50 Maddədə Təkamül Nəzəriyyəsinin Süqutu (11-20)

11- Arxeopteriks, Sürünənlərlə Quşlar Arasındakı Itmiş Halqa Deyil

Arxeopteriks adlı 150 milyon illik quş fosili (daşlaşmış qalıntı), təkamülçülər tərəfindən 19-cu əsrdən bəri “təkamülün ən böyük fosil dəlili” olaraq göstərilmişdir. Bu quşun bəzi sürünən xüsusiyyətlərini göstərdiyi və buna görə sürünənlər ilə quşlar arasındakı “itmiş halqa” olduğu iddia edilmişdir. Ancaq Arxeopteriksin tamamilə uçucu bir quş olduğunu göstərən son tapıntılar bu iddianı etibarsız etmişdir. Həmçinin, quşların guya sürünən ataları olaraq qəbul edilən teropod dinozavrları Arxeopteriksdan daha gəncdir. Bu isə təkamülçülərin gizləməyə çalışdıqları bir həqiqətdir.

12- Məşhur “Atın Təkamülü” Ssenarisi Fosil Qeydləri Tərəfindən Təkzib Edilir

Onlarla ildir ki, “atın təkamülü”, təkamül nəzəriyyəsinin ən yaxşı sənədləşdirilmiş dəlillərindən biri olaraq göstərilmişdir. Müxtəlif dövrlərdə yaşamış dörd ayaqlı məməlilər kiçikdən böyüyə doğru düzülmüş və bu “at seriyaları” təbiət tarixi muzeylərində nümayiş etdirilmişdir. Halbuki son illərdəki tədqiqatlar, at seriyalarındakı canlıların bir-birlərinin atası olmadığını, ardıcıllıqların çox səhv olduğunu, atın əcdadı kimi göstərilən canlıların həqiqətdə atdan daha sonra yarandıqlarını irəli sürür.

rekonstrüksiyon

Evrimciler tamamen gerçek dışı resimler çizmekte, fosillerin rekonstrüksiyonlarını yapmaktadırlar. Hayal güçlerini yansıtmaktan başka bir anlamı olmayan bu çizim ve rekonstrüksiyonlar, evrimcilerin propaganda malzemesi olmuştur. İnsanlara, evrim senaryolarını telkin etmek için kullanılan bu yöntemin hiçbir bilimsel temeli yoktur.

13- Təkamülçülərin Meymun Adam Hekayələri Heç Bir Dəlilə Əsaslanmır

Darvinizmin ən qabaqcıl yalanı, insanların meymuna bənzər canlılardan təkamül keçirməsi iddiasıdır. Bu iddia, yaradılan minlərlə xəyali şəkil və maket yoluyla kütlələrə təlqin edilir. Halbuki həqiqətdə “meymun-adamların” yaşamış olduğuna dair heç bir dəlil yoxdur. İnsanın ən əvvəlki atası olaraq irəli sürülən Australopithecus, şimpanzenin çox fərqli olmayan soyu tükənmiş bir meymun növüdür. Təkamül sxemində Australopithecusundan sonra yerləşdirilən Homo erectus, Homo sapiens neanderthalensis, Homo sapiens archaic kimi siniflərinin isə, fərqli insan irqləridir. Bu təsnifatlar ilə dövrümüzün insanları arasındakı kiçik anatomik fərqlər, indiki vaxtda da Avstraliya yerliləri, piqmeylər, eskimoslar kimi fərqli insan irqləri arasında görülür.

14- 99% Meymun-Insan Bənzərliyi Iddiası Bir Yalandan Ibarətdir

Hərdən gündəmə gələn “insan və meymun genlərinin 99% oxşarlığı” ifadəsi illər əvvəl qəsdən ortaya atılmış təbliğat məqsədli bir şüardır.

Əvvəlcə, hər iki növün DNT-lərinin müqayisə olunması üçün ikisinin də gen xəritəsinin bilinməsi lazımdır. Ancaq bu ana qədər təkcə insanın genetik xəritəsi çıxardılmışdır. Şimpanze üçün isə hələ belə bir iş görülməmişdir.

Sensasional şəkildə elan edilən tədqiqatlarda insandakı 30 000 genin yalnız 97 %-i (mində 3-ü) müqayisə edilmişdir. Bu qədər qeyri-kafi bir tədqiqat ilə insan meymun arası bir nəsil bağı yaratmaq tamamilə təkamülçü ilkin mühakimələrdən qaynaqlanır. Təkamülçülərin bu ümumiləşdirməsi, yalnız 3 cümləsi oxunduğu təqdirdə iki kitabın 99% oxşar olduğunu elan etmək qədər absurddur.

İki canlının genləri qismən bənzədiyi üçün bənzərlik nisbəti seçilən genlərə görə dəyişkənlik göstərər. Heç bənzəməyən genlər seçilibsə əldə edilən nəticə 0%, tamamilə eyni genlər seçilibsə 100% olar. Qaldı ki, təkamülçülərin əks etdirmək istədiklərinin əksinə insan, genlərini təkcə şimpanze ilə bölüşdürməz. İnsan ilə meyvə ağcaqanadı və ya balina genlərinin müqayisə edildiyi bir təcrübədə tamamilə eyni genlər seçilibsə insan 100% meyvə ağcaqanadı və ya 100% balina ola biləcəkdir!

Nəticə olaraq insan və meymunun bütün genlərinin 99% eyni olduğunu iddia etmənin heç bir elmi əsası yoxdur.

15- İnsan Şüurunun Mənbəyi Təkamül Deyil, Yaradılışdır

Təkamül nəzəriyyəsi insan şüurunun necə yarandığını qəti surətdə açıqlaya bilməz. Şüursuz atomlar və təsadüflər; mədəniyyətlər quran, sənət əsərləri meydana gətirən, tibdən arxeologiyaya qədər bir çox elm sahəsi meydana gətirən, fəlsəfələr meydana gətirən, sevinən, heyranlıq duyan, bəstələr edən, dinlədiyi musiqidən zövq alan, yediyi qatığın dadından xoşlanan, dostları olan, vəfa, sədaqət, sevgi kimi anlayışları bilən, darıxan, özünü meydana gətirən atomları tədqiq edən, kosmos vasitələri hazırlayan, mikroskopu, lampanı icad edən insan şüurunu meydana gətirə bilməz. Şüurun, insanı yalnız maddə toplusu olaraq görən materialist fəlsəfə ilə açıqlanması mümkün deyildir. Beyindəki atomlar hiss edə bilməz, bilə bilməz, danışa bilməzlər. Şüur insan ruhuna aid bir xüsusiyyətdir və insana ruhunu verən Allahdır.

16- Canlılarda Korlaşmış Orqanlar Olduğu Iddiası Doğru Deyildir

Uzun vaxtdır təkamülçü mənbələrdə canlılardakı bəzi orqanların funksiyasız olduğu irəli sürülür və bunların o canlıların atalarından miras qalmış ancaq artıq istifadə etmədikləri orqanlar olduğu iddia edilir. Məsələn, insan bədənindəki appendiks (appendisit) və ya büzdüm, illərcə “korlaşmış orqan” sayılmışdır. Halbuki son illərin elmi tədqiqatları, bütün bu orqanların əhəmiyyətli funksiyaları olduğunu irəli sürmüşdür. Təkamülçülərin 20-ci əsrin əvvəlində irəli sürdükləri “korlaşmış orqanlar siyahısı” bu gün tamamilə çürümüş vəziyyətdədir. Eyni şəkildə, təkamülçülərin irəli sürdükləri “dəmir-dümür DNT” anlayışı, yəni DNT-nin böyük hissəsinin işə yaramaz olduğu iddiası da edilən yeni kəşflərlə çürüdülmüşdür.

17- Zülalların Təsadüfən Meydana Gəlmələri Qətiyyən Mümkün Deyildir

Həyatın quruluş modeli olan zülalların təsadüfən meydana gəlmələri riyazi olaraq qeyri-mümkündür. Məsələn, tərkibində 288 amin turşusu olan orta böyüklükdəki bir zülal molekulunun təsadüfən meydana gəlmə ehtimalı 10300-də 1 ehtimaldır. (Bu, 1 rəqəminin sağına 300 ədəd sıfır yazılmasından ibarət olan astronomik bir rəqəmdir.) Bu ehtimalın praktikada reallaşması isə qeyri-mümkündür. (Riyaziyyatda 1050-də 1-dən kiçik ehtimallar praktikada “sıfır ehtimal” qəbul edilərlər.) Tək bir zülalın belə təsadüfən meydana gəlməsini izah edə bilməyən təkamül nəzəriyyəsi, hüceyrənin və daha kompleks strukturların necə meydana gəldiyini əsla izah edə bilməz.

18- Cansız Molekulların Təsadüfən Bir Yerə Toplanması Canlıları Izah Edə Bilməz

Bir zülal molekulunun təsadüflərlə meydana gəldiyini fərz etsək belə canlıların təsadüfən özbaşına meydana gəlməsi qeyri-mümkündür.

Çünki zülaldan hüceyrəyə keçmək üçün, daha minlərlə mərhələ lazımdır. Əvvəlcə, mövcud olan bu zülal, o mühitdə ultrabənövşəyi şüalara və şiddətli mexaniki təsirlərə baxmayaraq heç bir pozulmağa məruz qalmadan, səbirlə dərhal yanında digərlərinin təsadüfən meydana gəlməsini gözləməlidir. Sonra kafi sayda və eyni yerdə mövcud olan bu zülallar mənalı şəkillərdə bir yerə gələrək hüceyrənin orqanoidlərini yaratmalıdır. Aralarına heç bir xarici maddə, zərərli molekul, faydasız zülal zənciri qarışmamalıdır. Sonra bu orqanoidlər son dərəcə planlı və mütəşəkkil bir şəkildə bir yerə gəlib, lazımlı fermentləri də yanlarına alıb bir pərdəylə örtünməli, bu pərdənin içi də bunlara ideal mühiti təmin edəcək xüsusi bir maye ilə dolmalıdır. Halbuki bu mərhələlərin hər biri ayrı-ayrı qeyri-mümkündür.

19- Hüceyrə Böyük Bir Şəhərdən Daha Kompleksdir

Təkamülçü ssenariyə görə, bundan dörd milyard il qədər əvvəl, primitiv dünya atmosferində bəzi cansız kimyəvi maddələr reaksiyaya girmiş, ildırımların, zəlzələlərin təsiriylə qarışmış və ilk canlı hüceyrə meydana gəlmişdir. Halbuki hüceyrə, elm adamlarının bənzətməsi ilə, Nyu York şəhəri qədər kompleks bir quruluşa malikdir. Hüceyrənin daxilində enerji istehsal edən stansiyalardan, zülal istehsal edən fabriklərə, xammalları daşıyan yük sistemindən DNT-ni tərcümə edən şifrə həll ediciyə, xəbərləşmə sisteminə qədər bir çox quruluş, qüsursuz bir təşkilat mühitində davamlı fəaliyyət halındadır. Təkamülçülərin hüceyrənin təsadüfən meydana gəldiyi iddiasına inanmaq, Nyu York şəhərinin bütün binaları, şoselər, daşıma sistemləri, elektrik və su şəbəkəsi və s. ilə birlikdə, təsadüfən meydana gələn tufan, zəlzələ kimi təbiət hadisələri nəticəsində özbaşına meydana gəldiyini iddia etmək qədər məntiqsiz və absurddur.

hücre

20- Hüceyrə Quruluşlarındakı Dizayn, Təkamül Nəzəriyyəsinin Əsassızlığını Göstərən Bir Dəlildir

İnsan bədənindəki təxminən 200 fərqli növdəki hüceyrə mükəmməl dizaynları vasitəsiylə fərqli vəzifələr yerinə yetirirlər. Məsələn, sinir hüceyrələrinin onurğa iliyindən ayağa qədər uzanan təxminən 1 metrlik uzadılmaları vardır. Bu vasitəylə xəbərdarlıqlar tək bir xətt üzərindən sürətlə gedəcəkləri yerə çatarlar. Qan hüceyrələri isə yalnız 7 mikrometr uzunluğundadır. Beləcə mikroskopik ölçüdəki kapilyar damarlardan ilişmədən keçə bilərlər. Gözdəki işığa həssas olan torlu hüceyrələrdə işığa həssas piqmentləri və sinir əlaqəsini daşıyan çox sayda pərdə vardır. Bu vasitəylə göz hüceyrələri işığa həssasdır. Nazik bağırsaqda da vəzifəsinə uyğun formaya sahib, qidaları əmən hüceyrələr vardır. Bütün bu hüceyrələr tək bir hüceyrənin bölünərək çoxalmasından meydana gəlmişdir. Yaxşı bütün bu hüceyrələrin dizaynını, vəzifələri üçün ən uyğun olan qüsursuz formalarını şüursuz atomlar və təsadüflərmi boyunlarına götürüblər? Təkamül nəzəriyyəsinin qəti surətdə izah edə bilməyəcəyi bu fövqəladə təşkilat və dizayn, Allahın yaratmasının bir dəlilidir.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • 50 Maddədə Təkamül Nəzəriyyəsinin Süqutu (01-10)
  • 50 Maddədə Təkamül Nəzəriyyəsinin Süqutu (11-20)
  • 50 Maddədə Təkamül Nəzəriyyəsinin Süqutu (21-30)
  • 50 Maddədə Təkamül Nəzəriyyəsinin Süqutu (31-40)
  • 50 Maddədə Təkamül Nəzəriyyəsinin Süqutu (41-50)
  • Nəticə