a. Testosteron |
Şəkil 72 : Testosteron hormonu 3 milyard hərfdən ibarət olan, minlərlə ensiklopediyanı dolduracaq qədər çox məlumatın içindən, öz axtardığı bir neçə hərfi heç çaşmadan tapa bilir. Bu Allahın yaradılışındakı saysız möcüzədən biridir. |
Testosteron hormonunun yaradılışındakı plan bunlarla məhdudlaşmır. Bu hormonun təsir mexanizmində də açıq-aydın bir yaradılış möcüzəsi görülür. Testosteron yuxarıda sıraladığımız təsirləri reallaşdırmaq üçün hədəfə (kişi genital orqanları) çatdıqda hüceyrələrin içinə girər. Hüceyrənin içində yenə xüsusi olaraq testesteron üçün yaradılmış bir fermentlə birləşər və beləcə testesteron çox daha təsirli bir hala gətirilər.
Dizayn və planlama hələ də bitməmişdir. Bu yeni yaranan hormon yenə özü üçün xüsusi olaraq hazırlanmış olan xüsusi bir alıcıyla birləşər. Ortaya çıxan molekulyar kombinasiya hüceyrənin DNT-sinə bağlanar və DNT-dən alınan məlumatlar istiqamətində yeni bir zülal sintezi ortaya çıxarar. Bu hadisə kişi və qadın bədəni arasındakı fərqin meydana çıxmasını və cinsi funksiyaların davamını təmin edər.
Ortada o qədər qüsursuz yaradılmış bir sistem vardır ki, testesterone-ferment -alıcı üçlüsündən yaranan mexanizm, DNT-dəki milyardlarla məlumat içindən, özləri üçün yazılı bölgəni tapar və buradakı məlumatlar istiqamətində istehsal edilməsini təmin edər. Məsələn, saqqal çıxması üçün saqqal kökü hüceyrələrinin DNT-lərində hansı bölgəyə təsir etmələri lazım olduğunu bilərlər. Səsin qalınlaşması üçün səs telləri hüceyrələrinin DNT-lərində hansı bölgəyə təsir etmələri lazımdırsa o bölgəyə təsir edərlər.
Burada verilən məlumat son dərəcə əhəmiyyətlidir. Testesteron (C19H28O2), karbon, hidrogen və oksigen atomlarının fərqli ədədlərdə birləşməsindən meydana gəlmiş bir molekuldur. Bu cansız, şüursuz varlıq, DNT-də öz işinə yarayacaq məlumatın olduğunu haradan bilə bilər? Daha da əhəmiyyətlisi, 3 milyard hərfdən ibarət olan, minlərlə dərilik ensiklopediyanı dolduracaq qədər çox məlumatın içindən, öz axtardığı bir neçə hərfi necə çaşmadan və böyük bir sürətlə tapa bilir? Bu əlbəttə ki, Özündən başqa İlah olmayan uca Allahın ilhamı ilə reallaşır. (şekil 72) .
Bu gün, İnsan Genomu Layihəsi daxilində, 10 ildir işləyən yüzlərlə elm adamı, dünyanın ən inkişaf etmiş texnologiyasını istifadə edərək yalnız DNT-ni oxumağı bacara bilmişlər. Ancaq, DNT-nin hansı bölgəsinin insan bədəninin hansı orqanı, zülalı və ya hormonu ilə əlaqədar olduğunu hələ bilmirlər. Ancaq, C18H24O2 düsturuna sahib estrogen və C19H28O2 düsturuna sahib testesteron hormonları bunu çox yaxşı bilir, milyonlarla ildir milyardlarla insan bədənində çaşmadan bildiklərini tətbiq edir.
Şübhəsiz ki, yalnız bu sistem daxil göyləri, yeri və ikisi arasındakıları yaradan uca Allahın sənətinin gözlər önünə sərildiyi bir yaradılış möcüzəsidir.