Bütün canlıları yaradanın aləmlərin Rəbbi Allah olduğu çox aydın bir həqiqətdir. Ətrafındakı canlılar və öz bədəni üzərində bir az düşünən hər insan bu aydın həqiqəti dərhal görər və qavrayar.
Təkamül nəzəriyyəsinin isə elm və ağıl xaricində bir iddia olduğu çox aydındır. Kor təsadüflərin canlılardakı qüsursuz dizaynı meydana gətirə bilməyəcəyi məlumdur. Bir plastik şüşənin belə təsadüfən meydana gələ bilməyəcəyini qəbul edən bəzi insanlar, yalnız Allahın varlığını inkar edə bilmək, ateist və materialist dünya görüşünü yaşada bilmək uğruna, qüsursuz və fövqəladə kompleks dizaynlara sahib canlıların təsadüfən meydana gəldiyini iddia edirlər.
Ancaq, bu iddiaları artıq qəbul edilmir. 21-ci əsr bütün insanların Allahın tək Yaradıcı Güc olduğunu qəbul edəcəyi tarixi bir dönüş nöqtəsi olacaqdır. 19-cu əsr necə ki, materialist dünya görüşünün hakim olduğu bir əsr olaraq tarixə düşübsə, 21-ci əsr də Allahın varlığına və birliyinə olan inancın gücləndiyi bir dönüş nöqtəsi olaraq tarixə düşəcəkdir. Allah bir ayədə belə buyurur:
De: “Allahdan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasında şərikliyi var?” Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər. (Fatir surəsi, 40)
"Onlar dedilər: “Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”"
(Bəqərə Surəsi, 32)