Təxminən 3 kq ağırlığında və 50 sm boyunda yeni doğan bir körpənin, iyirmi, iyirmi beş il içində 80 kq ağırlığında 1.80 m uzunluğunda yetkin bir insan olmasını təmin edən nədir?
Bu problemin cavabı, hipofiz vəzisindən ifraz olunan möcüzə bir molekulda, böyümə hormonunda gizlidir. Böyümə əməliyyatı iki fərqli şəkildə reallaşar. Bəzi hüceyrələr həcmlərini artırarlar. Bəzi hüceyrələr də bölünərək çoxalarlar. Məhz bu iki əməliyyatı da təmin edən və idarə edən böyümə hormonudur.
Böyümə hormonu hipofiz vəzisindən ifraz olunar və bütün bədən hüceyrələrinə təsir edər. Hər hüceyrə hipofiz vəzisindən özünə gələn mesajın mənasını bilər. Əgər böyüməsi lazımdırsa böyüyər, bölünərək çoxalması lazımdırsa çoxalar.
Məsələn, yeni doğulmuş bir körpənin ürəyi yetkin halının təxminən 16\1 qədərdir. Buna qarşı hüceyrənin sayı yetkin ürəyindəkilərlə eynidir. Böyümə hormonu inkişaf dövründə ürək hüceyrələrinə tək-tək təsir edər. Hər hüceyrə böyümə hormonunun özünə əmr etdiyi qədər inkişaf göstərər. Beləcə ürək də böyüyərək yetkin bir insan ürəyi halına gəlir.(şəkil 48)
a.60 Milyon hüceyrə |
Şəkils 48,49: Yeni doğulmuş bir körpənin ürəyi yetkin halının təxmini olaraq 16-da biri qədərdir. Amma hüceyrə sayı yetkin insan ürəyindəkilərlə eynidir. |
Sinir hüceyrələrinin çoxalması da körpə hələ ana qarınında ikən, 6-cı ayın sonunda bitər. Bu mərhələdən doğuma və doğumdan yetkinliyə qədər olan dövrədə sinir hüceyrələrinin ədədləri sabit qalar. Böyümə hormonu sinir hüceyrələrinə də böyümələrini əmr edər. Beləcə sinir sistemi böyümə dövrünün bitməsiylə birlikdə son halını alar.(şəkil 49)
a. Sinir hüceyrələri |
Şəkil 50: Böyümə hormonu sinir hüceyrələrinə həcimli böyümələrini əmr edər. Beləcə böyümə dövrünün sonunda sinir hüceyrələri son halını alar. Şəkil 51: Əzələ və sümük hüceyrələri kimi bədəndəki bəzi hüceyrələr inkişaf dövrü boyunca bölünərək çoxalarlar. |
Bədəndə olan digər hüceyrələr -məsələn, əzələ və sümük hüceyrələri- inkişaf dövrü boyunca bölünərək çoxalarlar. Bu hüceyrələrə nə qədər bölünmələri lazım olduğunu bildirən də yenə böyümə hormonudur. (şəkil 50, 51)
Bu vəziyyətdə bu sualı soruşmamız lazımdır: Hipofiz vəzisi necə olur ki, hüceyrələrin bölünməsi və ya böyüməsi üçün lazımlı olan formulu bilir? Bu, son dərəcə möcüzəvi bir hadisədir. Çünki noxud böyüklüyündə bir ət parçası, bədəndə olan bütün hüceyrələrə hökm edir və bu hüceyrələrin həcm olaraq genişləyərək və ya bölünərək böyümələrini təmin edir.
Soruşulması lazım olan bir başqa sual da budur: Bu ət parçası belə bir vəzifəni niyə yerinə yetirir? Bu hüceyrələr nə üçün bir ömür boyu, digər hüceyrələrə bölünmələrini əmr edən bir mesaj göndərir?
Məhz bu nöqtədə Allahın yaratmasındakı mükəmməllik bir daha ortaya çıxar. Kiçik bir bölgədə olan hüceyrələr, trilyonlarca hüceyrənin bir nizam içində bölünmələrini və böyümələrini təmin edir. Halbuki bu hüceyrələrin insan bədənini çöldən görmələrinə, bədənin nə qədər böyüməsi və hansı mərhələyə gəldiyində dayanması lazım olduğunu bilmələrinə imkan yoxdur. Bu şüursuz hüceyrələr, bədənin qaranlığı içində, nə etdiklərini belə bilmədən böyümə hormonu istehsal edir və istehsalı dayandırmaları lazım olduğu zaman da dayandırırlar. Elə qüsursuz bir sistem yaradılmışdır ki, böyümənin və bu hormonun ifraz olunmasının hər mərhələsi idarə altındadır.
Böyümə hormonunun bəzi hüceyrələrə həcm olaraq böyümələrini, bəzi hüceyrələrə də bölünərək çoxalmalarını əmr etməsi ayrı bir möcüzədir. Çünki hər iki hüceyrəyə çatan hormon bir-birinin eynisidir. Ancaq əmri alan hüceyrənin genetik şifrəsinə nə şəkildə hərəkət etməsi lazım olduğu yazılmışdır. Böyümə hormonu böyümə əmrini verər. Bunun nə şəkildə ediləcəyi o hüceyrənin içində yazılıdır. Bu da insan bədəninin hər nöqtəsinin yaradılışındakı qüdrət və ehtişamı bir daha sübut edir.
Burada çox əhəmiyyətli bir təfərrüat vardır: Böyümə hormonunun bütün bədən hüceyrələri üzərində təsirli olması da böyük bir möcüzədir. Bəzi hüceyrələr böyümə hormonuna itaət edərkən, bəzi hüceyrələrin bu hormona üsyan etmələri istənməyən nəticələrə səbəb olardı. Məsələn, ürək hüceyrələri böyümə hormonunun əmr etdiyi şəkildə böyüyərkən, sinə qəfəsi hüceyrələri çoxalmağı və böyüməyi rədd etsələr, böyüyən ürək kiçik qalan sinə qəfəsi içində sıxışar və nəticə ölüm olardı.
Ya da burun sümüyü böyüyərkən burun dərisi böyüməsini dayandırsa, burun sümüyü burun dərisini cıraraq çölə çıxardı. Əzələlərin, sümüklərin, dərinin və orqanların bir-birləriylə uyğun bir şəkildə böyümələri, hər hüceyrənin tək-tək böyümə hormonuna itaət etməsi vasitəsiylə qüsursuz bir şəkildə təmin edilir. Böyümə hormonu, sümüklərin ucundakı qığırdaq bağının inkişafı üçün də əmr verər. Bu qığırdaq, yeni doğan bir körpənin ürəyi kimidir. O böyümədikcə, körpə də böyüyə bilməz. 9. Burada olan hüceyrələr sümüyü uzunlamasına böyüdürlər. Yaxşı, bu hüceyrələr sümüyün uzunlamasına böyüməsi lazım olduğunu haradan bilirlər? Əgər bu sümük yana doğru böyüsə qıç uzana bilməyəcək, hətta qıç sümüyü bu bölgədə dərini cıraraq çölə çıxacaq. Ancaq uca Rəbbimiz, insan bədənindəki hər təfərrüatlı və məlumatı hər hüceyrənin nüvəsinə yerləşdirmişdir. Beləcə sümüklər uzunlamasına böyüyər.
a. Hipotalamus |
Həyatımız üçün həyati əhəmiyyət daşıyan hormonların ifraz olunmasına qərar verən hipotalamus, bədənimizdə olduqca kiçik bir yer örtər. |
Böyümə hormonunda görülən bir başqa möcüzə də bu hormonun ifraz olunduğu dövr və miqdarla əlaqədardır. Böyümə hormonu tam olaraq lazım olan miqdarda və ən sıx olaraq da böyümə dövründə ifraz olunar. Bu, çox əhəmiyyətli bir möcüzədir. Çünki ehtiyac duyulandan bir az daha az və ya bir az daha çox hormon ifraz olunması vəziyyətində olduqca təhlükəli nəticələr ortaya çıxar. Əgər böyümə hormonu az ifraz olunsa balacalığa, çox ifraz olunsa nəhəngliyə yol açar.10
a. Hormon |
Şəkil 52: Hipotalamus eynilə bir orkestr şefi kimi bədənin hormonal tarazlığını idarə edər. |
Məhz buna görə bədəndə böyümə hormonunun ifraz olunma miqdarını təşkil edən çox xüsusi bir sistem yaradılmışdır. Bu hormonun ifraz olunma miqdarına hipofiz vəzisinin idarəçisi sayılan hipotalamus qərar verir. Böyümə hormonu ifraz olunması lazım olduğu zaman hipofizə "böyümə hormonu ifraz etdirici hormon" (GHRH) göndərər. Qanda lazımından çox böyümə hormonu olduğu zaman da, hipotalamus hipofizə bir mesaj (somatostatin hormonu) göndərərək böyümə hormonunun ifraz olunmasını yavaşladar. (11) (şəkil 52)
a.Böyümə hormonu |
Şəkils 53, 54: Hipotalamus, hər hansı bir insanın edə bilməyəcəyi əhəmiyyətli bir vəzifəni yerinə yetirir. Tükcük damarın içindəki böyümə hormonlarını ayırt edər və bunları sayar. Bu mövzuda təhsili olmayan bir insanın belə bir vəzifəni yerinə yetirməsi qətiliklə qeyri-mümkündür. |
Yaxşı, hipotalamusu meydana gətirən hüceyrələr, qanda nə qədər böyümə hormonu olması lazım olduğunu haradan bilirlər? Necə olur ki, qanda olan böyümə hormonun miqdarını ölçər və bu vəziyyətə görə bir qərar verə bilərlər? Bu vəziyyətin nə qədər böyük bir möcüzə olduğunu anlamaq üçün bu nümunə üzərində düşünək:
Bir insanı xüsusi bir cihaz köməyi ilə milyardlarla dəfə -insan bir hüceyrə ölçüsünə düşənə qədər- kiçiltdiyimizi fərz edək. Bu insan xüsusi bir kapsulaya yerləşdirilib hipotalamus bölgəsində olan hüceyrələrdən birinin yanına yerləşdirilsin.
Bu adamın vəzifəsi, qarşısından keçən kapilyarların içində olan böyümə hormonu molekullarını saymaqdır. Əgər bu molekul sayında bir azalma və ya artma olsa bunu da müəyyən etməkdir. Bilindiyi kimi qan mayesinin içində minlərlə fərqli maddə var. Molekulyar strukturlar düşünüldüyü zaman bir insanın önünə qoyulan şəklin böyümə hormonunamı, yoxsa başqa bir maddəyəmi aid olduğunu bilməsi (əgər bu mövzuda mütəxəssis bir elm adamı deyilsə) qeyri-mümkündür. Ancaq hipotalamusa yerləşdirdiyimiz insanın milyonlarla molekul içində böyümə hormonlarını mütləq tanıması lazımdır. Həmçinin bu hormonun miqdarını da hər an nəzarət etmək məcburiyyətindədir.(şəkil 53, 54)
Bir insan üçün belə olduqca çətin görünən bu vəzifəni, şüursuz hipotalamus hüceyrələri necə edirlər? Hər an qanda olan böyümə hormonu miqdarını necə ölçürlər? Böyümə hormonunu digər molekullardan necə ayırd edirlər? Bu hüceyrələrin molekulları tanımalarını təmin edəcək gözləri, vəziyyət qiymətləndirməsi edəcək bir beyinləri yoxdur. Ancaq Allahın qurduğu sistem içində özlərinə əmr edilən vəzifəni səhv etmədən yerinə yetirərlər. Bu qüsursuz sistem sayəsində insan son dərəcə mütənasib, estetik bir bədənə və orqanlara sahib olar. Allah, yaratdığı hər şey kimi insanı da mükəmməl xüsusiyyətlərlə birlikdə var etmişdir:
O Allah ki, yaradandır, (ən gözəl bir şəkildə) qüsursuzca var edəndir, 'şəkil və surət' verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların hamısı Onu təsbih edir. O, Əziz, Hakimdir. (Həşr surəsi, 24)