11. Mövzu Bədən İstiliyi Nizamlayan Möcüzə Molekul

Hər insanın normal bədən istiliyi 36.5-37 dərəcədir. Bədəninizin istilik qaynağının nə olduğunu və bu istiliyi nəyin daim sabit tutduğunu heç düşündünüzmü? Evləri isitmək üçün ümumiyyətlə qızdırıcı sistemi istifadə edilir. Bu sistemin bir də, istiliyin dərəcəsini nizamlayan termostatı olur. Ev sahibi termostatı istədiyi dərəcəyə gətirərək evin qızdırılmasını təmin edər. Yaxşı, insan bədənindəki qızdırıcı sistemi nədir və termostat necə nizamlanır?

hipotalamus

a. Tiroksin

Şəkil 56:Tiroksin hormonu bədənimizdə sanki termostat funksiyası yerinə yetirərək istilik tarazlığını nizamlayar.

Bədənin istilik qaynağı, insan bədənindəki 100 trilyon hüceyrədir. Hüceyrələrin fəaliyyəti əsnasında müəyyən bir istilik ortaya çıxar və bu istilik bədənin isitməsinə səbəb olar. Məhz bu mikro qızdırıcıların hər birinin nə qədər istilik verməsi lazım olduğunu təşkil edən, yəni bədənimizdəki termostatı Allahın ilhamı ilə nizamlayan isə, kiçik bir molekul olan tiroksin hormonudur.(şəkil 56)

Hüceyrənin işləyərkən müəyyən bir istilik yayması, 100 trilyon hüceyrənin yaydığı istiliyin cəminin insan həyatı üçün tam lazım olduğu qədər olması böyük bir möcüzədir. Tiroksin molekullarının hüceyrənin nə qədər istilik yayması lazım olduğunu və bu istiliyin necə artırılacağını bilmiş olmaları bir yaradılış möcüzəsidir. (şəkil 57)

Tiroksin hormonunun ifraz olunması da ayrı bir yaradılış möcüzəsidir. Tiroksin hormonuna ehtiyac duyulduğu anda hormonal sistemin beyni hipotalamus, hormonal sistemin orkestr şefi olan hipofiz vəzisinə bir əmr (TSH-Tiroid ifraz etmə Hormonu) göndərər. Əmri alan hipofiz vəzi, tiroid vəzisinin hərəkətə keçməsi lazım olduğunu anlayar. O da dərhal tiroid vəzisinə bir əmr (Tirotropin- Tiroid vəzisini hərəkətə keçirici hormon) göndərər. Əmr zəncirinin son halqası olan tiroid vəzisi də özünə çatan bu əmr istiqamətində dərhal tiroksin hormonu çıxarar və qan yoluyla bunu bütün bədənə paylayar. (şəkil 58)

Tiroksin hormonunun tək vəzifəsi deyil, ifraz olunma miqdarı da son dərəcə əhəmiyyətlidir. Yaxşı, bəs bu molekulun ifraz olunma miqdarı necə təyin olunur? Necə olur ki, bu hormon -xəstəlik halları xaricində- ehtiyacdan çox ya da az ifraz olunmaz?

Tiroksin hormonunun ifraz olunma miqdarı da Allahın sonsuz elmi ilə yaratdığı xüsusi bir sistem sayəsində təyin olunur. Bu sistem iki ayrı ölçüm və geri-bəsləmə mexanizmindən meydana gəlmişdir. Bu mexanizmlərin hər biri bənzərsiz bir mühəndislik nümunəsidir. Qanda olan tiroksin miqdarı normadan artıq çoxalanda tiroksin hormonu hipofiz vəzisi üzərində çox maraqlı bir təsir meydana gətirər: Hipofiz vəzisinin TSH, yəni tiroid ifraz etmə hormonuna qarşı göstərdiyi həssaslığı azaldar. (şəkil 59)

hipotalamus

a. Tiroksin
b. Hipofiz vəzisi
c. Tiroid vəzisi

Şəkil 57: Tiroksin molekullarının, hüceyrənin nə qədər istilik yayması lazım olduğunu və bu istinin necə artırılacağını bilmələri, Allahın yaradılışının bir möcüzəsidir.

Hipofiz vəzisi tiroid vəzisinə bir əmr göndərər və bunun nəticəsində tiroid vəzisi dərhal tiroksin hormonu çıxarar. Ardından bu hormonu qan yoluyla bütün bədənə paylayar.

Əgər bir az diqqətli düşünülsə, ortada möcüzə bir quruluşun olduğu görüləcək. Çünki TSH hormonunun vəzifəsi, hipofiz vəzisini hərəkətə keçirmək və tiroid vəzisinə bir əmr göndərməsini təmin etməkdir. Bu əmr, tiroksin hormonunun çıxarılması üçün qurulmuş əmr zəncirinin ikinci halqasını meydana gətirər.

hipotalamus

a. Tiroksin hormonu
b. Hipofiz vəzisi
c. Sədd, əngəl

Şəkil 59:Qanda olan tiroksin miqdarı normadan çox olduqda, tiroksin hormonu hipofiz vəzisinin önünə sanki bir sədd çəkər.

Sistem elə təfərrüatlı bir şəkildə planlanmışdır ki, artan tiroksin özünü çıxaran qaynağın daha çox istehsal etməməsi üçün çox ağıllı bir tədbir görür və öz istehsalı üçün qurulmuş olan əmr zəncirini kəsir. Beləcə qanda olan tiroksinin normadan artıq çoxalmasıyla birlikdə tiroksin istehsalı avtomatik olaraq yavaşlaya bilir. (şəkil 60)

Tiroksin hormonunun istehsal miqdarını təyin edən ikinci bir sistem yenə vardır. Artan tiroksin, hipotalamus hüceyrələrinə təsir edər. Bu hüceyrələr də TSH istehsalını azaldarlar. Beləcə tiroksin istehsalı yavaşlayar.

hipotalamus

Şəkil 60:Qanda olan tiroksin normadan çox olduqda, istehsal əməliyyatı avtomatik olaraq dayandırılar.

Qanda olan tiroksin miqdarı azaldığı zaman bu sistem tam tərs istiqamətdə işləyər. Tiroksin hormonunun miqdarının azaldığını fərq edən hipotalamus daha çox TSH hormonu çıxarar. Bu da tiroksin hormonunun istehsalını artırar. Bu vəziyyətdə bu sualları soruşmağımız lazımdır; tiroksin hormonu istehsalın dayanması üçün əmr zəncirinin dayandırılması lazım olduğunu haradan bilir? Hipotalamusda olan hüceyrələr, tiroksin artdığı zaman hormon ifraz etməyi dayandırmaları lazım olduğunu, tiroksin azaldığı zaman hormon ifraz etməyi artırmaları lazım olduğunu haradan bilirlər? Bu qüsursuz sistem necə var olmuşdur?

Bu cür incə planlanmış bir sistemin təsadüfən meydana gəldiyini düşünmək, bir kompyuterin ya da televizorun təsadüfən meydana gəldiyini düşünməkdən çox daha ağılsız bir iddia olar. Çünki bu sistemin işləyə bilməsi üçün hal-hazırda burada təfərrüatları izah edilməyən, ancaq molekulyar ölçüdə reallaşan xüsusi planlanmış yüzlərlə incəlik var. Bu sistemi yaradanın üstün bir ağıl və güc sahibi olan uca Allah olduğu çox açıq bir həqiqətdir. Allahın elmi hər yeri qucaqlayıb əhatə etmişdir:

...Rəbbim, elm baxımından hər şeyi əhatə etmişdir. Yenə də öyüd alıb düşünməyəcəksinizmi?" (Ənam surəsi, 80).

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • 1. Mövzu Qandaki Maye Nisbətini Yoxlayan Nəzarətçilər
  • 2. Mövzu Bədəndəki Qüsursuz Təhlükəsizlik Sistemi
  • 3. Mövzu Ana Südü və Oksitosin Hormonu
  • 4. Mövzu Kalsium Ölçərlər
  • 5. Mövzu Şəkər Fabriki
  • 6. Mövzu Təcili Yardim: Adrenalin Hormonu
  • 7. Mövzu Bədəni Təmizləyən Lizozom Fermentləri
  • 8. Mövzu Qan Təzyiqini Yoxlayan Qüsursuz Sistem
  • 9. Mövzu Böyümə Hormonu
  • 10. Mövzu Bədənimizdəki Səhvsiz İşləyən Saat
  • 11. Mövzu Bədən İstiliyi Nizamlayan Möcüzə Molekul
  • 12. Mövzu Fövqəladə Həssas Tarazliq
  • 13. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -1
  • 14. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -2
  • 15. Mövzu Kişi Çoxalma Sistemindəki Hormonlar
  • 16. Mövzu Testosteron Hormonunun Digər Xüsusiyyətləri
  • 17. Mövzu Oksigen Daşiyan Möcüzə Molekul: Hemoqlobin
  • 18. Mövzu Hüceyrədəki Xəbərləşmə Sistemi
  • 19. Mövzu Mesajçi Hormonun Hüceyrə İçindəki Səfəri
  • 20. Mövzu Hüceyrədəki Ünsiyyət İdarəsi
  • 21. Mövzu Hüceyrədəki Zülallarin Hərəkəti
  • 22. Mövzu Sinir Hüceyrələrindəki Kimyəvi Ünsiyyət
  • 23. Mövzu Qabiliyyətli Xəbərçi Nitrat Oksid (NO)
  • 24. Mövzu Endokrin Hüceyrəsi NO (Nitrik Oksid) İstehsal Mərkəzi
  • 25. Mövzu Bədənimizdəki Enerji Stansiyasi
  • 26. Mövzu Qaraciyərə Yerləşdirilmiş "Bakteriya Məhv Etmə Maşinlari"
  • 27. Mövzu DNT-nin Çoxaldilmasi
  • 28. Mövzu Təmirçi Fermentlər
  • 29. Mövzu Zülal İstehsali
  • 30. Mövzu Zülal İstehsalinin Son Mərhələsi
  • 31. Mövzu Hüceyrə Pərdəsi və Mütəşəkkil 100 Trilyon İşçi
  • 32. Mövzu Eşidəndə Nələr Baş Verir?
  • 33. Mövzu Qanin Laxtalanmasi
  • 34. Mövzu Müdafiə Etmə Sistemi
  • 35. Mövzu B12 Vitamininin Səfəri
  • 36. Mövzu İnsan Bədəninin Kimyagəri: Mədəalti Vəzi
  • 37. Mövzu Hüceyrə Pərdəsindəki Daşiyici Molekullar
  • 38. Mövzu Bədəni Qorumaqla Vəzifəli Komplement Zülallari
  • 39. Mövzu Turşuya Qarşi Düstur Çixaran Molekullar
  • 40. Mövzu Yumurta Hüceyrələrinin Sərgilədiyi Şüur
  • Nəticə