən yaxın və ən “təqva” sahibi olan peyğəmbəri sevdiklərini, onu hər şeydən üstün tutduqlarını görərik:
Möminin sevgi anlayışı imanın təməlinə əsaslandığına görə, evliliyini də eyni təməl üzərinə quracaq. Bu mövzuda da möminlər ilə Allahı inkar edənlər arasında əhəmiyyətli fərq ortaya çıxar. Mömin olmayanlar, evliliyi ümumiyyətlə maddi mənfəətlər üzərinə qurarlar. Xüsusilə qadınların evlilikdən gözlədiyi, çox vaxt özünü rahat etdirəcək “zəngin ər” tapmaqdır. Bir çox gənc qız, xarakterindən heç xoşlanmadığı halda sırf pulu və şöhrəti üçün bir kişi ilə evlənə bilər. Bu, əslində pul üçün edilən bir cür ticarət razılaşması kimidir. Tək fərq bu “müqavilə”nin ömür boyu sürəcək şəkildə bağlanmasıdır. Necə ki, çox vaxt bu da reallaşmaz və evliliklər qısa müddət ərzində sona çatar. Bu cür evlilik nümunələrinə tez-tez rast gəlinir. Yalnız mal, mülk və şöhrət sahibi olduğu üçün yaşlı varlı və ya pis əxlaqlı insanla evlənən çox sayda gənc insan var.
Mömin olmayanların evliliyi hər zaman pul üzərinə qurulmur. Yalnız fiziki xüsusiyyətlər və cinsəlliyi meyar edən çox sayda gənc qız da vardır. Bunlar, “ağ atlı şahzadə” zənn etdikləri və fiziki cazibədarlığından başqa heç bir xüsusiyyət daşımayan kişilərlə evlənərlər.
Halbuki, bu fiziki xüsusiyyətlərin hamısı qısa müddət sonra yox olacaq. Evləndiyi insan bir müddət sonra yaşlanacaq, sağlamlığını, gücünü və gözəlliyini itirəcək. Mütləq yaşlanmasına da ehtiyac yoxdur: Qısa zamanda qəza keçirə bilər, şikəst qala bilər, iflic ola bilər, ölümcül xəstəliyə tutula bilər. Bu vəziyyətdə evliliyin sonu nə olacaq?
Evləndiyi insan ilə bu cür meyarlar uğrunda, söz gəlişi desək, “gözünün gözəlliyi” üçün, evlənmiş olan bir qadın, əri bunları itirsə, məsələn kor olsa nə edəcək? Həyatının ən əhəmiyyətli qərarlarından birini bir göz üçün verdiyinin səhv olduğunu bəlkə ancaq o zaman anlayacaq.
Mömin axirətdəki sonsuz cənnət həyatını hədəfləyər. Bütün həyatı Allahın razılığını və bu böyük “qurtuluş və xoşbəxtliyi” əldə etmək üzərinə quruludur. “Namazı, ibadətləri, həyatı və ölümü” bunlar üzərinə qurulan olduğuna görə, əlbəttə sevgisini və sevginin ən açıq göstəricisi olan evliliyini də bu təməl üzərinə quracaq.
Allah rizası üçün evlilik, “şirk” üzərinə qurulan evlilikdən əlbəttə tamamilə fərqlidir. Allah üçün edilən evliliyin meyarı isə, əlbəttə mal, fiziki forma, şöhrət, kimi müvəqqəti meyarlar ola bilməz. Evliliyini də Allahın razılığını axtararaq quracaq. Evlilik üçün seçdiyi insan da Allah rizasını ən çox qazanmasına vəsilə olacaq olan insandır. Yəni mömin xüsusiyyətlərinə ən çox sahib olan, iman və təqvaya görə ən üstün olduğuna qərar verdiyi insandır ...
Bundan ötrüdür ki, Əsri-Səadət dövründə, Allahın razılığını axtaran mömin qadınlar, həmişə Peyğəmbərimiz (s.ə.v) ilə evlənməyə istəkli olmuşlar. Əksini seçənləri, Allah ayələrində “dünya həyatının bəzəkli cazibədarlığını istəyənlər” olaraq belə təyin etmişdir: