"Xristian aləmi birləşin, müsəlmanları xilas edin" deyirlər. Amma diqqət yetirin: "İslam aləmi birləşsin" demirlər. İslam Birliyi deyildikdə, "belə şey olmaz, birləşə bilməzlər" deyirlər. Xristian aləmi birləşsin, bəs müsəlmanlar niyə birləşməsin?
Allahı sevən insanların yaşadıqları məkan çox rahat olur.
(A9 TV; 23 avqust 2013)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) dövründə ruzi, bərəkət, bolluq sel kimi axacaq, inşaAllah.
(A9 TV; 22 avqust 2013)
Adnan Oktar
-
Ağrılar, iztirablar daha da artacaq. Müsəlmanlar "yetər!" deyib və Mehdi (ə.s)-ı tapacaqlar. Mehdi (ə.s)-dan ümmətin başçısı, lideri olmağını istəyəcəklər. Mehdi (ə.s) əvvəlcə qəbul etməyəcək. "Ümmət qan dənizində üzür, qəbul et. Qəbul etməzsənsə axan qanların günahı sənin boynuna olsun" deyəcəklər. Beləcə Mehdi (ə.s) özü istəmədiyi halda ona beyət edəcəklər.
(A9 TV; 22 avqust 2013)
Adnan Oktar
-
Təkcə "Misir xilas olsun! Fələstin xilas olsun!" demək doğru deyil. "Müsəlmanlar birləşsin" demək lazımdır. Bütün İslam aləminin qurtuluşunu, bütün insanlığın qurtuluşunu, müsəlmanların liderliyi ilə bütün insanların qurtuluşunu istəmək lazımdır. Rusiya, Çin, hamısı xilas olsun. Biz eqoist dünyagörüşünü inkişaf etdirə bilmərik.
(A9 TV; 20 avqust 2013)
Adnan Oktar
-
Mehdi (ə.s)-ı Allah seçər. Xalqın seçkisi ilə müsəlmanlara bir lider seçmək mümkün deyil. Allahın seçdiyi Mehdi (ə.s)-ı tapmaq yolları vardır. Bunun üçün də dəlillər ortadadır.
(A9 TV; 20 avqust 2013)
Adnan Oktar
-
Türkiyə Atatürkün vəsiləsi ilə Misir, İran, Pakistan kimi deyil.
(A9 TV; 20 avqust 2013)
Adnan Oktar
-
Dünyada hal-hazırda İslam ölkələrini bir-birinə qatmaq, aralarına münaqişə salmaq qədər asan bir şey yoxdur. Çünki sevgini, məhəbbəti aradan qaldırdılar. Darvinist-materialist təhsili ilə beyinlərini keyitdilər. Şirklə, qatı dinçiliklə də təmamilə fərqli bir azğın din anlayışı formalaşdırdılar. İslamı, Quranı əllərindən aldılar və dəli cəmiyyət meydana gəldi. Bu bəlanın müalicəsinin həkimi Mehdi (ə.s)-dır.
(A9 TV; 20 avqust 2013)
Adnan Oktar
-
Atatürk Bədiüzzamandan çox şey eşidib. Bədiüzzaman Atatürkə İslam Birliyinin olacağını, Mehdi (ə.s)-ın çıxacağını, İslamın dünyaya hakim olacağını tarixi ilə saatlarla izah etmişdir. Atatürk hamısını, Rusiyanın yıxılacağını bilirdi.
(A9 TV; 20 avqust 2013)
Adnan Oktar
-
Allah sevgidən başqa rahatlıq verməz. Allah dəli rejimlərə heç vaxt izn verməz. Allah mülayimliyi, məqbul olmağı sevir, bəyənir.
(A9 TV; 20 avqust 2013)
Adnan Oktar
-
Müsəlmanların birləşməsini istəməyənlər, şəhid edilən uşaqların qanı onların boynuna günah olaraq yazılır. Allah qatında, İslam Birliyindən bəhs etməyənlərin hökmü çox ağır olacaq. Allahdan qorxsunlar. İslam Birliyi olsa bu bəlalar olmayacaq.
(A9 TV; 21 avqust 2013)
Adnan Oktar
-
Mursi sənətə, musiqiyə, rəqsə, estetikaya, gözəlliyə, sevincə, demokratiyanın bütün gözəlliklərinə qapını açmış olsaydı, onların oyununu pozardı, İslam Misirdə uçqun kimi yayılardı.
(A9 TV; 21 avqust 2013)
Adnan Oktar
-
Qatı dinçilik cəmiyyətini xurafatdan istifadə etmədən idarə etmək çox çətindir. Belə cəmiyyətə qarşı mübarizə məqsədi ilə İslamı şərh etmək də asan deyil. Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyinə əsasən Mehdi (ə.s) da bu çətinliklə qarşılaşacaq.
(A9 TV; 21 avqust 2013)
Adnan Oktar
-
Qatı dinçiliklə mümkün deyil. Qadına dəyər verilməli, musiqi, rəqs, sənət-estetika olmalı, demokratiyanın bütün gözəlliklərinə qapı açılmalıdır, həqiqi İslam budur.
(A9 TV; 21 avqust 2013)
Adnan Oktar
-
Ruhu, düşüncəsi olmayan birlik ola bilməz, bu birlik möhkəm olmaz. Mehdisiz İslam Birliyi ilə heç bir ölkə münasibət qurmaz.
(A9 TV; 18 avqust 2013)
Adnan Oktar
-
Tayyib bəydən internetdə limit və bu kimi bütün məhdudiyyətlərin aradan qaldırmasını xahiş edirik. Azad olaq, internetdə istədiyimiz yerə girə bilək. Çatdırılmaya maneə törədilməsin. Türkiyənin hər yerində internetə naqilsiz, ödənişsiz daxil olmaq mümkün olsun. Harada olursa olsun, kompüterini açan, həmin vaxt da internetə qoşula bilsin.
(A9 TV; 18 avqust 2013)
Adnan Oktar
-
Tayyib bəyin mümkün qədər İslam Birliyinə diqqət çəkməsi çox gözəl olar.
(A9 TV; 18 avqust 2013)
Adnan Oktar
-
Mehdi (ə.s) çox müasir insan olaraq gələcəkdir.
(A9 TV; 18 avqust 2013)
Adnan Oktar
-
Mehdi (ə.s) ayrı-ayrı otaqlara bağlanmış kimi olan müsəlmanların aralarındakı divarları söküb hamısını birləşdirəcək.
(A9 TV; 18 avqust 2013)
Adnan Oktar
-
İslam aləminin bu an başına gələn bəlanın ən fundamental səbəbi nədir? Qurandan çıxmaları, uydurma hədislərə görə hərəkət etmələridir.
(A9 TV; 19 avqust 2013)
Adnan Oktar
-
Demokratiyanın olmadığı, qadınların rahat yaşaya bilmədiyi, qadınların təzyiq altına alındığı bir sistemdə xoşbəxtlik olmaz. Hər şeyin qadağan olduğu, hər şeyə ölüm cəzasının gəldiyi bir sistem müsəlmanlıq deyil. Bu faşist bir baş, mərhəmətsiz, psixoloji prablemləri olan bir başdır. Müsəlmanlıqla əlaqəsi yoxdur.