35. Mövzu B12 Vitamininin Səfəri

Mədə mikozasının bir xüsusiyyəti, qan istehsalı edən sümük iliyinə iştirak etməsidir. Bədən üçün böyük əhəmiyyətə sahib B12 vitamininin sümük iliyinə çatmasını təmin edir. B12 vitamininin sümük iliyinə çatana qədər reallaşdırdığı səfər və mədə mikozasının bu səfərdəki rolu araşdırıldığında qarşımıza mikroskopik səviyyədə reallaşan böyük bir möcüzə çıxır.

B12 vitamini insan bədəninə daxil olduqdan sonra həzm sistemi boyunca bir səfər edər. Ardından incə bağırsaqdan qan dövranına keçiş edərək qana qarışar və sümük iliyi hüceyrələrinə çatar. (şəkil 127).

B12 vitamininin mənimsənməsi incə bağırsaqda reallaşır. Ancaq incə bağırsaqda olan hər hansı bir həzm hüceyrəsi B12 vitaminini tutmaz. Nazik bağırsağın kiçik bir bölgəsində yalnız B12 vitaminini tutmaqla vəzifələndirilmiş xüsusi bir hüceyrə qrupu var. (27). Bu hüceyrə qrupu bütün həyatlarını -möcüzəvi bir şəkildə- yalnız B12 vitaminini tutmağa həsr etmişlər. Bu hüceyrələr trilyonlarla molekul içindən B12 vitaminini ayırd edər və tutarlar. Yaxşı, B12 vitaminini bu hüceyrələr necə tanıyır, digər maddələrdən necə ayırd edə bilirlər? B12 vitaminini tutma zəruriliyini niyə hiss edirlər?

hipotalamus

Şəkil 127: B 12 vitamini bədənə daxil olduqdan sonra həzm sisteminə, ardından incə bağırsaqdan qan dövranına keçər.

Bu hüceyrələrin B12 vitaminini tutarkən göstərdikləri ağıl əlbəttə ki, bir təsadüf nəticəsində ortaya çıxa bilməz. Açıq aydın olduğu kimi bu sistemi üstün və güclü olan uca Allah xüsusi olaraq yaratmışdır. Sistemi bir az daha təfərrüatlı bir şəkildə araşdırdığımız zaman daha çox möcüzəvi yaradılış dəlilləri qarşımıza çıxar.

Nazik bağırsaqda olan hüceyrələr, sadə haldakı B12 vitaminini tanıya bilməzlər. B12 vitamininin bu hüceyrələr tərəfindən tanına bilməsi və tutula bilməsi üçün xüsusi bir molekulla işarələnilməsi lazımlıdır. Bu ehtiyac da əlbəttə ki, düşünülmüş və B12 vitamininin bağırsağa çatmadan işarələnilməsini təmin edəcək sistemdə qurulmuşdur.

B12 vitamini hələ mədədə olduğu sırada, mədə hüceyrələri B12 vitamini üçün xüsusi bir molekul çıxararlar. Bu molekul B12 vitamininin səyahətinin irəlidəki mərhələlərində ehtiyac olacağı bir "şəxsiyyət sənədidir". Bu şəxsiyyət sənədi B12 vitamininə möhkəm yapışar və B12 incə bağırsağa doğru səyahətinə davam edər. (şəkil 128).

hipotalamus

a. Mədə hüceyrəsi

Şəkil 128: B12 vitamini hələ mədədə olduğu halda, mədə hüceyrələri B12 vitamini üçün xüsusi bir molekul çıxararlar. Bu molekul B12 vitamininin səyahətinin irəli mərhələlərində ehtiyac olacağı bir "şəxsiyyət sənədidir".

Nazik bağırsaqda yalnız B12 vitaminini tapmaqla vəzifəli olan sərhəd məmurları (xüsusiləşmiş hüceyrə qrupu), B12 hüceyrəsinin qan dövranına keçməsini təmin edəcəklər. Amma bu məmurlar sadə halda olan B12 vitaminini tanıya bilmir. Məhz bu mərhələdə B12 vitamininin köməyinə əlindəki şəxsiyyət sənədi yetişər. Sərhəd polisləri bu şəxsiyyət vasitəsiylə trilyonlarla molekul arasından B12 vitaminini tanıyar və taparlar. Ardından yenə bu şəxsiyyət molekulunun köməyi sayəsində B12 vitamininin qan dövranına keçməsini təmin edərlər. Beləcə B12 qan yoluyla sümük iliyinə çatmağı bacarar.(şəkil 129, 130, 131).

Görüldüyü kimi mədə hüceyrələri B12 vitamininin bədən üçün əhəmiyyətini bilirlər. Ayrıca bağırsaq hüceyrələrinin B12 vitaminini tanımaq üçün necə bir işarəyə ehtiyacları olduğunu da bilir və bu işarə molekulunu xüsusi olaraq çıxarırlar. Gözləri, əlləri və beyni olmayan bağırsaq hüceyrələri də bu işarəni tanıyır və B12 vitaminini tutur.

Unudulmaması lazım olan bir başqa əhəmiyyətli nöqtə də, bütün bu hadisələr nəticəsində mənimsənən B12 vitamininin nə mədə hüceyrəsinin, nə də bağırsaq hüceyrəsinin işinə yaramadığıdır. B12 vitamini çox uzaqda, sümük iliyində istifadə edilir. Bu vitamin sayəsində insan bədənində qan çıxarıla bilir və insanın həyatını davam etdirməsi təmin edilir.

hipotalamus

a. Cells in the small intestine
b. Blood Circulation

Şəkil 129: İncə bağırsaqda olan hüceyrələr sadə haldakı B12 vitaminini tanıya bilməzlər. B12 vitamininin bu hüceyrələr tərəfindən tanına bilməsi və tutula bilməsi üçün xüsusi bir molekulla işarələnilməsi lazımlıdır.

Şəkil 130: B12 vitamininə mədə hüceyrələri tərəfindən verilən etiketlər məhz burada işə yarayar, incə bağırsaq hüceyrələri bu etiketi tanıyarlar və B 12-ni qəbul edərlər.

Yalnız bir vitaminin etdiyi səfər və bu səfərdəki incəliklər belə insan bədənində qurulmuş sistemin qüsursuzluğunun başa düşülməsi baxımından kifayətdir.

Şübhəsiz ki, bu əməliyyatlar əsnasında sərgilənən iti şüur və qüsursuz işləyiş bəhsi keçən hüceyrələrin iradəsi ilə reallaşa bilməz. Nəticədə hüceyrə deyilən varlıqlar şüursuz atomların birləşməsiylə meydana gələn strukturlardır. Hüceyrə içində şüur, iradə və ya bir güc axtarmaq çox mənasız olacaq. Buradakı sistemi yaradan da, hər şeyi yoxdan var edən aləmlərin Rəbbi uca Allahdır.

 

Qeydlər

27- Solomon, Berg, Martin, Villee, Biology, Saunders College Publishing, ABD, 1993, p. 977.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • 1. Mövzu Qandaki Maye Nisbətini Yoxlayan Nəzarətçilər
  • 2. Mövzu Bədəndəki Qüsursuz Təhlükəsizlik Sistemi
  • 3. Mövzu Ana Südü və Oksitosin Hormonu
  • 4. Mövzu Kalsium Ölçərlər
  • 5. Mövzu Şəkər Fabriki
  • 6. Mövzu Təcili Yardim: Adrenalin Hormonu
  • 7. Mövzu Bədəni Təmizləyən Lizozom Fermentləri
  • 8. Mövzu Qan Təzyiqini Yoxlayan Qüsursuz Sistem
  • 9. Mövzu Böyümə Hormonu
  • 10. Mövzu Bədənimizdəki Səhvsiz İşləyən Saat
  • 11. Mövzu Bədən İstiliyi Nizamlayan Möcüzə Molekul
  • 12. Mövzu Fövqəladə Həssas Tarazliq
  • 13. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -1
  • 14. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -2
  • 15. Mövzu Kişi Çoxalma Sistemindəki Hormonlar
  • 16. Mövzu Testosteron Hormonunun Digər Xüsusiyyətləri
  • 17. Mövzu Oksigen Daşiyan Möcüzə Molekul: Hemoqlobin
  • 18. Mövzu Hüceyrədəki Xəbərləşmə Sistemi
  • 19. Mövzu Mesajçi Hormonun Hüceyrə İçindəki Səfəri
  • 20. Mövzu Hüceyrədəki Ünsiyyət İdarəsi
  • 21. Mövzu Hüceyrədəki Zülallarin Hərəkəti
  • 22. Mövzu Sinir Hüceyrələrindəki Kimyəvi Ünsiyyət
  • 23. Mövzu Qabiliyyətli Xəbərçi Nitrat Oksid (NO)
  • 24. Mövzu Endokrin Hüceyrəsi NO (Nitrik Oksid) İstehsal Mərkəzi
  • 25. Mövzu Bədənimizdəki Enerji Stansiyasi
  • 26. Mövzu Qaraciyərə Yerləşdirilmiş "Bakteriya Məhv Etmə Maşinlari"
  • 27. Mövzu DNT-nin Çoxaldilmasi
  • 28. Mövzu Təmirçi Fermentlər
  • 29. Mövzu Zülal İstehsali
  • 30. Mövzu Zülal İstehsalinin Son Mərhələsi
  • 31. Mövzu Hüceyrə Pərdəsi və Mütəşəkkil 100 Trilyon İşçi
  • 32. Mövzu Eşidəndə Nələr Baş Verir?
  • 33. Mövzu Qanin Laxtalanmasi
  • 34. Mövzu Müdafiə Etmə Sistemi
  • 35. Mövzu B12 Vitamininin Səfəri
  • 36. Mövzu İnsan Bədəninin Kimyagəri: Mədəalti Vəzi
  • 37. Mövzu Hüceyrə Pərdəsindəki Daşiyici Molekullar
  • 38. Mövzu Bədəni Qorumaqla Vəzifəli Komplement Zülallari
  • 39. Mövzu Turşuya Qarşi Düstur Çixaran Molekullar
  • 40. Mövzu Yumurta Hüceyrələrinin Sərgilədiyi Şüur
  • Nəticə