29. Mövzu Zülal İstehsali

Hüceyrələrdəki zülal istehsalı Allahın yaratdığı möcüzəvi hadisələrdən biridir. Hər hüceyrə ən inkişaf etmiş, müasir texnologiya və təşkilata sahib bir fabrik kimi işləyir. Gözlə görülməsi qeyri-mümkün olan, ancaq çox inkişaf etmiş mikroskoplarla görülə bilən bu mikro dünyada, fövqəladə hadisələr meydana gəlir. İndi, bu qüsursuzca və mükəmməl işləyən fabrikdəki zülal istehsalının əsas xəttlərini qısaca araşdıraq:

1. Bədəndə hər hansı bir zülala ehtiyac olunduğu zaman bu ehtiyacı ifadə edən bir mesaj, istehsalı reallaşdıracaq olan hüceyrələrin nüvələrində olan DNT molekuluna çatdırılar. Burada diqqət yetirilməsi lazım olan çox əhəmiyyətli bir nöqtə var; bədəndə hər hansı bir zülal ehtiyacı olduğunda yenə zülal olan bəzi xəbərçilər hara müraciət etmələri lazım olduğunu bilərək bütün bədəndə əlaqədar yeri tapa bilir, ehtiyac mesajını doğru yerə doğru şəkildə çatdıra bilirlər. Bu ünsiyyəti təmin edən zülal özünə görə qaranlıq bir dəhliz olan bədənin içində itmədən yolunu taparaq daşıdığı mesajı itirmədən ya da hər hansı bir parçasına zərər vermədən oraya çatdırır. (şəkil 105).

2. DNT-dən də bir zülalın düsturunu tələb etmək üçün xüsusi bir dil istifadə edilir. Bu dil 4 hərfdən ibarət olan bir əlifbaya malikdir (A, Q, C, T). Hüceyrə içindəki işlərin axsamaması, ehtiyacın doğru qarşılanması, qısacası hüceyrə həyatının davam edə bilməsi üçün doğru zülalın çıxarılması çox əhəmiyyətlidir. Buna görə hansı zülalın çıxarılması lazım olduğu ilə əlaqədar mesaj alındıqdan sonra DNT-dən doğru məlumatın seçilərək alınması lazımlıdır.

hipotalamus

a.Daşınan zülallar
b.Mesaj daşıyıcı zülal

Şəkil 105: Yeni bir zülal çıxarılması lazım olduğunda, özləri də bir zülal olan mesaj daşıyıcılar, bədənin əlaqədar hüceyrələrinə zülal tələbiylə əlaqədar mesaj daşıyarlar.

Yaxşı bu seçkini kim edəcək? RNT polimeraz adlı ferment. Bu fermentin etdiyi iş ən çətindir. Hər şeydən əvvəl, 3 milyard hərfdən ibarət olan DNT molekulunun içindən çıxarılacaq zülalla əlaqədar lazımlı hərfləri seçib götürməsi lazımdır. Polimeraz fermentinin 3 milyard hərfdən ibarət olan DNT molekulunun içindən bir neçə sətirlik bir məlumatı tapıb çıxarması, 1000 cildlik bir ensiklopediyanın hər hansı bir səhifəsinə saxlanmış bir neçə sətirlik xüsusi bir yazını heç bir tərif olmadan həmin anda tapmağa bənzəyir.

3. Köcürülmə əməliyyatının başlaması üçün çox əhəmiyyətli bir maneə aşılmalıdır. DNT molekulunun nərdivan kimi bir-birinə dolanmış qollarının köçürülmə əməliyyatı üçün ayrılmaları lazımdır. Bu ayrılma əməliyyatında yenə RNA polimeraz fermenti iş başındadır. RNT polimeraz, kodlaşdırılacaq genin başlanğıcından 35 hərf əvvəlinə bağlanaraq sarılmış nərdivan kimi olan DNT-nin pillələrini bir zəncirbəndi açar kimi açar. Bu açılma çox sürətli edilər. Belə ki, bu sürətdən ötəri DNT-nin istilənib yanma təhlükəsi meydana gələr. Amma sistem elə mükəmməl təşkil edilmişdir ki, bu təhlükə də düşünülmüşdür.

hipotalamus

1,2,3,4,5,6,7 nömrələri ilə işarələnilmiş bölgələr, oxunması istənməyən məlumatları ehtiva edərlər. Fermentlər bu bölgələri təyin edərək, şəkildəki kimi xaricə doğru bükərlər. .

Əvvəldən alınan bir sıralama tədbir vasitəsiylə yanma təhlükəsi ortadan qaldırılar; xüsusi bir ferment sanki meydana gələ biləcək təhlükənin fərqindəymiş kimi gedib DNT-nin açılmış olan zəncirlərininn iki ucunu tutaraq bu sürtünməyə icazə verməz. və yenə xüsusi fermentlər DNT-nin açılması əsnasında bir-birinə gəzməsini önləyərlər. Bu fermentlər olmasa "mesajçı RNT" olaraq adlandırılan sifariş çekinin köçürülməsi mümkün olmaz. Çünki zəncirbənd kimi açılan DNT zəncirinin qolları köçürülmə əməliyyatı başlamadan təkrar bir-birinə dolanar və sürtünmədən ötəri DNT-nin quruluşu pozular. Görüldüyü kimi hər mərhələdə onlarla ferment və zülal iştirak edir və hamısı bir-biri ilə böyük bir uyğunlaşma içində vəzifələrini əskiksiz şəkildə yerinə yetirirlər.

4. Alınan bu xüsusi tədbirlərdən sonra aşılması lazım olan bir neçə maneə vardır. Məsələn, istənilən zülalın amin turşusu düzülməsini ehtiva edən məlumat böyük DNT molekulunun hər hansı bir bölgəsində ola bilər. Bu vəziyyətdə fərqli yerlərdə olan məlumatları, yəni amin turşusu düzülməsini işarə edən şifrələri köçürmək üçün polimeraz fermenti nə edəcək?

DNT-ni qopara bilməz, istəmədiyi şifrələrin üzərindən keçə bilməz. Birbaşa eyni xətt üzərində davam etdiyində lazımsız məlumatları da köçürdəcək və istənilən zülal meydana gəlməyəcək.

Bu problemin həlli üçün fövqəladə şüurlu bir hadisə daha reallaşar və DNT köçürtmə əməliyyatına kömək etməsi lazım olduğunu düşünmüş kimi bükülərək istənməyən şifrə sırasının olduğu hissəni çölə doğru qıvırar. Beləcə ard-arda oxunması lazım olan, amma arada başqa şifrələr də olduğu üçün bir-birlərindən uzaq qalan şifrə sıralarının ucları bir-birləri ilə birləşər. Beləcə köçürülməsi lazım olan şifrələr tək bir xətt üzərinə gəlmiş olar. Bu şəkildə polimeraz fermenti sifariş çekini çıxarılacaq zülal üçün asanlıqla köçürülə bilər.

5. DNT-dən sifariş çekininin köçürülməsi əsnasında reallaşan fövqəladə və Uca Allahın yaradılışındakı qüsursuzluğu göstərən hadisələr bunlarla da bitməz. Köçürtməyi bəzilərinin dayandırması lazımdır, əks halda polimeraz fermenti geni başdan axıra qədər köçürdər. Zülalı kodlaşdıran genin sonunda, o genin bitdiyini göstərən bir kodon vardır. (DNT-dəki şifrəni meydana gətirən nukleotidlərin hər üçlü qrupuna kodon deyilir.) RNT polimeraz dayandırıcı yerə gəldiyində köçürülmə əməliyyatını dayandırması lazım olduğunu anlayar və üzərində zülal üçün lazımlı mesajı daşıyan mesajçı RNT ilə DNT-dən ayrılar. (şəkil 106).

hipotalamus

a. Kodon
b. RNT polimeraz

Şəkil 106: RNT polimeraz fermenti dayandırıcı kodona (DNT-dəki genetik şifrəyə) gəldiyində, köçürülmə əməliyyatını dayandırması lazım olduğunu anlayar və əməliyyat dayandırılar.

Ancaq bu nöqtədə yenə çox diqqətli davranılar. Çünki mesajçı RNT hüceyrə nüvəsindən çıxıb istehsalın ediləcəyi ribosoma gedənə qədər xeyli yol qət edəcək. Bu əsnada üzərindəki mesajın heç bir zərər görməməsi lazımdır. Bu səbəblə hüceyrə nüvəsindən bəzi xüsusi fermentlərin qoruması altında çıxar.

Zülal istehsalının mərhələləri bunlarla məhdudlaşmır. Ancaq bu mərhələyə qədər reallaşan möcüzəvi hadisələr Allahın üstün sənətinin və sərhədsiz elminin dəlillərindəndir.

hipotalamus

DNT-nin qolları bir-birindən ayrılarkən, qolların təkrar bir-birinə dolanmasına bir ferment mane olar. Bu ferment şəkildə yaşıl rəngdəki şəkillərlə ifadə edilmişdir.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • 1. Mövzu Qandaki Maye Nisbətini Yoxlayan Nəzarətçilər
  • 2. Mövzu Bədəndəki Qüsursuz Təhlükəsizlik Sistemi
  • 3. Mövzu Ana Südü və Oksitosin Hormonu
  • 4. Mövzu Kalsium Ölçərlər
  • 5. Mövzu Şəkər Fabriki
  • 6. Mövzu Təcili Yardim: Adrenalin Hormonu
  • 7. Mövzu Bədəni Təmizləyən Lizozom Fermentləri
  • 8. Mövzu Qan Təzyiqini Yoxlayan Qüsursuz Sistem
  • 9. Mövzu Böyümə Hormonu
  • 10. Mövzu Bədənimizdəki Səhvsiz İşləyən Saat
  • 11. Mövzu Bədən İstiliyi Nizamlayan Möcüzə Molekul
  • 12. Mövzu Fövqəladə Həssas Tarazliq
  • 13. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -1
  • 14. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -2
  • 15. Mövzu Kişi Çoxalma Sistemindəki Hormonlar
  • 16. Mövzu Testosteron Hormonunun Digər Xüsusiyyətləri
  • 17. Mövzu Oksigen Daşiyan Möcüzə Molekul: Hemoqlobin
  • 18. Mövzu Hüceyrədəki Xəbərləşmə Sistemi
  • 19. Mövzu Mesajçi Hormonun Hüceyrə İçindəki Səfəri
  • 20. Mövzu Hüceyrədəki Ünsiyyət İdarəsi
  • 21. Mövzu Hüceyrədəki Zülallarin Hərəkəti
  • 22. Mövzu Sinir Hüceyrələrindəki Kimyəvi Ünsiyyət
  • 23. Mövzu Qabiliyyətli Xəbərçi Nitrat Oksid (NO)
  • 24. Mövzu Endokrin Hüceyrəsi NO (Nitrik Oksid) İstehsal Mərkəzi
  • 25. Mövzu Bədənimizdəki Enerji Stansiyasi
  • 26. Mövzu Qaraciyərə Yerləşdirilmiş "Bakteriya Məhv Etmə Maşinlari"
  • 27. Mövzu DNT-nin Çoxaldilmasi
  • 28. Mövzu Təmirçi Fermentlər
  • 29. Mövzu Zülal İstehsali
  • 30. Mövzu Zülal İstehsalinin Son Mərhələsi
  • 31. Mövzu Hüceyrə Pərdəsi və Mütəşəkkil 100 Trilyon İşçi
  • 32. Mövzu Eşidəndə Nələr Baş Verir?
  • 33. Mövzu Qanin Laxtalanmasi
  • 34. Mövzu Müdafiə Etmə Sistemi
  • 35. Mövzu B12 Vitamininin Səfəri
  • 36. Mövzu İnsan Bədəninin Kimyagəri: Mədəalti Vəzi
  • 37. Mövzu Hüceyrə Pərdəsindəki Daşiyici Molekullar
  • 38. Mövzu Bədəni Qorumaqla Vəzifəli Komplement Zülallari
  • 39. Mövzu Turşuya Qarşi Düstur Çixaran Molekullar
  • 40. Mövzu Yumurta Hüceyrələrinin Sərgilədiyi Şüur
  • Nəticə