Mədədən bağırsaqlara gələn həzm edilmiş qidaların içində güclü turşular olur. Bu vəziyyət onikibarmaq bağırsaq üçün ciddi bir təhlükə meydana gətirir. Çünki onikibarmaq bağırsağının mədə kimi özünü qoruya biləcək xüsusi bir təbəqəsi yoxdur.
O halda necə olur ki, onikibarmaq bağırsaq turşulardan zərər görmür? Bu problemin cavabını tapmaq üçün həzm əsnasında reallaşan hadisələri araşdırdığımızda bədənimizdə reallaşan möcüzəvi hadisələrlə qarşılaşarıq.
a. Pancreas |
The duodenum and pancreas are pieces of flesh consisting of unconscious atoms. The way that they behave in such a conscious manner and exhibit such intelligent behavior is a manifestation of the creation and omniscience of God. |
Onikibarmaq bağırsağına mədədən qidalarla birlikdə gələn turşuların nisbəti təhlükəli bir ölçüyə çatdığında, bağırsağın divarındakı hüceyrələrdən "sekretin" adlı bir hormon ifraz olunmağa başlayar. Onikibarmaq bağırsağı qoruyan bu sekretin hormonu incə bağırsağın divarındakı hüceyrələrdə "prosekretin" halında olur. Bu hormon həzm edilmiş qidaların asid təsiriylə başqa bir kimyəvi maddə olan sekretin halına çevrilər. (şəkil 141, 142).
Sekretin hormonu qana qarışaraq mədəaltı vəziyə gələr və ferment ifraz etməsi üçün mədəaltı vəzini köməyə çağırar. Onikibarmaq bağırsağının təhlükədə olduğunu sekretin hormonu vasitəçiliyi ilə öyrənən mədəaltı vəzi, "bikarbonat" molekullarını bu bölgəyə göndərər. Bu molekullar mədə turşusunu təsirsiz hala gətirər və onikibarmaq bağırsağını qoruyarlar.
İnsan həyatı üçün əhəmiyyətli olan bu əməliyyatlar necə reallaşır? Bağırsaq hüceyrələrinin ehtiyacları olan maddənin mədəaltı vəzidə olduğunu bilmələri, mədəaltı vəzini hərəkətə keçirəcək maddənin düsturunu bilmələri, eyni şəkildə mədəaltı vəzinin də bağırsaqdan gələn mesajı anlayaraq bikarbonat molekullarını ifraz etməyə başlaması Rəbbimizin yaratdığı bənzərsiz və möcüzəvi əməliyyatlardır.
Burada bağırsaq hüceyrələri üçün istifadə edilən "bilmək, xəbərdar olmaq" kimi hərəkətlər insan bədənində reallaşan hadisələri daha yaxşı vurğulamaq üçün istifadə edilir. Yoxsa ağıl sahibi hər insanın da təqdir edəcəyi kimi bir hüceyrənin düşünməsi, iradəyə sahib olması və qərarlar verməsi, başqa bir orqanın xüsusiyyətlərindən xəbərdar olması, formullar törədə bilməsi qətiliklə mümkün deyil.
Hüceyrələri bu xüsusiyyətlərlə birlikdə yaradan sonsuz elm sahibi uca Allahdır. Ağıl və vicdan sahibi bir insan üçün kainatın hər incəliyində uca Rəbbimizin sonsuz ağlının və üstün elminin dəlilləri var.
a. acid meter | c. Bikarbonat |
Şəkil 141, 142: Onikibarmaq bağırsaqda turşu tarazlığı təhlükəli səviyyəyə çıxdığında, sekretin hormonu vasitəsilə bikarbonat molekulları dövrəyə girər. Bu molekullar mədə turşusunu təsirsiz hala gətirər. |