3. Mövzu Ana Südü və Oksitosin Hormonu

Ana südü, Allahın yaratdığı sonsuz saydakı möcüzələrdən yalnız biridir. Ana südündə yeni doğulmuş bir körpənin hər cür ehtiyacı var. Körpənin inkişaf mərhələlərində dəyişən ehtiyaclarına görə ana südünün tərkibi də dəyişir. Elm adamlarının laboratoriyalarda bənzərini istesal edə bilmədikləri ana südünü istehsal edənlər isə, ananın sinəsindəki bəzi hüceyrələrdir. Bu hüceyrələr, ana südünün bənzərsiz düsturuna sahibdirlər və istehsala nə vaxt başlamaları lazım olduğunu, çıxardıqları maddənin məzmununu nə vaxt dəyişdirmələri lazım olduğunu bilirlər.

Yaxşı, ana südünün istehsalı necə başlayır və bu istehsal necə yoxlanılır? Bu problemin cavabında yenə bir çox yaradılış möcüzəsi gizlidir. Süd istehsalında hormonal sistem və sinir sistemi ortaq şəkildə vəzifə yerinə yetirirlər. Qüsursuz bir məlumat axışı və planlama nəticəsində bu istehsal reallaşdırılır.(şəkil 13)

Ananın sinəsində olan süd vəzilərini hərəkətə keçirən xüsusi bir hormon vardır. Bu hormon prolaktin hormonudur. Prolaktin hormonu hipofiz vəzisindən ifraz olunur.

hipotalamus

a. Süd
b. Ana Südü

Şəkil 13: Ana südünün istehsalında hormonlar sanki bir fabrikin ağıl, məlumat və şüur sahibi texnik və işçiləri kimi işləyərlər. Hər incəlik Allahın sonsuz elminin və ağlının bir təcəllisidir.

Ancaq hamiləlik dövrünün başında prolaktin hormonunun ifraz olunmasını məhdudlaşdıran bəzi faktorlar vardır. Bu faktorları yoxuşdan aşağı enən bir avtomobilin əyləc pedalına basılması kimi düşünə bilərik. Avtomobil aşağı doğru hərəkət etmə meylindədir, ancaq əyləc buraxılmadığı müddətcə hərəkət edə bilməz. Yəni süd istehsalı dayanmış olar.

hipotalamus

Şəkil 14,15: PIH hormonu prolaktin istehsalını lazım olduğunda yavaşladar, lazım olduğunda isə sürətləndirər. Bu sayədə hamiləliyin ilk aylarında süd istehsalı maneə törədilmiş olar. Əlbəttə ki, bu, hormonların süşünə biləcəkləri bir sistem deyil. Allah hər incəliyi qüsursuz yaradandır.

Prolaktin hormonunun dayanması çox yerində bir qərardır. Çünki körpə hələ doğulmadığı üçün ananın erkən süd ifraz etməsinin bir faydası yoxdur. Yaxşı, bu əyləcə necə basılır? Prolaktinin erkən ifraz olunmasına necə maneə törədilir? Burada mükəmməl bir sistem dövrəyə girir. Beynin hipotalamus bölgəsi, prolaktin hormonunun istehsalını maneə törədən bir hormon ifraz edər. PIH (Prolaktin Inhibiting Hormon- Prolaktin maneə törədici Hormon) olaraq adlandırılan bu hormon prolaktin istehsalını yavaşladar, yəni bir mənada əyləcə basar.

hipotalamus

a. Süd

Şəkil 16: Körpənin doğumuyla birlikdə ostrogen ifrazatı azalar. Ostrogenin azalması PIH-nin azalmasını təmin edər. Bu əməliyyat ayağın əyləcdən yavaş- yavaş qalxmasına və avtomobilin yoxuşdan aşağı hərəkət etməsinə bənzəyər. Beləcə prolaktin istehsalı yavaş- yavaş artar. Prolaktin hormonu da süd vəzilərini ana südü çıxarmaları üçün hərəkətə keçirər.

Yaxşı, əyləcə basılma necə təmin edilir? Hamiləlik dövründə çıxarılan ostrojen adlı bir hormon, hipotalamusun əyləcə basmasını, yəni PIH çıxarmasını təmin edər.(şəkil 14, 15) Körpənin doğumuyla birlikdə ostrojen ifrazatı azalar. ostrojenin azalması PIH-ın azalmasını təmin edər. Bu əməliyyat ayağın əyləcdən yavaş- yavaş qalxmasına və avtomobilin yoxuşdan aşağı hərəkət etməsinə bənzəyir.(şəkil 16) Beləcə prolaktin istehsalı yavaş-yavaş artar. Prolaktin hormonu da süd vəzilərini ana südü çıxarmaları üçün hərəkətə keçirər.

Ortada həqiqi bir yaradılış möcüzəsi var. Hamiləliyin ilk aylarında süd istehsalı bu dizayn sayəsində maneə törədilmişdir. İndi bütün bu sistem üzərində diqqətli bir şəkildə düşünək: Prolaktin hormonunu çıxaran hipofiz hüceyrələri, süd vəzilərini haradan tanıyırlar? Süd çıxarmaqla vəzifəli olan hüceyrələrə "süd çıxar" əmrini hansı ağıl və şüurla verirlər? Doğum əvvəlində prolaktin istehsalını maneə törədən hormonlar, südün hələ çıxarılmaması lazım olduğunu, bir müddət hələ gözlənilməsi lazım olduğunu haradan bilirlər?

Bu hormonlar süd istehsalını prolaktinin etdiyini və süd istehsalını maneə çoxalmak üçün prolaktin hormonunun istehsalının maneə törədilməsi lazım olduğunu necə öyrəniblər? Bütün bu möcüzəvi sistemi yaradan aləmlərin Rəbbi olan Allahdır. və hər şey Onun ilham etdiyi şəkildə hərəkət edir.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • 1. Mövzu Qandaki Maye Nisbətini Yoxlayan Nəzarətçilər
  • 2. Mövzu Bədəndəki Qüsursuz Təhlükəsizlik Sistemi
  • 3. Mövzu Ana Südü və Oksitosin Hormonu
  • 4. Mövzu Kalsium Ölçərlər
  • 5. Mövzu Şəkər Fabriki
  • 6. Mövzu Təcili Yardim: Adrenalin Hormonu
  • 7. Mövzu Bədəni Təmizləyən Lizozom Fermentləri
  • 8. Mövzu Qan Təzyiqini Yoxlayan Qüsursuz Sistem
  • 9. Mövzu Böyümə Hormonu
  • 10. Mövzu Bədənimizdəki Səhvsiz İşləyən Saat
  • 11. Mövzu Bədən İstiliyi Nizamlayan Möcüzə Molekul
  • 12. Mövzu Fövqəladə Həssas Tarazliq
  • 13. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -1
  • 14. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -2
  • 15. Mövzu Kişi Çoxalma Sistemindəki Hormonlar
  • 16. Mövzu Testosteron Hormonunun Digər Xüsusiyyətləri
  • 17. Mövzu Oksigen Daşiyan Möcüzə Molekul: Hemoqlobin
  • 18. Mövzu Hüceyrədəki Xəbərləşmə Sistemi
  • 19. Mövzu Mesajçi Hormonun Hüceyrə İçindəki Səfəri
  • 20. Mövzu Hüceyrədəki Ünsiyyət İdarəsi
  • 21. Mövzu Hüceyrədəki Zülallarin Hərəkəti
  • 22. Mövzu Sinir Hüceyrələrindəki Kimyəvi Ünsiyyət
  • 23. Mövzu Qabiliyyətli Xəbərçi Nitrat Oksid (NO)
  • 24. Mövzu Endokrin Hüceyrəsi NO (Nitrik Oksid) İstehsal Mərkəzi
  • 25. Mövzu Bədənimizdəki Enerji Stansiyasi
  • 26. Mövzu Qaraciyərə Yerləşdirilmiş "Bakteriya Məhv Etmə Maşinlari"
  • 27. Mövzu DNT-nin Çoxaldilmasi
  • 28. Mövzu Təmirçi Fermentlər
  • 29. Mövzu Zülal İstehsali
  • 30. Mövzu Zülal İstehsalinin Son Mərhələsi
  • 31. Mövzu Hüceyrə Pərdəsi və Mütəşəkkil 100 Trilyon İşçi
  • 32. Mövzu Eşidəndə Nələr Baş Verir?
  • 33. Mövzu Qanin Laxtalanmasi
  • 34. Mövzu Müdafiə Etmə Sistemi
  • 35. Mövzu B12 Vitamininin Səfəri
  • 36. Mövzu İnsan Bədəninin Kimyagəri: Mədəalti Vəzi
  • 37. Mövzu Hüceyrə Pərdəsindəki Daşiyici Molekullar
  • 38. Mövzu Bədəni Qorumaqla Vəzifəli Komplement Zülallari
  • 39. Mövzu Turşuya Qarşi Düstur Çixaran Molekullar
  • 40. Mövzu Yumurta Hüceyrələrinin Sərgilədiyi Şüur
  • Nəticə