Yəhudilik də, xristianlıq da, müsəlmanlıq da şəfqət, mərhəmət və sevgini izah edər. Bəzi şeytani ünsürlər məcburi olaraq dinlərin içərisindən şiddət çıxarmağa çalışarlar.
Sevginin, müasirliyin, demokratiyanın, azadlığın, gözəl olan hər şeyin, eşqin, məhəbbətin Allahın sevdiyi hər şeyin hakim olması üçün Allah bizlərə güc versin.
(A9 TV; 20 aprel 2013)
Adnan Oktar
-
Kobud olan kəslər müsəlmanı da, xristianı da, yəhudini də öldürür, hər kəsə düşmən kəsilir. Allah bu kəsləri müsəlman hesab etmir. Bunlar müşrikdir. Paqan dininə mənsub bütpərəstlərdir. Yəni, Quranı əsas qəbul etmirlər.
(A9 TV; 20 aprel 2013)
Adnan Oktar
-
Allah bizdən mərhəməti, şəfqəti və bağışlayıcı olmağımızı istəyir. Allah Quranda bütün insanlara mərhəmətlə baxmağımızı istəyir, hətta müşriklərə də, bütpərəstlərə də can təhlükəsizliyi təmin etməyimizi istəyir.
(A9 TV; 20 aprel 2013)
Adnan Oktar
-
Zorakılıqla məşğul olanlara müsəlman deyilməsi də səhvdir. Dəhşət sistemini, şiddət sistemini müdafiə edənlər də müşrikdir. Yəni Paqan dininə mənsubdur. Müsəlman bunu etməz, müsəlman Qurandakına əməl edər.
(A9 TV; 20 aprel 2013)
Adnan Oktar
-
Ələvi və sünniləri bir-birilə vuruşdurmaq istədilər. Dedik ki, "Biz ələviləri canımız kimi sevirik. Şiələri, vəhhabiləri canımız kimi sevirik onlara da söz dedirtmərik" dedik. O məntiqi də qırdıq. Bu qərarla da hər gün yeni bir yol, yeni bir hücum olur.
(A9 TV; 20 aprel 2013)
Adnan Oktar
-
Şeytani güclər yəhudi-müsəlman sevgisinə mane olmağa çalışırlar. Biz buna mane olduq. Biz yəhudiləri çox sevirik, yəhudilər də bizi sevir. Xristianlara olan sevgimizi qırmağa çalışdılar, buna da mane olduq. Son qoyduq.
(A9 TV; 20 aprel 2013)
Adnan Oktar
-
Sülh, sevgi tərəfdarlarının çox qərarlı, əzmli olmaları lazımdır. Yolumuzdan çəkindirməyə çalışa bilərlər. Əzm və qətiyyətlə davam edəcəyik.
(A9 TV; 20 aprel 2013)
Adnan Oktar
-
Daha müvəffəqiyyətli, bərəkətli hücumlarımız olacaq. Radikal, mərhəmətsiz, zorakı bir düşüncə aradan qalxacaq, dünyanı cənnət kimi edəcəyik, inşaAllah. Dünya sülh yurdu, bayram yeri kimi olacaq.
(A9 TV; 20 aprel 2013)
Adnan Oktar
-
Xristianlar, yəhudilər hamısı Allahı sevən insanlardır. Allah onları bizə əmanət edir. Bizlər onlara əmanət, onlar da bizə əmanətdir. Çünki hamımız Allah dostlarıyıq. Sevgi ilə, şəfqətlə baxacağıq.
(A9 TV; 20 aprel 2013)
Adnan Oktar
-
Yəhudi, xristian fərqi yoxdur, canlarımıza sahib çıxın. Dünyanın hər tərəfində çox əzilirlər. Öz paltarları ilə çöldə gəzəndə lağ edirlər, küfr edirlər. Çox sayda dinsiz, ateist var. Onun üçün hər yerdə şəfqət, mərhəmət göstərin və sahib çıxın.
(A9 TV; 20 aprel 2013)
Adnan Oktar
-
Xristianların heç biri üçləmə inancına inanmaz. Danışarkən hamısı "Allah birdir" deyirlər. Hamısının ürəyində də gizli bir hz. Məhəmməd (s.ə.v) sevgisi var.
(A9 TV; 20 aprel 2013)
Adnan Oktar
-
Xristianlara çox şəfqət göstərək. Onlar günahsızdır, canımızdır. Çox nadir, orada-burada kiçik kilsələri var. Lağ edənlər olur, əzənlər olur. Çətin şərtlərlə Allaha olan inanclarını qorumaq, Allaha olan sevgilərini ifadə etmək üçün cəhd göstərirlər. Çox şəfqətli davranın. Mərhəmətlə, sevgi ilə davranın. Hər yerdə qardaşlarımız qorusunlar.
(A9 TV; 20 aprel 2013)
Adnan Oktar
-
Bizim millətimiz aslandır. Aslana tülkü yanaşmaz. Tülkü zəif görəndə hücum edər. Gücsüz varlıq görəndə gedib üstünə hücum edər. Bu millət aslanlığını qiyamətə qədər davam etdirəcək. Tülkülər gəlib qaçacaqlar.
(A9 TV; 20 aprel 2013)
Adnan Oktar
-
Hər vaxt MHP-nin də, BBP-li qardaşlarımızın da, Səadət Partiyalıların da coşğulu, qüdrətli səslərinə millətin ehtiyacı var. Xarici dünyanın da bu səsi eşitməyə ehtiyacı var.
(A9 TV; 20 aprel 2013)
Adnan Oktar
-
Uşaqlara Allahı, Quranı sevdirək. Onları darvinizmin, materializmin, kommunizmin fitnəsindən, Allahsız və kitabsız düşüncənin fitnəsindən qoruyaq. Var gücümüzlə onlara müqəddəs olanların, Quranın gözəlliyini öyrədək. Allah sevgisi ilə bu gözəl varlıqların ürəkləri dolsun.
(A9 TV; 20 aprel 2013)
Adnan Oktar
-
1400 ildən bəri bir qəhrəman gözlənilir, o da hz. Mehdi (ə.s), hz. İsa Məsihdir.
(A9 TV; 20 aprel 2013)
Adnan Oktar
-
Hz. İsa Məsih (ə.s)-ın, hz. Mehdi (ə.s)-ın var olduğu bir dünyada, hz. Xızır (ə.s)-ın gəzdiyi bir dünyada qeyri-adi hadisələr ard-arda bir-birini əvəzləyər.
(A9 TV; 20 aprel 2013)
Adnan Oktar
-
TRT6-da baraban, zurna ilə halay deyil, təcili olaraq anti-darvinist, anti-materialist izahatlar verilməlidir.
(A9 TV; 25 aprel 2013)
Adnan Oktar
-
Hakkəl-yakin insanın özündən əmin olduğu kimi Allahın varlığından əmin olmasıdır.
(A9 TV; 25 aprel 2013)
Adnan Oktar
-
Bəzi insanlar öz ağıllarına görə İslam Birliyinin mümkün olmadığını söyləyir. Avropa Birliyi, Aralıq dənizi Birliyi, Şanxay Birliyi olur, hər cür birlik olur. "İslam Birliyi? O mümkün deyil" deyir. Müsəlmanların bir-birini sevməsindən daha təbii nə ola bilər? Bütün bölgə müsəlmandır. Hamısı bir-birini sevəcək və İslam Birliyi olacaq. Bunu görəcəklər, inşaAllah.