Sevgi, Allahın insanlara verdiyi ən böyük nemətlərdən biridir. Hər insan həyatı boyunca çox sevdiyi, güvəndiyi, yaxın hiss etdiyi kəslərlə birlikdə olmaq istəyər. Allahın verdiyi nemətlərin bir çoxu, əsl dəyərini, gerçək sevgilərin və dostluqların yaşandığı mühitlərdə tapar. Məsələn, gördüyü gözəl bir mənzərədən zövq alan bir insan, eşitdiyi həyəcanı sevdiyi biriylə paylaşmaq istər. Eyni şəkildə ən möhtəşəm ziyafət süfrəsi ya da ən gözəl, ən zərafətli ev belə, tək başınayken bir insana çox çox cazibədar gəlməyə bilər. Çünki Allah insan fitrətini, sevməkdən və sevilməkdən zövq alacaq, dostluqdan və yaxınlıqdan xoşlanacaq şəkildə yaratmışdır. Quran əxlaqını yaşayan insanlarla bir yerdə olmaq, onlarla dostluğu və sevgini yaşamaq isə, iman edən bir insana bir çox nemətdən çox daha çox zövq verər.