Müsəlman, Allahın, dininə bağlananlara verdiyi addır. Quranda təsvir edilən müsəlmanları digər insanlardan ayıran əsas fərq isə, bu insanların Allahın sonsuz qüdrətinin tam mənası ilə dərk etmələridir.
Allahın böyüklüyünü qavramaq bunu sözlə təsdiq etməkdən ibarət deyil. Müsəlmanlar Allahın varlığının və böyüklüyünü dərk edən, Onu çox sevən, Ondan “qorxub-çəkinən” və həyatını bu böyük həqiqətə görə təşkil edən insanlardır.
Bu kitabda yalnız Allah üçün yaşayan və Quranda təsvir edilən mömin modeli izah edilir. Unudulmamalıdır ki, cənnət Allaha və axirətə “qəti olaraq” iman edib, sonra da Allah yolunda “ciddi səy” göstərənlərin yurdudur. Allaha ancaq “bir ucundan ibadət” edib, Allahın razılığı ilə bərabər öz sadə mənfəətlərini qorumağa çalışanlar isə Quranda bildirildiyi üzrə itirənlərdirlər. (Həcc surəsi, 11)