Vətənini böldürmək istəyən və ya bölünməsini təklif edən adam dünyanın ən alçaq, ən xaraktersiz, ən şərəfsiz adamıdır.
Vətən bölünməzdir. Sən vətənini böldürsən demək ki, dinini, imanını, şərəfini, namusunu beş qəpiklik etmisən.
Xurafat düşüncəsi dəccaliyyətin iki buynuzundan biridir. Xurafatçılara qarşı güclü bir təhsil siyasəti aparmaq lazımdır. Gerçək İslamı, Peyğəmbərimiz (s.ə.v)-ın izah etdiyi İslamı, səhabə İslamını yaşamaq çox əhəmiyyətlidir.
Xurafatçı Müsəlmanın meydana gəlməsi çox böyük təhlükədir. Dəccal yetişdirmək deyil , gerçək mömin yetişdirmək çox əhəmiyyətlidir.
Dostluq, yoldaşlıq, sevgi, sənət, gözəllik qalmadı. Belə ağır bir təxribat dünya tarixində yoxdur. Bunlar Mehdi (ə.s)-ın çıxış əlamətidir.
İslam aləmində ağrıların bitməsinin tək yolu Müsəlmanların ittifaqıdır. Bəzilərini lənətləmək, qınamaq problemin həlli deyil. Həll yalnız Türk İslam Birliyidir.
Xurafatçılarda ağlama ədəbiyyatı vardır. Gözyaşı bir oyun və taktikadır. İnsanları saxtakarlıqla təsirə salmaq üçün istifadə edərlər.
Xurafatçılar elmlə əlini ayağını qırdığı üçün Mehdi (ə.s)-a qarşı olacaqlar.
Xurafatçılar Peyğəmbərimiz (s.ə.v)-dən gizlicə nifrət edərlər.
"Qəhr olsun İsrail" deyərkən nə danışdıqlarından xəbərləri yoxdur. Yaqub Peyğəmbəri təhqir edirlər. Fərqində belə deyildirlər.
Qoca dünyanın ömründə Mehdi dövrü və İslamın hakimiyyəti çox qısa sürəcək.
Mehdi (ə.s) elmlə, təhsillə, sevgi ilə hakim olur. Qədəri belədir. Dayandıra bilməyəcəksiniz.
Heç bir zaman Mehdilik iddia etmədim və etməyəcəyəm. Buna baxmayaraq "Mehdilik iddia edir" deyənlər alçaqdırlar, əxlaqsızdırlar.
Sonradan Mehdi olunmaz, Mehdi olaraq doğular.İnsan Mehdi olaraq yaradılar .
Mehdi (ə.s) gələrkən şəfqət, hüzur, xoşbəxtlik gələcək. Darvinistlər, bu sizin sevinc duyduğunuz bir şeydir.
Darvinistlər, bütün kainatı Allah yaratdı. Bu sizin üçün gözəl bir şeydir. Sonsuz Üstün bir Ağılın idarəsi altındasınız.
Dawkins belə etiraf etdi, zülalın varlığı üçün çox üstün bir ağıl lazımdır.
Bizim üçün "Amerikadakı Yaradılışçılardan təsirləndi" deyirlər. Halbuki, onlar 6000 il iddiaları ilə zarafat edirdilər. Onları da biz xilas etdik. Amerikadakı Yaradılışçılar indi yalnız bizim kitablarımızı istifadə edirlər.
Darvinist maddənin əslini anlayanda bir də görəcək ki, bədəni onun istəklərinə cavab vermir. İdarə edəbildiyi isə sadəcə beynində yaranan görüntüsüdür.
Təkamül nəzəriyyəsini bəzi Müsəlmanlara inandırıblar. Biz olmasaq bu oyunla Müsəlmanları tarix səhnəsindən siləcəkdilər. Biz Quranda təkamül olmadığını bütün dünyaya göstərdik.
Xidmətlər kiçik kimi görünər, amma onlar yığılar və böyüyərlər. Allahın diləməsi ilə toxumların birini min edər.