34. Mövzu Müdafiə Etmə Sistemi

Bədənimizi bakteriya və virus kimi düşmənlərə qarşı qoruyan müdafiə etmə sistemi eyni intizamlı bir ordu kimi hərəkət edər. Müdafiə etmə sistemimizin düşmənlərinə qarşı döyüşü üç əhəmiyyətli hissədən meydana gəlir.

1- Düşmənin müəyyən edilməsi; ilk müdaxilə.
2- Ordunun müdaxiləsi; qızğın döyüş.
3- Sakit vəziyyətə qayıtma.

Müdafiə etmə sisteminin döyüşə başlamadan əvvəl mütləq düşməni yaxşı tanıması, ətraflı bir kəşfiyyat əldə etməsi lazımdır. Çünki hər döyüş, düşmənə görə dəyişən fərqliliklər göstərər. Hətta bu kəşfiyyat lazım olduğu kimi aparılmazsa, müdafiə etmə sistemimiz səhvən öz hüceyrələrimizə hücum edə bilər.

İlk müdaxilə müdafiə etmə sisteminin zibil yığan hüceyrələri olan faqositlərdən gəlir. Faqositlər düşmənə qarşı döyüşərlər. Bir mənada düşmənlə ilk fiziki təması təmin edən piyada birlikləri kimidirlər. (şəkil 117).

hipotalamus

a. Virus
b. Body temperature adjustment
c. Macrophage

Şəkil 117, 118: Faqositlər düşmənlə sinə -sinəyə bir döyüşərlər. Onların yetişə bilmədiyi vəziyyətlərdə dövrəyə makrofajlar girər və enerji təmin etmək üçün bədən istiliyini 39 C0 dərəcəyə çıxardar.

Bəzən faqositlər düşmənin yayılma sürətinə çata bilməzlər. Bu vəziyyətdə dövrəyə makrofajlar girər. Makrofajları da düşmənin içinə daxil olan süvarilərə bənzədə bilərik. Eyni zamanda makrofajlar, ifraz etdikləri xüsusi bir zülal sayəsində bədəndə ümumi həyəcan verilməsini, yəni bədən istiliyinin yüksəlməsini təmin edərlər. (şəkil 118).

Ancaq makrofajların çox əhəmiyyətli bir xüsusiyyətləri vardır. Makrofaj hüceyrəsi bir virusu tutub udduqda, virusun xüsusi bir hissəsini qopardır. Bu parçanı bir bayraq kimi üzərində daşıyar. Bu parça müdafiə etmə sisteminin digər işçiləri üçün bir işarə, eyni zamanda da bir kəşfiyyatdır.

hipotalamus

a. Way to T-cells
b. Virus
c. Helper T-cells

Şəkil 119: Köməkçi T hüceyrələri düşmənlə əlaqədar məlumatları öldürücü T hüceyrələrinə aparar.

Düşməni, makrofajdan aldıqları kəşfiyyat vasitəsiylə tanıyan köməkçi-T hüceyrələrinin ilk işi öldürücü T hüceyrələrinə xəbər vermək və onları çoxalmaları üçün xəbərdar etməkdir. (şəkil 119) Xəbərdar edilən öldürücü T hüceyrələri qısa müddətdə bir ordu halına gəlirlər. Köməkçi T hüceyrələri yalnız öldürücü T hüceyrələrini xəbərdar etməklə qalmazlar. Həm hadisə yerinə daha çox faqositin gəlməsini təmin edərlər, həm də düşmənlə əlaqədar yığdıqları məlumatları dalaq və linfa vəzilərinə çatdırarlar. (şəkil 120).

Linfa vəzilərinə çatıldığında daşınan bu məlumat sayəsində vəzifə sıralarını gözləyən B hüceyrələri hərəkətə keçirilər. (B hüceyrələri sümük iliyində çıxarıldıqdan sonra vəzifələrini gözləmək üçün linfa vəzilərinə gedərlər.) (şəkil 121).

hipotalamus

a. Virus x
b. B cells
c. lymph glands

Şəkil 120, 121: Köməkçi T hüceyrələri düşmənlə əlaqədar yığdıqları məlumatı linfa vəzilərinə göndərər. Bunun üzərinə linfa vəzilərində gözləyən B hüceyrələri hərəkətə keçər.

Hərəkətə keçən B hüceyrələri bəzi mərhələlərdən keçərlər. Xəbərdar edilən hər bir B hüceyrəsi eyni tipdə minlərlə hüceyrə yaranana qədər çoxalmağa başlar. Döyüşə hazır olan B hüceyrələri bölünər və dəyişərək plazma hüceyrələri halına gəlirlər. Plazma hüceyrələri də anti-cisimləri ifraz edərlər. İfraz olunan anticisimlər düşmənlə döyüşərkən istifadə ediləcək bir silahdırlar. B hüceyrələri saniyədə minlərlə silah (anticisim) çıxara bilirlər. Çıxarılan bu silahlar olduqca rahatdır. Əvvəl düşmənə bağlanacaq, sonra da düşmənin (antigenin) bioloji quruluşunu pozacaq xüsusiyyətdədirlər. (şəkil 122).

hipotalamus

a. B cells
b. Virus
c. MCH molecules

Şəkil 122, 123: B hüceyrələr bölünərək çoxalarlar və dəyişərlər. Bunun nəticəsində saniyədə minlərlə anticisim deyilən silah çıxara bilərlər. Əgər anti-cisimlər virusu tuta bilməzsə, bu dəfə dövrəyə T hüceyrələri girər və MHC molekulları vasitəsiylə virusları müəyyən edib tutarlar.

Əgər virus hüceyrənin içinə girsə, anticisimlər virusu tuta bilməzlər. Bu səfər dövrəyə yenə öldürücü T hüceyrəsi girər və MHC molekulları vasitəsiylə hüceyrənin içindəki virusları müəyyən edər və hüceyrəni öldürərlər. (şəkil 123).

Lakin virus öldürücü T hüceyrələrinin belə fərq edə bilməyəcəyi şəkildə kamuflyaj olarsa, bu səfər dövrəyə NK olaraq adlandırılan "təbii qatil hüceyrələr" (naturel killer cells) girərlər. Bu hüceyrələr digər hüceyrələrin fərq edə bilmədikləri, içlərində virus olan hüceyrələri korlayarlar. (şəkil 124).

Zəfər qazanıldıqdan sonra təzyiq göstərici T hüceyrələri döyüşü dayandırarlar. (şəkil 125) Döyüş bitmişdir; amma əsla unudulmayacaq. Yaddaş hüceyrələri artıq düşməni yaddaşına saxlamışdır. İllərlə bədəndə qalan bu hüceyrələr eyni düşmənlə təkrar qarşılaşıldığında müdafiə etmənin çox sürətli və təsirli olmasını təmin edərlər. (şəkil 126).

hipotalamus

Şəkil 124: NK, yəni təbii qatil hüceyrələr öldürücü T hüceyrələrinin fərq edə bilmədikləri virusları korlayarlar.

Bu döyüşün qəhrəmanları hərbi təhsildən keçməmişdir, ağıl sahibi insanlar deyil və milyonlar bir yerə gələndə bir nöqtənin içini doldurmayacaq qədər kiçik olan hüceyrələrdir.

Həmçinin heyranlıq oyandıran xüsusiyyətlərə sahib olan bu ordu, yalnız döyüşməklə qalmaz. Döyüşərkən istifadə edəcəyi bütün silahları özü çıxarar, bütün döyüş planlarını, strategiyalarını özü nizamlayar və döyüşdən sonra ortalığı təmizləyər.

Əlbəttə ki, müdafiə etmə sistemimiz də kainatdakı hər şey kimi öz yaradılışına uyğun hərəkət edir: Uca Allah Quranda bu şəkildə bildirir:

Və 'öz yaradılışına uyğun' Rəbbinə boyun əydiyi zaman; (İnşiqaq surəsi, 2)

hipotalamus

a. Təzyiqləyici t hüceyrələri
b. Virus
c. Yaddaş hüceyrəsi

Şəkil 125: Təzyiqləyici T hüceyrələri zəfər qazanıldıqdan sonra döyüşü dayandırarlar. Yanda, xərçəng hüceyrəsiylə (çəhrayı) döyüşən müdafiə etmə hüceyrələri (sarı) görülür.

Şəkil 126: Yaddaş hüceyrələridirsə döyüşün sonunda sonrakı hücuma hazırlıqlı ola bilmək üçün düşmənə aid məlumatları yaddaşlarına həkk edərlər. Müdafiə etmə sisteminin hər incəliyi, uca Rəbbimizin nümunəsiz və qüsursuz yaradılışının təcəllilərindəndir.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • 1. Mövzu Qandaki Maye Nisbətini Yoxlayan Nəzarətçilər
  • 2. Mövzu Bədəndəki Qüsursuz Təhlükəsizlik Sistemi
  • 3. Mövzu Ana Südü və Oksitosin Hormonu
  • 4. Mövzu Kalsium Ölçərlər
  • 5. Mövzu Şəkər Fabriki
  • 6. Mövzu Təcili Yardim: Adrenalin Hormonu
  • 7. Mövzu Bədəni Təmizləyən Lizozom Fermentləri
  • 8. Mövzu Qan Təzyiqini Yoxlayan Qüsursuz Sistem
  • 9. Mövzu Böyümə Hormonu
  • 10. Mövzu Bədənimizdəki Səhvsiz İşləyən Saat
  • 11. Mövzu Bədən İstiliyi Nizamlayan Möcüzə Molekul
  • 12. Mövzu Fövqəladə Həssas Tarazliq
  • 13. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -1
  • 14. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -2
  • 15. Mövzu Kişi Çoxalma Sistemindəki Hormonlar
  • 16. Mövzu Testosteron Hormonunun Digər Xüsusiyyətləri
  • 17. Mövzu Oksigen Daşiyan Möcüzə Molekul: Hemoqlobin
  • 18. Mövzu Hüceyrədəki Xəbərləşmə Sistemi
  • 19. Mövzu Mesajçi Hormonun Hüceyrə İçindəki Səfəri
  • 20. Mövzu Hüceyrədəki Ünsiyyət İdarəsi
  • 21. Mövzu Hüceyrədəki Zülallarin Hərəkəti
  • 22. Mövzu Sinir Hüceyrələrindəki Kimyəvi Ünsiyyət
  • 23. Mövzu Qabiliyyətli Xəbərçi Nitrat Oksid (NO)
  • 24. Mövzu Endokrin Hüceyrəsi NO (Nitrik Oksid) İstehsal Mərkəzi
  • 25. Mövzu Bədənimizdəki Enerji Stansiyasi
  • 26. Mövzu Qaraciyərə Yerləşdirilmiş "Bakteriya Məhv Etmə Maşinlari"
  • 27. Mövzu DNT-nin Çoxaldilmasi
  • 28. Mövzu Təmirçi Fermentlər
  • 29. Mövzu Zülal İstehsali
  • 30. Mövzu Zülal İstehsalinin Son Mərhələsi
  • 31. Mövzu Hüceyrə Pərdəsi və Mütəşəkkil 100 Trilyon İşçi
  • 32. Mövzu Eşidəndə Nələr Baş Verir?
  • 33. Mövzu Qanin Laxtalanmasi
  • 34. Mövzu Müdafiə Etmə Sistemi
  • 35. Mövzu B12 Vitamininin Səfəri
  • 36. Mövzu İnsan Bədəninin Kimyagəri: Mədəalti Vəzi
  • 37. Mövzu Hüceyrə Pərdəsindəki Daşiyici Molekullar
  • 38. Mövzu Bədəni Qorumaqla Vəzifəli Komplement Zülallari
  • 39. Mövzu Turşuya Qarşi Düstur Çixaran Molekullar
  • 40. Mövzu Yumurta Hüceyrələrinin Sərgilədiyi Şüur
  • Nəticə