Sağlam bir qadının daxili quruluşu hər dörd həftədə bir yumurtanın döllənə bilməsi üçün əhatəli bir hazırlıq edər. Bu hazırlığın əsas işçiləri isə yenə hormonlardır.
Dörd həftəlik hissənin başında hipofiz vəzisi LH hormonu çıxarar. Bu hormon beyindəki yerindən yola çıxdıqdan sonra, uzun bir yol qət edərək qan yoluyla yumurtalıqlara çatar. Hormonlar, çox kiçik molekullardır və insan bədəni bu kiçik molekullar üçün kilometrlər uzunluğunda bir yol deməkdir. Ancaq hər LH hormonu yolunu itirmədən, hara gedəcəyini çox yaxşı bilərək başqa heç bir orqana getmədən birbaşa olaraq yumurtalıqlara çatar. Artıq yumurtalıqların fəaliyyətə keçmə zamanı gəlmişdir. (şəkil 63)
a.Bədən xəritəsi |
Şəkil 63: LH hormonu yolunu itirmədən sanki əlində bir xəritə varmış kimi hara gedəcəyini çox yaxşı bilərək başqa heç bir orqana çaşmadan birbaşa yumurtalıqlara çatar. Şəkil 64: Yumurtalığın içində minlərlə yetkinləşməmiş yumurta hüceyrəsi var. LH hormonunun təsiriylə bu nüvə hüceyrələrdən bir hissəsi yetkinləşməyə başlayar. LH hormonu bu hüceyrələri hərəkətə keçirəcək xüsusi bir formula malikdir. |
Yumurtalığın içində minlərlə yetkinləşməmiş (nüvə) yumurta hüceyrəsi var. Hipofizdən gələn LH hormonunun təsiriylə bu nüvə hüceyrələrdən bir hissəsi yetkinləşməyə başlayar. LH hormonu bu hüceyrələri hərəkətə keçirəcək xüsusi bir formula malikdir. (şəkil 64) Qan içində bir çox maddə var, ancaq bu maddələrin heç biri yumurtalıqları hərəkətə keçirməzkən LH hormonunun sahib olduğu xüsusiyyətlər bu təsiri göstərir. Yəni bu vəzifə üçün xüsusi olaraq yaradılmışdır.
a. Tam yetkinləşmiş yumurta |
Şəkil 65: Yetkinləşməyə başlayan hüceyrələrdən yalnız biri tam olaraq yetkinləşər və yumurtalıqdan çölə çıxar. |
Yetkinləşməyə başlayan hüceyrələrdən yalnız biri tam olaraq yetkinləşər və yumurta hüceyrəsi olaraq yumurtalıqdan çölə ifraz olunar.(şəkil 65) İnkişaf etməkdə olan yumurta hüceyrəsinə və ətrafında olan bəsləyici təbəqəyə folekul deyilir. Hipofiz vəzisindən göndərilən bir başqa hormon olan FSH hormonu folekul üzərində çox maraqlı bir təsir edər və folekul birdən-birə xüsusi bir molekul çıxarmağa başlayar. Bu molekul "ostrogen" adlı hormondur.
Hələ özü tam olaraq inkişaf etməmiş folekul, necə olur ki, bir hormon çıxarmağa başlamışdır? Bu istehsalı edəcək mexanizm və təşkilata necə sahib olmuşdur? Bu istehsalın məqsədi nədir?
Şübhəsiz bütün bunları edən aləmlərin Rəbbi uca Allahdır. Bu sistemlərdə Onun sonsuz elminin və üstün yaradılışının dəlillərindən yalnız birini göstərir.
Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur! Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar. Hər şeyin hökmü (ixtiyarı) əlində olan (Allah) pakdır, müqəddəsdir. Siz də (qiyamət günü dirilib) Onun hüzuruna qaytarılacaqsınız! (Yasin surəsi, 81-83)