İnsan gözü, 40 əsas hissəcikdən meydana gələr və ən təkmilləşmiş kameradan çox daha qüsursuz bir görünüş və aydınlıq verər. Gözün görə bilməsi üçün bu 40 əsas hissəciyin hamısının eyni anda birdən-birə var olması və uyğunlaşma içində işləməsi lazımdır. Bu hissəciklərdən biri olmasa göz görə bilməz. Bir kamera necə, özünü əmələ gətirən hissəciklərin təsadüflər nəticəsində bir yerə gəlməsiylə mərhələ-mərhələ yarana bilməzsə, göz də mərhələ-mərhələ və təsadüflərin nəticəsində əmələ gələ bilməz.
Beyin təxminən 100 milyard sinir hüceyrəsindən meydana gəlir. Beyindəki sinir hüceyrələri, öz aralarında “sinaps” deyilən port sayəsində əlaqə saxlayarlar. Hər bir neyronda 10 min sinaps vardır. Bu, bir neyron eyni anda 10 min fərqli neyronla əlaqə saxlaya bilər deməkdir. İnsan beyninin içindəki Sinapsların miqdarının 1 kvadrilyon olduğu güman edilir. (Bu 1.000.000.000. 000.000 xəbərləşmə deməkdir.) Kompyuterlərdəki sinir hüceyrələrinə oxşayan tranzistorlarda isə təkcə 6 port vardır.
Dünyanın ən sürətli əməliyyat yerinə yetirən kompyuterləri orta hesabla saniyədə 109 əməliyyat edə bilir. Beynin sürəti isə eyni əməliyyat üçün 1015-dir. (Yəni, saniyədə 10.000.000.000. 000.000 sürətindədir) Üstəlik kompyuter yaddaşının tutumu 1011 bit olduğu halda (bit-kompyuterdə saxlanılan ən kiçik məlumat vahididir) beyninki 1014-dür. Aradakı bu fərq beynin tutumunun, 1000 ədəd kompyuterin ümumi tutumu qədər olduğunu göstərir.
Təsadüflərin, heyranlıq oyandıracaq bir ünsiyyət şəbəkəsi quracaq şəkildə sinir hüceyrələrini təşkil etmələri qətiyyən mümkün deyildir. Bu, 20-ci əsrin ən böyük inkişaflarından biri olan internet texnologiyasından çox daha kompleks və möcüzəvi bir sistemdir. Bəs necə ola bilər ki, internet texnologiyasının və ya ən sadə bir telefon stansiyasının belə təsadüfən meydana gələ bilməyəcəyini, bunun mühəndislik, dizayn, məlumat, şüur, ağıl və texnologiya tələb etdiyini bilən insanlar, beyindəki çox daha fövqəladə sistemin təsadüfən meydana gəldiyini iddia edirlər?
Şübhəsiz ki, bu, təkamül nəzəriyyəsinə kor-koranə bağlılığın bir nəticəsidir. Qərəzsiz yaxınlaşan hər insan insanın yaradılışındakı ehtişamı görə bilər.
![]() |
Beynimizin çalışma sistemi bilgisayarlarınkinden kat kat üstündür. Beynin kapasitesi ortalama 1000 tane bilgisayarın toplam kapasitesi kadardır. Tek bir bilgisayarın tesadüfen, aşama aşama oluşması imkansızken, insan beyni gibi muhteşem bir yapının tesadüfen oluştuğunu iddia etmek büyük bir safsatadır. |
![]() |
Bakteri kamçısı |
Bakteriya qamçısı, bəzi bakteriyalar tərəfindən maye olan bir mühitdə hərəkət edə bilmək üçün istifadə edilər. Bu üzvi motor, hüceyrə daxilində ATF molekulları halında gizli saxlanılan hazır enerjini istifadə etmir. Bunun əvəzinə özünün xüsusi bir enerji mənbəyi vardır: Bakteriya, zarından gələn bir turşu axışından aldığı enerjini istifadə edir. Qamçını meydana gətirən təxminən 240 müxtəlif zülal vardır. Elm adamları qamçını meydana gətirən bu zülalların, mühərriki bağlayıb açacaq siqnalları göndərdiklərini, atom ölçüsündə hərəkətə imkanını təmin edən oynaqlar meydana gətirdiklərini müəyyənləşdirmişlər.
Ancaq bakteriya qamçısının bu kompleks quruluşu belə təkamül nəzəriyyəsini iflasa uğratmaq üçün kifayətdir. Çünki qamçı heç bir şəkildə sadələşdirilə bilməyəcək bir quruluşdadır. Qamçını meydana gətirən molekulyar hissəciklərin tək bir ədədi belə olmasa, ya da qüsurlu olsa, qamçı işləməz və dolayısı ilə bakteriyaya heç bir faydası olmaz. Bakteriya qamçısının ilk var olduğu andan etibarən fasiləsiz olaraq işləməsi lazımdır. Bu həqiqət qarşısında təkamül nəzəriyyəsinin “addım-addım inkişaf” iddiasının mənasızlığı, bir dəfə daha açıq şəkildə ortaya çıxır.
Antigen adı verilən bəzi mikroblar və xarici maddələr qan dövranı sisteminə daxil olaraq insan üçün təhlükə meydana gətirərlər. Bunun üzərinə müdafiə sistemi hüceyrələri antigenlərə qarşı “antikor” adı verilən maddələr hazırlayaraq onları yox etməyə ya da çoxalmalarının qarşısını almağa çalışırlar.
Antikorların sahib olduqları ən əhəmiyyətli xüsusiyyət, təbiətdə var olan yüz minlərlə bir-birindən fərqli mikrobu tanıyıb, özlərini onları yox etməyə istiqamətli olaraq hazırlaya bilirlər. Lakin əsl maraqlı olan laboratoriyada yaradılaraq insan bədəninə yerləşdirilən süni antigenləri belə tanıyan antikorların mövcud olmasıdır.
Bir hüceyrə necə ola bilər ki, yüz minlərlə fərqli xarici hüceyrəni tanıya bilər? Həmçinin bundan əlavə, süni olaraq hazırlanan bir maddənin də məlumatına necə sahib ola bilər? Həmçinin, antikorlar əcnəbiyə qarşı istifadə ediləcək təsirli silahları da anında təsbit edib hazırlaya bilərlər. Bu vəziyyət, təkamülçüləri böyük bir çıxılmaz vəziyyətə salır.
Sümükdə iştirak edən sümükpozan adlı hüceyrələrin vəzifələrindən biri sümüyün bəzi hissələrindəki boşluqlarda məhvə səbəb olub, sümüyün formasının və ölçüsünün dəyişməsini və getdikcə yetkin ölçülərə çatmasını təmin etməkdir. Bir tərəfdən də sümük səthindəki çıxıntıların kiçilməsini təmin edər. Sümükpozanların sümükdə etdiyi dağıtma əsnasında osteoblast adlı sümük hüceyrələri də skeleti yaratmaq üzrə yeni sümük hazırlamağa başlayar.
Hər insanda sümüklərdə yerləşən bu hüceyrələr eyni funksiyası yerinə yetirərlər. Hamısı sümük səthini necə kiçildə biləcəklərini bilirlər. Kəlləsindəki sümüklərlə bud sümüyü arasındakı fərqlilikləri bilərək sümüklərə necə forma verəcəklərini, uzanmasının nə vaxt dayanacağını, incəlik və qalınlığının necə olacağını bilirlər. Sümük hüceyrələri, bədənin skeletini, sanki bir heykəltəraş kimi, böyük bir diqqətlə hazırlayarlar. Hər hissəciyin sərtliyini, uzunluğunu, formasını, girinti-çıxıntıların, bir-birləriylə kəsişəcəyi yerləri qüsursuzca hazırlayan və inşa edən bu hüceyrələrə hər addımlarını ilham edən Uca Allahdır.
Qanın laxtalanması, şosedə meydana gələn bir qəzaya təcili zənglərlə yetişən patrul keşiyi və təcili yardımların ilk yardımlarını xatırladan bir əməliyyatdır.
Bədənin hər hansı bir bölgəsində bir qanama olduğunda ilk yardım trombosit adı verilən qan pulcuqlarından gəlir. Trombositlər qanın daxilində dağınıq olaraq gəzərlər, bu səbəblə qanama bədənin harasında olursa olsun mütləq o bölgəyə yaxın, patrul keşiyi kimi gəzən bir trombosit vardır.
“Von Willebrand” adında bir zülal isə, qəza yerini göstərərək kömək istəyən bir yol polisi kimi, trombositləri gördüyü vaxt qabağını kəsər və hadisə yerində qalmalarını təmin edər. Hadisə yerinə gələn ilk trombosit, eyni naqilsizlə kömək istədiyi kimi, bir maddə ifraz edərək, digərlərini də hadisə yerinə çağırır.
Bu vaxt, bədəndə iştirak edən 20 ferment bir yerə gələrək yaranın üstündə trombin adında bir zülal hazırlamağa başlayır. Trombin yalnız açıq yaranın olduğu yerdə istehsal olunar. Bu, hadisə yerində olan ilk yardım qrupunun, xəstə üçün lazım olan dərmanı hadisə yerində emal etməsi kimi bir hadisədir. Həmçinin bu istehsal tam ehtiyac olduğu qədər olmalıdır. Həmçinin bu zülalın istehsalı tam vaxtında başlamalı və tam vaxtında dayandırılmalıdır. Başlanğıc və dayandırma əmrini bu zülalı ifraz edən fermentlər öz aralarında verərlər.
Kafi miqdarda trombin zülalı ifraz olunduqdan sonra fibrinogen adı verilən liflər yaradılmışdır. Bu liflər qanın üstündə bir şəbəkə meydana gətirərlər və gələn trombositlər bu şəbəkəyə daxil olaraq toplanar. Bu təcrübə intensiv olduqda isə qanın çölə axışı dayanar. Burada bəhs edilən fermentlər, zülallar, cansız, şüursuz, kor atomların fərqli formalarda düzülmələrindən meydana gəlmiş strukturdur. Bunların hər biri, yaralanma hadisəsinin əvvəlindən etibarən boynuna bir vəzifə götürərək, ən təcili surətdə axan qanı dayandırmaq üçün “təşkilatlanarlar”. Bu atom toplusunun belə bir şüur göstərməsi isə şübhəsiz çox böyük bir möcüzədir və tamamilə təsadüflərə əsaslanan “təkamül” prosesinin məhsulu əlbəttə ola bilməz.
Trombin, qanı laxtalandıran bir zülaldır. Ancaq, bu zülal davamlı qanın içində dolanmasına baxmayaraq, hər zaman qanı laxtalandıraraq axışını dayandıra bilməz. Yalnız damarlardan birində qanama olduğunda laxtalanma lazım olduğunu başa düşər və qanı laxtalandırar. Əgər trombin heç dayanmadan vəzifəsini yerinə yetirmiş olsaydı, qandakı trombin zülalları səbəbiylə damarlardakı qanın hamısı laxtalanar və canlı yaşaya bilməzdi. Bəs, cansız və şüursuz atomlar, həm qanaxmanı dayandırmaq üçün bu zülalı hazırlamış, həm də bu zülalın canlıya zərər verməsinin qarşını almaq üçün lazımlı xüsusiyyətləri düşünüb meydana gətirmiş ola bilərlərmi? Şüursuz atomlar, bu qədər mərhələli, ətraflı və böyük bir bilik və qabiliyyət tələb edən mexanizmləri meydana gətirə bilərmi? Əlbəttə ki, xeyr. Bütün bunları hazırlayan və yaradan Uca Allahdır.
Qan, hüceyrələrin tullantıları yığan bir zibil qutusu kimidir. Tullantı maddələrini böyrəklərə daşıyar və bu maddələr böyrəklərdə təmizlənər. Hüceyrələrdə ifraz edilən zəhərli karbon qazı isə yenə qan tərəfindən ağciyərlərə daşınar və burada bədəndən xaric edilər.
Damarlarda hərəkət edən qan hüceyrələri, son dərəcə şüurlu bir şəkildə, tullantı maddələri və faydalı maddələri bir-birlərindən ayırd edə bilir və hansının hara ötürüləcəyini çox yaxşı bilirlər. Məsələn, heç vaxt zəhərli qazları böyrəklərə və ya tullantı maddələrini ağciyərə aparmazlar. Ya da, qidaya ehtiyacı olan bir orqana tullantı maddələrini aparmazlar. Qan hüceyrələrinin, heç bir çaşma, qarışdırma, ləngitmə və səhv olmadan, son dərəcə şüurlu bir şəkildə vəzifələrini yerinə yetirmələri, onlara nəzarət edən, nizama salan, təşkil edən bir ağıl və şüurun da varlığını göstərir. Qana bütün bu xüsusiyyətləri verənin və qüsursuz bir sistem yaradanın üstün qüdrət sahibi Allah olduğu açıq-aşkar bir həqiqətdir.
![]() |
Böbrekler diyaliz makinelerinden çok üstün özelliklere sahiptir. |
Böyrəklər, bədəndə gəzən qanı davamlı olaraq təmizləyərlər. Süzdükləri maddənin bir qismini bədənə istifadə edilmək məqsədilə geriyə qaytaran böyrəklər, işə yaramayan və zərərli olanları isə bədəndən xaric edərlər. Bəs böyrəklər bu ayrı-seçkiliyi necə edə bilər? Zülalı, proteini, natriumu, qlükozanı və digərlərini bir-birindən necə ayırd edə bilərlər?
Nəyin xaric edilib nəyin saxlanacağını qərar verən böyrəklərdəki “qlomerül” adı verilən və kapilyar damarlardan ibarət olan quruluşdur. Bir ət parçası, hansı maddənin nə qədərinin xaric edilib nə qədərinin saxlanacağına necə qərar verə bilər? Böyrəkləri seçici xüsusiyyəti ilə dizayn edən, nə kimya, nə fizika, nə də biologiya təhsili almamış, şüursuz atomlar və ya kor təsadüflər ola bilərmi? Əlbəttə ki, xeyr. Bütün bunlar, qüsursuz və şüurlu bir dizaynın, Allahın üstün yaradıcılığının dəlillərindəndir.
Böyrək, yalnız 5-7 sm yer tutar, səssizcə, hiss etdirmədən, dayanmadan və heç bir qulluğa ehtiyac duymadan işləyər; qanın keyfiyyətinə nəzarət edər, qan hüceyrələrinin istehsal olunmasını əmr edər, qandakı su miqdarını nizamlayar, təzyiqə nəzarət edər, qanı təmizləyər, bədənin ehtiyaclarına ən uyğun 2.400.000 filtr bölməsi fasiləsiz işləyər, işləməsi üçün xüsusi bir vaxt ayırmağa ehtiyac yoxdur, gündəlik həyatda insan harada olursa olsun işini davam etdirər.
Diyaliz aparatı, orta həcmli bir soyuducu böyüklüyündədir, elektriklə işləyir, səsli-küylüdür, 3-4 ildə köhnələr, davamlı qulluq tələb edər, böyrək işləmədiyi üçün bədəndə qan istehsal edilə bilməz, xəstə qansız qaldığı üçün tez-tez qan nəqli tələb edər. Steril xəstəxana şəraitində mütəxəssis həkim və texniklər tərəfindən işlədilər, bütün xəstələr yüksək təzyiq xəstəsidir, aparata bağlandıqda təzyiq həddindən artıq aşağı düşər, xəstənin nəfəsi daralar, titrəmə krizləri baş verər, qanaxmalar asan və tez baş verər, tez-tez əzələ spazmı meydana gələr, sadə bir filtrdir. Qanı kobudca süzdüyü üçün xəstə analiz edilər, azalan maddələr zərdabla yenidən verilər, insanı 3 gündə bir 5 saat müddətində yatağa məhkum edər, hərəkət etmə imkanı verməz.
Bir diyaliz aparatının təsadüfən meydana gələ bilməyəcəyini bilən insanların, ondan daha üstün xüsusiyyətlərə sahib olan böyrəklərin təsadüfən meydana gəldiklərini iddia etmələri böyük bir məntiqsizlikdir.