Təhlükə və ya bir qorxu anında hər insana kömək edən bir molekul vardır: Adrenalin hormonu. Bu hormon, məsələn, idarə etdiyi təyyarədə qəza baş verən bir pilotun beyin hüceyrələrini həyəcana keçirər, beyninə daha çox qan və şəkər göndərər və pilotun daha diqqətli ola bilməsini təmin edər. Eyni zamanda pilotun ürək döyüntülərini və qan təzyiqini artırar, daha cəld və daha sürətli ola bilməsini təmin edər; tənəffüs yollarını açar, beləcə daha çox oksigen almasını, əzələ və beyin hüceyrələrinə daha çox qan getməsini təmin edər. Skeleti və əzələləri daha güclü sıxar, qanda olan şəkər səviyyəsini artırar və beləcə pilotun ehtiyacı olduğundan da çox enerji alması üçün imkan verir.
a. Adrenalin |
Böyrəküstü vəzilərinin çıxardıqları və yığdıqları bu möcüzəvi hormon bir çox xüsusiyyətə malikdir və Allahın üstün elminin və qüsursuz yaradılışının bir dəlilidir.
Əvvəlcə adrenalinin yuxarıda sayılan təsirləri necə meydana gətirə bildiyini araşdıraq. Təhlükənin ortaya çıxması ilə birlikdə bədəndə həyəcan düyməsi basılar. Beyin, böyrəküstü vəzilərinə ildırım kimi bir əmr göndərər. Böyrəküstü vəzinin iç bölgəsində olan hüceyrələr həyəcan vəziyyətinə keçər və təcili olaraq adrenalin hormonu ifraz edər. Adrenalin molekulları qana qarışar və bədənin müxtəlif bölgələrinə dağılar. (şəkil 29,30,31) İfraz olunan adrenalin molekulları, beyin, ürək və əzələlər kimi həyati orqanlara gedən damarları genişlədər, beləcə bu orqanların ehtiyacı olan çox qan təmin edilmiş olar.5(şəkil 32) Adrenalin molekullarının etdiyi tənzimləmə ürəyə, beyinə və əzələlərə gedən damarları açarkən, qaraciyərə və dəriyə gedən damarları daraldır. (şəkil 33) Beləcə bədən üçün ehtiyac olunan dəstək ən yaxşı şəkildə təmin edilmiş olar.
Dəriyə az qan nasosla vurulmasının bir başqa səbəbi də vardır: Bu vasitəylə hər hansı bir yaralanmada qan itirmə riski ən aza düşmüş olacaq. Həddindən artıq həyəcan qarşısında dəridə müşahidə edilən solğunluğun səbəbi də, o anda dəriyə daha az qan nasosla vurmuş olmasıdır. 6
Heç bir zaman səhvən ürəyə və ya beyinə gedən damarlar daralıb, qaraciyərə və ya dəriyə gedən damarlar genişlənməz. Adrenalin molekulu nə etməsi lazım olduğunu çox yaxşı bilir. Bədəninizdə olan yüzlərlə damarın diametri və bu damarların hara nə miqdarda qan çatdırdıqları, gözlə görülməyən bir hormon tərəfindən nizamlanır.
Adrenalin molekulları hər orqan üçün fərqli bir məna daşıyar; damara getdiyi zaman damarı genişlədən adrenalin molekulu, ürəyə getdiyi zaman da ürək hüceyrələrinin sıxılmalarını sürətləndirər. Beləcə ürək daha sürətli döyünər və əzələlərə həddindən artıq güc əldə edə bilmələri üçün ehtiyacları olan qan təmin edilmiş olar. (şəkil 34)
Adrenalin molekulu əzələ hüceyrələrinə çatdığı zaman da əzələlərin daha güclü bir şəkildə sıxıla bilmələrini təmin edər. (şəkil 35)
a. Böyrəküstü bezi |
Şəkil 29: Qorxu və ya həyəcan anında beyin, böyrəküstü bezlərinə ildırım kimi bir əmr göndərər. Şəkil 30: Böyrəküstü vəzisinin iç bölgəsində olan hüceyrələr dərhal həyəcan vəziyyətinə keçər. Şəkil 31: və təcili olaraq adrenalin hormonu ifraz edər. |
Qaraciyərə çatan adrenalin molekulları, burada olan hüceyrələrə, qana daha çox şəkər qarışdırmalarını əmr edər. Beləcə qandakı şəkər miqdarı artar və əzələlərin ehtiyacı olduğundan da artıq yanacaq təmin edilmiş olar. (şəkil 36)
a. Damar divarı |
Şəkil 32: Adrenalin hormonu beyin, ürək və əzələlər kimi əsas orqanlara gedən damarları genişlədərək bu orqanlara qan axışının artmasını təmin edər. |
Bu çox kiçik molekul, nə vaxt nə etməsi lazım olduğunu çox yaxşı bilir, ehtiyac olmadığı müddətdə insan bədənini əsla həyəcan vəziyyətinə keçirmir. Bunun xaricində hansı hüceyrələrə getməsi lazım olduğunu, hansılarına necə bir əmr verməsi lazım olduğunu da çox yaxşı bilir və bunu heç unutmur. Həmçinin, bütün bunlar, hüceyrələri, orqanları və funksiyalarını çox yaxşı tanıması və bildiyini də göstərir. Bədənin nə vaxt bu vəziyyətdən çıxardılması lazım olduğu mövzusunda da heç vaxt səhvə yol vermir.
a. Damar divarı |
Şəkil 33:Adrenalin hormonu qaraciyərə və dəriyə gedən damarları daraldaraq qanın o an ehtiyac duyulan orqanlara getməsini təmin edər. |
Əks halda, yəni belə bir səhv etdiyində bədəndə təmir edilməz ziyanlar meydana gələ bilər. Ancaq bu kiçik molekullar böyük bir məsuliyyət şüuruyla işləyir. Bir neçə atomun müəyyən bir nizam ilə birləşməsindən meydana gələn, cansız, şüursuz, beyni və gözü olmayan bir molekulun bu qədər ağıllı, mütəşəkkil və ardıcıl bir şəkildə hərəkət etməsi mümkünmüdür? Yaxşı bütün bunları, gözlə görülməyəcək qədər az miqdardakı mayenin öz ağlı və iradəsi ilə reallaşdırması mümkün ola bilərmi? Əlbəttə ki, xeyr.
Şəkil 34,35: Adrenalin hormonu sayəsində ehtiyac anında insan bədəni güc və müqavimət qazanar. |
Bütün bu izah edilənlər, bədənimizdəki hər molekulu Allahın yaratdığını və bunların, həyatımız boyunca hər an uca Allahın gücü, iradəsi, idarəsi və əmri ilə fəaliyyət halında olduğunu göstərən dəlillərdən yalnız biridir. Uca Allahın gücü, qüdrəti, yaradılışındakı üstün elm və ağıl hər an, hər yerdə təcəlli edir. Quranda bildirildiyi kimi;
"Göylərdə və yerdə nə varsa hamısı Allahındır. Allah, hər şeyi əhatə edəndir." (Nisa surəsi, 126)
a. Qaraciyər hüceyrəsi |
Şəkil 36: Qaraciyərə çatan adrenalin molekulları burada olan hüceyrələrə, qana daha çox şəkər qarışdırmalarını əmr edər. Beləcə qandakı şəkər miqdarı artar. |