YPG kommunist, Stalinist, Allahsız və Kitabsız təşkilatdır. Kürd fərqlidir, kürd alicənabdır, Allahdan qorxar, Allahı sevər. Böyük əxlaqa sahib, nəcib insanlara Kürd deyilər. YPG, PKK-nın digər adıdır.
Yerli idarə etmənin gücləndirilməsi, PKK-nın çörəyinə yağ çəkməkdir. Sən bələdiyyəyə böyük sərbəstlik versən nə olacaq? Bəzi bələdiyyələr PKK-nın qalasına çevrilər. Başqa bir işə yaramaz. Onsuz da onların istəyi də budur.
(A9 TV; 8 fevral 2016)
Adnan Oktar
-
Bir insan nəfsini dəli kimi müdafiə edirsə, bu əqli xəstəlikdir. İnsan orada dayanmalıdır, Allaha sığınmalıdır. "Mən necə bu qədər anormal bir insan ola bilərəm?" deməlidir. Qarşı tərəfi ağıllı şəkildə dinləməlidir. Müsəlman, yaxşı işlər görməyi əmr edib, pis əməlləri qadağan etməyə meyillidir. Buna görə də ağlı çox gözəl inkişaf edər.
(A9 TV; 7 fevral 2016)
Adnan Oktar
-
Qəlbində xəstəlik olan, qürur nümayiş etdirər, eqoistlik edər, təkəbbürlənər. Təkəbbürü qiymətli bir ibadət kimi görür. Halbuki şeytanın sözü ilə etdiyindən xəbərsizdir. Şeytani şəkildə fəaliyyət göstərdiyini görə bilmir.
(A9 TV; 7 fevral 2016)
Adnan Oktar
-
Şeytan qəlbində xəstəlik olanları xüsusi formada müəyyənləşdirib onlara hücum edər. İnsan Allahı unutduğu zaman bundan xəbərsiz olur, üzəri ion təbəqəsi kimi şeytanla örtülür. Artıq şeytan ondan əl çəkmir. Bədəninə yapışır.
(A9 TV; 7 fevral 2016)
Adnan Oktar
-
Münafiqlər dünyada təkəbbür göstərərlər. Qudurub azarlar, lakin axirətdə Allahın hüzurunda, haşa, bu cür çoxbilmişlik, intellektuallıq və hiyləgərlik etməyə gücləri qalmaz.
(A9 TV; 7 fevral 2016)
Adnan Oktar
-
Bəzən qəlbində xəstəlik olan müsəlmanlar da eynilə münafiq kimi davrana bilər. Münafiq deyil əslində, lakin qəlbində xəstəlik vardır; Allah ayədə: “Qəlbində xəstəlik vardır” deyə bildirir, eynilə münafiq kimi davranar. Yəni bir mərhələsindədirlər. Bəzən şəfa tapar, bəzən də münafiqlik uçurumuna düşər.
(A9 TV; 7 fevral 2016)
Adnan Oktar
-
Münafiqin ən mühüm silahı gizlilikdir. Xarakterinin və fəaliyyətləri bütün incəlikləri ilə birlikdə açılsa, ən mühüm silahı faydasız hala gələr.
(A9 TV; 7 fevral 2016)
Adnan Oktar
-
Əziyyət Peyğəmbərimiz (s.ə.v)-i gözəlləşdirirdi. Əziyyət hz. Yusif (ə.s)-ı dünyanın ən gözəl insanına döndərdi. Həyatı həmişə əzab içində keçdi. Ağlasığmaz dərəcədə gözəl idi. Musa (ə.s) ömrü boyu əzab və əziyyət çəkdi. Əla yaraşıqlı idi, qövmün ən yaraşıqlısıydı.
(A9 TV; 6 fevral 2016)
Adnan Oktar
-
Münafiq ümumi mədəniyyətə çox əhəmiyyət verər, hər şeyi öyrənmək istəyər, dindən də nifrət edər. Onu təkcə din narahat edər, təkcə İslam narahat edər.
(A9 TV; 6 fevral 2016)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) dövrünün münafiqləri öz aləmlərində Peyğəmbər (s.ə.v)-dən daha ağıllı olduqları iddia edirdilər. Özlərini guya daha ağıllı zənn etdikləri üçün, yekəxana danışırdılar. Münafiq çox nəzakətsiz və ədəbsiz olar.
(A9 TV; 6 fevral 2016)
Adnan Oktar
-
Hədisdə: “Ümmətimdəki münafiqlərin əksəriyyətini təhsil alanlar təşkil edər" deyir. Bilikləri nəticəsində həmişə havalanar, ayrı olmaq istəyərlər. Münafiqlər öz aləmlərində “mən daha ağıllıyam, daha bilikliyəm” deyə təkəbbürlənərək müsəlmanlardan ayrılmaq istəyərlər.
(A9 TV; 6 fevral 2016)
Adnan Oktar
-
Münafiqin qəlbində getmək arzusu hər gün olar. İmam Qəzali “Əhya” əsərində: "Məsciddəki münafiq qəfəsdəki quş kimidir. Qəfəsin qapısı açılan kimi, quş uçub qaçar" deyir.
(A9 TV; 6 fevral 2016)
Adnan Oktar
-
Müsəlmanlar; “münafiq getsəydi rahatlayardıq” deyərlər, lakin biri daha gələr. İbadət üçün münafiq lazımdır, əhəmiyyətlidir. Sadəcə Quran vasitəsilə mübarizə aparmaq üsulunu yaxşı bilmək lazımdır.
(A9 TV; 6 fevral 2016)
Adnan Oktar
-
Münafiq təhlükəsinə qarşı zəifləmək çox təhlükəli olar. Münafiqə qarşı ömür boyu ayıq-sayıq olunmalıdır. Çünki münafiq qatran kimidir, yapışar. Biri getsə digəri gələr müsəlmanların yanına. Münafiqsiz müsəlman cəmiyyəti olmaz.
(A9 TV; 6 fevral 2016)
Adnan Oktar
-
Münafiq tək deyil. Müsəlmanlardan ayrıldığı vaxt, hazır bir münafiq cəmiyyətinin arasına doğru gedər. Həmişə özünü qoruyacaq və himayə edəcək dəstəsi olar. Lakin onlardan da nifrət edər, onlar da ondan nifrət edərlər.
(A9 TV; 6 fevral 2016)
Adnan Oktar
-
Münafiq həmişə ətrafına pislik, murdarlıq və münafiqlik öyrədər. Bəzi alçaq ağılsızlar da münafiqə itaət edərlər. Məsələn, o dərin dövlətə heyrandırsa, bu da dərin dövlətə heyran olar. Münafiq murdardırsa, bu da murdar olar. Münafiq çoxbilmiş gəvəzədirsə, bu da çoxbilmiş gəvəzə olar.
(A9 TV; 5 fevral 2016)
Adnan Oktar
-
Müsəlmanı münafiqlər dəstəkləsə, kafirlər dəstəkləsə, murdar insanlar dəstəkləsə məhv oldu deməkdir. Lakin müsəlmana qarşı çıxmaları, onun doğru yolda olduğunu göstərir.
(A9 TV; 5 fevral 2016)
Adnan Oktar
-
Sevgidə qürur olmaz. Çünki qürur olduqda sevgi bitər. Qürur və bağışlamamaq sevginin zəhəridir. İnsanlar bundan ötrü sevgini davam etdirə bilmirlər. Lakin bağışlamaq, qürura nəzarət etmək və onu əzə bilmək sevginin yolunu sonuna qədər açar.
(A9 TV; 5 fevral 2016)
Adnan Oktar
-
Dünyanın sonu gəldi, Allah gözəl bitməsini istəyir. Xristianlıq, yəhudilik və müsəlmanlığın bu cür şirk və pərişanlıq içində olarkən bitməsini istəmir. Hər üçünün də tövhid inancı ilə ehtişamlı şəkildə bitməsini istəyir. Hz. Mehdi (ə.s)-ın zühuru, hz. İsa Məsih (ə.s)-ın enişi və İslamın hakimiyyəti. Onsuz da ardınca sürətli pozulma baş verəcək.
(A9 TV; 5 fevral 2016)
Adnan Oktar
-
Darvinist təhsilin dayandırılması mühüm mövzu kimi ələ alınmalıdır. Darvinizmlə Allah inkar edilir. Həmçinin gənclərimiz ateist, darvinist və materialist yetişdirilir. Bu böyük fəlakətdir.