Siz bu kitabı oxuduğunuz müddətdə və hal-hazırda da, bədəninizdəki molekullar fasiləsiz fəaliyyətlərinə davam etdilər. Bəziləri kalsium miqdarınızı ölçüb, əskik kalsiumu fərqli yollardan bitirdi, bəziləri zülal istehsalı üçün lazım olan amin turşularını toplamağa başladı, bəziləri DNT-nizi köçürtmək üçün DNT spiralını iki ayrı parçaya ayırdı, bəziləri bədəninizə girən bakteriya və viruslara qarşı döyüşərək sizi xəstəliklərə qarşı qorudu, bəziləri bədən istiliyinizi normal səviyyədə tutmaq üçün işlədi, bəziləri isə bədəninizdəki artıq maddələri yox etdi... Və saymaqla bitirə bilməyəcəyimiz qədər çox əməliyyat eyni anda reallaşdı.