Gözəl bir axşam yeməyi yediyinizi düşünək. Müxtəlif qidalardan ibarət olan bu yeməyi necə həzm edəcəyinizi indiyə qədər heç ağılınıza belə gətirməmiş ola bilərsiniz. Hətta bütün bu qidaların hər birinin fərqli fermentlərlə əməliyyata tabe olması lazım olduğunu da bilməmiş ola bilərsiniz. Bu mövzuda təhsil almamış bir insanın bu kimi məlumatlara sahib olmaması əlbəttə ki, normaldır. Ancaq bədəndəki bir orqan bu məlumatların bütününə malikdir. Bu orqan hansı qidanın necə fermentlə həzm ediləcəyini bilir. Heç bir qarışıqlıq və axsaqlıq çıxmadan, ən doğru vaxtda, ən doğru kimyəvi ifrazatı qidalara göndərər. Bu orqan mədəaltı vəzidir.
Mədəaltı vəzi bədəndəki ən əhəmiyyətli orqanlardan biridir. Mədəaltı vəzi damarlarda axan qanın içində nə qədər şəkər molekulu olması lazım olduğuna qərar verər. Əgər qandakı şəkər molekulu sayında bir azalma olsa mədəaltı vəzi dərhal ədədi artıracaq tədbirlər alar və bu tədbirlər adamın həyatını qurtarar. Əgər şəkər molekulu sıxlığı artsa bu səfər qandakı şəkər miqdarını azaldacaq tədbirlər alar.
a. Mədəaltı vəzi |
Figure 132: Mədəaltı vəzinin həzm əsnasında dövrəyə girməsi üçün xüsusi bir mesaj lazımdır. Bu mesaj, kolesistokinin adlı xüsusi bir fermentin qana qarışmasıdır. Bu ferment müəyyən bir səviyyəyə çatdığında mədəaltı vəzi xəbərdar edilər. Bunun üzərinə mədəaltı vəzi, onikibarmaq bağırsağına parçalayıcı fermentlərini ifraz etməyə başlayar. |
Mədəaltı vəzi həzm sisteminə göndərdiyi fermentlərlə də insan həyatında çox əhəmiyyətli bir rol oynayır. Eyni zamanda bağırsaqların mədə turşuları tərəfindən parçalanmasına maneə törədən ferment də yenə mədəaltı vəzi tərəfindən çıxarılar.
Bu vəzifələri tək-tək araşdırsaq, bəlkə də heç diqqətimizi çəkməyən bu orqanın bizim üçün nə qədər şüurlu və planlı hərəkət etdiyini və bizi mütləq bir ölümdən qoruyacaq qüsursuz bir sistemə sahib olaraq yaradıldığını görərik.
Həzm əməliyyatında mədəaltı vəzinin dövrəyə girməsi xüsusi bir mesaj ilə reallaşar. Mədədə həzm əməliyyatları davam edərkən xüsusi bir ferment olan "kolesistokinin" qana qarışmağa başlayar. Bu fermentin qanda müəyyən bir səviyyəyə çatması mədəaltı vəzini xəbərdar edər. Bu xəbərdarlıq mədəaltı vəziyə vəzifə zamanının gəldiyini bildirər və mədəaltı vəzi, parçalayıcı fermentlərini onikibarmaq bağırsağına ifraz etməyə başlayar. (28) (şəkil 132)
Mədəaltı vəzi, həzm əməliyyatının başladığını anlamaqla qalmır, bir də yediyiniz yeməklərin növlərini də anlaya bilir. və yediyiniz fərqli yeməklərə görə fərqli həzm fermentləri çıxarır. Məsələn, makaron və çörək kimi karbonhidratlı qidalar yediyiniz zaman mədəaltı vəzinin ifraz etdiyi ferment karbonhidrat parçalayıcı xüsusiyyətə malikdir. Bu qidalar onikibarmaq bağırsağına çatdığında mədəaltı vəzi karbonhidrat parçalayıcı xüsusiyyətdəki "amilaz" adlı fermenti çıxarar. (şekil 133).
a. Mədəaltı vəzi hüceyrələri |
Şəkil 133: Mədəaltı vəzi mədəyə düşən qidaların nələrdən meydana gəldiyini ayırd edər və bunları üyüdmək üçün fərqli fermentlər ifraz edər. |
Əgər qırmızı ət, balıq və toyuq kimi qidalar yeyirsinizsə, mədəaltı vəzi zülallı yemək yediyinizi dərhal anlayar. Yenə bu qidalar onikibarmaq bağırsağına çatdığında bu səfər zülalları parçalayacaq fərqli fermentlər olaraq "tripsin, kimotripsin, karboksipeptidaz, ribonukleaz və dezoksiribonukleaz" çıxarar və bu fermentlər zülal molekullarına hücum edər. Əgər yeməyinizin yağ nisbəti çoxdursa bu fermentlərlə birlikdə "lipaz" adlı yağları həzm edən bir ferment daha dövrəyə girər.
Görüldüyü kimi bir orqan, yediyiniz yeməyin nələrdən meydana gəldiyini anlayıb daha sonra bu qidaların həzm edilməsi üçün lazımlı olan kimyəvi mayeləri ayrı-ayrı çıxarır və bunları yalnız lazım olduğu anda ifraz edir. Mədəaltı vəzi, karbonhidrat molekulu üçün zülal parçalayıcı və ya yağ molekulu üçün karbonhidrat parçalayıcı maye ifraz etməz. Çıxardığı kompleks mayelərin kimyəvi düsturlarını unutmaz. Qarışığı meydana gətirən hər hansı bir maddəni kirlədər. Sağlam insanlarda mədəaltı vəzi ömür boyu tam lazım olduğu kimi xidmət edər.
Mədədə həzm davam edərkən mədə hüceyrələri boş dayanmazlar. Bu hüceyrələrdən bəziləri mədədə həzm edilən qidanın bir müddət sonra onikibarmaq bağırsağına çatacağını sanki anlamış kimi hərəkətə keçən mədə hüceyrələri mədəaltı vəzi hüceyrələrinə məktub yazmağa (hormon ifraz etməyə) və bu hüceyrələri köməyə çağırmağa başlayarlar. Ardından yazdıqları məktubları qan yolu ilə mədəaltı vəziyə göndərərlər.
Qana buraxılan məktub bədən içində səfər edər. Bu səfər əsnasında mədəaltı vəziyə gəldiyi zaman, mədəaltı vəzi hüceyrələri məktubu tanıyar və dərhal açarlar. Burada maraqlı olan qan yoluyla az qala bütün bədəni gəzdiyi halda məktubun digər orqanların hüceyrələri tərəfindən açılmaması və xüsusilə oxunmamasıdır. Bütün hüceyrələr bu məktubun mədəaltı vəzi üçün yazıldığını, özlərini xitab etmədiyini bilərlər. Çünki məktubun üzərində mədəaltı vəzinin ünvanı vardır. Yəni məktubun molekulyar quruluşu yalnız mədəaltı vəzi hüceyrələrinin pərdəsində olan qəbuledici molekullarla təsirləşəcək şəkildə xüsusi olaraq dizayn edilmişdir. Yəni mədə hüceyrəsi çıxardığı hormonun üzərinə həqiqətən bir ünvan yazmışdır. Üstəlik bədəndəki milyardlarla fərqli ünvan içindən mədəaltı vəzi hüceyrəsinin ünvanını doğru bir şəkildə yazmışdır. Bu ünvanın doğru şəkildə yazıla bilməsi üçün mədə hüceyrəsinin mədəaltı vəzi hüceyrəsinin bütün xüsusiyyətlərini bilməsi lazımdır. (şəkil 134).
a. Address: pancreas |
Şəkil 134: Mədə mədəaltı vəziyə hormonlar vasitəsilə bir mesaj göndərər. Bu mesaj möcüzəvi bir şəkildə bədən içində yolunu tapar və doğru ünvana çatar. |
Möcüzə yalnız ünvanın doğru yazılması ilə məhdudlaşmır. Mədə hüceyrəsinin göndərdiyi məktubun içində mesaj vardır. İnsan bədəninin dərinliklərində, bir-birlərindən çox uzaqda olan iki kiçik canlı (hüceyrə) məktublaşır və xəbərləşir. Bir-birlərini heç görmədikləri halda bir-birlərinin hansı dildən anladıqlarını bilirlər. Hətta bu xəbərləşmə bir məqsəd üçündür. İki hüceyrə sanki birlik olmuş və yediyiniz qidaların həzm edilməsi üçün plan qururlar. Şübhəsiz ki, bu həqiqi bir möcüzədir.
Özünə çatan məktubu (kolesistokinin hormonunu) oxuyan mədəaltı vəzi heç gözləmədən bu məktubdakı əmrə itaət edər. Dərhal qidaların həzm edilməsi üçün lazımlı fermentləri ifraz etməyə başlayar. Əgər onikibarmaq bağırsağa çatan qida zülaldırsa zülal parçalayan bir ferment çıxarar. Əgər qida karbonhidratdırsa bu zaman karbonhidrat parçalayan bir ferment çıxarar və bu fermenti onikibarmaq bağırsağına göndərər.
İndi önünüzə bir quru taxta qoyulduğunu və bu quru taxtanın üzərinə sıra ilə bir zülal molekulunun, bir yağ molekulunun və bir karbonhidrat molekulunun düsturlarının yazıldığını və bu molekulların atom düzülmələrini göstərən şəkillərin çəkildiyini düşünək. Ardından sizdən bu üç fərqli molekulyar quruluşun hər birini parçalayacaq ən uyğun molekulyar quruluşa sahib fermentlərin düsturlarını çıxarmanız və bu düsturları taxtaya yazmanız istənsin. (şəkil 135).
Bu molekulları parçalayacaq fermentlərin düsturlarını ancaq kimya mövzusunda mütəxəssis bir adam yaza bilər. Bu adam da uyğun düsturu öz təxəyyülünə əsaslanaraq yazmaz. Ancaq aldığı təhsil və daha əvvəl özünə öyrədilən məlumatlar istiqamətində bu düsturu yaza bilər.
a. Mədəaltı vəzi |
Şəkil 135: Mədəaltı vəzi hüceyrəsi kimya mövzusunda hər hansı bir insandan daha çox müvəffəqiyyətli və məlumatlıdır. İnsanlar, fermentlərin kimyəvi strukturlarını ancaq kimya təhsili alaraq belə bilərlər. Halbuki bu hüceyrələr heç bir təhsil almayıblar. |
Vəziyyət belə ikən, mədəaltı vəzi hüceyrələrinin çıxardıqları fermentlərin kimyəvi strukturlarını necə bildikləri sualı əhəmiyyət qazanır. Hər mədəaltı vəzi hüceyrəsi bəhs olunan düsturların məlumatlarına malikdir. Bu məlumata sahib olmaqla qalmaz, bildiklərini ən doğru şəkildə istifadə edər və insana yorulmadan xidmət edərlər. Mədəaltı vəzi hüceyrələri kimya mövzusunda insanlardan daha çox müvəffəqiyyətlidirlər. Çünki insanın bu düsturları çıxara bilməsi üçün təhsilə ehtiyacı varkən, kiçik bir hüceyrə bəhs olunan düsturları əzbərdən bilir.
Heç bir təsadüf hüceyrələrə bu cür üstün bir ağıl, bu cür xüsusi bir məlumat qazandıra bilməz. Heç bir təsadüf, hüceyrələrin bir-birləri ilə xəbərləşəcəkləri, bir-birlərindən kömək istəyəcəkləri bir sistem qura bilməz. Həmçinin heç bir təsadüf tək bir mədəaltı vəzi hüceyrəsinə tək bir kimyəvi düsturu öyrədə bilməyəcəyi kimi hüceyrəyə əlindəki məlumatı doğru vaxtda istifadə etmə qabiliyyəti də verə bilməz.
Bu cür möcüzəvi hadisələri bir-biri ardına meydana gətirən və onlara hər an işi ilham edərək insana xidmət etdirən güc, aləmlərin Rəbbi uca Allahdır.
And He has made everything in the heavens and everything on the earth subservient to you.It is all from Him.There are certainly Signs in that for people who reflect. (Surat Al-Jathiyya, 13)
In the heavens and earth there are certainly Signs for the muminun. And in your creation and all the creatures He has spread about there are Signs for people with certainty. (Surat Al-Jathiyya, 3)