Kainatda olan heç bir cismin, meydana gələn heç bir hadisənin, qəbul olan heç bir qanunun boş və məqsədsiz olmadığı, ağıl və vicdan sahibi olan hər insan tərəfindən görülə bilər. İçində yaşadığımız kainatın meydana gəlməsi əvvəlki bölmələrdə də bəhs edildiyi kimi çox həssas tarazlıqlar üzərində qurulmuşdur. Bəs, hər halı ilə yaradıldığı şübhə qəbul etməz bir həqiqət olaraq sübut olunmuş kainatın məqsədsiz yaradılmış olması mümkündürmü?
Əlbəttə, xeyr.
Düşünün ki, milyardlarla qalaktika içində bir toz parçası qədər yeri olmayan dünyanın üzərində yaşayan insanların belə, etdikləri hər işdə bir məqsəd aztararkən, kainatın hamısının məqsədsiz şəkildə var olduğunu iddia etmək nə dərəcədə məntiqlidir.
Necə ki, Allah insanlara yaradılışlarının boş bir məqsəd uğruna olmadığını bildirmişdir:
"Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?" (Muminun surəsi, 113).
Biq Banqdən atomlara, atomlardan qalaktikalara və qalaktikalardan nəhayət yer səthinə qədər uzanan möcüzəvi hadisələr sayəsində bu gün yer üzündə həyat vardır. Üstəlik elə bir həyat ki, hər ehtiyacı incə planlanmış və ən məqsədə uyğun şəkildə var edilmişdir, göy üzündə ehtiyac duyulan bütün enerjini qarşılayan Günəş, yer altında saxlanılmış ehtiyaclar, hər küncü milyonlarla növ bitki və heyvanla bəzədilmiş bir dünya...
Fəqət bu ana qədər bildirdiyimiz bütün qeyri-adi hadisələrə baxmayaraq, insanlar hələ də Yaradıcının varlığını inkar edə bilir. Tək bir spermadan insan halına gəlməyi qəbul edən bu insanlar, Quranda bildirildiyi kimi ölümdən sonra diriləcəklərinə inanmamaqda və müxtəlif əsassız ifadələr verməkdədirlər. İnkar edənlərin əsassız məntiqlərini və onlara verilən cavabı Allah Quranda belə bildirmişdir:
Öz yaradılışını unudub: "çürümüş sümükləri kim dirildə bilər?!-deyə hələ bizə bir məsəl də çəkdi. De ki: Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O hər bir məxluqu çox gözəl tanıyandır!" (Yasin surəsi, 78-79).
Allah kainatda olan hər şeyi müəyyən bir məqsəd üçün yaratmış və "hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O yenilməz qüvvət sahibidi\r, çox bağışlayandır", (Mülk surəsi, 2) ayəsilə də insanın yaradılışındakı qayəni açıqlamışdır. Bu ayədən də başa düşüldüyü kimi dünya bir sınaq yeridir və keçicidir. Həm bütün insanlar, həm də dünya üçün zamanı Allah hatında müəyyən olmuş bir son vardır. İnsanlar özlərinə verilən qısa ömrü, Allahın müəyyən etdiyi və Quranda bildirilən sərhədlər çərçivəsində yaşamaq məcburiyətindədirlər. Burada əməllərinin qarşılığını isə axirətdə alacaqlar.
Kitab boyu Allahın varlığının açıq dəlillərini, Allahı inkara əsaslanan sistemlərin kimlər tərəfindən sövq edildiyini və bu insanların neçə bir mühit əmələ gətirməyə çalışdıqlarını bildirdik. Bildirilənlərin hamısı "dünya həyatı"na aid olan mövzulardır. Ancaq mövzunun bir də ölümündən sonrakı, yəni "axirəti" maraqlandıran tərəfi üzərində dayanmaq lazımdır.
İnsanlar arasında Allahı inkara əsaslanan sistemləri yaymağa çalışan insanlar, dünyada özlərini təqib edənlərə sıxıntılı bir həyat verirlər. Və bu insanlar axirətdə də, arxalarından sürüklədikləri insanın əzabına səbəb olacaqdır. Üstəlik dünyada özlərini izləyən ağılsız insanlara göstərdiləri marağı, orada heç bir şəkildə gəstərməyəcəklərdir. Əksinə orada əzabdan qurtula bilmək üçün, "əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu (əzabdan qurtulmaq üçün) fidyə verərdi" (Yunus surəsi, 54).
Ayəsində bildirdiyi kimi yalnız özlərini qurtulma dərdi içində olacaqdırlar. Dünyada inkara başçılıq edən insanların davranışları başqa ayələrlə də insanlara bildirilmişdir:
... Hər tayfa girdikcə din daşına və ya tayfasına lənət oxuyacaq. Nəhayət, hamısı birlikdə cəhənnədə toplandığı zaman, sonra gələnlər əvvəl gələnlər barəsində deyəcəklər: "Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat cəhənnəm əzabı ver! Allah buyuracaq: hər birinizi iki qat əzab gözləyir, lakin siz bilmirsiniz!" Əvvəl gələnlər isə sonrakılara: "Sizin bizdən heç bir üstünlüyünüz yoxdur. Buna görə də qazandığınız günahların cəzası olaraq dadın əzabı!" deyəcək. (Ətraf surəsi, 38-¬39)
Göründüyü kimi, insanların inkarda öndə gedənlərdən və ya geridə qalanlardan olmaları, vəziyyətlərində etdikləri günahlar səbəbi ilə sonsuz bir əzaba layiq görülmüşlər. Allah Quranda bu adamların, qiyamət gününü və cəhənnəmdə içində olacaqları ruh halını, şəraiti və yaşayacaqları əzabı təfərüatlı olaraq tərif edilmişdir.
Allah Quranda, qiyamət günündən bəhs edərkən, "... Carçının onları olduqca pis, dəhşətli bir şeyə çağıracağı günü gözlə" (Qəmər surəsi, 6) ifadəsini işlədir. Yəni o gün yaşanacaq olan dəhşət, nə tanınmış, nə görülmüş bir dəhşətdir.
O gününün gəliş vaxtını yalnız Allah bilir. İnsanın o günə aid olan məlumatları Quranda bildirildiyi qədəri ilə məhduddur. Qiyamət heç kimsənin xəbəri yox ikən birdən-birə gəlir və insanları yoxlayır.
O vaxt insanlar işdə olarkən, evdə yatarkən, telefonla danışarkən, kitab oxuyarkən, gülərkən, ağlayarkən və ya uşağını məktəbə apararkən anidən yaxalana bilər. Üstəlik bu anilik heç bir insanın dünya həyatı boyunca əsla qarşılaşa bilməyəcəyi qədər qorxu verən bir hadisədir.
Qiyamətin başlanğıcı Sura üfürülməsi ilə olur. Bu səs dünyanın hər yerindən eşidildiyində, Allahın onlara verdiyi müddət Onun rizası üçün sərf etməyənlər böyük bir qorxuya qapılacaqdırlar.
Allah quranda o gün yaşanacaq qorxu verici hadisələri bu şəkildə bildirir:
"Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha dəhşətli, daha acıdır!" (Qəmər surəsi, 46)
Ayələrin ifadəsilə,"Sura üfürləməsini böyük bir sarsıntı və qulaqları partladırcasına gələn bir gurultu təqib edir. hər yeri örtən bu sarsıntının şiddətiylə dağlar titrəməyə başlayır və altdakı torpaqla birlikdəki sürüşməyə başlayır". (Zəlzələ sürəsi, 1-8).
"Dağlar kiçilir və bir qum yığını halına gəlir" (Vaqia surəsi, 5). İnsanlar o ana qədər qiymət verdikləri şeylərin nə dərəcədə əhəmiyyətsiz olduğunu o an çox yaxşı başa düşərlər. Bütün həyatları boyu tamah etdikləri maddi dəyərlər bir anda yox olur.
"O böyük bələ (qiyamət) gələndə, o gün insan nələr etdiyini yadına salacaqdır. Cəhənnəm də hər görənə görünəcəkdir" (Naziat surəsi, 34-36)
"O gün daş, torpaq və qayalardan meydana gələn dağlar belə rəngarəng yun parçalar kimi ətrafa sovrulur" (Qaria surəsi, 5). İnsan bu gücün, təbiətin gücü olmadığını artıq dərk edir. çünki, o gün təbiətlə yerlə bir olacaqdır. O gün yaşanan hər hadisəyə müthiş bir qorxu və dəhşək hakimdir. İnsan, heyvan, təbiət hamısı bu qorxu altında əzilir. İnsanlar dənizlərin fışqıraraq daşmağa başladığını (İnfitar surəsi, 3) və daşan dənizlərin yandığını görəcəklər (Təkvir surəsi, 6).
Göylər də yer üzü ilə birlikdə sarsılmağa, o zamana qədər heç görülməmiş və yaşanmamış bir şəkildə sıyrılıb üzülməyə başlamışdır. O gün insanların mavi görməyə adət etdiyi göy, hər zamankı, görünüşündən çıxıb ərimiş bir metal görünüşü alar (Məarac surəsi, 8). Qiyamət günü, göy üzündə ətrafa aydınlıq verən hər şeyin qaralmağa başladığı görülür. Günəş sönür (Tekvir surəsi, 1), ay yarılır (Qəmər surəsi, 1), günəşlə ay yan-yana gətirilib birləşdirilmişdir (Qiyamət surəsi, 9).
O günün dəhşət dolu qorxusundan hamilə qadınlar uşaqları salacaqlar. Kiçik uşaqların saçları qorxudan ağaracaq (Muzzəmmil surəsi, 17). Uşaqlar analarından, qadınlar ərlərindən və ailələr bir-birlərindən qaçacaqlar. Allah Quranda bunun səbəbini belə açıqlayır:
Nəhayət qulaqları kar edən o dəhşətli səs gələndə o gün insan qaçacaq öz qardaşından, anasından, atasından, zövcəsindən və oğullarından o gün onların hər birinin istənilən qədər işi olacaqdır (Əbəsə surəsi, 33-37).
Qiyamət günü əvvəlki bölmələrdə bəhs etdiyimiz hadisələr baş verdikdən sonra "Sur" ikinci dəfə üfrülür. Bu üfrülüş, insanların yenidən diriləcəyi günün başlanğıcıdır. O gün torpağın üst səthi yüzlərlə, minlərlə il əvvəl basdırıldığı yerdən çölə çıxaraq, ayağa qalxan insanlarla dolu olacaqdır. O gün insanların dirilişi və buna görə içinə düşəcəkləri heyrət Quranda bildirilmişdir:
"Sur çalınan kimi qəriblərindən qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar. Onlar deyəcəklər: "Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı?" bu, Rəhmanın məxluqata buyurduğu vəddir. Peyğəmbərlər doğru səs qopan kimi, onlar hamısı qarşımızda hazır duracaqlar. Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz". (Yasin surəsi, 51-54).
O gün bu insanların dünya həyatında düşünmədikləri, anlamaq istəmədikləri və qaçıb gizləndikləri hər şey açığa çıxmışdır. İnkar edə bilmələri ya da qaça bilmələri üçün heç bir imkan qalmamışdır.
Üzlərini zillət bürümüş, qorxudan başları aşağı əyilmiş bu insanların qəbirlərdən çıxıb bir yerə toplaqdığı görülər və hər insanın kitabı, özünə verilməklə yanına gətirilər.
Görülməmiş böyüklükdə bir kütlənin bir yerə gələcəyi bu toplaşma günün, iman edənlərin vəziyyəti ilə inkar edənlərin vəziyyəti əlbəttə bam-başqadır. Quranda bu mövzu belə bildirilmişdir:
"Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir. Alın əməl dəftərimi oxuyun! Mən öz hesabıma yetişəcəyimə möhkəm inanmışdım. Bundan belə o, xoş güzəran içində olacaqdır". (Haqqa surəsi, 19-21)
"Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: "Kaş əməl dəftərim mənə verilməyəydi! Hesabımın da nə olduğunu bilməyəydim. Kaş ölüm əbədi olaydı. Mal-dövlətin mənə heç bir fayda vermədi. Mülküm, səltənətim də məhv olub getdi!"". (Haqqa surəsi, 25-29)
Və o gün kimsəyə zərrə ağırlığında bir haqsızlıq edilməz. Hər kəs dünyadakı əməllərinin qarşılığını layiqincə alacaqdır. İnkar edənlər üçün çox çətin olan bu gün, onların sonsuz cəhənnəm həyatlarının dəqiqləşdiyi gündür.
Həyatları boyu Allahı inkarda irad edənlər və onları boş əməllərə dəvət edənlər uyanların hesab günü nələrlə qarılacaqları aşağıdakı ayələrlə də açıq bildirilmişdir:
Sur çalınacaq, Allahın istədiyi kimsələrdən başqa, dərhal hamı öləcək. Sonra bir daha çalınan kimi onlar qalxıb müntəzir olacaqlar! Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab qoyulacaq, onlar arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq edilməyəcəkdir! Hər kəsə öz əməlinin cəzası veriləcəkdir! Kafirlər dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və cəhənnəm gözətçiləri onlara deyəcəklər: "Məgər sizə öz içərinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla qorxudan peyhəmbərlər gəlməmişdi?" Onlar isə: "Bəli, gəlmişdi, lakin əzab sözü bir kafirlər barəsində vacib oldu!"-deyə cavab verəcəklər. Belə deyiləcək: "Girin cəhənnəmin qapılarına orada əbədi qalmaq üçün!" təkəbbür göstərənlərin yeri necə də pisdir! (Zumər surəsi, 68-72).
İnsanın, özünü yaradan, ona can verən Allaha üsyan etməsi, ola bilən ən böyük günahdır. Allaha qul olmaq üçün yaradılmış olan insan, yaradılış məqsədinə uymaması vəziyyətində etdiyi günahın böyüklüyünə uyğun olan bir cəzaya təbii olaraq layiq olar. Bu cəzanın veriləcəyi yer isə CƏHƏNNƏMDİR.
İnsanların çoxu, bu cür sərxoşluq içində bu böyük cəzanı heç düşünmədən yaşayarlar. Bu sərxoşluğun altında yatan səbəblərin ən mühümü Allahın sonsuz gücünü haqqı ilə qiymət verməmələridir. Çünki, bir çox insanın Allahı sadəcə mərhəmət sahibi, şəfqət sahibi, bağışlayan adları ilə düşünər və Ona qarşı duyulması lazım olan dərin və həssas qorxunu hiss etməz. Bu da bəhs edilən insanların Allahın əmr və tövsiyyələrinə qarşı biganə olmalarına səbəb olur. Allah, Quranda insanları bu təhlükəyə qarşı xüsusilə xəbərdarlıq edir:
"Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi gündən həzər edin. Allahın vədi, şübhəsiz ki, haqqdır. Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib tovlamasın!" (Loğman surəsi, 33)
Bəli, ən gözəl ad və sifətlərin sahibi olan Allah Şəfqətlidir, mərhəmətlidir, bağışlayandır. Amma yaddan çıxarmaq olmaz ki, Allah eyni zamanda sonsuz ədalət sahibidir. Qahhardır (məhv edici), Cabbardır (istədiyini zorla da olsa etdirir), Allah möminlərə yaxındır, amma muşkirlərdən uzaqdır, Müntakımdır (intiqam alan) və cəhənnəm Onun bu sifətlərinin, bizim bildiyimiz mənada ən dəqiq görüldüyü yer olacaqdır. Allahın ayələrinə bizə bildirildiyi, cəhənnəm həyatının da, cənnət həyatının da sonsuza qədər davam edəcəyi və içərisindən-Allahın istəməsi xaricində çıxılmayacağıdır:
Onlar: "Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz" deyərlər. Onlara söylə ki: "Siz Allahdan belə bir vəd almısınızmı? Allah heç vaxt öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz? Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar". (Bəqara surəsi, 80-82)
"İnsanlar orada atəş, istilik, qaranlıq, sıxlıq, aclıq-susuzluq, tikan, irin, qaynar su, zakkum kimi dünyada əsla xoşlamayacaqları şeylərlə qarşılaşırlar. Bundan başqa fiziki olaraq əziyyət verən əzabların yanında, qəlblərə dağ çəkən böyük bir mənəvi əzab ilə də qarşılıq görəcəkdirlər". (Huməzə surəsi, 5¬9). Allahın varlığını qulaq ardı edən insanların cəhənnəmdə yaşayacaqları qorxunc hadisələr ayələrlə dəqiqləşdirilmişdir.
Ayələr mövzunun insana görə nə dərəcədə əhmiyyətli olduğunu göstərir. Çünki, cəhənnəm əzabı elə əzabdır ki, dünyadakı heç bir sıxıntı ilə müqayisə edilə bilməz. Allah Quranda inkar edənləri gözləyən bu qorxunc sonu belə bildirir:
"Xeyr! O, mütləq Hütəməyə atılacaqdır. Bilirsənmi Hütəmə nədir? O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb yaxar. O, belələrinin üzünə qapanıb kilidlənəcəkdir. Onlar hündür sütunlara batlanmış olacaqlar". (Huməzə surəsi, 4-9)
"Bir çox üzlər zəlil görkəm alacaq. Zəhmət çəkib yorulacaq. Yanar oda girəcəkdir. Və onlara qaynar bulaqdan içirdiləcəkdir. Onların yeməyi zəridən başqa bir şey olmayacaqdır. O yemək nə qüvvət verər, nə də aclıqdan qurtarar". (Gaşiyə surəsi, 2-7).
"Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu atəş hazırlamışıq" (İnsan surəsi, 4).
"Bu, günahların yalan hesab etdikləri Cəhənnəmdir! Onlar cəhənnəm odu ilə qaynar su arasında dolanıb duracaqlar". (Rəhman surəsi, 43-44).
"Kafir olanları cəhənnəm odu gözləyir. Nə onların ölümünə hökm olunar ki, ölüb canları qurtarsın, nə də əzabları yüngülləşər. Bir hər bir kafiri belə cəzalandırırıq! Onlar orada fəryad edib deyəcəklər: "Pərvərdigara! Bizi burdan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki, edirdik." Məgər sizi ibrət almaq istəyən kimsənin ibrət ala biləcəyi qədər yaşatmadıqmı? Hələ sizə qorxudan peyğəmbərlər də gəlmişdi. Dadın. Zalimlərin imdadına çatan olmaz!" (Fatir surəsi, 36-37).
"O atəş onları uzaqdan görüncə onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər. Onların əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman ölüm diləyərlər."Bu gün özümüzə bir ölüm diləməyin, çox ölüm diləyin!"". (Furqan surəsi,12-14).
Etdikləri əməllərin mükafatı olaraq möminlər üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz! (Səcdə surəsi, 17).
Allaha olan imanları və Ona göstərdikləri bağlılıq səbəbiylə inananlara vəd edilən yer cənnətdir. Cənnət, bir çox ayədə də bildirildiyi kimi insanlar üçün sürbəsür nemətlərlə təchiz olunmuş, əbədi bir səabət yeridir. Allah dünyadakı əməllərinin qarşılığı olaraq iman edənləri cənnətdlə mükafatlandırır.
Cənnət Allahın "Rahim"(Rəhməti yalnız nemətlərə şamil olan, artıqlaması ilə mərəhəmətedici,verdiyi nemətləri yerində istifadə edənləri daha üstün və əbədi nemətlərlə mükafatlandıran) sifətinin göstərdiyi bir yerdir. Buna görə də cənnət, insan ruhunun istədiyi hər şeyi, hətta ayələrlə bildirildiyinə görə çox gözəllik yurdudur.
Cənnət deyilincə, çox adamın ağlına onunla əlaqəli məhdud bir çox düşüncələr gəlir və bu adamlar, cənnəti yalnız təbiət gözəlliklərinin olduğu, yaşıllıqla bəzəkli bir məkan kimi düşünürlər. Lakin bu məhdud düşüncə də Quranda bildirilən cənnət arasında böyük bir fərq vardır. "... Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız!" (Zuxruf surəsi, 71) ayəsində cənnətdə insanın arzu etdiyi hər şeyin varlığı bildirilir. Digər bir ayədə cənnətdə insanın dilədiyi hər şeyin daha artığının var olduğu, "Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı mövcuddur", (Qaf surəsi, 35) ifadəsilə açıqlanmışdır.
Qısaca, cənnətdə zənn edildiyinin əksinə, insanın dünya həyatı boyu heç görmədiyi, xəyalına belə gətirə bilməyəcəyi məhdudiyyətsiz nemətlər vardır. Möminlər dünya həyatında Rəbblərimə təslim olmağın, Onun dilədiyi kimi yaşamağın qarşılığını əbədi içində qalacaqları cənnət ilə alacaqlar.
İnsanlara vəd edilən cənnətin müxtəlif ayələrlə təsviri edilmişdir:
İman gətirən və yaşxı işlər görən şəxslərə müjdə ver: Onlar üçün altından çaylar axan cənnətlər vardır. O cənnətlərin meyvələrindən bir ruzi yedikləri zaman: "Bu bizim əvvəlcə yediyimiz ruzidir"-deyəcəklər. Əslində isə bu meyvələr dünya meyvələrinə yalnız zahirən bənzəyir. Onlar örtü orada hər cəhətdən paak olan zövcələr də var. Onlar orada əbədi qalacaqlar. (Bəqara surəsi, 25)
Allahdan qorxub pis əməllərdən çəkinənlər isə cənnətlərdə və bulaqlar başında olacaqlar. Ora sağ-salamat və əmin-amanlıqla daxil olun. Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər. Onlar cənnətdə heç bir yorğunluq üz verməz. Onlar oradan çıxan da deyillər. (Hicr surəsi, 45-48)
Onları altından çaylar axan Ədn cənnətləri gözləyir. Onlar orada taxtlara söykənərək qızıl bilərziklərlə bəzənəcək, nazik və qalın ipəkdən yaşıl paltarlar geyəcəklər. O nə gözəl mükafat, o cənnət necə də gözəl məkandır! (Kəhf surəsi, 31)
Cənnət əhli bu gün keflə, əyləncə ilə məşğuldur. Onlar və zövəcələri kölgəliklərdə taxatlara söykənmişlər. Orada onlar üçün meyvə və istədikləri hər şey vardır. Rəhimli Allahdan "salam" deyiləcəkdir. (Yasin surəsi, 55-58)
Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdə-Bağçalarda və bulaqlar başında olacaqlar! Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əylənəcəklər. Belədir. Hələ onları iri gözlü hurilərlə evləndirəcəyik. Onlar orada arxayın olaraq hər meyvədən istəyəcəklər. Onlar orada ilk ölümdən başaq heç bir ölüm dadmayacaqlar! Allah onları cəhənnəm əzabından qorumuşdur-Sənin Rəbbindən bir lütf olaraq. (Duxan surəsi, 51-57)
İman gətirib yaşxı işlər görənləri altından çaylar axan cənnət güşələrində sakin edəcəyik. Onlar orada əbədi qalacaqlar. Yaxşı əməllər edənlərin mükafatı necə də gözəldir! (Ənkəbut surəsi, 58)
Əlbəttə, hər insan dünyada istədiyi şəkildə yaşamaqda, istədiyi yolu seçməkdə sərbəstdir. Heç bir insanın digəri üzərində hər hansı bir məcburiyyəti ola bilməz. Ancaq Allahın varlığına və sonsuz ədalətinə iman edən insanlar kimi hamımızın vəzifəsi, inkar edən və içində olduqları vəziyyətin, gedişatın fərqində olmayan insanlara xəbərdarlıq edib qorxutmaqdır. Çünki, Allah bu insanların içində olduqları vəziyyətin vahiməliyini ayələrində belə bildirilmişdir:
Elə isə binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalim tayfasını doğru yola yönəltməz. (Tövbə surəsi, 109)
Dünyada Allahın ayələrindən üz çevirən və şüursuzcasına Yaradanını inkar edən insanların axirətdə heç bir qurtuluşları olmayacaqdır. Əgər tövbə edib özlərini yaradan Allaha yönəlməsi, ola biləcək ən böyük cəza ilə qarşılaşacaqdırlar. Onları gözləyən sonsuz əzab, Quranda belə xəbər verilir:
Ayələrimizi inkar edənlər isə əməl dəftərləri sol əllərinə verilənlərdir! Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Bələd surəsi, 19-20)
Sonsuz əzabdan qurtulmağın və əbədi Cənnətə layiq olmağın isə yolu bəllidir:
Gec olmadan, Allaha qəlbdən iman etmək,
Bütün həyatını Onu razı edəcək davranışlarla keçirmək...