18. Mövzu Hüceyrədəki Xəbərləşmə Sistemi

Günümüzdəki xəbərləşmə sistemləri ən irəli texnologiyaya sahib elektronik və mexaniki cihazlar istifadə edilərək qurulmuşdur. Halbuki insanın sirlərini də hələ həll edə bilmədiyi hüceyrə içi xəbərləşmə sistemlərində zülal quruluşlu cihazlar var. Zülalların içində isə müasir cihazlarda olduğu kimi elektronik dövrələr və ya yarı keçiricilər deyil; bunların yerinə karbon, hidrogen, oksigen və azot atomlarıdır.

Hüceyrələr arasında qurulmuş xəbərləşmə sistemi bir çox baxımdan insanların istifadə etdikləri xəbərləşmə sistemlərinə bənzəyər. Məsələn, hüceyrələrin pərdələri üzərində özlərinə çatan mesajları qəbul etmələrini təmin edən "antenalar" var. Bu antenaların dərhal altında hüceyrəyə çatan mesajın kodunu çevirən "stansiyalar" var. (şəkil 77).

hipotalamus

a. Cell membrane

Şəkli 77: Hüceyrələrin pərdələri üzərində özlərinə gələn mesajları qəbul etmələrini təmin edən "antenalar" var.

Haqqında danışılan antenalar, qalınlığı millimetrin yüz mində biri qədər olan və hüceyrəni ətraflı qucaqlayan hüceyrə pərdəsində iştirak edirlər. "Tirozin kinaz" qəbuledicisi olaraq adlandırılan bu alıcı; antena, gövdə və quyruq olmaq üzrə üç təməl hissədən meydana gəlir. Antenanın hüceyrə pərdəsinin xaricində qalan parçasının şəkli, peyk yayınlarını yığmaqda istifadə edilən peyk antenasına bənzəyir. Hər peyk antenasının müəyyən bir peykin yayınlarını almağa istiqamətli olması kimi, dəyişik hormon molekullarının daşıdığı mesajların dilindən anlayan fərqli antenalar vardır.

Digər hüceyrələrdən gələn mesajlar -hormonlar- hüceyrə pərdəsindəki antenalarla təmas qurar. Ancaq hər antena yalnız tək bir mesajı qəbul edəcək şəkildə hazırlanmışdır. Bu, xüsusi bir yaradılışın əsəridir. Beləcə göndərilən mesaj səhvən bir başqa hüceyrəni hərəkətə keçirməz. (şəkil 78).

Hormon və antena bir-birlərinə elə uyğun yaradılıblar ki, bu bənzərlik az qala bütün biologiya qaynaqlarında açar-kilid uyğunlaşmasına bənzədilir. Yalnız doğru açar kilidi aça bilər, yəni yalnız doğru hüceyrə göndərilən mesajla əlaqədə olar, digər hüceyrələr üçün bu mesajlar heç bir şey ifadə etməz. (şəkil 79).

hipotalamus

a. Receptor Center
b. Cell

Şəkil 78: Hər antena yalnız tək bir mesajı qəbul edəcək şəkildə yaradılmışdır. Beləcə göndərilən mesaj səhvən bir başqa hüceyrəni hərəkətə keçirməz.

Şəkil 79: Yalnız doğru açarın kilidi aça bilməsi kimi yalnız doğru hüceyrə göndərilən mesajla əlaqədə olar, digər hüceyrələr üçün bu mesajlar heç bir şey ifadə etməz.

Hormon, hüceyrəyə çatdığı andan etibarən hüceyrə içində heyranlıq oyandıran bir sistem dövrəyə girər. Hüceyrəyə gələn mesaj çox xüsusi xəbərləşmə sistemləri tərəfindən hüceyrənin DNT-sinə çatdırılar və hüceyrənin bu mesaj istiqamətində hərəkət etməsi təmin edilər. (şəkil 80)

Hüceyrənin antenalarına gələn bir mesajın böyük bir sürətlə hüceyrənin nüvəsinə çatdırılması, üstəlik bu xəbərləşmə əsnasında çox üstün bir texnologiya istifadə edilmiş olması olduqca böyük bir möcüzədir. Çünki hüceyrə şüursuz molekullardan ibarət olan cansız bir maddədir və insanın bütün bədəni bu hüceyrələrin bir yerə gəlmələriylə meydana gəlmişdir. Bədənimizdə hər birinin içində xəbərləşmə sisteminə sahib olan 100 trilyon hüceyrə var. İnsan bədənindəki saysız xüsusiyyətdən yalnız biri olan bu məlumat daxil, insanı və bütün kainatı yaradan üstün güc sahibi Uca Allahın elminin sonsuz olduğunu göstərən dəlillərdəndir.

hipotalamus

a. Göndərən: hüceyrə
b.Qəbuledici =DNA

Şəkil 80: Hüceyrəyə gələn mesaj xüsusi xəbərləşmə sistemləri tərəfindən hüceyrənin DNT-sinə çatdırılar və hüceyrənin bu mesaj istiqamətində hərəkət etməsi təmin edilər.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • 1. Mövzu Qandaki Maye Nisbətini Yoxlayan Nəzarətçilər
  • 2. Mövzu Bədəndəki Qüsursuz Təhlükəsizlik Sistemi
  • 3. Mövzu Ana Südü və Oksitosin Hormonu
  • 4. Mövzu Kalsium Ölçərlər
  • 5. Mövzu Şəkər Fabriki
  • 6. Mövzu Təcili Yardim: Adrenalin Hormonu
  • 7. Mövzu Bədəni Təmizləyən Lizozom Fermentləri
  • 8. Mövzu Qan Təzyiqini Yoxlayan Qüsursuz Sistem
  • 9. Mövzu Böyümə Hormonu
  • 10. Mövzu Bədənimizdəki Səhvsiz İşləyən Saat
  • 11. Mövzu Bədən İstiliyi Nizamlayan Möcüzə Molekul
  • 12. Mövzu Fövqəladə Həssas Tarazliq
  • 13. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -1
  • 14. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -2
  • 15. Mövzu Kişi Çoxalma Sistemindəki Hormonlar
  • 16. Mövzu Testosteron Hormonunun Digər Xüsusiyyətləri
  • 17. Mövzu Oksigen Daşiyan Möcüzə Molekul: Hemoqlobin
  • 18. Mövzu Hüceyrədəki Xəbərləşmə Sistemi
  • 19. Mövzu Mesajçi Hormonun Hüceyrə İçindəki Səfəri
  • 20. Mövzu Hüceyrədəki Ünsiyyət İdarəsi
  • 21. Mövzu Hüceyrədəki Zülallarin Hərəkəti
  • 22. Mövzu Sinir Hüceyrələrindəki Kimyəvi Ünsiyyət
  • 23. Mövzu Qabiliyyətli Xəbərçi Nitrat Oksid (NO)
  • 24. Mövzu Endokrin Hüceyrəsi NO (Nitrik Oksid) İstehsal Mərkəzi
  • 25. Mövzu Bədənimizdəki Enerji Stansiyasi
  • 26. Mövzu Qaraciyərə Yerləşdirilmiş "Bakteriya Məhv Etmə Maşinlari"
  • 27. Mövzu DNT-nin Çoxaldilmasi
  • 28. Mövzu Təmirçi Fermentlər
  • 29. Mövzu Zülal İstehsali
  • 30. Mövzu Zülal İstehsalinin Son Mərhələsi
  • 31. Mövzu Hüceyrə Pərdəsi və Mütəşəkkil 100 Trilyon İşçi
  • 32. Mövzu Eşidəndə Nələr Baş Verir?
  • 33. Mövzu Qanin Laxtalanmasi
  • 34. Mövzu Müdafiə Etmə Sistemi
  • 35. Mövzu B12 Vitamininin Səfəri
  • 36. Mövzu İnsan Bədəninin Kimyagəri: Mədəalti Vəzi
  • 37. Mövzu Hüceyrə Pərdəsindəki Daşiyici Molekullar
  • 38. Mövzu Bədəni Qorumaqla Vəzifəli Komplement Zülallari
  • 39. Mövzu Turşuya Qarşi Düstur Çixaran Molekullar
  • 40. Mövzu Yumurta Hüceyrələrinin Sərgilədiyi Şüur
  • Nəticə