Sümüklər kalsium və fosfor kimi həyati maddələri yığıb toplayar, hər hansı bir vəziyyətdə ehtiyac olduğunda yığıb topladıqları bu maddələri bədənə geri qaytararlar. Gözü və ya hər hansı bir duyğu orqanı olmayan bir sümük hüceyrəsi, qanda olan minlərlə müxtəlif maddə arasından kalsiumu və fosforu asanlıqla ayırd edər. Sonra heç çaşmadan bu atomları tutar. Bir insan belə qarşısına qoyulan kalsium, fosfor, dəmir, sink kimi fərqli elementlərin tozlarını əgər bu mövzuda bir təhsil alsa belə ayırd edə bilməz.
Həmçinin sümük hüceyrəsi özünə “kalsium yığ” əmri (kalsitonin hormonu) gəldiyində bu əmrə dərhal itaət edər. Əgər özünə “saxladığın kalsiyumu yerləşdir” əmri (Parathormon hormonu) gəlsə, bu əmrə də itaət edər. Sümük hüceyrəsi yüksək şüur, qabiliyyət, məsuliyyət və intizam anlayışı ilə gecə-gündüz öz vəzifəsini davam etdirər. Xüsusi qabiliyyətləri olan bu hüceyrələrin təsadüfən meydana gələ bilməyəcəkləri çox aydın bir həqiqətdir.
Qidaları və onların ehtiva etdiyi zülalları həzm etmək üçün mədədə çox güclü turşular ifraz edilir. Bu turşular təraş bıçağını da həzm edə biləcək gücdədir. Bəs bu turşular, özü də zülallardan ibarət olan mədəyə necə ola olur ki, zərər vermirlər? Bunun cavabı, insan bədənindəki unikal dizayn nümunələrindən birində gizlidir. Mədənin girintili-çıxıntılı divarlarının dərinlikləri vasitəsilə, mədə öz özünü həzm edə bilməz.
Mədə divarlarındakı bu dərin novlarda bir-birindən fərqli xüsusiyyətlərə sahib hüceyrələr iştirak edər. Həssas bir tarazlıq içində, mədədəki bəzi hüceyrələr turşu ifraz edərkən, bu hüceyrələrin yanında olan başqa hüceyrələr də yapışqan bir maye ifraz edər. “Mukus” adlı bu maye mədənin səthini örtür və mədə divarını turşulara qarşı bir qalxan kimi qoruyur və fermentlərin mədəyə zərər verməsinə mane olur. Bəs mədə üçün bu ağıllı tədbiri görən qərar mərkəzi, hüceyrələr və ya atomlar ola bilərmi? Əlbəttə ki, xeyr. İnsan bədəninin hər xüsusiyyəti, qüsursuz bir yaradılışın dəlilidir.
Təkamülçülərin izah edə bilmədiyi mövzulardan biri canlılardakı məlumatdır. Çünki məlumat əsla maddənin reduksionizmi ola bilməz.
Məsələn, bir kitab kağızdan, mürəkkəbdən və içindəki məlumatdan meydana gələr. Kağız və mürəkkəb maddi bir şeydir, ancaq kitabın içindəki məlumat maddi deyildir.
Əgər bir maddədə məlumat varsa, o zaman o maddə, bəhs edilən məlumata sahib olan bir ağıl tərəfindən təşkil edilmişdir. Məsələn, hər kitabdakı məlumatın mənbəyi, o kitabı yazmış olan yazıçının zehniyyətidir.
Canlıların DNT-lərində də son dərəcə geniş bir məlumat olur. 20-ci əsrdə elm DNT-dəki məlumatın, materialistlərin iddia etdiyi kimi, maddənin reduksionizmi ola bilməyəcəyini irəli sürmüşdür. DNT-dəki məlumat, üstün bir Ağılın və sonsuz bir Elmin əsəridir. Canlıların mənşəyində iştirak edən bu fövqəladə məlumat, materialist fəlsəfəni iflasa uğratmaqla bərabər, aləmlərin Rəbbi olan Allahın açıq-aşkar varlığına saysız-hesabsız dəlillər təqdim edir.
Bu iddia, təkamülçü bioloq Ernest Hekkel tərəfindən 20-ci əsrin əvvəlində edilən bir elmi saxtakarlığa əsaslanır. Hekkel, təkamülə dəlil gətirmək üçün, insan, toyuq, balıq kimi canlıların rüşeymlərini yan-yana qoymuş, ancaq bu şəkillər üzərində təhriflər etmişdir. Bu gün bütün elm dünyası bunun bir saxtakarlıq olduğunu qəbul edir. Hekkelin “qəlsəmə” deyə göstərdiyi quruluş, həqiqətdə insanın orta qulaq kanalının, paratiroidlərinin və timus vəzlərinin başlanğıcıdır.
Təkamülçülər, müxtəlif canlı növlərinin DNT şifrələrinin və ya zülal strukturlarının bənzər olduğundan danışarlar və bunu, bu canlı növlərinin bir-birlərindən təkamülləşdiklərinin dəlili olaraq yozurlar. Əvvəlcə qeyd etmək lazımdır ki, canlıların əsas həyati funksiyaları bir-biriylə eynidir, bu səbəbdən oxşar DNT-lərə sahib olmaları təbiidir. Bu ortaq bir atadan təkamül keçirdiklərini göstərməz. Bundan başqa, müxtəlif növlərə və siniflərə aid olan canlıların DNT analizləri nəticəsində əldə edilən tapıntılar müqayisə edildiyi vaxt, canlıların DNT oxşarlıqlarının ya da dəyişikliklərinin, qarşıya qoyulan heç bir təkamülçü məntiq ya da əlaqə ilə uyğun gəlmədiyi çox aydın bir şəkildə aşkar olur. Canlılarda anatomik və ya kimyəvi oxşarlıqlar axtaran və bunu təkamülə dəlil saymağa çalışan iddialar, elmi tapıntılar qarşısında etibarsızdır.
Təkamülçülər, bakteriyaların bəzi antibiotiklərə müqavimət göstərməyə başlamalarını da təkamülə dəlil olaraq göstərərlər.
Haqqında danışılan müqavimət belə meydana gələr: Bakteriyalar müəyyən bir dərmanın təsirinə məruz qalanda, dərmana dayanıqsız variasiyalar yox olar; müqavimət göstərənlər isə həyatda qalar və daha çox çoxalma imkanı taparlar. Bir müddət sonra, eyni bakteriya növü yalnız haqqında danışılan antibiotikə müqavimət göstərən fərdlərdən meydana gəlmiş bir koloniya halına gəlir.
Göründüyü kimi antibiotik müqavimətinin genetik məlumatı bakteriyanın DNT-sində ən əvvəldən bəri vardır. Yəni bu müqavimət təsadüflərlə meydana gəlmişdir, sonradan qazanılmamışdır.
Gökleri ve yeri (bir örnek edinmeksizin) yaratandır. O, bir işin olmasına karar verirse, ona yalnızca "OL" der, o da hemen oluverir.(Bakara Suresi, 117) |
Bəzi insanlar həm Allaha iman gətirdiklərini, həm də təkamül nəzəriyyəsinə inandıqlarını deyirlər. Halbuki bu səhv bir fikirdir. Çünki;
1. Allaha və Allahın dininə inandığını deyən bir insan üçün tək müraciət edəcəyi mənbə və rəhbər Qurandır. Quranda isə təkamüllə bərabər yaradılış olduğuna dair bir məlumat yoxdur. Əksinə, ayələrdə canlıların və kainatın Allahın “Ol” əmri ilə yoxdan var edildiyi bildirilir.
2. Təkamül nəzəriyyəsinin əsası, Yaradıcının varlığının inkar edilməsidir. Darvindən bəri təkamül nəzəriyyəsini müdafiə edənlərin hamısı bunu açıqca irəli sürmüşlər. Nəzəriyyə, 150 ildir ateizmin ən əhəmiyyətli dayağıdır. Ateizmin ən əhəmiyyətli dayağı ilə Allaha iman arasında əlbəttə ortaq bir əlaqə yaradıla bilməz.
Həmçinin təkamül nəzəriyyəsini qəbul edilməz edən başqa bir faktor, təkamül nəzəriyyəsinin elm tərəfindən təkzib edilməsidir. Təkamül nəzəriyyəsi əsas iddialarını belə sübut edə bilməmişdir.
Variasiya, genetika elmində istifadə edilən bir termindir və “növlərə ayırılma” deməkdir. Bu genetik hadisə, bir canlı növünün daxilindəki fərdlərin və ya qrupların bir-birlərindən fərqli xüsusiyyətlərə sahib olmasına səbəb olar. Məsələn, yer üzündəki insanların hamısı əsasən eyni genetik məlumata sahibdirlər, amma bu genetik məlumatın izn verdiyi variasiya potensialı vasitəsilə bəziləri qıyıq gözlüdür, bəziləri qırmızı saçlıdır, bəzilərinin burnu uzun, bəzilərinin isə boyu qısadır.
Təkamülçülər isə, bir növün daxilindəki variasiyaları təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışırlar. Halbuki variasiya təkamülə dəlil meydana gətirməz, çünki variasiya, onsuz da var olan genetik məlumatın fərqli cütləşmələrinin meydana gəlməsindən ibarətdir və genetik məlumata yeni bir xüsusiyyət qazandırmaz.
Məsələn, bir pişik növünü nə qədər öz daxilində törədərək zənginləşdirməyə çalışırsanız çalışın, pişiklər həmişə pişik olaraq qalacaq, bunlar əsla itlərə çevrilməyəcəkdir.
Zürafanın yaşayabilmesi için kalbinden iki metre yukarıdaki beynine kan göndermesi şarttır. Bunun içinse olağanüstü güçlü bir kalbe ihtiyacı vardır. Allah zürafayı tam ihtiyacı olan özelliklerde yaratmıştır. |
Təkamülçülər bütün heyvanların və insanların davranışında müəyyən bir təkamül mənsubiyyəti olduğunu qəbul edərlər. Lakin davranışların təkamülü kimi bir şərhin həqiqətlərə uyğun gələn heç bir tərəfi yoxdur. Çünki canlıların təcrübə-yanılma edərək öyrənəcək, sonra bunları genlərində bir davranış modeli olaraq saxlayacaq və gələcək nəsillərə ötürəcək ağıl, şüur və qabiliyyətləri yoxdur. Onlar həyatlarını xilas edən müdafiə qaydaları, yuva qurma modelləri kimi davranış formalarına anadangəlmə sahib olarlar.
Allah hər bir canlını özünə xas xüsusiyyətlərlə və davranış qaydaları ilə yaratmışdır. Məsələn, bir kəpənəyin yaşaya bilmək üçün özünü daha yaxşı kamuflyaj edə biləcəyi quru bir yarpaq görünüşünə sahib olmağı öz-özünə düşünüb, bunu bədənində bir dəyişikliyə çevirməsi mümkün deyildir. Ya da bir qunduzun axar su yatağında suyun axışını kəsəcək qədər yüksək dərəcədə mühəndislik hesabları tələb edən bir anbar inşa edə bilməsi və ilk doğulduğu andan etibarən bunu edə bilməsi şübhəsiz öyrənmə ilə və ya təbii seleksiya kimi şüursuz mexanizmlərlə izah edilə biləcək bir vəziyyət deyildir. Canlılar, yaradıldıqları ilk andan etibarən özlərini qoruya biləcəkləri bəzi xüsusiyyət və davranış formalarına sahib olaraq doğulurlar. Onlara bu xüsusiyyətləri verən Allahdır.
Darvinizmin əsasını “həyat mübarizəsi” anlayışı meydana gətirir. Darvinizmin digər əhəmiyyətli iki xüsusiyyəti isə, insanları bir heyvan növü olaraq görməsi və Allahı və dini inkar edən fəlsəfə və ideologiyalara guya elmi bir zəmin hazırlamasıdır. Darvinizmin bu xüsusiyyətləri, 20-ci əsrdə vəhşi kapitalizm, irqçilik, yevgenizm, kommunizm, faşizm kimi bir çox təhlükəli ideologiya və fəlsəfəyə dəstək vermiş və onları gücləndirmişdir.
Darvinizmin bəzi dairələrdən böyük dəstək görməsinin bir səbəbi də budur: Bunun vasitəsiylə vəhşi qırğınlar törədənlər, insanlara heyvan kimi davrananlar, millətləri bir-birlərinə salanların, irqlərindən ötəri insanları alçaq hesab edənlər, haqsız rəqabətlə kiçik müəssisələri bağlatdıranlar, kasıblara kömək etməyənlər artıq məzəmmət olunmayacaq və ya onlara mane ola bilməyəcəklərdir. Çünki onlar bunu guya “elmi” bir təbiət qanununa tabe olaraq edirlər.
Darvinizm Bu Səbəbdən Də Çox Təhlükəlidir Və Müasir Dövrümüzdə Də Cəmiyyətlərə Və Insanlığa Zərər Gətirən Ideologiya Və Fəlsəfələrin Bir Çoxuna Guya Elmi Bir Dəstək Verir. Darvinizmin Elmi Olaraq Çürüdülməsi Bu Səbəblə Böyük Bir Əhəmiyyət Daşıyır.