"Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır."
(Bakara Suresi, 26)
Heyvanların etdikləri bir çox iş və hərəkət, mövcud zəkalarıyla reallaşmayacaqları ölçüdə ağıl, məlumat, təcrübə və ixtisas tələb edir. Bəsit müşahidə belə bütün bu üstün xüsusiyyətlərin heyvanın özündən qaynaqlanmadığını anlamaq üçün kifayətdir. Minlərlə kilometr köç edən quşların səhv etmədən istiqamət tapma qabiliyyətləri, hörümçəklərin memarlıq möcüzəsi olan tor inşa etməsi, qarışqa koloniyalarındakı mükəmməl əməkdaşlıq və vəzifə bölgüsü, minlərlə arının birlikdə hazırladıqları mühəndislik möcüzəsi olan pətəklər və buna bənzər saysız nümunələr ...
Bu heyvanların bütün bunları etmələrini təmin edəcək ağıl və iradə qaynağı nə öz bədənlərində, nə də təbiətdə mövcuddur. Ancaq görünməyən ağıl və gücün şüurlu müdaxiləsi hər mərhələdə özünü göstərir. Bu ağıl və gücün sahibinin özü gözlə görülməsə də, mövcud hadisələrdəki hər müdaxiləsi heç bir şübhəyə yer buraxmayacaq dərəcədə bu gücün varlığını sübut edir.
Onsuz da bu nöqtənin fərqində olan təkamülçü elm adamları da bəhs etdiyimiz canlının bacardığı işlərdən çox üstün gücün varlığını qəbul edərlər. Ancaq bu gücə “instinkt” adını verib mövzunu bağlayarlar. İnstinkt adını verdikləri gücün gerçək sahibini qəbul etmək istəmədiklərindən, bu qaynağa da eynilə instinkt kimi uydurma bir ad qoşub “ana təbiət” deyərlər. Ancaq bu günə qədər heç bir təkamülçü, instinkt deyə adlandırdıqları əmrin verildiyi yeri göstərə bilməmiş, “ana təbiət” dedikləri şeyi təsvir edə bilməmiş, daş, ağac, çay, dağ, dəniz, yoxsa ulduz olduğunu açıqlaya bilməmişdir.
Nəticədə təkamülçülər, "ana təbiət" adını qoyduqları xəyali ilah qəbul etmişlər, gerçəkdə Allahın əmr və ilhamı ilə reallaşan davranışlara "instinkt" adını vermişlər. Allah Quranda buyurur:
Ondan başqa ibadət etdikləriniz sizin və atalarınızın adlandırdığınız adlardan başqa bir şey deyildir... (Yusif surəsi, 40)
Faktları bu şəkildə qəbul etməyərək özlərini aldadır və vicdanlarını rahatlaşdırmağa çalışırlar. Onlar Allahın varlığını və Onun sifətlərini vicdanlarında aydın şəkildə hiss edirlər, lakin onlar “həqiqətdən” qaçıb Allahın dəlillərini inkar edərlər. Bu vəziyyətin səbəbi Quranda izah olunur:
Möcüzələrimiz onlara aşkar şəkildə göstərildikdə: “Bu, açıq-aydın bir sehrdir!” – dedilər. Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu! (Nəml surəsi, 13-14)
Allah Öz varlığının saysız dəlilini insanların gözləri önünə sərmişdir. O öz sonsuz ağlını və elmini dilədiyi canlı üzərində təcəlli etdirər. Sonsuz rəhmətiylə, ən gözlənilməz, ən aciz, hətta çox vaxt beyinə belə sahib olmayan canlılara ağlasığmaz işlər etdirər. Bunun nəticəsi olaraq, quşlardan sürünənlərə, balinalardan böcəklərə qədər böyük-kiçik bir çox canlı, insanları heyrətə salan və onlardan gözlənilməyən hərəkət və davranışlar sərgiləyərlər. Bu hərəkətlərin çoxu insanları təəccübləndirir. Bir çoxunun qarşısında (məsələn, hörümçəyin poladdan daha möhkəm ip hazırlaması) özünü ağıllı, bilikli, şüurlu görən insanoğlu belə aciz qalar, hətta bunun bənzərini təqlid etməyə belə gücü çatmaz.
Məhz kitabımızın mövzusu olan ağcaqanad da, belə bir çox istiqamətdən insanları heyrətə salacaq davranışlar sərgiləyən canlılardan sadəcə biridir. Hətta bu canlılardan ən çox qarşılaşdığımız, varlığına ən çox rast gəldiyimiz ancaq bəlkə də ən az əhəmiyyət verdiyimiz və ən dəyərsiz gördüyümüzdür.
Bu düşünüldüyündə "O halda, niyə ağcaqanad?" sualı gələ bilər ağılınıza. Allah bir ayədə belə buyurur:
Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır. (Bəqərə surəsi, 26)
Bu həqiqətən xəbərdar olan insana düşən Allahın yaratdığı dəlillər üzərində səmimi olaraq düşünmək və gərəyi kimi Allahdan qorxmaqdır.
Biz hər hansı bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir? Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allaha məxsusdur? Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır. (Bəqərə surəsi, 106-107)
Kitabda bəzən Allahın yaradıcılığındakı mükəmməlliyi vurğulamaq üçün istifadə etdiyimiz “dizayn” sözü çıxacaq. Bu sözün hansı məqsədlə istifadə edildiyinin düzgün başa düşülməsi çox əhəmiyyətlidir. Allahın bütün kainatda qüsursuz dizayn yaratmış olması, Rəbbimizin əvvəl planlaşdırdığı, daha sonra yaratdığı mənasını verməz. Bilinməlidir ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı “dizayn” etməyə ehtiyacı yoxdur. Allahın dizayn etməsi və yaratması eyni anda olar. Allah bu cür nöqsanlardan uzaqdır. Allahın, bir şeyin, ya da bir işin olmasını dilədiyində, onun olması üçün yalnız “Ol!” deməsi kifayətdir. Ayələrdə belə buyurulur:
Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. (Yasin surəsi, 82)
Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)