Bir avtomobil fabrikinin necə işlədiyini düşünək. Fabrikdəki söz gəlişi min işçinin hamısının intizam və uyğunlaşma içində işləməsi lazımdır. Bu təşkilatı təmin etmək üçün bir çox nəzarət etmə sistemi və əmr zənciri qurulmuşdur. Hər hissə özündən istənən parçanı çıxarar. Məsələn, bir yerdə mühərrik parçaları, başqa bir hissədə isə qapılar düzəldilər. Hər kəs hansı məhsulun harada istifadə ediləcəyini bilər. Hər şey idarə altındadır.
Ancaq açıqdır ki, əgər eyni fabrikə avtomobil istehsalından heç bir xəbəri olmayan, cahil olan min adam qoyulsa və bunlardan nəyi necə çıxaracaqlarını özlərinin tapması istənilsə böyük bir qarışıqlıq və xaos ortaya çıxar.
Buna qarşı insan bədənində min deyil, 100 trilyon "işçi" böyük bir uyğunlaşma içində işləyər. Bunlar, bir fabrikdəki işçilərdən daha çox şüurlu və təhsilli olan hüceyrələrdir. Yalnız öz içlərindəki möcüzəvi əməliyyatlar deyil, bir-birləri arasındakı kordinasiya da eyni dərəcədə göz qamaşdırıcıdır. Bir-birlərini pərdələrindəki tanıma sistemləriylə tanıyarlar. Mədə hüceyrəsi mədə hüceyrəsini, saç hüceyrəsi saç hüceyrəsini tanıyar. (şəkil 108) .
Qaçınılmaz suallar yenə qarşımıza çıxmışdır: İki pərdə bir-birini necə tanıyar? Bu işçilər necə öyrədiliblər? Necə olur ki, böyük bir sədaqətlə vəzifələrini görərlər? .
Şəkil 108: Hər hüceyrə Allahın özünə təqdir etdiyi yerdə və şəkildə işləyər. Eynilə bir fabrikdə işləyən işçilərin fərqli hissələrdə mütəxəssisləşməsi kimi hər hissədə fərqli hüceyrələr işləyər və vəzifələrini qüsursuz bir təşkilatla yerinə yetirərlər. |
100 trilyon hüceyrənin hər biri bədən üçün özündən istəniləni edər. Yaxşı, hər hüceyrə hər an nə etməsi lazım olduğunu haradan bilər? Əlbəttə ki, bütün bunlar uca Allahın elmi və ilhamı ilə reallaşır. Məsələn, bölünmənin olmasını istənən bölgədəki hüceyrələrə beyin "bölün" əmri verər. Bunun üçün hormonlar ifraz olunar. Hər hormon əlaqədar hüceyrəyə gedərək beynin mesajını çatdırar. Elçi hüceyrəyə gəldiyində mesajını hüceyrə pərdəsində olan qəbuledici zülala bildirər. Zülal aldığı mesajı mərkəzə bildirər. Hüceyrə də bu əmri anlayar, qərar alıb buna görə hərəkətə keçər.(şəkil 109, 110)
Düşünməyə davam edək; bir yağ dənizinin üzərindəki zülal adasının verilən əmri anlaması, bunu hüceyrənin mərkəzinə bildirməsi, hüceyrənin bu əmrə itaət etməsi və ömrünü harada istifadə ediləcəyini bilmədiyi bir maddəni çıxarmağa həsr etməsi sıravi bir məlumat olaraq qarşılana bilərmi? Əlbəttə ki, qarşılana bilməz.
Bədənimizdəki möcüzəvi əməliyyatları reallaşdıran hüceyrə pərdəsindən bir hissə |
Həmçinin, bir az əvvəl də ifadə etdiyimiz kimi pərdə üzərində olan yüzlərlə keçiş nöqtəsi, qəbuledicilər, nəzarət edicilər hamısı bir-birlərindən xəbərli olaraq böyük bir uyğunlaşma ilə hərəkət edərlər. Halbuki bunların hamısı şüursuz zülallardır. Hüceyrə pərdəsinin bu saydığımız xüsusiyyətlərini öz-özünə əldə etmədiyi, bu sistemin yaradıldığı açıqca ortadadır.
Belə bir sistem əlbəttə ki, bir məqsədlə yaradılmışdır. Vicdan və ağıl sahibi olan bir insan bu möcüzəvi dəlilləri görər və uca Allahı lazım olduğu kimi tanıyıb təqdir edər. Ayələrdə Rəbbimizin möcüzələri qarşısında möminlərin rəftarları belə bildirilir:
Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!" (Ali-İmran surəsi, 190-191)
a. Qəbuledici zülal | c. Divide |
Şəkil 109, 110: Bölünməsi istənən hüceyrələrə, beyin "bölün" əmri verər. Bu əmri əlaqədar hüceyrəyə çatdırması üçün uyğun hormonlar ifraz olunar. Hormon hüceyrəyə gəldiyində mesajını hüceyrə pərdəsində olan qəbuledici zülala bildirər. Zülal aldığı mesajı mərkəzə bildirər. Hüceyrə də bu əmri anlayar, qərar alıb buna görə hərəkətə keçər. |