Yaşanan hadisələrin əksəriyyəti Allahın unudulmasından irəli gəlir. Allah unudulduğu zaman bərəkətsizlik olar.
Allah dünyanı yalnız imtahan yeri kimi yaratdı. Allahın əhəmiyyət verdiyi məsələ sevgi və dostluqdur. Allah sevginin hakim olmasını istəyir.
Kürd qardaşlarımız bizim canımızdır. Bu ölkədə xalqın 90%-nin qanında kürdlük var. Kürdlər alicənab, dəliqanlı və igid insanlardır.
Münafiq sözü ərəbcədə iki tərəfi açıq tunel mənasını verən en-nefeku və ya köstəbək dəliyi mənasındakı "ən-nafikatu" sözündən gəlir. Münafiq də eynilə köstəbəklər kimi qaranlıq bir dəhliz içində yaşayar və mənəvi gözü kordur.
Allah Axırzamanın texnologiyası və sosial media vəsiləsi ilə möminləri, kafirləri və münafiqləri ən yaxşı şəkildə tanıyacağımız imkan meydana gətirdi.
Münafiq sosial media səhifələrində küfr əhlinə olan heyranlığını əks etdirərkən müsəlmanlardan mümkün qədər uzaq dayanmağa çalışar.
Əsrimizdə münafiqləri müəyyən etmək daha asandır. Sosial media səhifələrinə baxıldığı zaman hədəfləri, üslubu və şəxsiyyəti çox aydın şəkildə görünər.
Münafiq həyatın bir hissəsidir. Münafiqlərlə elmi mübarizə İslamın mövcudluğu içində bir şərtdir. Münafiqlərin mövcudluğunda heyrət ediləcək bir şey yoxdur.
Türkiyədə hər gün şəhidlər olur, bəziləri yalnız futbol komandasının edəcəyi transferlə, işi, toyu və yeməyi ilə maraqlanır.
Mir Qasım Əlinin edamının qarşısının alınması üçün ABŞ, Rusiya, Avropa İttiqaqı ölkələrindəki bütün rəhbərlərə və QHT-lərə məktub göndərdik. Mir Qasım Əlinin edam edilməməsi üçün əlimizdən gələn hər cəhdi göstərdik. İnşaAllah özü cənnətə qovuşmuşdur.
İngiltərə dərin dövləti Banqladeşi sanki nəzarəti altına almışdır. Banqladeşdə edamların dayanmamasının əsil səbəbi budur.
Türkiyə, Rusiya, İran və Pakistan birləşib qərar versələr İslam Birliyi oldu deməkdir.
Banqladeş edam cəzasından tamamilə imtina etməlidir, zəruri hallarda ömürlük həbs cəzası verilər, lakin öldürmək olmaz.
Müsəlman həmişə iman sevinc içində olmalıdır. Rəsulullah (s.ə.v) dövründə də həmişə şəhid verilirdi, lakin müsəlmanlar həmişə sevinc içində idi.
Allah çox sevilmək istəyər. Allah bizi çox sevməyi, bizim də Özünü çox sevməyimizi istəyir.
Rəqs, musiqi, əyləncə, sevinc, söhbət, hamısı İslamdadır. İslamın yaşanmadığı heç bir yer olmaz. İslam həyatın hamısıdır, İslam hər yerdə yaşanar.
Mehdini müjdələyən Peyğəmbərimiz (s.ə.v)-dir. Peyğəmbərimiz (s.ə.v)-i sevən və itaət edən Mehdini sevgi ilə gözləyər. Mehdi, Peyğəmbərimiz (s.ə.v)-in komandiri və övladıdır. İsa Məsih də İslama tabe olaraq gələcək. Mehdiyyət, Peyğəmbərimiz (s.ə.v)-in hakimiyyəti deməkdir.
İran, İslam Birliyini sevgi ilə gözləyən bir ölkədir. Türkiyə ilə İranın ittifaq etməsi əhəmiyyətlidir.
Bitkinin ağılını əksər insan düşünmür. Küçədə ot, çiçək deyib keçirlər. Çobanyastığı milyonlarla ildir ki, eyni gözəllikdə, eyni şirinlikdədir. Tək bir hüceyrəsində belə heyrətamiz məlumat var, nə vaxt açacaq, nə vaxt solacaq, toxumları nə qədər olacaq, hamısı müəyyən edilib.
Eşq əhli olan şiddətli imtahan olunar. Böyük eşq böyük əziyyətlə birlikdə hərəkət edər. Eşqi cılız olanın imtahanı da cılız, zəif olar.
Mən hər zaman məzlumların hamisiyəm. Harada məzlum varsa onu qoruyaram.