Yaşadığımız axırzamanda bir tüstü peyda oldu. Bütün dünyanı bir duman bürüdü. Mehdiyyətin əlamətlərindən biri də budur. O dumana görə bu iqtisadi böhran var, döyüşlər və terror var. Bu duman Mehdiyyətin zühuru ilə ortadan qalxacaq. O dumanı paylayan Mehdi (ə.s)-dır.
Sülh üçün hicri 1400-cü ildən sonra Mehdiyyət dövrəyə girdi. Çünki Kral Məsihi, yəni Mehdi (ə.s)-ı 1980-ci illərdə dünyaya Cənab Allah vəzifəli olaraq göndərdi. Və İsa Məsih də 2002-ci ildə dünya sülhü üçün vəzifəyə başlamış oldu.
İdealist gəncliyi də çox yaxşı dəstəkləmək lazımdır. Onlar səssiz vətənpərvərlərdir.
İnsanın fitrətində vardır keyfiyyət axtarışı. QURANDA ƏMR EDİLƏN, KEYFİYYƏTDİR. Məsələn, cənnət çox keyfiyyətli bir yerdir. Hər yerdə keyfiyyət hakimiyyəti vardır. Paltarlar, yataqlar keyfiyyətlidir, evlər, küçələr keyfiyyətli, insanlar keyfiyyətli, hər yer keyfiyyətlidir.
Keyfiyyətli bir cəmiyyət, keyfiyyətli bir həyat olmadıqdan sonra dünya İslamı qəbul etməz.
Möminlər cənnətə, kafirlər isə cəhənnəmə gedəcəklər. Amma heç kim cəhənnəmə ya cənnətə gedəcəyindən əmin olmayacaq. Ümid və qorxu arasında olmalıdırlar. Allah elə istəyir. Belə olduqda insan mükəmməl, dəqiq olur, inşaAllah.
Şeytan sizi Qurandan uzaq tutmaq istəyir. Qadınların ömrünün az qala yarısını Qurandan uzaq tuturlar. "Aman Qurana əl vurma! Qurana əl vura bilməzsən." Onsuz da müsəlmanın əli təmizdir, götürər Quranı oxuyar. Təmizsə əlin, gedər Quranı oxuyarsan. Qız olsun, kişi olsun istədiyi kimi oxuya bilər. Tərcümədən də oxuya bilərsən, rahat oxuyarsan.
Quran çörək kimi başınızda dayanacaq. Yastığınızın üzərində dayanacaq. Axşam yatarkən oxuyacaqsınız, qalxıb oxuyacaqsınız. Masanızda olacaq.
Müsəlman Allah yolunda çox səmimi xərcləyir, boş yerə xərcləmir, israf etmir, amma xəsislik də etmir. Müsəlmana, İslam yoluna gedəcək pulu zibil kimi xərcləyir, xəsislik etmir. Boş işlərə xərcləmir.
Böhtan atacaqlar, mane olmağa çalışacaqlar, çirkin sözlər söyləyəcəklər, təhqir edəcəklər, müsəlman nə deyəcək? "Salam sizə" deyib uzaqlaşır, həmsöhbət olmur.
Həqiqi müsəlmanlar təvazökardırlar, rahatdırlar, artistlik, qürur etməzlər, ağır müəllim, molla roluna girməzlər. Övliya roluna girməzlər. Xırıltılı səsli, xüsusi adam rolu verməzlər. Rəftarları normaldır, mehribandırlar.
Şiddət, terror, mərhəmətsizlik şiddətlə çəkinilən xüsusiyyətlər, yəni sırf cəhənnəm xüsusiyyətləridir. Müsəlman elə şeylərdən iyrənəcək. Şiddətlə çəkinəcək.
SEVGİSİZLİK KEYFİYYƏTSİZLİYİ, KEYFİYYƏTSİZLİK SEVGİSİZLİYİ GƏTİRƏR. Keyfiyyətsiz mühitdə sevgisizlik tez inkişaf edər. Sevgisiz mühitdə də keyfiyyətsizlik inkişaf edər. SEVGİ İLƏ KEYFİYYƏT İÇ-İÇƏDİR. Qardaşlarımızın çox keyfiyyətli müsəlmanlar olması üçün cəhd göstərəcəyik. Sevginin olduqca inkişafı üçün cəhd göstərəcəyik.
Bir çox insanın ürəyinə nifrət sahib olmuşdur. Nifrət əhli çox çirkindir. Özləri də cəhənnəm həyatı kimi həyat yaşayırlar, çox böyük ağılsızlıq edirlər.
Dünyanın başına gələn bəla sevgisizlikdir, sevgisizliyi normal qarşılayırlar. Sevgisizlik cəhənnəmdir. Sevgisizlik çox qorxunc bir şeydir. Qardaşlarımız sevgisizliyi dayanmadan lənətləsin.
Maddə görünüş olaraq vardır. Amma mütləq varlıq deyil.
Biz necə yuxudan oyandığımızda əsl həyat bizi çaşdırır, "Nə qədər dəqiq, yuxu nə qədər alatoran" deyirik. Ölən də bu həyatını alatoran görür. Halbuki o da yuxu.
İnsan öləndə, bu görünüş alatoran gəlir. Dəqiq, əmindir. Səmimi olaraq yuxu olduğuna inanar. Keyfiyyətli bir yuxu kimi. O, oyandığında əsl həyat olaraq onu görər.
Cənab Allah möminləri cənnətə qoyacaq. MÖMİNƏ CƏHƏNNƏM HARAMDIR. Mümkün deyil, cəhənnəmə girməz. Cəhənnəmi də möminlər televiziya ekranı kimi seyr edir.
Bir insan dindən azsa, artıq o dəccal olar. Allah kimi mehdi etsə, kim mehdi olsa dəccallar ona təsir etməz.
Gözəl olan Cənab Allah bizləri hələlik dünya görünüşü olaraq belə göstərir. Əsli axirətdədir. İnşaAllah axirətə birdən-birə belə aynanın içindən keçər kimi keçəcəyik. Yuxudan oyanar kimi. "Allah Allah" deyəcəyik, "Necə bir həyat idi o, çox maraqlı" deyəcəyik. Yəni "Açıq şəkildə yuxudaymışıq" deyəcəyik.