Tiroksin hormonunun ifraz olunma miqdarı, əvvəlki səhifələrdə bəhs etdiyimiz heyranlıq oyandırıcı sistemlər vasitəsiylə zəmanət altına alınmışdır. Ancaq bütün bunlarla yanaşı hər hansı bir böhran vəziyyətinə qarşı qanda olan tiroksin miqdarını sabit tutan fövqəladə bir sistem də vardır.
Tiroid vəzisi tərəfindən qana ifraz olunan tiroksin molekulları, sırf bu iş üçün xüsusi olaraq hazırlanmış bir daşıyıcı molekula bağlanar və qanda bu şəkildə gəzərlər. və bu molekula bağlı olduqları müddətcə vəzifələrini yerinə yetirə bilməzlər. 10 min tiroksin molekulundan yalnız 4-ü qanda sərbəst bir şəkildə olar. Hüceyrələrin maddələr mübadiləsi sürətlərini təsir edən tiroksinlər də məhz bu 10.000 tiroksin molekulundan 4-dür. 12
1. Tirotropin Sərbəstləşdirici hormon | |
Tiroksin hormonuna ehtiyac olduğunda hipotalamus hipofiz vəzisinə bir əmr göndərər. Əmri alan hipofiz vəzisi tiroid vəzisinin hərəkətə keçməsi lazım olduğunu anlayar. O da dərhal tiroid vəzisinə bir əmr göndərər və tiroksin hormonu çıxararaq qan yoluyla bütün bədənə paylayar. |
Sərbəst tiroksin molekulları hüceyrələrin içinə girdikcə onların yerinə daşıyıcılarından ayrılan yeni tiroksin molekulları keçər. Beləcə daşıyıcılarına bağlı olan tiroksin molekulları bir anbar olaraq istifadə edilər və lazımlı tiroksin həmişə hazır halda tutulmuş olar. (şəkil 61, 62)
Hüceyrələrə təsir etməsi lazım olan tiroksin miqdarının nə qədər həssas bir tarazlıq ilə nizamlı olduğu, əgər hüceyrələrə təsir edən tiroksin miqdarı artsa və ya azalsa bunun nəticəsində nə cür qorxuların ortaya çıxacağı daha əvvəl ələ alınmışdı. Məhz bu həssas miqdarın içində eyni zamanda bir az əvvəl toxunduğumuz 10.000-də 4 nisbət də vardır. Bu vəziyyətdə qaçınılmaz olaraq bu sualları soruşmaq lazımdır: Yaxşı, trilyonlarla molekul necə sayılar və bu molekulların yalnız 10.000-də 4 hissəsinin insan sağlamlığı üçün uyğun olduğuna nəyə görə qərar verilmişdir? Geridə qalan 9996 molekulun passiv vəziyyətdə gözləməsi lazım olduğu necə hesablanmışdır?
a. Hüceyrə |
Şəkil 61,62: Sərbəst tiroksin molekulları hüceyrələrin içinə girdikcə, daşıyıcılarından ayrılan yeni tiroksin molekulları onların yerinə keçər. Beləcə daşıyıcılarına bağlı olan tiroksin molekulları bir anbar olaraq istifadə edilər və lazımlı tiroksin həmişə hazır halda tutulmuş olar. |
Qan damarlarının içində 4 molekulda azalma olduğu və digər molekulların sərbəst buraxılmaları lazım olduğu necə aydın olmuşdur? Bu fövqəladə riyazi hesab və bu hesaba görə qurulmuş və yer üzündə gəlib-keçmiş bütün insanlarda var olan bu sistem minlərlə ildir qüsursuz şəkildə necə işləyir?
Şübhəsiz ki, bu nümunə, uca Allahın gözlə görə bildiyimiz və ya görə bilmədiyimiz hər aləmə hakim olduğunun, hər şeyi qucaqlayıb əhatə etdiyinin dəlillərindən yalnız biridir: ... (Allah) onların nə etdiklərini nəzarəti altında saxlayır və O, hər şeyi bir-bir sayıb yazmışdır . (Cin surəsi, 28)