Bir quruluş və ya əsərdəki möcüzəliyi anlaya bilmək və təqdir edə bilmək üçün çox vaxt o quruluş və ya əsər haqqında ətraflı məlumat əldə etmək, onun haqqında düşünmək lazımdır. Məsələn, Misir piramidaları haqqında ətraflı məlumatı olmayan biri, bunları yalnız səhra ortasındakı daş yığınları olaraq görə bilər, hətta niyə dünyanın 7 möcüzəsindən biri olduğunu mənasız görə bilər. Ancaq bu piramidaların hər birinin ortalama 2,5 ton ağırlığında, təxminən 2,3 milyon böyük daşlardan meydana gəldiyi, piramidaların əraziyə yerləşdirilməsində istifadə edilən həndəsi məlumatı, daşların seqmentindəki qüsursuzluq, quruluşun nəhəng ölçüsü və bu piramidaların tikildiyi dövrdəki şərt və texnologiya öyrənildiyində, ortada həqiqətən bir möcüzə olduğu açıqca görüləcək. Piramidaların iç arxitekturası, içlərindəki dəhlizlər və daha bir çox sirr nöqtə öyrənildiyində isə, bu möcüzələrə heyranlıq daha da artacaq.
Bu nümunədə olduğu kimi, xarici görünüşünün mükəmməlliyi ilə bir çox möcüzə xüsusiyyətə sahib olan insan bədəni üçün də eyni vəziyyətdən bəhs olunur. İnsan əgər incəlikləri öyrənməz və bunlar üzərində düşünməzsə, hər an yaşadığı möcüzələrin fərqində ola bilməz. Halbuki, qarşıdan gələn avtomobilin özünə vurmasını zənn edib qorxduğunda, qripə tutulduğunda, qan təzyiqi yüksəldiyində, ya da bir yoldaşı ilə qarşılaşıb salamlaşdığında, hər insanın bədənində fövqəladə hadisələr reallaşar. Saniyələr, hətta salisələr (Saniyənin altmışda biri olan zaman vahidi) içində gözlə görülə bilməyəcək qədər kiçik molekullar insanın içində arı kimi işləyərək insanın özünün də anlamaqda çətinlik çəkəcəyi qədər kompleks olan, çoxlu məlumat və mütəxəssislik tələb edən işlər görərlər.
Bütün kainatı, canlıları və insanı yaradan uca Allah, şübhəsiz bu qüsursuz sistemləri və möhtəşəm qabiliyyətləri olan molekulları bir məqsədlə, hikmətlə yaratmışdır. Bu səbəblə ağıl və vicdan sahibi hər insan, Allahın yaratdıqlarındakı möcüzələri öyrənməli və bunlar üzərində düşünməlidir. Bunları öyrənmək, bu möcüzələri yaradan Rəbbimizin sonsuz gücünü, elmini, ağlını, böyüklüyünü və əzəmətini daha yaxşı qavramağımıza vəsilə olar. Allah ayədə bildirdiyi kimi, "…Qulları içində isə Allahdan ancaq alim olanlar 'içləri titrəyərək-qorxar..." (Fatır surəsi, 28)
Bu kitab, Rəhman və Rəhim olan Rəbbimizin varlığının bəzi dəlillərini, Onun yaratdıqlarındakı qüsursuzluğu hər kəsin asanlıqla görüb anlaya biləcəyi və üzərində düşünə biləcəyi şəkildə izah etmək üçün hazırlanıb. İnsan, Allahın yaratdığı bir varlıqdır. Kitab boyunca da görüləcəyi kimi, atomlar, ən kiçik molekuluna qədər Allahın elmiylə hərəkət edir və kainatdakı bütün varlıqlar kimi Onun gücünə boyun əymişlər.
Ağilli Dizayn, Yəni Yaradiliş Allahın Yaratmaq Üçün Dizayn Etməyə Ehtiyacı Yoxdur Kitab boyunca bəzən istifadə edilən 'dizayn' ifadəsinin doğru başa düşülməsi əhəmiyyətlidir. Allahın qüsursuz bir dizayn yaratmış olması, Rəbbimizin əvvəlcə plan qurub sonra da yaratması mənasını verməz. Bilinməlidir ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı bir 'dizayn' etməyə ehtiyacı yoxdur. Allahın hazırlaması və yaratması eyni anda olur. Allah bu cür əskikliklərdən münəzzəhdir.
Allahın bir şeyin, ya da bir işin olmasını dilədiyində onun olması üçün yalnız "Ol!" deməsi kifayətdir. Ayələrdə belə buyurulur: Bir şeyi dilədiyi zaman, Onun əmri yalnız: "Ol" deməsidir; o da dərhal olar. (Yasin surəsi, 82)
Göyləri və yeri (örnəksiz) yaradandır. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: “Ol !” –deyər, o da dərhal olar. (Bəqərə surəsi, 117)