Təkamül nəzəriyyəsinin iddiasına görə, fosfor, karbon kimi şüursuz, ağılsız, qabiliyyətsiz, məlumatsız və cansız atomlar təsadüflər nəticəsində bir yerə gəlmişlər, ildırımlar, vulkanlar, ultrabənövşəyi şüalar, radiasiya kimi təbii hadisələr nəticəsində özlərini qüsursuzca təşkil edərək zülalları, hüceyrələri, balıqları, pişikləri, dovşanları, aslanları, quşları, insanları və bütün canlıları meydana gətirmişlər.
Təsadüfləri yaradıcı bir ilah qəbul edən təkamül nəzəriyyəsinin əsas iddiası budur. Belə bir iddiaya inanmaq isə ağıla, məntiqə və elmə ziddir.
Evrimcilerin en büyük yanılgılarından biri ilkel dünya olarak adlandırdıkları ortamda canlılığın kendiliğinden oluşabileceğini düşünmeleridir. |
Təkamül nəzəriyyəsi, yaşadıqları mühitə ən yaxşı adaptasiyanı təmin edən canlıların daha çox yaşamaq və çoxalmaq imkanı tapdıqlarını və bu şəkildə faydalı xüsusiyyətlərini sonrakı nəsillərə ötürə bildiklərini, növlərin bu “mexanizmlə” təkamülləşdiyini iddia edir.
Halbuki, təbii seleksiya olaraq bilinən bəhs olunan mexanizm, canlıları təkamülləşdirməz, onlara yeni xüsusiyyətlər qazandıra bilməz. Yalnız bir canlı növünə aid xüsusiyyətləri gücləndirə bilər.
Məsələn, bir bölgədə yaşayan dovşanlardan sürətli qaçanlar yaşayar, digərləri isə ölərlər. Bir neçə nəsil sonra bu bölgədəki dovşanlar daha sürətli qaçan fərdlərdən meydana gələr. Ancaq, heç bir zaman bu dovşanlar başqa bir canlı növünə (məsələn, tazılara və ya tülkülərə) təkamül edə bilməzlər.
Çitanın saldırdığı bu yavru büyük bir ihtimalle kaçmayı başaramayacaktır. Çünkü çita bu yavruya göre çok daha atik, güçlü ve tecrübelidir. Bu herkesin bildiği olayı evrimciler, "evrimleştirici bir mekanizma" olarak topluma kabul ettirmeye çalışırlar. Oysa açıktır ki bu yavru -ne kadar zaman geçerse geçsin- başka bir canlıya dönüşmeyecektir. |
Təkamül nəzəriyyəsinin bütün dünya səviyyəsində ən çox təkrar edilən dəlillərinin əsasında guya, 19-cu əsrdə İngiltərədə reallaşan sənaye inqilabı dövründəki güvə populyasiyası durur. İddiaya görə sənaye inqilabındakı hava çirkliliyi ağac qabıqlarının rəngini tündləşdirmiş, bu səbəblə tünd rəngli güvələr daha asan kamuflyaj olaraq ovçu quşlardan qorunmuş və nəticədə tünd rəngli güvələrin sayı artmışdır. Amma bu bir təkamül deyil, çünki yeni bir güvə növü yaranmamış, sadəcə onsuz da mövcud olan növlərin say nisbəti dəyişmişdir. Bunun xaricində, güvələrlə əlaqədar bu iddianın söykənildiyi hekayənin də doğru olmadığı aydın olmuşdur: Güvə ağaclar üzərinə qoyulmuş olaraq göstərən məşhur fotoşəkillərin saxta olduğu və iddia edildiyi kimi bir “sənaye melanizminin” (sənaye çirkliliyi səbəbiylə rəngin tündləşməsi) heç bir zaman yaşanmadığı aydın olmuşdur.
Mutasiyalar, insan bədəninə dair bütün məlumatların şifrəli olduğu DNT üzərindəki təsadüfi dəyişikliklərdir. Mutasiyalara radiasiya, kimyəvi maddələr kimi faktorlar səbəb olar. Təkamülçülər, mutasiyaların canlıları təkamülləşdirdiyini iddia edirlər. Halbuki mutasiyalar canlılara daim zərər verər, onları inkişaf etdirməz, onlara yeni funksiyalar (məsələn qanad, ağciyər kimi orqanlar) qazandıra bilməz. Onları ya öldürər ya da şikəst buraxarlar. Mutasiyaların bir canlını inkişaf etdirdiyini, ona yeni xüsusiyyətlər qazandırdığını iddia etmək, bir zəlzələnin bir şəhəri daha inkişaf etmiş və müasir bir hala gətirdiyini, və ya bir kompyuterə çəkiclə vurulduğunda yeni bir versiyasının yaranacağını iddia etməyə bənzəyir. Necə ki, müşahidə edilmiş heç bir mutasiyanın genetik məlumatı artırdığı görülməmişdir.
Orta əsrlərdən bəri inanılan “spontane jenerasyon” adlı səhv bir nəzəriyyə, cansız maddələrin təsadüfən bir yerə gəlib, canlı bir varlıq meydana gətirə biləcəyini nəzərdə tuturdu. 18-ci əsrə qədər, həşəratların yemək artıqlarından, siçanların da buğdadan meydana gəldiyi məşhur bir düşüncə idi. Darvinin Növlərin Mənşəyi adlı kitabını yazdığı 19-cu əsrdə isə, bakteriyaların cansız maddədən meydana gəldiyi inancı elm dünyasında məşhur bir qəbul görürdü.
Halbuki, Darvinin kitabının nəşr olunmasından beş il sonra, məşhur fransız bioloq Luis Pasteur, təkamülə əsas təşkil edən bu inancı qəti olaraq çürütdü. Pasteur etdiyi uzun iş və təcrübələr nəticəsində əldə etdiyi nəticəni belə yekunlaşdırmışdı: “Cansız maddələrin həyat meydana gətirə bilməsi iddiası artıq qəti olaraq tarixə basdırılmışdır”.
Bu həqiqət, yer üzündə həyatın özbaşına yaranmadığını, ancaq möcüzəvi bir yaradılışla başladığını da bir daha göstərmiş oldu.
Təkamül nəzəriyyəsi bir növün başqa bir növə çevrilməsinin ibtidaidən (sadədən) mürrəkəbə doğru, yavaş və mərhələli olduğunu iddia edər. Bu iddiaya görə, bu çevrilmə əsnasında “ara keçid formulu” adı verilən qəribə canlıların yaşamış olması lazımdır. Məsələn, keçmişdə hələ balıq xüsusiyyətlərini daşımasına baxmayaraq, bir tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanmış yarı balıq yarı sürünənlər, yarı meymun yarı insanlar, yarı sürünən yarı quş canlılar yaşamış olmalıdır. Əgər həqiqətən bu cür canlılar yaşayıblarsa, bunların qalıqlarına da fosil qeydlərində rast gəlinməlidir. Halbuki, illərdir böyük bir hərisliklə axtarılan bu ara-keçid formullarından əsər-əlamət yoxdur.
Bu gün bilinən əsas canlı kateqoriyalarının hamısına yaxın olanı, 530-520 milyon il əvvəl, “Kembri dövrü” adı verilən geoloji dövrdə eyni vaxtda və birdən-birə meydana gəlmişdir. Süngər kimilər, molyuskalar, qurdlar, dərisitikanlılar, buğumayaqlılar, onurğalılar kimi bir-birindən tamamilə fərqli bədən quruluşlarına sahib canlı kateqoriyaları, daha əvvəlki geoloji dövrlərdə heç bir bənzərləri mövcud deyilkən, bir anda meydana gəliblər. Bu həqiqət, təkamülçülərin, canlıların bir ortaq əcdaddan uzun zaman ərzində və mərhələ-mərhələ törədikləri iddiasını çürüdən əhəmiyyətli bir dəlildir.
Yer üzünün bir anda, son dərəcə fərqli bədən strukturlarına, son dərəcə mürəkkəb orqanlara sahib bir çox canlı ilə dolması, əlbəttə ki, bu canlıların yaradıldıqlarını göstərər. Təkamülçülər, Allahın varlığını və yaratmasını inkar etdikləri üçün bu möcüzəvi hadisəni qətiliklə açıqlaya bilməzlər.
Camın hammaddesi olan silis nasıl kendi kendine, aşama aşama bir kadehe dönüşemezse veya bir fotoğraf makinesinin parçaları yavaş yavaş biraraya gelip fotoğraf makinesini oluşturamazsa, canlılar da cansız maddelerden zaman içinde kendi kendilerine ortaya çıkamazlar. |
Əgər həqiqətən bir təkamül baş versəydi, canlıların yer üzündə kiçik pilləli dəyişmələrlə yaranmaları və vaxt ərzində də dəyişməyə davam etmələri lazım idi. Halbuki fosillər (daşlaşmış qalıntı) bunun tam əksini göstərir. Fərqli canlı sinifləri, özlərinə bənzəyən əcdadları olmadan birdən-birə yaranıblar və yüz milyonlarla il ərzində heç dəyişiklik keçirmədən sabit bir şəkildə qalmışlar.
Təkamülçülər 400 milyon illik fosilləri (daşlaşmış qalıntı) olan Coelacanth sinfinə daxil olan balıqları, balıqlar və suda-quruda yaşayanlar arasında çox güclü bir ara keçid dəlili olaraq göstərirdilər. Bu canlının yetmiş milyon il əvvəl nəsli kəsilmiş bir növ olduğu zənn edildiyi üçün, təkamülçülər fosili üzərində hər cür fərziyyəni irəli sürmüşlərdir. Ancaq 22 dekabr 1938-ci ildə Hind okeanı sahillərində Coelacanth bir canlı olaraq tapıldı. Sonrakı illərdə başqa bölgələrdə də 200-dən çox Coelacanth tutuldu.
Bu balıqların tutulmasıyla bərabər, bu canlılar üzərində irəli sürülən fərziyyələrin əsassızlığı da aydın oldu. Coelacanth, təkamülçülərin iddialarının əksinə olaraq quruya çıxmaq üzrə olan yarı balıq yarı amfibiya xüsusiyyətləri göstərən bir canlı deyildi. Hətta 180 metr dərinlikdən yuxarı dərhal heç çıxmayan bir dib balığı idi. Həmçinin, yaşayan Coelacanthlar ilə 400 milyon illik fosil nümunələri arasında heç bir fərq yox idi. Canlı, heç bir “təkamül” keçirməmişdi.
Təkamülçülər quşların sürünənlərdən təkamülləşdiyini irəli sürərlər, ancaq bu qeyri-mümkündür. Təkcə quş qanadları belə bunu sübut etmək üçün kafidir. İddia edildiyi kimi bir təkamül olması üçün, bir sürünənin ön ayaqlarının, genlərində meydana gələn mutasiyalar nəticəsində qüsursuz qanadlara çevrilmiş olması lazımdır ki, bu da mümkün deyil. Hər şeydən əvvəl bu nəzəri canlı yarım qanadla uça bilməyəcəkdir. Bir tərəfdən də ön ayaqlarından məhrum olacaqdır. Bu isə canlının şikəst olmasına və təkamül nəzəriyyəsinə görə yox olmasına səbəb olacaqdır. Həmçinin, uçuş üçün qanadların bütün təfərrüatlarının qüsursuzca meydana gəlməsi lazımdır. Qanadların; quşun sinə çıxıntısına möhkəm bir şəkildə bərkidilmiş olması lazımdır. Quşu havaya qaldırmağa, havadakı tarazlığını və hər istiqamətə hərəkətini təmin etməyə əlverişli bir quruluşda olması, qanad və quyruq tüklərinin yüngül, elastik və bir-biriylə mütənasib olması, qısaca uçuşa imkan verən mükəmməl bir aerodinamik nizamda işləməsi şərtdir. Qanadların bu qüsursuz quruluşunun necə olub da bir-birini izləyən təsadüfi mutasiyalar nəticəsində meydana gəlmiş ola biləcəyi sualı tamamilə cavabsızdır.