Yaxşıların qiymətinin bilinməsi üçün Allah xətaları da yaradar, səhvi olan insanları da yaradar. Hər zaman yanlış insanlar olar, səhvli insanlar olar. Amma yaxşılar səhvi olan insanların içərisində fərqlənir. Xətalı insana ehtiyac vardır. O zaman imtahanın sirri ortaya çıxar, inşaAllah.
Ən çox ehtiyac duyulan hökumətə müxaliflikdir. Müxalifət nə qədər güclüdürsə o məmləkət o qədər gözəl, güllük, gülüstanlıq olar. Müxalifət olmayan bir iqtidar qorxuncdur. Məsələn, Şimali Koreya dəhşətdir, Allah qorusun. Müxalifət yoxdur. Səsini çıxaranın kəlləsi gedir. Türkiyədə istəyən istədiyini söyləyir.
(A9 TV ; 17 dekabr 2013)
Adnan Oktar
-
Nazir oğlu nəzarətə götürülürsə o hökumət möhkəmdir. Kimsə orada faşizmdən, diktatorluqdan, demokratiyanın olmadığından danışa bilməz. Deməli, demokratiya çox güclüdür və bu ən son göstəricidir.
(A9 TV ; 17 dekabr 2013)
Adnan Oktar
-
Hökumət xərçəng dərmanlarını pulsuz verməlidir. Bir xəstə xərçəng xəstəliyinə görə resept gətirdisə dövlət onu pulsuz versin. Baş nazirimizdən istəyimiz budur. Xərçəng xəstəsindən pul alınmasın.
(A9 TV ; 14 dekabr 2013)
Adnan Oktar
-
Türkiyə, mehdiyyət vəsiləsi ilə İslam Birliyini təşkil edən bir ölkədir. Avropayla da insani, sevgi əlaqələri olacaq. Təbii ki, Avropanın mənəvi inkişafına da faydası olar.
(A9 TV ; 14 dekabr 2013)
Adnan Oktar
-
Müsəlman sevməkdən heç vaxt sıxılmaz, sevgidən, sevdiyindən bezməz; Bu imanla olar. Amma ətə, sümüyə bağlıdırsa təbii ki, sıxılar. Sevmir adam; zahirinə bağlıdır. Müsəlman ruha, qəlbə, sevgiyə bağlıdır.
(A9 TV ; 14 dekabr 2013)
Adnan Oktar
-
Misirə 112 il əvvəl qar yağmışdır, bir də indi yağdı. Bu, Axırzaman əlamətlərinin bir təzahürüdür.
(A9 TV ; 14 dekabr 2013)
Adnan Oktar
-
Ələvilik gözəllik deməkdir, sevgi deməkdir, şəfqət deməkdir, dostluq deməkdir, mülayimlik deməkdir və qatı dinçiliyə qarşı çıxmaq deməkdir. Buna görə ələvi qardaşlarımız hara getsələr bir gözəllik apararlar.
(A9 TV ; 14 dekabr 2013)
Adnan Oktar
-
İslam Birliyini dayandırmağa çalışan, əhəmiyyətsiz sayan, məhz Mehdi gəlib getmişdir deyənlər əldən düşmüş, yorğun, gücsüz bir müsəlman kütləsi yaratdılar. Milyard yarım müsəlmanın həyəcanını, şövqünü, gücünü, əzmini qırdılar. Ürkək, özünüsevən, utancaq, eqoist, “mənə toxunmayan ilan min il yaşasın” düşüncəsində olan bir müsəlman qrupu İslam aləmində formalaşdı.
(A9 TV ; 13 dekabr 2013)
Adnan Oktar
-
Müsəlmanların bir-birini sevməsi və dəstəkləməsinə İslam Birliyi deyilir. Bu tətbiq olunduqda məsələ bağlanar. Çox asandır.
(A9 TV ; 12 dekabr 2013)
Adnan Oktar
-
İslam ölkələrinin orduları, 70 müxtəlif nöqtədən, 70 diviziya yaxud 70 biriqada ilə Suriyaya girsə 3 saat, 4 saatda iş bitər. Suriya müqavimət göstərməz, zülm də bitər. Çox asandır.
(A9 TV ; 12 dekabr 2013)
Adnan Oktar
-
Edam cəzasının dünyada aradan qaldırılması lazımdır. Ömürlük həbs edirsənsə et. Asmağa nə ehtiyac var? Adam tövbə etsin, Quran oxusun, namaz qılsın. Sən adamı cahil halında tez-tələsik asırsan. Yəni adamın axirətini də, dünyasını da yandırmış olursan. İmkan ver tövbə etsin, özünü toplasın, çatışmazlığını aradan qaldırsın.
(A9 TV ; 12 dekabr 2013)
Adnan Oktar
-
Biz Cənub-şərqi vermərik. PKK-ya qarşı da heç bir güzəşt edilməyəcək. Əgər azarlarsa qanunla, hüquqla hər nəyə vəsilə olursa olsun qarşılığını verərik. Bir milyon şəhid, iki milyon şəhid; qarşılığını verərik.
(A9 TV ; 11 dekabr 2013)
Adnan Oktar
-
PKK darvinist, materialist, stalinist təbliğata əhəmiyyət verirlər. Dağda, daşda, çayxanalarda, evlərdə gecə-gündüz təbliğat aparırlar. Müsəlmanlar da anti-darvinist, anti-materialist, Quran möcüzələrini izah edən, iman həqiqətlərini izah edən işlər görməlidirlər. Min misli, milyon misli olmalıdır. Çox güclü və qərarlı olmalıdırlar.
(A9 TV ; 9 dekabr 2013)
Adnan Oktar
-
Həm darvinizm, həm Quran ikisi birlikdə olmaz. İkisindən birini seçmək lazımdır ki, seçilən Quran olmalıdır. Darvinizmlə Quran arasında qalanlar xəstə düşüncəni müdafiə edir.
(A9 TV ; 8 dekabr 2013)
Adnan Oktar
-
İnsan keyfiyyətsizliyə alışdıqdan sonra, daha çirkli, daha keyfiyyətsizləşməyə, mədəniyyətsizləşməyə, kütləşməyə başlayır və arxasınca deyirsən ki: "Bu nədir?" "Müsəlmanlıq budur" deyir. Vəhşiliyin, kirin, keyfiyyətsizliyin, mədəniyyətsizliyin baş alıb getdiyi bir sistemə müsəlmanlıq deyir. Bu çox böyük bir təhlükədir. Bu milli bir təhlükədir.
(A9 TV ; 7 dekabr 2013)
Adnan Oktar
-
Möminlərin arasında mübahisə olduqda incikliyi aradan qaldırmaq fərzdir. Gücün çatdığı qədər səy göstərəcəksən; olar və ya olmaz. İki müsəlman camaat-birlik bir-birinə qarşı olduqda ona müdaxilə etmək fərzdir. Aralarını yaxşılaşdırmaq üçün səy göstərmək fərzdir. Sən o ibadəti etməkdə mükəlləfsən, namaz kimidir.
(A9 TV ; 7 dekabr 2013)
Adnan Oktar
-
Bütün mallar paylanacaq, Allah yolunda xərclənəcək. Malı yığıb nə edəcəksən, nə işinə yarayar, nə faydası var? Amma (Allah yolunda) xərcləsən daha da zəngin, daha gözəl olarsan. Dünya həyatında da, axirətdə də rahatlıq taparsan.
(A9 TV; 6 dekabr, 2013)
Adnan Oktar
-
İmana önəm verməyib ticarətə, pula, mənfəətinə önəm verdikdə iman unudular, iman zəifliyi yaranar. Bu zaman da həmin adam üçün nə İslam Birliyi, nə Mehdi (ə.s)-ın çıxışı, nə də İsa Məsih (ə.s)-ın gəlişi əhəmiyyətli olar.
(A9 TV; 6 dekabr 2013)
Adnan Oktar
-
Sevgisiz insanların, qatı dinçilərin ruhu xəstə olur. İşığı görsələr qaranlıq, qaranlığı görsələr başqa cür dərk edirlər. Allah islah etsin.
(A9 TV; 6 dekabr 2013)
Adnan Oktar
-
Kommunizm saqqız kimi yapışar. Ondan imtina edəni buraxmaz, maqnit kimi özünə çəkər. Yəni bir hörümçək toru kimidir. Yapışanda qopmaz. Bu kommunizmin xüsusiyyətidir. Yəni kommunistin əlindən yaxa qurtarmaq asan məsələ deyil. Ondan ayrılmaq istəyəni öldürərlər.