Hüceyrədə zülal istehsalı üçün lazımlı olan məlumatın DNT-də olmasından və köçürülməsindən sonra indi də bu məlumatın zülalın çıxarılacağı fabrik olan ribosomlara çatdırılması lazımlıdır. Hər hüceyrədə olan bu orqanoidlər nüvədəki DNT-dən olduqca uzaqda və hüceyrənin bütün sitoplazmasına (hüceyrə içi mayesinə) dağılmış haldadırlar. Bu fabriklərə istehsal sifarişləri əskiksiz bir şəkildə sürətlə çatdırılmalıdır.
Mesajçı RNT (mRNT), yolunu çaşmadan və hüceyrənin içində olan bir çox orqanoid və molekul arasında heç tərəddüd etmədən ribosomu tapar. mRNT ribosomu tapdığında onun xarici qisminə bir xətt şəklində yerləşər. Bu şəkildə artıq çıxarılmaq istənilən zülalın amin turşusu düzülməsinə aid məlumat istehsal mərkəzinə çatmışdır. Bunun üzərinə çıxarılacaq zülal üçün lazımlı olan xammalların, yəni amin turşularının ribosoma gətirilməsi üçün hüceyrənin digər bölgələrinə mesajlar göndərilməyə başlanar. (23) (şəkil 107).23
İstifadə ediləcək amin turşuları hüceyrə içində axtararaq tapma və ribosoma gətirmə vəzifəsi daşıyıcı RNT (tRNT)-a aiddir. Hər canlı hüceyrəsində 20 növ amin turşusu vardır. Məhz bu 20 növ amin turşusunun, yəni xammalın hər biri özünə xüsusi bir nəqliyyat vasitəsi tərəfindən daşınar. (24). Amin turşularının özlərini daşıyacaq olan tRNT-a bağlanmaları da ardıcıl kompleks əməliyyat nəticəsində reallaşar.
Nəqliyyat vəzifəsini görən hər nRNT, ribosoma gətirdiyi hər amin turşusunu istehsal təlimatında ifadə edilən yerə aparar və istehsaldakı fəaliyyətin pozulmamağını təmin edər.
Bu şüursuz molekullarda görülən qüsursuz intizam sanki şüurlu və məsuliyyət sahibiymiş kimi hərəkət etmələri, hər birinin üstün ağıl və güc sahibi olan Allaha boyun əydiklərinin və Onun idarəsi ilə hərəkət etdiklərinin dəlillərindəndir.
a. Mrna |
Şəkil 107: Zülal istehsalı üçün lazımlı olan məlumat DNT-dən köçürüldükdən sonra mesajçı RNT tərəfindən ribosoma gətirilib buraxılar. Mesajçı RNT yolunu heç çaşmadan ribosomu tapar və tanıyar. |
Artıq sifariş, yəni çıxarılacaq zülala aid məlumat və lazımlı xammallar hazırdır. Ortada aşılması lazım olan bir problem daha vardır. İstehsal məlumatı, yəni sifariş, əvvəl bəhs etdiyimiz şəkildə DNT-də xüsusi bir dildə yazılmışdır. və istehsal xüsusi bir dildə yazılan bu məlumata görə edilməlidir. Lakin xammal olaraq istifadə edilən amin turşularının düzülmələri başqa bir dildədir. Qarşılaşılan bu problemi belə ifadə edə bilərik: Sifariş çekindəki yazılı əmr DNT-i meydana gətirən şifrənin dilidir, yəni 4 hərfli əlifbadan ibarət olan xüsusi bir dildə yazılmışdır. Çıxarılacaq zülalların dili də 20 hərfli bir əlifbadan ibarət olan bir başqa dildir. (zülalları meydana gətirən amin turşuları 20 növ olduğu üçün) Məhz bu dilin fərqliliyi kimi DNT-dən gələn istehsal məlumatı amin turşularının anlayacağı dildən deyil. Nəticə olaraq, DNT-dən gələn məlumata hansı amin turşusunun bərabər gəldiyini anlaya bilmək üçün DNT-dəki dilin digərinə tərcümə edilməsi lazımdır.
Ribosom fabriki həyatın sağlam şəkildə davam etməsi üçün bu problemi ən mükəmməl şəkildə həll edən bir mexanizmlə təchiz edilmişdir. Həll olaraq istehsal əsnasında fabrikdə, yəni ribosomda fərqli iki dil arasındakı tərcümə edən tərcümə sistemi yaradılmışdır. Kodon-antikodon metodu olaraq adlandırılan bu tərcümə sistemi hal-hazırda ən inkişaf etmiş kompyuter mərkəzlərindən daha üstün bir şəkildə, sanki bu iki dildə mütəxəssisləşmiş bir tərcüməçi kimi işləyər. DNT-nin xüsusi dil ilə yazılmış dörd hərfli zülal məlumatlarını 20 hərfdən ibarət olan zülal dilinə çevirər. Beləcə hansı amin turşularının yan-yana düzüləcəyini ifadə etmiş olar. Nəticədə də istənilən zülalın doğru bir şəkildə çıxarılmasını təmin edər.Bu tərcümə əməliyyatındakı səhvsizlik şübhəsiz çox diqqətə dəyərdir. Bir hüceyrənin, bu səbəbdən canlıların yaşaması üçün lazımlı minlərlə zülalın çıxarılmasında ancaq bir və ya iki səhvə yer ola bilər. İnsanların etdiyi heç bir texnoloji məhsul və ya mövzusunda ən mütəxəssis və diqqətli insanlar belə zülal kimi təxminən 200 romana ekvivalent bir yazını bu qədər səhv etmədən və qüsursuz çevirib yaza bilməz. (25). Ancaq hər an Allahın idarəsi altında hərəkət edən bu molekullar hər şeyi əskiksiz şəkildə yerinə yetirərlər. Bütün bunlarda iman edən ağıl sahibləri üçün Allahın möcüzələri təcəlli edir.
23-"Cells’ Energy Use High for Protein Synthesis" in Chemical & Engineering News, August 20, 1979, p. 6.
24- Albert Lehninger L., Late University Professor of Medical Sciences, Johns Hopkins University; David L. Nelson, Professor of Biocemistry University of Wisconsin, Madison; Michael M. Cox, Professor of Bochemistry, University of Wisconsin, Madison: Principles of Biochemistry, Second Edition, New York: Worth Publishers,[Date?] , p. 905.
25- Mahlon B.Hoagland, Hayatin Kokleri (“Origins of Life”), Tubitak Populer Bilim Kitaplari 12th ed., May 1998, p. 31.