Şübhəsiz, yer üzərində bir insanın yaradılmış olmasından və Yaradıcısını tanımasından daha mühüm bir hadisə də bilməz. Kitab boyu çalışdığımızda, hər insan üçün həyatda ən çox əhəmiyyətli olan bu mövzunu bildirmək oldu.
Ancaq bu yerə gəldiyimiz zaman bunu bildirməkdə fayda görürük: bir insanın kainatın və özünün yaradılmış olduğunu qavraya bilməsi üçün əslində çox artıq biliyə ehtiyac yoxdur. Kiçik bir uşaq da, yetkin bir insan da öz vicdanı və ağlı ölçüsündə yaradıldığını qavraya bilir. Bu mövzu Quranda keçən Hz. İbrahimin dediyi çox gözəl bir nümunədir.
Hz. İbrahim Allaha iman etməyən, butlərə inanan bir qövm içində yaşayırdı. Özünə Allahın varlığı ilə əlaqədar heç bir məlumat öyrədilmədiyi halda ağlı və vicdanı ilə yaradıldığını, üstəlik göyləri və yeri yaradan Allah tərəfindən var edilir:
Gecə qaranlığı İbrahimi bürüdükdə o, bir ulduz görüb: "Bu mənim Rəbbimdir!"-dedi. Ulduz batdıqda isə: "Mən batanları sevmirəm",-söylədi. Doğan ayı görüb: "bu mənim Rəbbimdir!"-dedi. Ay batdıqda isə: "Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım",-söylədi. Doğan gönəşi görüb: "Bu mənim Rəbbimdir, bu daha böyükdür!"-dedi. Günəş batdıqda isə dedi: "Ey camaatım, mən həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan uzağam. Mən, həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən şərik qoşanlardan deyiləm!" (Ənam surəsi, 76-79)
Hz. İbrahimin örnək tərzində də gördüyümüz kimi ağlı və vicdanı olan "zülm və təkəbbür səbəbi ilə inkar etməyən" hər insan, kainatın yaradılmış olduğunu, üstəlik də çox böyük quruluş və harmoniya ilə yaradılmış olduğunu qavraya biləcək bir anlayışa sahibdir.
Əlbəttə, qarşımızdakı neçə belə dəlilə baxmayaraq, Allahın varlığını inkar edən insanların vəziyyəti, ağıl və vicdan sahibi olan insanlar üçün olduqca heyrətləndiridir. Necə ki, Quranda Allahın yaratma gücünə inanmayanlarla əlaqədar olaraq belə bildirilmişdir:
Əgər təəccüblənirsənsə, təəccüblüsü onların: "Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?"-söyləməsidir. Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da onlardır onlar cəhənnəmlikdirlər, özü də orada əbədi qalacaqlar. (Rəd surəsi, 5)
Bu kitabda bildirənlər, sizin üçün bütün yaşamınızdakı ən əhəmiyyətli mövzudur. Bəlkə bu mövzunu indiyə qədər bu cür əhəmiyyətli görməmiş, hətta heç düşünməmişsiniz. Ancaq, əmin olun, sizi yaratmış olan Allahı tanımaq, başqa hər şeydən çox mühüm və təxirə salınmazdır.
Onun sizə verdiklərini bir düşünün: həyatınızı davam etdirə bilməyiniz üçün xüsusi yaradılmış, bütün tçfərüatları ilə incə planlanmış bir dünyada yaşayırsınız. Dünyaya gəlmək üçün və bu quruluşu təmin etmək üçün heç bir əlavəniz olmadı. Sadəcə olaraq bir gün gözünüzü açdınız və özünüzü saysız nemət içərisində bilirsiniz, hiss edə bilirsiniz...
Bütün bunların səbəbi, Onun belə bir yaratma işləmiş olmasıdır. Bir ayədə belə deyilib:
Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, bəlkə, şükr edəsiniz! (Nəhl surəsi, 78)
Ayədə bildirdiyi kimi, sahib olduğunuz hər şeyi sizə verən və yaşadığınız bütün kainatı yaradan, Allahdan başqası deyildir. Elə isə, gəlin sizi Yaradana təslim olun və verdiyi bütün nemətlərə qarşılığında Ona şükr edin, beləcə sonsuz bir qazanc təmin edin. Əgər əksini edərsəniz nankorluq edəcək və Allahın istəməsi bir əzabın içinə atməş olacaqsınız...
Əmin olun ki, O vardır və sizə çox yaxındır...
Hər etdiyinizi görür və bilir, hər sozünüzü eşidir...
Və əmin olun, sizə də daxil olmaqla bütün insanlar çox yaxında Ona hesab verəcəkdir...
…Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!
Həqiqətən, Sən bilənsən, müdriksən!
(Bəqərə surəsi, 32)