I. Kitab - Elmi Dəlillər
İşığında Yaradılış Həqiqəti

Giriş

Oturduğunuz yerdən ətrafınıza bir baxın. Olduğunuz otaqdakı hər şeyin "düzəldilmiş" olduğunu görəcəksiniz. Divarlar, döşəmələr, tavan, oturduğunuz stul, əlinizdə tutduğunuz kitab, stolun üstündə duran bir stəkan; sayılmayacaq qədər çox əşya... Bunlardan tək bir dənəsi belə öz başına əmələ gəlib otağınıza gəlməmişdir. Ən adi görünən xalı saçağını belə işləyib hazırlayan vardır; o saçaq oraya öz qərarı ilə, təsadüfən gəlib yerləşməmişdir.

Əlinə bir kitab alan insan da, onun bir yazıçı tərəfindən bəlli bir məqsəd üçün yazıldığını bilir. Bu kitabın təsadüfən ortaya çıxdığını fikrinə belə gətirməz. Eyni halda bir heykələ baxan insan, onun bir sənətkar tərəfindən hazırlandığına heç bir şübhə etməz. Nəinki saysız sənət əsərinin öz-özünə yarandığını düşünmək, hətta üst-üstə duran 2-3 kərpici belə planlı bir hərəkətlə o şəklə gətirən kimsəni olduğunu heç kim inkar etməz. Başqa bir sözlə desək, kiçik ya da böyük, qayda olan yerdə, şübhəsiz bu qaydanın bir qurucusunun və qoruyucusunun olması labüddür. Bir gün biri çıxıb, xam dəmir və kömürün təsadüfən poladı, poladın təsadüfən Eyfel Qülləsini təşkil etdiyini iddia etsə, bu adamın və ona inananların ağıllarına şübhə edilməzmi?

Allahı inkar etməyin tək üsulu olan təkamül nəzəriyyəsinin iddiası da bundan fərqdi deyil. Təkamül nəzəriyyəsinə görə orqanik molekullar təsadüfən amin turşularını, amin turşuları təsadüfən proteinləri (zülallar), proteinlər də yenə təsadüfən canlıları təşkil edir. Lakin canlıların təsadüfən özündən təşkil olması ehtimalı, Eyfel Qülləsinin eyni şəkildə təşkil olmasından çox-çox daha az bir ehtimaldır. Çünki, ən adi bir hüceyrə belə insanın düzəltdiyi hər hansı bir şeydən daha çox mürəkkəbdir. Təbiətdəki qeyri-adi harmoniya adi gözlə belə açıq görünür, bu tarazlığın təsadüfən və ya başı boş meydana gəldiyi necə düşünülə bilər? Ayrı-ayrı hər nöqtəsinin, Yaradanın varlığını sübut elədiyi kainatın, öz-özünə var olduğunu söyləmək ən məntiqsiz iddiadır.

Bədənimizdən başlayıb, ağlagəlməz böyüklükdəki kainatın ən ucqar nötələrinədək hər yerdə mövcud olan tarazlığın da qurucusu və sahibi olmalıdır. Yaxşı, kimdir, bu hər şeyi incə-incə qurub meydana gətirən Yaradıcı?

O, kainatın içindəki hər hansı bir maddi varlıq ola bilməz. Çünki, o, öncə var olan və bütün kainatı sonradan yaratmış bir iradə sahibi olmalıdır.Hər şeyin varlığının qaynağı olduğu, amma, öz varlığı əzəli və ədəbi olan Uca Yaradan ...

Mövcudluğunu ağıl yolu ilə dərk etdiyimiz Yaradanı bizlərə tanıdan dindir. Onun bizə din yolu ilə çatdırdığı biliyə görə, o, göyləri və yeri yoxdan var edən Rahman və Rahim olan Allahdır.

İnsanların çoxu isə bu həqiqətləri qavraya biləcək məntiqə sahib olmalarına baxmayaraq, ondan xəbərsiz yaşayırlar. İnsanlar rəsm gördükləri zaman ilk əvvəl onun kimin tərəfindən hazırlandığını öyrənmək istəyirlər. Daha sonra da rəssamı hazırladığı əsərə görə tə'rifləyərlər. Fəqət başlarını çevirdikləri hər yerdə o rəsmin saysız gerçəyi ilə qarşılaşdıqları halda, bütün bu gözəlliklərin tək sahibi olan Allahın varlığını dərk

etmirlər. Lakin, onun varlığını anlamaq üçün uzun bir araşdırma aparmağa ehtiyac yoxdur. Belə ki, insan doğulduğu andan etibarən tək bir otaqda belə yaşasa, sadəcə olaraq o otaqda mövcud olan saysız dəlillər Allahın varlığını dərk etmək üçün kifayətdir.

İnsanın sahib olduğu bədən, cildlər dolusu ensiklopediyaya belə sığacaq qədər çox yaradılış dəlili ilə doludur. Vicdanla sadəcə bir neçə dəqiqə düşünmək belə, Allahın varlığını anlamaq üçün kifayətdir. Var olan bu sistem Allah tərəfindən qorunmaqda və Onun tərəfindən davam etdirilməkdədir.

Düşünülməsi lazım olan yalnız insan deyildir. Yer üzərində hər kvadrat millimetrdə, insan görd\üyü və ya görmədiyi bir həyat hökm sürməkdədir. Tək hüceyrəli orqanizmlərdən bitkilərə, böcəklərdən dəniz heyvanlarına, quşlardan sürünənlərə qədər bütün canlılar yer üzərini tamam bürümüşlər. Əlinizə bir ovuc torpaq alıb araşdırarkən, içində bir-birindən fərqli xüsusiyyətlər sahib olan cürbəcür canlılar olduğunu kəşf edə bilərsiniz. Eyni şeyi, nəfəs aldığımız hava üçün də deyə bilərik. Hətta dərimizin üzərində bəlkə də heç adını eşitmədiyiniz canlılar yaşamaqdadırlar. Bütün canlıların bağırsaqlarında həzm prosesini tə'min edən milyonlarla bakteriya və ya tək hüceyrəli canlı yaşamaqdadır.eyni ilə dünyadakı heyvan sayı, insan sayının qat-qat üstündədir. Bir də bunlara bitki dünyasını əlavə etsək, anlayaraq ki, yer üzərində həyat olmayan boş bir sahə yoxdur. Milyonlarla kvadrat kilometrlik geniş bir ərazini bürüyən bu canlıların hər birinin özlərinə aid bədən sistemləri, yaşayışları, yer üzündəki tarazlığa tə'siri kimi saysız xüsusiyyətləri vardır. Bütün bunları səbəbsiz, məqsədsiz və təsadüfən var olduğunu iddia etmək isə, ağıla zidd, mə'nasız bir fikirdən başqa bir şey deyildir. Çünki, heç bir canlı oz qərarı ilə və səyi ilə yer üzünə gəlməmişdir. Heç bir təsadüf də bu qədər mürəkkəb sistemlər təşkil etməz.

Bütün bu dəlillərin bizi apardığı nöqtə isə kainatın bəlli bir "şüur" ilə hərəkət etməsidir. Bəs bu şüurun qaynağı nədir? Əlbəttə, kainatdakı canlı və cansız varlıqlar deyildir, harmoniyanı quran və quruluşu qoruyan onlar ola bilməz. Allahın varlığı və böyüklüyü kainatdakı saysız dəlillə özünü göstərir. Əslində bu açıq həqiqəti vicdanı ilə qə'bul etməyən tək insan belə yoxdur. Ancaq Quranda bildirildiyi kimi, insanların soxu "vicdanları qəbul etdiyi halda, zalımlığı və təkəbbürlüyü üzündən" bunu inkar edirlər. (Nəml surəsi, 14)

Əlinizdəki kitab, bu adamların öz mənafelərinə uyğun görməyərək, üz çevirdikləri həqiqəti ortaya qoymaq və əsassız iddialarının dayandığı saxtakarlıqları və ağılsız məntiqləri ortaya qoymaq üçün yazılmışdır. Bir-birindən fərqli mövzunun yazılmasının səbəbi budur.

Bu əsəri oxuyandır Allahın varlığının şübhəsiz dəlillərini bir daha görəcək və şahid olacaqlar ki:

Allahın varlığı hər yeri bürümüşdür və "ağıl" bunu bilir.

Hər yerə hakim olan bu quruluşu yaradan da, onu dayanmadan qoruyan da Odur.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz
  • I. Kitab - Elmi Dəlillər - Giriş
  • Yoxluqdan Varlığa
  • Göylərdəki və Yerdəki Dəlillər
  • Elm Adamları Allahın Dəlillərini Təsdiq Edir
  • Elmi Həqiqətlər və Quran Möcüzəsi
  • Allah Büyüktür
  • II. Kitab - Yaradılışı İnkar Etmə Aldanması - Təkamül Nəzəriyyəsi Aldanması
  • Allahı İnkar Etmə Xətasına Düşən Fəlsəfələr
  • Allah inancı Olmayan Cəmiyyət Modelinin Zərərlərı
  • Vəd Edilən Həqiqi Yurd: Axirət
  • Maddeye Farklı Bir Yaklaşım
  • Zamanın İzafiyeti ve Kader Gerçeği
  • Nəticə