Uydurmalar, xurafatlar terroru qidalandırar. Quran terroru aradan qaldırar, yox edər.
İslam terroru aradan qaldırmaq üçün gəlmişdir. İslamın, Quranın vəzifəsi terroru aradan qaldırmaqdır. Allah bunun üçün peyğəmbər göndərmişdir, bunun üçün Quranı nazil etmişdir. Həmçinin İslam o dövrdə həmin bölgədəki terroru aradan qaldırmışdır. Bu əsrdəki terroru da, yenə İslam aradan qaldıracaqdır.
Obama kommunist düşüncəyə sahib bir ailə mühiti içində yetişmiş, kommunist partiya ilə ortaq fəaliyyətləri olmuşdur. PYD/PKK-ya dəstək verməsinin səbəbi budur.
Musəvi qaynaqlara görə, Moşiyah, yəni Mehdi bütün dünyanı yenidən quracaq və beləliklə insanlar Allaha birlikdə xidmət edəcəklər.
Obamanın PKK-ya, YPG-yə, PYD-yə dəstək olması Amerika tarixində görülməmiş rüsvayçılıqdır. Heç bir Amerika prezidenti kommunist Stalinistləri dəstəkləməyib. Heç bir prezident terroristləri dəstəkləməyib. Bir qeyri-adilik vardır. Obama dürüst olsun, kommunistdirsə, mən kommunistəm desin. Stalinist kommunist olduğunu bildirsin.
Müsəlmanlığı dağıtmaq üçün, "təkamül Quranda var" deyərək müsəlman gəncləri darvinist etməyə çalışdılar, lakin bacara bilmədilər. Quranda təkamül yoxdur.
Peyğəmbərimiz (s.ə.v) bir hədisində Mehdinin sevgisinin dünyadakı ən kəskin qılınc olacağını söyləyir. Mehdinin şəfqətiylə ən qaranlıq ruhlar belə işıqlanacaq.
İslam dini dünyanın ağlıdır. Dünya ağlını itirsə divanə olar. İslamsız dünya olmaz. İslam dünyanın nuru, qəlb rahatlığıdır. Allah İslamla insanlara ən böyük neməti təqdim etmişdir.
İslam ölkələri bir yerə toplanır, yığıncaq keçirilir, lakin iştirakçıların əksəriyyəti şövqsüz olur. İxlas olmadan, səmimiyyət olmadan bu yığıncaqlardan nəticə çıxmaz. Mehdi (ə.s) olmadan bu sistem işləməz.
Çanaqqalada 200 min şəhid verdik. Cənub-Şərqi Anadolu bölgəsində də lazım gəlsə 400 min şəhid verərik, lakin Cənub-Şərqi Anadolu bölgəsini qətiyyən vermərik. İngiltərə dərin dövlətini elmlə, irfanla səmərəli hala gətirəcəyik.
PKK bütün İslam aləmi üçün təhlükədir. Böyük dəccal hərəkatıdır. Bölgəni kommunist, Stalinist etdikdən sonra addım-addım irəliləməyi, hər yeri kommunist etməyi düşünürlər. Buna qarşı çox diqqətli olunmalıdır.
PKK İslam aləmini yox etmək üçün istifadə edilən bir mafiya təşkilatıdır, bir cinayət şəbəkəsidir. Yəni tək istifadə olunma məqsədi müsəlmanları şəhid etməkdir. Bu cür murdar təşkilatdır.
Hədisə görə, Mehdi (ə.s) bütün peyğəmbərlərin xülasəsi kimidir. Xatəmə vəlidir, gəlib-keçmiş ən böyük övliya və ehkamda günahsızdır. Allah, İsa Məsih kimi ulul-əzim bir peyğəmbəri, Mehdi (ə.s)-a vəzir olaraq təyin edir. Bu da onun dəyərini göstərir.
Vəziyyətini, niyyətini düzəldən bir insana “sən münafiqsən”, “sən daha əvvəl belə idin”, demək olmaz. Düzəldisə əgər son halı əsasdır. Nə gözəl, sevin. Daha əvvəl sən necə idin? Sənin də dindən, imandan heç xəbərin yox idi, Allah hidayət nəsib etdi. İnsan düzəldiyində qəbul olar. Allah qəbul edir, sən onsuz da qəbul etməlisən.
Bəzən münafiq xarakterli insan islah olar. İslah olan nə xoşbəxtdir. Lakin islah olmayan həlak olar.
Münafiq səfil olmağı xoşlayar, modabazlığı xoşlayar. Söz atmalıdır, iyrənclik etməlidir, hadisə çıxarmalıdır, dedi-qodu etməlidir, söz aparıb gətirməlidir. Ruhu bu şeytanlıqdan zövq alar.
Münafiq çirkin azadlıq anlayışına sahibdir. Din olmamalıdır, ibadət olmamalıdır, küfr əhli ilə rahat əlaqədə olmalıdır, modabazlıq etməlidir. İmam bilməz, itaət bilməz, hörmət bilməz. Münafiq bunlardan narahat olar.
Şeytan, nəfs, davakar insanlar, qan tökənlər, döyüşçülər, oğrusu, uğursuzu, hamısı imtahanın bir parçasıdır. "Onlar olmasaydı" deyirlər. Onlar hər zaman olacaq. İmtahanın olduğu hər yerdə onlar olar. Sən ağıl və iradə işlədib onlara səbirlə qarşılıq verməli, onları məğlub etməlisən.
Kənd mühafizəçilərinə çox şəfqət göstərilsin. Mühafizəçilərimiz şəhid edildiyi zaman, yer-göy inləsin. O canlarım həmişə ön cərgələrdə olur. Bunun üçün bu aslanlara, bu qoç igidlərə lazımi şəfqəti, diqqəti, himayəni hər kəsin ən yüksək səviyyədə göstərməsi lazımdır.
Din sevincdir, xoşbəxtlikdir, gözəllikdir, keyfiyyətdir.
Ailələrə şəhidlik xəbəri veriləcəyi zaman, əvvəlcədən mənəvi cəhətdən hazırlanmaları lazımdır. Şəhidliyin böyük şərəf olduğu, şəhidlərin Allah qatında sağ olduğu, əgər buna inanmasaq, təvəkkül etməsək bunun haram olacağı gözəl şəkildə izah edilməlidir. Rəbbimiz nə edərsə gözəl edər deyilməlidir.